Ələkbər Əliyev

100%

QAFİYƏLƏNMİŞ ŞİZOİZMLƏR



Copyright - Ələkbər Əliyev


Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.



POSTMODERN DÖVRÜN MANİFESTİ

Əziz və qiymətli Azərbaycan gənci!

Məğrur soydaşım!

Qloballaşan dünyamız girərkən 21-ci əsrə,

Azərbaycanımızın da bu yeni şəraitə

adaptasiya prosesində

müəyyən problemlərlə üzləşməsi labüddür.

Bu vətənə layiqiylə xidmət etmək,

bu müqəddəs torpağı qoruyub

gələcək nəslimizə daha gözəl,

daha azad Azərbaycanı ötürmək üçün

postmodern dövrün manifestini əzbərləməli,

günün 24 saatını hafizəndə saxlamalı

və maddə ba maddə həyatında tətbiq etməlisən.


***

Azərbaycan gənci!

Həyat yollarında ilk addımlarını atmağa başlamazdan əvvəl,

ruhunu sat!

Dərhal sat və xilas ol bu illətdən!

Və yaddan çıxar ruhunu satdığın o anı.

Və unudma ki satdığını çox böyük əziyyətlə

geri alabilərsən.

Ruhuna yenidən ehtiyac duysan,

onu səndən satın alanlar

bu istəyini hər kəsdən tez sezərlər

Üçə satdığını heç üç yüzə də geri verməzlər.

Ruhun elə qiymətə minər ki mat qalarsan.

Yaxşısı budur ondan bir yolluq üz əlini.

Çünkü geri almaq istəsən,

ruhunun müqabilində sənə verilən nüfuzu,

malı

və pulu

tutub alacaqlar əlindən.

Xülasə arxada qalmasın gözün

Sat ruhunu və xilas ol bu illətdən!


***

İndi də növbə gəldi vicdana.

Vicdan - başqlarının görmədiyini görən bir cüt göz.

O məlun gözləri kor etməlisən!

Sadiq it kimi

Sənə məzlum məzlum baxan gözləri deşməlisən!

Vicdanını ruhun kimi asan sata biləcəyinə inanırsan?

Böyük qəflət içindəsən!

tez bazar satıla bilər ruh,

vicdanı isə bir tula balasını boğan kimi

yavaş yavaş boğmalısan.


***

Allahı unudmaq,

onu həyatından silib atmaq

bugünün tələbi,

postmodern dövrün ehtiyacıdır.

Səni bir cüt gözün daima təqib etdiyinə,

izlədiyinə,

hər etdiyini gördüyünə

və o dünyada səni cəzalandıracağına

daxilində inanır, etiqad edirsənsə,

dərhal ged bir mədrəsəyə yazıl,

baş vaxt namaza əlli beş vaxt da əlavə edib qıl,

hər gün oruc tut.

Çünkü başdan ayağa günahdır həyat!

Yox əgər Allahı qəlbindən söküb atsan,

həyat yollarının üzərində heç bir maneən qalmaz.

Əlbəttə qanunları лiqnore╗ etmək

Allahı yaddan çıxarmaq qədər asan deyil

Amma bu da mümkündür.

Beynini işlədsən,

Bunun da üsulunu tapa bilərsən.


***

Hər vəchlə və ciddi cəhdlə pul qazanmağa,

milyonçu olmağa can at.

Bu sənin həyatının ən ali məqsədinə çevrilməlidir.

Zənn etmə ki ancaq puluna

və nüfuzuna paxıllıq ediləcəkdir.

Varlı insanın puluna göz tikilən

şəxsiyyətinə isə bir qəpik dəyər verilməyən zəmanə

geridə qaldı.

Əvvəllər bir insan

güya öz halal zəhməti ilə

milyoner olduğunu iddia etsəydi,

şəxsiyyəti tüpürlməyə belə layiq bilinməzdi.

İndiki dövrdə isə

qibtə edilən zad ancaq sənin pulun deyil,

лuğurlu biznesmen╗ kimi şəxsiyyətinə də pərəstiş edilir.

Artıq sənsən

Yeni nəslin nümunəvi şəxsiyyəti!


***

Əziz dostum! Azərbaycan gənci!

Unudma ki ən böyük hiylə düzlükdür.

Odur ki yalançı və ikiüzlü olmalısan.

Buna nail olandan sonra

Yeni bir mərhələyə qədəm qoymalısan

Yəni ki dürüst və təmiz insan olduğuna dair

Ətrafını inandırmalısan.

Ancaq əvvəla özün buna inanmalısan

Öz rolunu yaşamalısan, rol oynamamalısan!

Eşidirsən?

Rolunu oynamamalısan, rolunu yaşamalısan!

Əgər bunu da bacarabilsən,

Deməli saxtalığın maestrosu,

virtuozu olmusan!

Əhsən sənə!

Bil ki gələcəkdə usta yalançıları,

əsl simalarını unudma perspektivi də gözləyir.

Özünə,

mənliyinə yad olacaqsan dostum,

bundan da gözəl meditasiya ola bilərmi?

Yalan danışmaqdan qorxma qardaşım,

Yalanına inanmamaqdan qorx.

Nə?!

Ehtiyat edirsən yalan danışmaqdan?

Səfeh olma!

Uzaq başı yalan danışdığını anlayacaqlar.

Bundan da qorxma!

Bilə bilə danış yalanını.

Nəticədə

Qızıl qırmızı üzə durmaq nə imiş

Onu da əxz edəcəksən.

Həqiqət yalanı qova bilər.

Ancaq əsla çata bilməz ona.

Dəqiq olmaq,

vədinə sadiq qalmaq

sənə pul, şöhrət, imidj, tamaşaçı qazandıracaqsa əgər,

onda sözündə əlbəttə ki durmalısan.

Qaz gələn yerdən, toyuq əsirgənməz

BilirsənЕ


***

Qardaşım!

rüşvət ağacı elə kök salıb ki bu ölkədə

Yarpaqları əsrlər keçsə də qurumayacaq.

Əgər istəyirsən olasan

Kompramatlardan uzaq

Əvvəla öyrən onu verməyin

Və almağın əndazəsini.

İnsan haqlarına hörmət edən dövlətimiz

çox güclü,

qüdrətli,

demokratik,

liberal,

unitar,

sanitar bir dövlətdir.

Və bu ümumbəşəri dəyərlərin permanentliyi üçün.

Rüşvət vermək zəruridir, gərəkdir.

Bəzi axmaqlar deyir ki

rüşvəti bu ölkəyə Heydər Əliyev gitirdi

Bədbəxtlər bilməyir ki

Heyvandarlıq və fahişəlik qədər qədimdir

rüşvətxorluq peşəsi.

Hətta deyərdim ki

Rüşvət kişinin qəhbəliyidir.

Bir qəhbənin bizdən nə fərqi var ki?

Onsuzda hər birimiz

bədənimizin bir hissəsini sataraq dolanmırıqmı?

Sən əllərinə,

mən beynimə,

o birisi başqa yerinə qiymət qoymayıbmı?

Kaş elə hamımız qəhbə kimi

bədənimizin ən qiymətsiz üzvünü sataraq

pul qazanabilsəydik.

Əmin ol əziz dostum,

fahişəlik

ruhunu və düşüncələrini satmaqdan

qat qat şərəflidir.

Yəni əsl fahişə artıq sənsən,

bədənini satan qadın yox.


***

Gənc Azərbaycanlı!

Hər şeydən şübhələn və hər şeydən qorx!

Qorxmaqdan qorxmaq ən böyük rəzillikdir.

Qorx!

Çünkü qorxan qorxmaz

Qorxan insan tədbirlidir.


***

Unudma ki,

postmodern həyat fəlsəfəmiz bizə

heç kəsi əxlaqsızlıqda ittiham etməməyi diqtə edir.

Hər kəs özünə görə cavabdehdir.

Bir insan xoşbəxtliyin reseptini tapdığına inanırsa,

nə gözəl!

Axı elə düzgünlük də,

Yaxşılıq da

Təmizlik də

insandan insana dəyişir, nisbidir.

İctimai həyatın tələbi,

insanların birbirlərinə təhəmmül etməsi,

dözümlü olmasıdır.

Sözüm odur ki,

Azərbaycanımız imkanlar ölkəsidir.

Zəiflərin çiyinlərinə basaraq

yüksəlmə imkanını hər bir vətəndaşına tanıyır

bu ölkənin лlight╗ qanunları.

Bu münbit şəraitin olduğu məmləkətdə

sən hələ də semyorka BMV alabilməmisənsə,

kül sənin başına!


***

Dostluq!

Nə dostluğu? Səfeh olma!

Bir insan sənə sırf sən olduğuna görə,

bütün zəifliklərinə,

sarsaqlıqlarına

və çuşkalığına baxmayaraq dəyər verirsə;

səni maşınına,

arvadının xəyanətə meylli olduğuna

və hər gecə verdiyin ziyafətlərə görə yox,

üstün (!) insani keyfiyyətlərə malik olduğuna görə

sevirsə,

deməli sən - əsl Azərbaycanlı deyilsən!

Ola da bilməzsən!

Oportunist, merkantil Azərbaycanlının

dosta ehtiyacı yoxdur.

Hətta bu çox təhlükəli yoldur.

Erix Mariya Remarkvari pozisyonlara yox de!

Yanından uzaq tut dost adlanan,

psixiatrlıq iddiasında olan bu parazitləri!

Ey Azərbaycanlım!

Dost yox, düşmən qazanmalısan.

Çünkü dostlar saxta və süni,

düşmənlər isə gerçəkdir.


***

Tağıyev, Nağıyev, Muxtarov nağıllarına aldanıb

birdən ürəyindən kasıblara əl tutmaq keçər.

Nə badə belə səhvə yol verəsən!

Çünkü xeyriyyəçilik etsən də səndən nifrət ediləcəkdir.

Bu təbii bir haldır.

Həm varlı,

həm güclü,

həm də yaxşı insan olmaq bir xəyaldır.

Kasıblar və imkansızlar

minillik təcrübələrinə əsaslanaraq

Özləri üçün yəqinləşdiriblər bu həqiqəti.

Bu fakt sənin qanını qaraldmasın.

Onsuzda yaxşı insan olmaq kimi missiyan yoxdur

Yadda saxla!

Bu ölkədə heç kəs acından ölmür

Hər kəsin qarnı toxdur.

Onsuzda görəcəksən ki

Əl tutduğun kasıbların təşəkkürü,

səxavətin qədər saxtadır.

Çünkü təmənnasız kömək edənə qarşı,

Kasıbda hədsiz nifrət başqaldırır.


***

İmkanlı insanların qəlbində

başqalarına hökmetmə,

insanların üzərində hegemonluq qurma həvəsi yatır.

Bu ehtirasını boğmağa,

yox etməyə çalışma gənc dostum!

Odur ki,

Əsla siyasətə girməyəcəyəm demə.

Pulun və malın лcırmağa╗ başlayanda,

лgedim görüm bu siyasət nəmənəm şeydir╗ deyəcəksən.

Ən azından deyə bilərsən.

Ehtimal var.

Dünyada neçə dil danışılır deyə bilmərəm,

amma bir şeyi dəqiq bilirəm

milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin,

başa düşdüyü yeganə dil var Ц QAPAZ!

Ancaq!

Siyasi kariyeranda,

Humanizm maskasını hərdən bir taxmalısan ki

xoş ənənə davam etsin bu ölkədə.

Məsələn vəzifəyə gələndən sonra

bir dəfə də olsa baş çək qaçqın şəhərciyinə.

Amma unudma ki,

sən bu dünyaya insanlara yardım üçün gəlməmisən.

(Allahın vəzifəsini çiyinlərinə yükləmə

Daşıyabilməzsən!)

Qaçqın şəhərciyində лsizi deyib gəlmişəm.

Sizin üçün buradayam!

Sizin üçün çalışıram!╗ kimi nitqlər söyləyib,

bu ölkənin bir yandan anasını ağladan,

bir yandan da лvətən, millət╗ şüarları səsləndirənlərdən

biri də sən olsan ölməzsən.

Əsrlərdir qücə və iqtidara malik insanların

danışdıqları bu məşhur yalanı

sən də təkrarlamalısan.

Qətiyyən utanma

Ən tanınmış diktatorlar da,

лxalqın yanında olduqları

və xalqa arxalandıqları╗ yalanını danışmağı

özlərinə borc biliblər.

Onu da yadda saxla ki,

Postmodern iqtidarlar

günahlarını və səhvlərini boyunlarına almaqdan qorxmazlar.

Çıxıb xalqın qarşısına

лfilan qəbahətimizə görə üzr istəyirik╗ deyərlər

və bir saniyə sonra dediklərini unudub,

eyni poxu yeyərlər.

Başını sal aşağı işini gör.

Siyasətə girsən də iqtidaryönümlü pozisyonlarda dur.

лFikir azadlığı╗ nağılına aldanıb

gic gic danışma.

Meyyidini blokun qabağında taparlar yoxsa

Tozunu elə sovurarlar küləyə,

zərbənin haradan gəldiyini anlamazsan

Odur ki çaşma.

Üçüncü dünya ölkələrinin müştərək özəlliyidir bu

Nadan və cahillər fikir yürüdər,

Dövləti despotlar idarə edər.

Sən də bu despotlardan biri olmaq isəyirsənsə yala!

Yalamağı öyrənməsən əziz qardaşım

Arzuladığın mövqeyə də çatabilməzsən!


***

Əxlaq mənfur islam dininin uydurmasıdır

Necə ki Allahı unudmusan,

Əxlaq qandallarını da eləcə qır.

Prinsiplərini prezervativ, ya da corab kimi

Tez tez dəyişdir.

Burada qorxulu heç zad yoxdur.

Tərbiyəli və nəzakətli ol.

Oğraşlığın modası 20-ci əsrdə qaldı.

Postmodern dövran

səmimiyyət maskalarına üstünlük verir.

Yadında saxla ki nəzakət və gülər üzlə

Quyu qazımaq imkanların daha genişdir.

Tərbiyəli və əxlaqlı kimi görünən bir insanla

savaşmaq çox çətindir.

Xülasə

Nəzakət və tərbiyə, pislik eləməyə,

isnanların taleyini sındırmağa, mane deyildir.


***

Postmodern Azərbaycanlı

çuşkarizminə artıq son verməlidir!

Belə olmaz!

İntellektual fason olmaq əsrimizin tələbidir.

On il əvvəl belə bir zərurət yox idi.

Beşə alıb ona satırdın,

ona buna atırdın,

dolanırdın,

dolındırırdın.

İndi bunları eləmə demirəm.

Yenə də qəsb elə,

rüşvət ver-al, oğurla,

beşə alıb əlli beşə sat.

Lap elə ananı da, bacını da sat,

amma lütfən biraz savadlı kimi görsən.

Küçəyə çıxmaq olmur müxbirlərin əlindən.

İki dəqiqədən bir mikrofonu soxurlar adamın ağzına

лfilan zad haqqında nə düşünürsünüz?╗ deyə.

Sən də gərək ki susmayasan.

Qoyun olmayasan.

Ağıllı bir sifət elə,

kameraya gülümsə (sırtıq kimi yox)

başla danışmağa.

Bir neçə şablon cümlə əzbərlə heç olmasa.


***

Ey qardaşım, Azərbaycanlım!

Vətənini və millətini sevmirsənsə

bu sənin demokratik haqqındır.

Heç sevmək üçün zorlama özünü.

Bu hissinlə barışmalısan,

Onda daha rahat olarsan.

Ancaq yaddan çıxarma ki

küçədə.

bayırda,

işdə,

meydanda,

televiziya proqramlarında

Söhbət vətənə millətə çatanda

Niaqara şəlaləsinin suları kimi

ağzından fışqırmalıdır tüpürcəklər.

Qurşağından aşağı olan vətəni

Canından çox sevdiyini hayqırmalısan.

Vətən-millət əleyhinə nəsə deyənin isə

Elə canlı yayındaca ağzını cırmalısan.

Qeyri səmimi görünməkdən çəkinmə

Bu ölkədə hər kəs sənin kimidir.

Azərbaycan лpsevdopatriotlar╗ məmləkətidir,

vətəni sevmək şərt deyil

tələb edilmir.

Ancaq vətənin ədəbiyyatı olduqca önəmlidir

Vətən sevgisi haqda hər kəs ağız dolusu danışabilməlidir.

Uğrunda güya ölməyə hazır olduğun millətə gəldikdə isəЕ

Sənin evin əsl mənada qəsr,

qala olmalıdır.

Uzun divarlar hörüb,

Həmən o sevdiyin millətdən qorunmaqdan ötürü

Hasarını tikanlı məftillər

və qırıq şüşə parçaları ilə bəzəməlisən.


***

Məncə bu qədər kifayətdirЕ


HU

Mən Səni tapanda dərkindən uzaqdım böyüklüyünün

İtirəndən sonra anladımЕ

Sonra da duydum ki qayıtmaq gec deyil

QayıtdımЕ

Mən heç kəsdən anlayış gözləmirəm

Məni Sən anla bəsdir.

***

O vaxtlar həyəcanım çox idi

İndi azalıb.

Deyirlər belə də olmalıdır

İnanmıramЕ

Daha doğrusu istəmrəm belə olsun.

Çünkü,

Səni yenə itirməkdən qorxuram!

Sonra kimə şikayət edərəm axı?

Ancaq Səninlə təkbətək qalanda

Açılıb saçılıram,

Saçlarımı yoluramЕ

***

Orijinal olmaqdan ötrü

Səni söyə də bilərdim.

Ələ sala bilərdim axirzamanı

Kitabını təhqir edərdim

Alqış tutan da tapılardı mənə

Şöhrətə qovuşardım

Sonra da tula kimi diz çöküb qarşında

Bağışla deyərdim.

Bir damla da göz yaşı tökərdim

İnandırıcı olsun deyə,

Sən də bağışlayardınЕ

***

Eşidmişəm ki

Qapın açıqdır, mərhəmətin də geniş

Nə qədər geniş?

Az qalıb

Gec tez öyrənəcəyəm.

***

Mənim məhrəm bildiyim günahlarım var

Onlar Sənə əmanət

Sənin əmanətin isəЕ

Xəyanət etdim bilirəm.

***

Dəfələrlə məktubunu oxumuşam

Mənə nəsə demək istəyirsən

Bir onu anlamışam ki

Anlamaqdan uzağam Səni.

Lakin yenə də Səninləyəm.

***

Mən Səndən razıyam

Ağzım nədir olmayım?

Mənim davam özümlədir

Nə Səninlədir, nə onlarla.

Hərdən mənə elə gəlir ki yoxsan

Onda da başa düşürəm ki vəsvəsədəyəm.

Olmasaydın əgər

Yoxluğunu düşünmək üçün

Ağıl olmazdı məndə.

***

Açarımı itirdiyim gün

Səni ən çox düşündüyüm gündü.

Mən o gün qapılarımı da itirmişdim

Hamısını

Birdən!

Səhər açıldı tapdım

Açarımı da qaytırdın mənə

Qapılarımı da.

Amma yenə unutuldunЕ

Vacib işlərim çıxmışdı

Dünya almışdı məni qoynunaЕ

Axşam bağışla dedim

Dəqiq bilmirəm amma

Deyəsən bağışladın.

Küçədən məsum körpə gülüşü eşidildi.

Ardından da çırpıldı pəncərəm.

***

Hərdən üsyan edirəm

Özümə.

Dedim axı

Mənim davam özümlədir

Səndən razıyam

Haqqım var ki olmayım?


YANINDA OLANDA UZAQDA OLMALAR

(MƏCHUL TÜRK ŞAİRİNDƏN ETKİLƏNƏRƏK)

Süpürüb ulduzları və ayı,
Özünlə aparmısan kölgəmi də...
Başlamayan bir məhəbbətin

Dərdi var ürəyimdə...
***
Söhbətim romans uzaqlıqlardan.
Tüpürüb dabanına yollara düşmələr,

Ya da fikirdə ayrılığa düşmələr haqqında.
Qalmaqallar,

Yanında olanda

Uzaqda olmalar haqqında.
***
Beyinimin bir küncündə,

Öz yerində oturmusan.
Gündə kim bilir neçə dəfə

"Kaş ki"li cümlələr qururam,
Gülüşün düşür yadıma, səsin duyulur...
"Hazırlaş, gəlirəm" deyirsən xəyalımda;
Birazdan yanımda olacaqsan elə bil.
Vüsala neçə gün qalıb?

Sayıram.
Bu zəhmətin bi hudə olduğunu bilsəm də,
"Hansı məkandadır görəsən?"

Soruşuram

Pişiyə, itəЕ
İmkansız təbəssümün düşür yadıma,
Gizlin gizlin bayağı mahnılar dinləyib

Uyuram.
***

Dedim axı, ayrılıqlar da başqa başqadır,
Bax elə ona görə də,

Rast gəlməkdən qorxuram sənə,

Əslində xoş bir təsadüf gözləyirəm.
Biri "onu gördüm" deyər bəlkə!а
Haqqındakı cüzi xəbər də məlhəmdir,

"Maraqlanmıram" deyirəm, amma bicliyimə salıb

Sual sual dalınca verirəmЕ
Güya лmənə nə╗?

Amma yanıram...
Heç kəs axmaq deyil,

Sezilir dərdim.

Qulaq asıram,

Özlüyümdə mənalar yükləyib eşitdiklərimə

Yozuram.

Sevgilim xəbərin var?

Olursan

Fahişə,

Məsum mələk,

Bəzən fələk

Çomaq və təkər

Soxa soxЕ

TərləyirəmЕ

***

Yadındamı? "Münasibətlərimizin davamı üçün
bir müddət ayrı qalsaq yaxşı olar" deyib,
Razılaşmalı ayrılıq müddəti təyin etmişdik.
Məhəbbəti sınağa çəkdik.
Gərgin gözləyişlər,

Hələ də geri qayıdacaq deyə,
Boş ümidlər.

Bəs məhəbbət?

Qurtulacaq görəsən?
***
Bax belədir məhəbbət...

"AYRILIQ DA MƏHƏBBƏTƏ AİDDİR!"
Məhəbbətlər də bizimdir

Ayrılıqlar da...

ЕSƏNSƏЕSANSAЕ

TAPMACASI

Səninlə razılaşmayan kəsə

Erməni deyirsənsə;

Məni sancmayan ilan

Min il yaşasın deyirsənsə;

Rüşvətə hörmət deyirsənsə;

Çörək Qurandan irəlidir deyirsənsə;

Ye iç keyf elə,

Beş günlük dünyadır deyirsənsə;

Qeyri səmimi tostlar deyirsənsə;

Mənim heç bir günahım yoxdur deyirsənsə;

Diplom intellektin ekvivalentidir deyirsənsə;

Qızıl dişlərini nümayiş etdirərək

Məktəbi qırmızı diplomla qurtardığını

Fəxrlə elan edirsənsə;

Uzun saçlı kişilərə лpetux╗ deyib,

Əslində özün latent homoseksualsansa;

İctimai nəqliyyatda kitab oxuyanlara

Ən azı dəli gözü ilə baxırsansa;

Biraz bədənin var deyə,

Dar köynəklər geyirsənsə;

İctimai tualet mədəniyyətinin ölkəmizdə olmaması

Səni narahat etmirsə və duvar diblərinə sığınırsansa;

Peysərin yoğundursa,

Qarnın da yekə

Və diskomfort yaşamırsansa;

Küçədə bir qadına təcavüz edirlər

Və sən laqeydsənsə;

Qeyrətdən, namusdan dəm vurursansa;

Bu şeri oxuyub dodaq büzürsənsə;

Ümumiyyətlə bu şer deyil

Səfsətədir deyirsənsə;

Meyxanadan ləzzət alırsansa;

Təyyarədən lül-qəmbər sərxoş çıxırsansa;
Həyatın mənasını maşın almaqda görürsənsə;

Məişət boğursa səni

Və sən bundan dəlicəsinə həzz alırsansa;

Ailə quracağam deyə mazoxistcəsinə

Əziyyətlərə qatlanıb

Dünyanın ən bahalı leqal vaginasına qovuşmaq xətrinə

Xonça- xonça paltar,
Brilyant komplekt,
5 mərtəbəli tort

500 dollarlıq gəlin paltarı

100 dollarlıq limuzin dərdi çəkib,

Həyatını fani və rəzil şeylərə sərf edirsənsə;

Və pul yığmaq xatirinə toy edirsənsə;

Toyda içib, ağız suyunu axıdaraq qadına qıza baxır

Xəyalında onu altına salırsansa;

İl ərzində min bir qələti edib

Məhərrəmlikdə içmirsənsə;

Öz əclaflığını, tüfeyliliyini, şərəfsizliyini

İslama bağlayıb,

Problemi özündə yox, dində axtarırsansa;

лŞALVAR-PƏNCƏK╗ dəstinə KOSTÜM deyildiyini bilmir

Və eşşəkcə, inadla лKÖSTÜM-ŞALVAR╗ ifadəsindən

Əl çəkmirsənsə;

Mənim kimi лpofigist╗ adamı

Öz düşük düşük hərəkətlərinlə

Utandırırsansa;

Yorğanın altına girib,

Dolanıb boynuna arvadının

İqtidarı söyürsənsə;

Biz Türklərdən daha savadlıyıq,

Rusun dövründə çörək otuz qəpik idi,

Yessentukiyə, Kislovodskiyə, Soçiyə

Gedərdik dincəlməyə,

Mineral sularla özümüzü klizma elətdirərdik

Deyirsənsə;

Tabularını və komplekslərini

Özündən zəifləri əzərək

Kompensasiya edirsənsə;

Uşağının paltarına öz ağırlığın qədər

Göz muncuğu taxırsansa;

Uşağına bicbala, vələdizna, oğraş

Sözlərilə müraciət edib

Faktiki olaraq arvadını yad kişilərin qoynuna

Atırsansa;

İmkan vermirsən ki uşağın uşaqlığını yaşasın

Və körpə vaxtından ona iyrənc, zövqsuz, ət tökən

Qara kostümlar geydirib, mal dilinə oxşayan qalstuklar

Taxırsansa;

Satırsansa, satırsansa, satırsansa

Satırsansa, satırsansa, satırsansa

Satırsansa, satırsansa, satırsansa

İndi de görüm sən hansı milləttənsən?


MÜĞƏNNİ OLMAQ İSTƏYİRƏM

Mən də oxuyum

Qara gözlərdən

Şirin sözlərdən

Həsrəttən

Ayrılıqdan

Taledən

Qisməttən

Fələkdən

Kələkdən

Məhəbbətdən

Vətəndən

Qeyrətdən

Hicrandan

XəyanətdənЕ

Və sair gic gic

Banal şeylərdən

V POPUulYAR olmaq

İntervyular vermək

Dalım amortizasiyalı

Ürəyim qlobalizasiyalı

Gözlərim meteorolizasiyalı

Yaşlar axsın vedrə vedrə

O verlişdə bu verlişdə

Televizordan girib xarabanıza

Beyninizi sЕ.ək

Yuxularınıza girmək

Musiqi zövqunüzü gəbərtmək

Meyxanaçılarla duet

Repçilərlə minyet

Həsən soxdu dəyirmanıЕ

Nazik cılız səsimlə

Sübhünüz açılsın

Qaralsın gecəniz

Pozulsun sinirləriniz

Qalın aciz.

Dirsəyinizi dişləyin

Varsa cəsarətiniz susdurun bizi

Nazpərilər

İlahələr

İzzətlər

Rəksanələr

Nadirlər

Mətanətlər

Səyyadlar

KönüllərЕ

Küçələrdə, bazarlarda

Marketlərdə

Marşrutlarda

Az qalıb lap yaxında

AZAL-ın samalyotlarında

Bizi dinləyəcəksiniz!


MƏNIM DÜNYAM

Bir topum vardıЕ

Bir də kitablarım

Rəngli səhifələrinə baxaraq

Dünyanı tanıyırdım

Addım addım.

Mənim dünyamda

Xəyallarımda qurduğum

Yaşıllıqlar

Qaranlıqlar vardı.

Xəyanət də vardı

Amma saflıqla yoğrulmuşЕ

Uşaqlığımda bir deyil

Min dünyam vardıЕ

İlk masturbasiya təcrubəmi

Danışdığım aynamЕ

Ve Sovetski küçəsində

Namusun ancaq öz ailə üzvlərini

Əhatə etdiyinə inanan

Namussuz

Nəşəxorların

Gözləri ilə görən oğraşların

İşlədikləri namus cinayətləriЕ

Bunlar mənim

İlk kişilik dərsimdiЕ

Mən hələ o vaxtlar

Qeyrətin olmadığı yerdə

Onun haqqında

Söhbətin çox getdiyini

Bilmirdim!

Mən hələ o vaxtlar

İki üzlü insanların

Kitablarımda gördüyüm

Cəngəllik yırtıcılarından da betər olduğunu

Bilmirdim!

Mən hələ o vaxtlar

Pulun ancaq dondurma almaqdan ötrü

Xərclənmədiyini bilmirdim.

Amma xoşbəxt idimЕ

Aldınız əlimdən,

Yıxdınız qayğısız dünyamı

Şərəfsizlər!

İndi mən sancısıyla bu toplumun

Sancılanıb

Dərdlənməli,

Yerlərə tüpürənlərə

Ağac diblərinə işəyənlərə

Qadına, qıza sataşanlara

Rüşvətxorlara

Din tacirlərinə

Nifrət etməliyəm.

Nə üçün?

Onsuzda gücüm çatmırsa

Əgər düzəltməyə vəziyyəti?

Mane olmağa,

Bu murdar axını dayandırmağa,

Cəsarətim yoxsa

Nə üçün yaşayıram?

Cavab verin mənə

Şərəfsizlər!


GECƏ DÜŞÜNCƏLƏRİ

Bu işığın qabağını

Heç kəs ala bilməz

Günəş yandırır şəhəri

Çünkü mən belə istəyirəm

Lənətə gəlmiş dünyanı

Onsuzda bir gün tərk edəcəyəm

Gedəcəyəm özünə inamı qalmamış həyatdan

Gedəcəyəm.

Paralel dünyaların məişət adamları

Fanilikdə xoşbəxtlik axtarır

Qurbanlar kəsilir bütlərə

Daşlar bəsdi deyir,

Qanlar axmağa davam edir.

Çılğın fantaziyalarıyla zalımlar

Qəlblərimizi analiz etmədən

Talelərimizi yıxırlar

Atomlara, zərrələrə parçalayırlar.

Dalımızca daş atırlar

Tüpürürlər üzümüzə

Qapmız da yoxdur ki bağlayıb qaçaq.


QANLI GÖLÜN YARANMA TARİXÇƏSİ

Darıxıram, darıxıram

Adın dodaqlarma abunə

Nəyim varsa paylayıram

Ulduzları bağışlayıram

Xatirələrimi unuduram

Duvarlar zara gəlib

Sənsizliyin dadını alıram

Tərinin qoxusunu yastığından duyuram.

Darıxıram, darıxıram

Uşaqlığımın saçına sığal çəkmək istəyirəm

Əlim keçəl başa dəyir

Ağlayıram, ağlayıram.

Ana sevgisi nədir

Nəmənəm şeydir

Doğmaqdan başqa nə iş görər

Bilmək istəyirəm

Yaşamaq istəyirəm

Saralıram, saralıram

Yatıram Semaşkoya

Qaralıram

Darıxıram, darıxıramЕ

Yavaş yavaş əriyirəm

Qazana, tavaya əl atıram

Beləcə acıdığımı anlayıram

Darıxıram, darıxıram

Çıxıram küçəyə

Miskin sürülərə baxıram

Bir nəfər siqaret istəyir məndən

Onu rus dilində üç hərfə yollayıram

Döyülürəm, döyülürəm

Girirəm duşun altına

Qanlı sular axır trapa

Bu da qanlı gölün yaranma tarixçəsi.


OĞLUMA NƏSİHƏT
Gordüyün o baldırı çılpaq
Döşü başı açıq fahişə
Qaraltdı mı qanını?

Qınayırsanmı yoxsa
Satır deyə bədənini,
Əmanətini?
Sarsılırmı zənnedirsən
Cəmiyyətin təməlləri?
Səhvin var oğul!
Bu qadın
Allahın ona icarəyə verdiyi
Vücudunu satır
Əqidəsini deyil!

Onun onsuzda əqidəsi yoxdur.

İnanmırsansa soruş.

Əmin ol ki
Bir rüşvətxordan pakdır o qancıq
Hər gün Aqua Parka gedəbilməsə dəЕ

Qəribə də olsa

Satın alınmayan məmur yoxdur
Az təklif olunan qiymət vardır.
Unutma!

Bir rüşvətxor
Bir fahişənin

Əlinə su tökməyə də layiq deyil.

Hətta mən deyərdim ki

Ziddiyyət dolu ürəyinin
Ucqarlarında
Bitən son sevgi çiçəyini də
Qoparmadan bu murdarlar
Qaçıb gedək bu məmləkəttən
Oğlum!
Qaçaq!
Mən sənə vəd etmirəm
Xoşbəxt gələcək,

Heç olmasa
Təzadlardan uzaq olarsan
Buna söz verirəm...


MÜƏLLIMDƏN RİCA
Mənə danış riyadan
Təkəbbürdən
Satqınlıqdan

Lovğalıqdan
Xəyanətdən
Ibnəlikdən!!!
Vətən millət ədəbiyyatına
Toxdur qarnım!
Əməldə yox,
Sazda sözdə qalan qəhramanlıqlardan
İkrah etdim.
Sabah addımlayanda
Həyat yollarında
Minəndə mənə
Bəxti gətirmiş tələbələrin
Kafedralarda
İdarələrdə
Xəstəxanalarda

Məhkəmələrdə

Vergi orqanlarında
Gömrüklərdə

Voyenkomatlarda
Və sair pullu məkanlardaЕ
Mən səni lənətləyəcəyəm
MÜƏLLİM!!!


YERLİ HAYKULAR

Bir mən varam

Bir də qeyriləri

Həyəcanlanıram.


Xəstə deyiləm amma

Yanımda olsaydın

Ürəkdən zarıyardım.


Susayanda

Söyürəm lüləsi paslı

Qəfədanı.


Əlimdə qamçı

Qarşımda sən

Məni qamçılayırsan.


İlk sevgi

İlk nifrət

İlk intihar.


Qaralanda hava

Düşür yadıma

Yadıma düşməyin.


İstəyirəm onun olasan

Sonra qayıdasan

Səni qəbul edim.


Həyatım səyahət

Məsafələri qısa

Yolu uzun.


Dənizdən çıxan ay

Şöləsini əsirgəyir

Pəncərəmdən.


Qolu zorlulardan

Nadanlardan

Qomrallardan iyrəndim.


Mən səni

Belə belə edim

Dalınca.


Qadınlar soyunur

Geyinir

DanışırЕ


DÖYUŞ ALNINIZA YAZILIB

Nə üçün alnıMıza yox

Məhz alnıNıza?

Lütfən belə səfeh səfeh

Provakatif

Suallardan bizi azad edin.

Yaxşısı budur siz Qarabağı

Azad edin.

Biz də bala bala

Ölən qardaşımızın ruhundan

Faydalanaq

Qazanaq

Dolanaq

VeЕ dolandıraq

Əlbəttə ki

Məmurları

Hansılar ki unudublar

Qarabağı.

Biz onsuzda qardaş itirmişik

YəФni borcumuzu ödəmişik

Ona heykəl qoymuşuq

Ona görə də hər Allahın günü

Zart zart zarttıyırıq:

Doyüş AlnıNıza Yazılıb,

AlnıMıza yox!!!


QIRIN ZƏNCİRLƏRİ

Nə olar qırın zəncirlərinizi

Qırın!

Üsyan edin artıq

Ayağa qalxın!

Qədər deməyin

Zillət deyin və

Yıxın qaranlıq divarları

Yıxın!

Çılqın dəniz olun

Coşun!

Heç olmasa bir saniyə

Vicdancığınızın

Səsini dinləyinЕ


BİZ AZƏRİLƏRЕ

Mərkəziyik kainatın

Ətrafımızda dönür

Günəş də ay da.

Ən gözəl mətbəx bizdə,

Ən gözəl təbiət bizdə,

Qonaqpərvərlik,

Dünyanın ən gözəl qızları,

Və andıra qalmış11 iqlimin

Doqquzu bizdə

(Bezmişəm daha bunu eşidməkdən

Öz aramızdır, siz də?)

Qeyrət bizdə, namus bizdə

Vətən sevgisi

O da bizdə.

(Gələn il Allah qoysa

Şerlərimi Şuşada oxuyacaqsınız

bla bla bla)

Cəsarət

Şucaət

Milli mentalitet

Çomaq soxmaq

Qulp qoymaq

Ponyatka da bizdə

Çatışmayan nə isə var ammaЕ

Amma nə?

Bu sualı tapanın

Başı bədəninə deyəsən

Ağırlıq edir.


ATA

Boynuna mindiyim

Əlindən tutub küçələri arşınladığım

Sofyanın dumanlı üfqündə gizlənmiş

Kilsələrə heyrətlə tamaşa etdiyim

Ancaq körpə olduğum üçün

Haraları gezdiyimi anlamadığım günlər üçün

O qədər darıxmışam ki ataЕ

İllər ötduЕ

Hər şey çox yaxşı gedirdi,

Bu dünyada mənim üçün bir sən var idin

Tək sənЕ

Elə gözlənilmədən başladı ki qara günlər

Elə gözlənilmədənЕ

Niyə belə etdin ata?

Son nəfəsində nəydi səni çaşdıran?

Biz birimizə dayaq olmadıqmı həyatda?

Nə dedilər sənə ata?

Şeytan hansı qulağına böhtan pıçıldadı?

Hansı saxsıydı əlində sınan?

Tut ağacından hansı yarpaq düşdü zamansız?

Gör nə etdin ata

Arxada məzarını tanımayan oğul buraxdın.

Niyə qırdın ümidlərimi və

İnamımı insanlara?

Niyə kəsdin nəfəsimi

Nə üçün imkan verdin

Yandırılsın kitablarım?

Nə səbəblə damsız qoydun şəkər balanı?

Markalarımı aldılar əlimdən ata,

Oğlun bir nömrəli filatelist olacaqdı güyaЕ

Olmadı!

Eşidirsən olmadı!!!

Nigilist oldu, mömin oldu, mürtəd oldu

Sonra təzədən müsəlman oldu

Ancaq filatelist olmadı ata!

Satdın məni ata,

Sındırdın oyuncaq qəlbimiЕ

Vedrə vedrə daşımadımmı nəcisini?

Can verdiyin günlərdə altını yumadımmı?

Balaca əllərimlə daha nə edə bilərdim sənin üçün ata?


ANA

Diqqətimə layiq olsaydın

Sənə də şer həsr edərdimЕ


DİLİNİZDƏN DÜŞMƏYƏNLƏR

Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş

NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS

Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki

Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami

Yüz qram süz Yüz qram süz Yüz qram süz Yüz qram süz

Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş

NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS

Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki

Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami

Yüz qram süz Yüz qram süz Yüz qram süz Yüz qram süz

ЕЕЕ..

Zəhrimar

Köpək uşaqlarıЕ


NİFRƏTİM MÜBARƏK OLSUN!

Zatı qırıq dəyyuslardan

Namussuzluq mücəssiməsi

Bəzi məmurlardan

İki üzlü bayquşlardan

Sonsuzluqdan

Vağzallardan

Mənsiz yatan qancıqlardan

Məndə batan istedaddan

Kölgələrdən

Döngələrdən

Maştağadan

Əli qanlı zabitlərdən

Bitli əsgər, yetimlərdən

Qondarma ziyalıların

Tozlu kitab rəflərindən

Tez əriyən dondurmadan

Xırda puldan

Lümpenlərdən

Suyu çirkli Xəzərimdən

Tində duran

Osturaqçı gənclərimdən

Üstünlüyü sadəcə

Ağ saqqalı olan

Ne menee osturaqçı

Qocalardan

Nifrət edirəm!


İSTANBUL

-Salam

-Salam

-İncimisən məndən bilirəm

-Niyə susursan?

-Yaxşı özün bilərsən

Düzü heç bilmirəm haradan başlayım

Çox pis hiss edirəm özümü son vaxtlar

Bu da azıymış kimi

Yox, yoxЕ

Çok çətindir danışmaq

Qarşı tərəf susanda

Bunun nə demək olduğunu bilirsən?

Lənət olsun

Uşaq kimi hərəkət edirəm

Nə üçün zəng etdiyimi

Heç özüm də bilmirəmЕ

Amma çox fərqli olduğumuzu bilirəmЕ

Fədakar olmalıyıq sən demirdin mənə?

-O keçmişdə qaldı.

-Elə isə biz nəyi danışırıq?

-Zəng edən sənsən

mən nə bilim?

-Bilirəm həyacanlısan indiЕ

-Həyacanlı sənsən, mən yox

-Görürəm bir birmizi başa düşmürük

-Elədir ki var

-Ya da istəmirik

-Ola bilər

-Yaxşı çox uzadmıram sözü

Biz çox fərqliyik bilirəm

-Bunu ikinci dəfədir deyirsən

-DüzdürЕ

Məsafələrə məğlub

Məğrur könlümün

Səndən son bir istəyi var

İcazə verirsən?

-Buyur

-Bosforun kanalizasiya üfunətli sularına

Nəcis ətirli Xəzərdən salam de vəЕ

Hərcailiyimi bağışla

Sevdiyin o böyük burnuma.

Bir İstanbul qədər

İstanbul var cibimdə

Unudma!

-Dayan! Dəstəyi qoyma!


ALBANLAR

Doqquz iqlimli təbiət möcüzəli

Bu gözəl vətənimizin,

Əvvəllər sakinləri olub

Uzun boylu Albanlar

Mavi gözlü Albanlar

Şirin sözlü AlbanlarЕ

İndi haradadır onlar?

Çox maraqlıdır, nə günah işlədilər,

Nə etdilər ki, qurutdu kökünü onların Allah?

Əvəzinə isə biz həşəratları yerləşdirdi bu torpaqlara.

Albanların günahı nəydi əcəba?

Allaha üsyan etdilər?

Qızlarıyla mazaxlaşdılar?

Müqəddəs məkanlarda,

kilsə mihrablarında qəhbələrlə oynaşdılar?

Nə elədilər ki məhv elədi onları uca Yaradan?

Əvəzinə isə biz həşəratları yerləşdirdi bu torpaqlara...


DİNİMİZ

Bozbaşdır

Aşdır

Süni gözyaşları

Parçalanan başdır

Yağlı saqqaldır

Zəncirdir

Dağ daşdır

Şarlatanların təhdidləriЕ

Mənası bilinməyən YasinЕ

FatihəЕ

Qurana inam,

Ancaq axirəti inkarЕ

Yox yox yanılıram

Axirəti ancaq

Haqsızlığa uğradıqda yada salırıq

Düşmənimizi cəhənnəmə yollayırıq

Onda cəhənnəmə inanmaq sərf edir çünküЕ

Əsas insanlıqdır deyirik.

İnsanlıqdan da payımız yoxdur.

Ürək təmiz olsun deyirik

Ürəklərimiz də poxdur.

Riya və xəyanət doludur gövdələrimiz.

(Haşiyə: İstisnasız bütün azərbaycanlılar

hesab edir ki ürəyi təmizdir)

Bir millətin ki ola
Babək adlı qəhramanı...
Mən təzadlar yorğunuyam
Dinimiz bir oyuncaq...

Əşşi
Mən riyanın yorğunuyam
Sizə məhəbbətlər yollayıram
Qucaq, qucaq...

Di canınız cəhənnəməЕ


ZEHİN ONANİZMİ

Birləşən və ayrılan yollar

Məni hara aparır?

Qanımı axıdmaq üçün

Səbəb mi axtarır

O xain?

Gəl,

bax,

gör

Əlim bomboş

Elə ürəyim də

Dolu olan nəfəsimdir ancaq

Boşaldmaq istədiyimdə

Səbəb mi əxtarıram?

Bəlkə dəЕ

Nə üçün ölmürəm?

BilmirəmЕ

Elə sən də!

Nə üçün yaşayırsan?

Kimin üçün varsan?

İmkan ver aralanım səndən

Atlayım asfaltın ortasına

Yapışım yerə

İzim qalsın

Köpək leşi sankiЕ

Dırnaqlırımı tut

Uzanan dilimi də kəs

Amma böyümə qabiliyyəti olmayan

Üzvlərimə toxunma,

Sənə də gərəkdir

Mənə dəЕ

Bugün bazara getmişdim

Sözün qiyməti qalxıb

Kiloynan satırdılar

Bir qram aldım

Elə bu da bəsimdirЕ

Kül olsun başına

Bu na paltardır geyinmisən?

Gen bol ətəklərindən

Bütün şəhər yapışsın istəyirsən?

Tutaq ki yapışdı

Hara sürüyəcəksən o sürünü?

Belim qaşınır

Gəl qaşı

Ancaq asta qaşı

Sızanaqlara toxunma!

İndi də gəl yataq,

Baş ayaq yataq,

Narahat olma

Corablarımı çaxardıram.


ƏCLAF

İdeya: Həmid Herişçi


Mən əclafam!

Duzqabımız da əclafdır

Tez tez deşiyi tutulur

Çayndanımız da əclafdır

İçi tez tez əclaflıq bağlayır

Bəli mən əclafam

Boynuma alıram

Əslində ətirafa da ehtiyac yoxdur.

Əclaflığımda ot qədər sadə

Səma qədər təmizəm.

Gözələm əclaflığımda

Əclaflığımı sevə də bilərlər

Hətta sevirlər də.

Çoxlarına əclaflığım xoşdur

Əclaf olmayanda

Heç salam da vermirlər adama

Ən çox əclaflığımı duyan isə

Məscidimizdəki axunddur

Çünkü özü də əclafdır

Bizim əclaflıqlarımız dostdur

Əclaflığımın mayası,

Batareyası yoxdur.

Vətənimdən

Atamdan

Anamdan qidalanıb əclaf olmuşam.

Çəkdiyim siqaretin tüstüsündən də

Latın qrafikasıyla havada

Əclaf sözü yazılır.

Hətta orada

Ə və C hərfləri də xüsusən aydın oxunur.

Əclaflığın milli naxışları zəngindir

Folklorumuzdan qaynaqlanırЕ

Əclaf deyəndə ayağa dur ki

Mənim ürəyimə toxunur!

Bir işdən ümidliyəm

Küçədəki insanlar da şükür

Hamısı əclafdır.

Əclaflığı birbirimizə ötürmək

Hamımızın müqəddəs borcudur.


SƏNİ ELƏMİŞƏM

Kitablarımla vidalaşıb

Anama, atama və sənə

Qurbətin eşşək gözlü diblərindən

Bakının xarabalıqlarına

Lənət demişəm.

Yazdığım məktubuma

Evimdəki hörümçək ağlayır.

Ağzım it iyi verir

Pivə şüşəsi zəfər elan edir.

Sən bu gecə gəlsən də

Üzünə baxmaram

Rədd ol ged evimdən

İfritə!

Bu bizim yazımız deyil

Bu payız da bizə yad

Bizə doğmalığı qalmadı qışın

Günəşlərimi söndürüb

Sandığımın içinə gizlənmişəm

İçdiyim içkilərin dadı qalmayıb

Dadı içimdə öldürmüşəm.

Səni kitablarımın yanına

Rəfə yerləşdirmişəm

Səhərə qədər çərənləməni

Duymamaq üçün

Əlinə bir xiyar vermişəm

İntihar etmək istəyirsən

Get tualetə

Baçokun içində silah gizlədmişəm.


img1

NƏMRUD QƏSİDƏSİ

Vaxt gələcək

Gələcək

İndiyə güləcək

Biz indi keçmişə

Ağladığımız kimi

və üçün.

Vaxt gələcək

Keçəcək

Spazmaları yurdumun

Şəfəqlər sökəcək,

Qiyam olacaq

Devriləcək bütlər

Kəbədəki kimi

Tək, təkЕ

Öləcək, diriləcək

Hesab verəcək

Hər Nəmrud

Bizim kimi

Çünkü pozulmamalı ahəng,

Verilən söz tutulmalı

Partlayış olmalı

Qan qusmalı

Qorxusundan erkən doğmalı

Analar.

Atalar isə şalvarlarına

Batırmalı.

Günahlarımız bir bir üzümüzə

Durmalı, filan zad kimi

Şəhadət etməli üzvlərimiz

Əleyhimizə

Bəzən də leyhimizə.

Küncə qısılıb qalan

Məzlumlar haqqını tapmalı.

Qovuşmalı sevənlər

Cinlər bayram etməli

Şeytan qəhqəhə atmalı

Ey Allah! deməli.

Görürsən nə qədər nanəcib var?

Sonra da yanmalı

Biz də yanmalıyıqЕ


GÜLBƏŞƏKƏR

Allah Kərim dedi getdi

Gülbəşəkər məni tərketti

Şəkərin dozası azaldı

Şəkərimin dozası çoxaldı

Mən də bilirəm

Bu şəkərin

Qutu qutu satıldığı marketlərdə

Şəkərin qiyməti bilinməz

Yeyilməz və içilməz

Qırt qırt

Çaya batır ye desəm

Dişim yoxdur deyər

Sonra da ögüyər

Qaytarar

El aləmi batırar

Adımı batırar

Məni suda batırar

Amandı qoyma gəldi,

Gızıl gül əsdi, səbrimi kəsdi

Balam eeeeeeeeyЕ.


TİPİK AZƏRBAYCAN MAHNI SÖZLƏRİ
(Qusmaq İstəməyənlər Oxumasın)

Gəl mənim qara gözlü ceyranım
Şirin sözlu dilbərim
Gecələr gözümə yuxu girmir
Həsrətin öldürüb məni
Aman eeeeeeeeeeeeeey!!!!!!!!!
Gözümün işığı, evimin yaraşığı
Nazlı mələyim mənim
Nez elə, naz elə, naz eləЕ.
Qara saçlı toppuş gözəlim
Gəl yanıma seyredək ulduzları
Bu hicran yandırıb yaxdı məni
Aman eeeeeeeeeeeeeey!!!!!!!!!
Ölürəm dərdindən
Mən sənsiz neylərəm?
İncə belin, nazik telin
Bu ayrılıq nə uzun oldu
Məhəbbətin qədrini bilmədin
Bağışlamıram səni ey yar
Aman eeeeeeeeeeeeeey!!!!!!!!!
Sevirəm səni
Gəl bir döyünsün gəlblərimiz
Ah niyə xəyanət ettin?
Toyumuz olmalıydı axı
Başqasına ərə gəttin
Uzaqdan səni gördüm
Gəlin paltarındaydın
Gedim özümü qayadan atım

Yox ən yaxşısı rəvayət danışım

Bu məmləkəttə

Musiqi zövqü olan

Beş on nəfərin də bağrını çatladım
Aman eeeeeeeeeeeeeey!!!!!!!!!
Qurban olum o incə belinə
Əl ələ verək çəmənlərdə qaçaq
Ləpələri sayaq sevgilim
Axı indi mən nə edim
Könlüm səni arzular əzizim
Aman eeeeeeeeeeeeeey!!!!!!!!!
Anama gəlin olmalıydın
Bir sevgilim olaydın
Qara bir şЕ.n olaydı
Qoyma məni yalqız
Tənha
Tək

Kimsəsiz

AloneЕ

Sənsiz nəyləyirəm bu həyatı?
Fələk bizə mane oldu
Bir yerimizə nəsə soxdu
Aman eeeeeeeeeeeeeey!!!!!!!!!
Nanay nay
Nanay nay
La la la la la la la la
Zırt zırt zırt

P.S.
CINDIR MÜĞƏNNİ FASON ŞEYLƏR İNCİMƏSİNLƏR
HƏTTA BU ŞERDƏN PULSUZ İSTİFADƏ EDƏBİLƏRLƏR
İNANMIRAM Kİ OXUDUQLARI
MƏNİM YAZDIQLARIMDAN
DAHA MƏZMUNLU OLSUNЕ


İTKİLƏR

Hər gün aramızdan bir ulduz axır,

İtir tanış simalar,

Gedir məchula bir bir.

Bəlkə də daha azad sevişmək üçün

İnsanlar qaçıb gedirЕ

Açarlar səyahət edir

Qapılar isə öz yerində qalır.

Yoxsa biz qapıyıq

Siz açar?

İsti yorğan döşəyinizi qoyub hara gedirsiniz?

O puldan burada da var

O qadından burada da var

O şərabdan burada da var

Hara gedirsiniz, hara?

Mən qalım şer yazım

Siz orada gor qazasınız?

Mən gülüm

Siz ağlayasınız?

Nə üçün?


İSTƏRDİM

Ürəyimi görmək istərdim

Həqiqətən də yumruq boydamı?

Səni bir axşamüstü öpmək istərdim

Dediyin qədər məsumsanmı?


ÜŞÜYƏRKƏN

Hava yox, gözlər qaralanda

Aydınlıqla zülmətin bir fərqi qalmayanda

Sübhü gözləmək çətin olur əzizim

Əbəs olur əzizimЕ
Soyuq içimdə qılıb qərar
Qarnım ac

Yorğun metamorfozalar

Tülün arxasında sənЕ

Biraz səssiz olmalıyam ölərkən,

Biraz səssiz ölməliyəm
Əsl məhəbbət bax budur deyə bilməliyəm

Amma neyləyim ki

Son nəfəsimdə də

Zərbə alıram ən zəif yerimdən

***
Biraz səssiz ölməliyəm deyəsən,
Hürkütməməliyəm insanları
Gərək qırmasın şüşələri fırtına
Günalarımı örtən paltarımı geyməliyəm

Nə deyirsə desin haqqımda qoca qarılar

Sərxoş sürülər
Öpəcəyəm səni onsuzda

Öpülməli yerindən

Eşidirsən öpəcəyəm

Hissedirsənmi həyatım?

Hissedirsənmi?

Əllərim havada qalmayacaq inan

Gələndə zamanı

Gələndə yeri

Bir gün mən də təslim olacağam!

Sənə yad duyğuların atəşi

Qovuracaq ürəyimi

Payızda solmasın və

Qışda yasa bürünməsin deyə sevdamız

Bütün ili bir fəslə sığdıracağam

Gözləyəcəyəm

Cırcıramalı gecələrin birində

Salam verəcəksən mənə!

Amma o vaxta qədər

Səni sənsizliyimlə bölüşüb

Çarəsiz, tükənmiş ruhumla

Xəyal zirvələrində gəzişib

Öpəcəyəm səni öpulməli yerindən

Eşidirsən öpəcəyəm.

Hissedirsənmi canım

Hissedirsənmi?


KƏLLƏMAYALLAQ DƏYƏRLƏR

Allahı unutduğum qədər

Özümü də unuda bilsəydim

İnkar edə bilsəydim özümü

Onu inkar etdiyim qədər

Şərik qoşsaydım özümə bir nəfəri

Bir obyekt açıb

Əlli  əlliyə işləyərdim onunla.

Xülasə лkrosna╗ antenamı bugün

Ona tərəf çevirdim

Rabitə qurdum yarımla

Əff dilədim.

QəribədirЕ

Hisseddim ki onu

İctimai telefiziyaya

heç yaxın da buraxmayacaqlar

AŞPA-nın tələbi beləymişЕ


ƏR

Mənəm mənəm deyən düdük Rüfət

Evindəki problemlərini həll etmisənmi?

Qırğın, qiyamət qopur yoxluğunda

Xəbərin var?

Atan arvadına göz qoyub,

Anan isə ayırmaq istəyir sizi.

Yaxşı bilirsən xarabanda nələr olur

Amma acizsən.

Başa düşürəm,

Anadan keçmək olmurЕ

Bəs dəfələrlə yataq otağınızın qapısını

Gözlənilmədən açıb

Sizi лeyib╗ pozada yaxalayan

Və лvaxsey, çaşdım

Tualetlə səhv saldım╗ deyib

Sizi pis vəziyyətdə qoyan

Anadan da keçmək olmur?

***

Yaxşı bəs uşağın niyə olmur?

Birinci arvadı da boşamışdın ki sonsuzdur.

İndi də ikincisiylə 5 ildir yaşayırsan,

Xeyrola doğmur?

Bu da sonsuz çıxdı?

Total bəxtsizlik üz verib ki sənə

Vay vay!

Anan da ikincisinə quyu qazıyır.

Qonşulara deyir ki gəlnimdəndir

Göyşüyə göyşüyə dizlərinə döyür

Arvadına böhtan atır

Sənsə susursan.

Bəlkə qoca küpəgirən ananla

Bu daşı tökəsiniz ətəyinizdən

Etiraf edəsiniz ki sonsuz özünsən?

Gedəsən bəlkə androloqun yanına?

Kimdən

Nə üçün utanırsan?

Şəhərdə daha ginekoloq qalmayıb ki

Yazıq arvadını kreslosuna uzadmayasan.

İndi də ananın tövsiyəsilə

Əbəs yerə

Onu Moskvaya aparmaq istəyirsən.

Pulun çox düşüb?

Yoxsa bir aylıq bağa köçüb

Qonşulara Moskvadaydıq deyəcəksən?

***

O gün 3 şirvanlıq şortuyla görüblər səni

Utanmırsan?

Corabını yuyan

Yeməyini pişirən

Evini süpürən

Xoruldamaqlarına dözən

Tez tez yaddan çıxartdığın üçün

Unitaza dalınca su tökən arvadını qoyub

Gündə min erkəyin altına yatanla oynaşırsan?


Sən getdin cəhənnəmə!


ARVAD

Alınmır meymun Dilbazə?

Deyim niyə görə?

Çünki bozbaş iyi verirsən.

Ona görə ki ərinlə yatanda

Qovuşmadığın ilk məhəbəttəni

Xəyal edirsən.

Bədəninlə olmasa da

Ruhunla fahişəsən.

Maraqsız və darıxdırıcısan.

Bəzənmək ancaq küçəyə çıxanda

Düşür yadına.

Yad kişilərə və qadınlara

Gözəl görünmək daha vacibdir sənə.

Cehizlərini çox sevirsən.

Qadınsan da, qadınЕ

Qab qacaq üçün ölürsən.

Oyuncaqların

Uşağınkindən çoxdur.


Sən getdin cəhənnəmə!


DASTAN MASTAN

Qoşmalar

Qəzəllər

Qafiyəli şerlər

Gözümün düşmənidir

Folklor.

Sərbəst düşüncəyə

Vurulan zərbə,

Tabuların,

Miflərin

Dostudur folklor.

Ucuz qəhrəmanlıqların

Aynası,

Koroğlu dastanıdır

Qovğası.

Gördünüz ki qafiyə alındı

Folklordan danışan kimi.

Ətim tökülsünЕ


SİQARET

Bir Toyotanın pəncərəsindən

Atılan siqaret kötüyü

Arxadan gələn Pejonun

Təkərləri altında qalaraq

Qığılcımlarıyla yolunu aydınlattı

Tbilisi prospektində müştəri gözləyən

Travesti və polislərin

Sanki işıq tuttu bir zərrə

Qaranlıq dünyalarına onların.

O gecə yanmırdı fənərlər

Yağış yağırdı və maşınlar seyrəkdi.

O gecə dost olmuşdu

Polislərlə mavilər

Başa düşmüşdülər bir-birilərini.

Tənha və soyuq otağımın pəncərəsindən

Bu mənzərəni seyr edərkən mən

Elə duyğulu

Elə eşq doluydum ki,

Avropa otelinin qarşısında

Küləyin dalğalandırdığı bayraqlar

Mənə əl sallayır sandım.

Daha da kövrəldim

Əlimdə sönməkdə olan siqaretimin

Nöqtə boyda işığını yolladım

Yolun qarşısında müştəri gözləyən məzlumlara

Bir zərrə isinsinlər deyə.

İlahi mən ki belə mərhəmətli deyildim

Nə oldu mənə?

Filip Morrisə təşəkkür etdim

Həyat yoldaşımın səhər o başdan

Deyinməyini gözə alaraq

Siqareti nəlbəkidə söndürdümЕ

Siqaret romantizmin rəmzi

Siqaret zəhər

Siqaret kiminsə dostuЕ

Heç bir orijinallığı qalmayıb

Bu nəsnə haqda nəsə yazmağın.


PARANOYA

Axşam saat yeddidə

Oturmuşduq kafedə.

Mən, Rasim Qaraca və Bədəloff Babi.

Dedim Babi sənə şerlərimi oxuyum.

Dedi oxu amma bir dənəsini

Çünkü məndə paranoya var.

Heç na başa düşməsəm də ürəkdən güldüm

Və bir şerimi oxudum.

Gecə evdə anladım ki

Dialoqu sevməyən

Ancaq özü haqda danışmağı sevən

İnsanlardan biridir

Avanqardist BabiЕ


57 N-Lİ AVTOBUS

Yaşlı bir qarı

İki əlində üst üstə yığılmış

Çuğun qazanlar

Avtobusa mindi.

Reaksiya gecikmədi

Sürücü əsəbi

Konduktor əsəbiЕ

Xala qazanları avtobusla yox

Taksiylə apararlar, dedi

Onlardan biri.

Xala susur,

Avtobusun yırğaladığı

Qazanlar isə susmur.

Sürücü də susmur,

Nırç nırç edərək

Etirazın bildirir.

Xala vulkan kimi partlayır

Mən alverçi deyiləm deyir

Yas yerinə gedirəm

Bu qazanlarda isə ehsan pişəcək oğlum.

Birdən düşündüm ki

Konduktor da, sürücü də

Bir gün öləcək.

Onlar üçün də elə bu avtobusda

Qazanlar gedəcək.

***

Sözün düzü o qazanlar

Mənim də baş beynimi xarab eləmişdi.

Sürücünü də qınamalı deyil eeeЕ


O ADAM

Xoş təsir bağışlamışdı mənə o gecə

tünlüyə üsyan edərək

kənarda dayanmış
müstəqilliyini elan edərəkЕ


Ömrünün iki yaxasını qaldırıb

Soyuqdan titrəməmək

Zəifliyini göstərməmək üçün

Sıxmışdı birbirinə dişlərini

Həzz alaraq şaxtadanЕ


Mən şerlərimdə təkrara yol vermərəm

Xəyal məhsulu yoxdur əsərlərimdəЕ

İki yaxasını da qaldırıb ömrünün deyirdi

gözlərini dilə gətirərək

Soyuqdan titrəyən o adamЕ


Hər yerə uzaq adam!


POLİSLƏR

лTofaş╗ların sirenləri çalır ətrafımda
Mən nirvananın diblərindəyəm.

Bu mənzərəyə küçə ağlayır

Mən ilıq baharın həzzindəyəm

Talelər sönür sabun köpüyü tək

Ayaqqabı uclarına baxıram

İnsanlar ölür, mığmığalardan betər

Sabahkı gün mənimdir deyirəm


KLAVİATURA

Klaviatura ən çox çata yarayır

Adını bilmədiyiniz

Soruşmağa utandığınız

Xanımla tanışırsınız.


Cümlələrindən gözəl olduğunu

Əmin olmasanız da

Təxmin edib

Görüş anını xəyal edirsiniz.


Zaman isə zamansız

İntihar anı yaxın

Yarım qalır çatınızЕ


UNUDUN

Unudun bugünü, dünəni

Yenidən başlayın həyata

Sabah bir avtobus dayanacağında

Söz verirəm, talenizə rast gələcəksiniz

Onu bir türk lokantasına dəvət edib

Ordan burdan söhbət açacaqsınız.

Səhəri ona bir dəstə gül

Və bir dəstə vəd hədiyyə edib,

Ülvi hisslərdən danışacaq

Qadını duyğulandıracaqsınız.

Qıpqırmızı da ola bilər qadın

Baxır onun ailəsindən aldığı tərbiyyəyə.

Sırtıq bir təbəssüm də qona bilər dodaqlarına

Baxır onun səviyyəsinə.

Yadınıza salın ilk öpüşünüzü

Bax eləЕ

Belələri çox vaxt billurdan da xəssas olur

Sözlərinizə odur ki fikir verin!

Beyninizdən damla damla süzülən xatirələrinizi

Açarkən birbirinizə

Bəzənmiş yalanlarınızdan ötürü

Kompleks keçirməyin nə badə.

Onsuzda gün gələcək
Tükənəcək bütün sözlər

Sizli və sizsiz bütün sətirlər silinib
Sevda çiçəyiniz solacaq

Gözyaşlarınız içkinizə qarışacaq

Nəmli baxışlarınız bir üfüqə mıxlanacaq

SusacaqsınızЕ

Yəni romantik klimaks dövrünü yaşayacaqsınız.

Osturaq qədər dəyəri olmayan əsərlərə sarılıb

Dayanacaqda görüşdüyünüz günü xatırlayacaqsınız.

Və mənim kimi avantüristin biri çıxıb deyəcək ki sizə,

лUnudun bugünü, dünəni

Yenidən başlayın həyata╗.


EKSPERİMENT

Yağış küçədə sənsizliyə yağır

Sevigilinin adı dodaqlarında siluet

Qalx ayağa

Və işə balkondan aşağa!

Gözyaşlarının yerinə

Sidiyin qarışsın yağışa

Bu da olsun postmodern

Eksperiment.


YALAN DANIŞMAYIN

Allaha inanmıram

Kimsəyə səcdə qılmıram

Qibləm

Məbədim yoxdur,

Ateistəm deyən

Düdüklər.

Yalan danışmayın

Danışmayın yalan!

Bu məqamda

İstərəm bir bir

Yadınıza salam

Tanrılarınızı

Məbədlərinizi

Ayinlərinizi

Qiblənizi.

Ən böyük tanrınız qadın paçası

Qurban verərsiniz ona hər şeyinizi.

Məbədləriniz restoranlar, şadlıq evləri.

Ayinləriniz rəqslər

Qibləniz isə pul mənbəyi olan hər yer.


XİYAR

Lümpenlərin mahnıları

Şirin olurЕ

Bilirəm ki arsız olurlar

Biraz da nənəm kimi.

Əxlaqsızların bəhanələri

Sentimental,

Dəyyusların qeyrəti

FundamentalЕ

Mən də olum oriental

Göbək atım

Qalın maattal.

Bizim bir vətənimiz var

O da Azərbaycandır!!!

Yesən də, yeməsən də

Xiyardır!


TÜKLÜ QADINLARI

PİŞİRMƏYİN YOLLARI

Ceyranım

Maralım

Nazənin dilbərim

Ahu gözlüm

Eşşək gülüşlü dovşanım

Qıllı sevgilim.

Toydan əvvəl də

Sonra da

Epilyasiya xərclərin

Mənim boynuma.


ASFİKSİYA

Asfiksiya orqazmın

Müddətini

Şiddətini

Şəhvətini

Artırır deyirlər.

Gəlin yoxlayaq,

Bəlkə bu ölkə xilas olar

Külli miqdarda

GiЕЕ.dan.


NAZ KULTU

(BABİ BƏDƏLOVUN TƏSİRİLƏ)

Dur gəl nazlana nazlana

Nazlı nazlı yarım

Naz eləmə

Naz eləmə

Nazlı nazlı yarım

Dur gəl nazlana nazlana

ЕЕЕЕЕЕЕЕЕ.

Nazsız nazlanabilməyən nazlı nazgüllər

Nazdərdiniz nazpenisdirsə əgər

Nazlanmanın nə nazmənası var?

Nazdağıdacaq sizi onsuzda nazpenislər.

Nazınızı nazdüüüüüüüüüüüüt eləsinlərЕ


NAZPƏRİ

Xozpəri

Xozaystvennı pəri

Xozrasçot pəri

Xozayka pəri

Xoz xoz xoz

Qozpəri

Cazpəri

Qazpəri

Sazpəri

Bazpəri

Dazpəri

Pazpəri

Lazpəri

Qlazpəri

Mışinnıy qlaz pəri.


QƏHQƏHƏ

HA HA HA HA HA HA HA HA

HA HA HA HA HA HA HA HA

HA HA HA HA HA HA HA HA

HA HA HA HA HA HA HA HA

HA HA HA HA HA HA HA HA

HA HA HA HA HA HA HA HA

HA HA HA HA HA HA HA HA

Çox gülməlidir?


MƏHŞƏR

Bilmirəm kim deyib:

лHəyat bir xəstəlikdir

Cinsi münasibətlə başlayan

Və ölümlə bitən╗Е

Kim deyibsə qələt eləyib.

Əsl həyat elə ölümdən sonra başlayır

Və əsla bitmir.

Çünkü mənim hesabım var sizinləЕ

Çürütməmiş, rahat ola bilmərəm.

Buna görə də

Qiyaməti gözləyirəmЕ


BAYQUŞ GÖRDÜM RÖYAMDA

Yozmaq istədim

Alınmadı.

Gözlərinin tesirindəyəmЕ

Xilas olmaq istədim

AlınmadıЕ

Mənim də sevməyə

Sevilməyə

Ehtiyacım var.

Çox görməyin mənə

Xəyanəti

Bayquşlar.


TƏMİZ SAXLAYIN ŞƏHƏRİ

Qusmayın yalvarıram

Yediyiniz zir zibili görmək istəmirəm

Mədənizdə qalsın.

Vaxtı gələndə təbii yollarla

Uyğun məkanlarda ifraz edərsiniz.

Tüpürməyin yollarıma yalvarıram

Bəlğəmlərinizdən zara gəldim,

Bilirəm azəriyə yaraşmır

Amma neyləyim, mən təmizkaram.

İşəməyin blokuma

Balkonumun altına

İydən boğuluram.

Sıçmayın duvar diblərinə

Ağac altlarına

Eşşək sЕ.n olsanız da

Özünüz ki eşşək deyilsiniz

Yoxsa yanılıram?

Ay biqeyrətlər, çuşkalar

Murdarlamayın şəhərimi

Söz verirəm

Bir gün mən prezident olanda

Diz çökdürüb sizə

Poxlarınızı özünüzə yalatdıracağam.


SİZ MƏNİ YAXŞI TANIMIRSINIZ!!!

Elə bilirsiniz söyüş söyməkdir ancaq peşəm?

Yaza bilmərəm qafiyəli şer və qoşma?

Yeri gəlsə sizdən də əla yazaram

Gərək sübut edim, kül mənim başıma!

img2

лZimbabve Gözəlinə


Baxışlarındakı mənanın əsiri oldum

Sükunətin izdirabdır sevən könlümə

Sevgilim, intizarından Məcnun oldum

Ürəyim, ürəyindir. Gəl qıyma özünə.


Mətanətim tərk eylədi, əlТan əlindədir,

Vüslətlə ancaq qayıdar taqətim mənə.

Nisgilli qəlbimin dərmanı ləblərindədir,

Təbibim ol, qara ləblərindən daddır mənə.


Müştaqınam, ahu gözlüm mən əzəldən,

Tapıram kəhkəşanın nurunda səni.

Nardaranın ahəstə əsən ilıq şehindən,

Alıram qoxunu, duyuram səsini.


Gəl zülfünü seyrə dalsın müzdərib Xəzər,

Abşeron qibtəylə süzsün zərafətini.

Sən olsanda məftun könlümdən bixəbər,

Müdam xəyalımdasan, qəhr etmə məni.


Mükəddər edirsən sən aşiqini amandır,

Olma mültəfit mənə yox ehtiyacım.

Gözəlliyindən ziyadə işvən də yamandır,

Səndən qeyri, yenə səndədir əlacım.


Ələkbəri ram eyləmisən, insafın olsun!

Bunca dil dağa töksəydim, dağ dil açardı.

Pərişan etdin hicrinlə, yetməzmi inadın?

Ki, zülmətə yalvarsaydım o nur saçardı!


***


Utanın, yerə girin sərbəst vəznin düşmənləri

Dodaqlarınızı çeynəyin, daşlara vurun başınızı

Absurdun, postmodernin, abstraktın qənimləri

Utanın, yerə girin sərbəst vəznin düşmənləri

Ha ha ha ha ha ha ha ha və s.



ARANJMANLAR


Rasim Qaracanın şerinə

MƏNALI DÜNYAMIZA BİR İŞIQ TUTAQ

Yaxşı bir təklifim var

Gəlin hamımız diriləkЕ


İstər gecə yarısı

İstər günorta çağı

Qayıdaq özümüzə heç nəyə baxmadan

Bu günün işini

Sabaha qoymadan


Gözəldir təbəssüm dodağında

Girmək məscidin qapısından

Elə bil

Yenidən doğulursan

Alnında səcdə izi və

Dilində duanın hışıltısı

İslamın aliliyinə


Ataq imzamızı

Beyinlərə qazıyaq

Bu şanlı mübarizənin

Əlifbasını.


Dirildək özümüzü

Açıq açıq elan edərək

Qaranlıqları aydınladaq

Dualarımızla silahlanaq


Gözəldir təbəssüm dodaqlarda

Ölümə gedərkən

Bu din uğurunda.

Yaxşı bir təklifim var

Gəlin özümüzü dirildək

Bu çətin işi görməzdən əvvəl

İstəsəniz

Bir dənə də

İstiharə namazı qılaq.


Burada bu məscidin qapısında

Gecənin bətnində

Gözəldən gözəl görünür

Göylərə uzanan

Bu iki minarə.


Gəlin özümüzü dirildək

Allah bizi unudmadan

Qiyamət qopmadan


Mənalı dünyamızı çirkabdan təmizləyək!


ELAN

(BİR PSEVDO-İNTELLEKTUALIN QƏZET ELANI)

Beynimi kirayə verirəm

Düşüncələrim və prinsiplərim

Sizə təslim

Mənim yerimə siz düşünün

Qərar verin

Sizin dilinizlə danışımЕ


İstəsəniz vicdanımı da verərəm

Bütün varlığımla

Hipofizimlə

HisslərimləЕ


Bu gündən sonra da

Oxumayacağıma,

Fikir yürütməyəcəyimə

Düşünməyəcəyimə təminat verirəmЕ


Bütün müqəddəs kitablara

yox deyirəm

istirahət günlərimdə də

Harada, necə dincələcəyimi

Sizdən soruşacağam

Söz verirəm.


Sədaqətli ola bilərəm

Əqidəm ayaqlarınızın altında hər an

Əzilən mənliyim kimi olacaq

Qiymətim çox ucuzdur.


Sandro Pennanın şerinə

BAHARIN İLK RƏMZİNƏ FANTAZİYA

Cəhənnəm nəfəsin

Məni çəkmir artıq

Qanadlarım qırıldı içimdəki

Eşidirəm. Nə vaxtdır quyunun dibinə baxıram.


Qırmızı qatarlar

Yaşıl vadiləri dəlib keçir

Sürətlə

Və əsən külək

Yaddan çıxarıb

Dünənki vağzalı.

Orada daban daşı

Saadın əqrəbi dayanıb

Qeyri müəyyən fırlanır

Bu sevda

Başımın üstündə.


Hələ də həvəsim var

Enməyə quyunun dibinə

Qar kimi mən də

Unudmaq üçün

Qalanları geridəЕ


Reyner Maria Rilkenin şerinə

ÇOX TƏNHAYAM

Çox tənhayam dünyada,

amma yenə də tənha deyiləm

Hər saatı dayandırmağa gücüm çatar.

Əhəmiyyətsizəm bu dünyada

lakin zərrə deyiləm,

Sənin qabağında bığlı,

eynəkli şair qədər.

Öz azad iradəmlə gedirəm

inqilab etməyə

Faili muxtaram,

Tanrıma özüm hesab verəcəyəm.

Çox adam var ki çox şey istədiyi halda

Az şey istyirmiş kimi özün göstərir,

Pərhiz saxlayır guya, oruc tutur.

Evində tək qalanda

vəhşi kimi tıxır.


Jak Prevertin şerinə

BU SEVDA

Bu sevda

Elə sərt

Elə qəddar

Elə həzin

Elə yumuşaq

Elə ümidsizdir kiЕ


Bu sevda

Ay kimi parlaq

Pis hava kimi qəmgin

Hava pis olan zaman

Elə realdır ki bu sevda

Elə gözəldir ki bu sevda

Elə xoşbəxt

Elə coşqulu

Elə istehzalı

Soyuqdan üşüyən bir it kimi

Ve elə əmindi ki özündən bu sevda

Dənizin üstündən yüyürən adam kimi.


img3


LENİN BABA

Ala bula boz Lenin

Ay qoşa buynuz Lenin

Qocalıb əldən düşmüşdün

İşləmirdi alətin

Təhlil edib Manifesti

Cild cild əsər yazırdın

Nadejda xanım isə

Sənə buynuz qoyurdu

Trotskiylə mazaxlaşırdı.

Ay oğraş sənsə arvadından xəbərsiz

Milyonların taleyini həll edir

лAzad xalqlara╗ paya soxurdun.


***

Məddahlar sənə nə şerlər həsr edib

Xəbərin var?

Dirilsəydin əgər

Onlara sözün nə olardı əcəba?

Məsələn plakatda yazılan yerə göndərərdin?

Yoxsa daha betər həqarətləri

Bu soysuzlara layiq bilərdin?


ƏCLAF-2


Dünən özümdən də

əclaf adama rastladım.

Paxıllığım tutdu ona

Qısqandım.

Nə edim

Kimi atım

Kimi satım ki

Onun qədər əclaf olum

Allahım!?

Hüzürunda səcdə qılıb yalvarıram

Göstər mənə,

Qəlbimə ilham endir

лHard╗ əclaflığın yolunu tapım.

Mən əclafcıq ola bilmərəm

İlahi buna varmı haqqım?

Mən ƏCLAF olmalıyam!

İstəyirəm elə bir gün gəlsin ki,

Əclafa əclaf deyəndə

Əclaf əclaf danışma deməsinlər adama.


P.S.

Əclaf bacı qardaşlarımdan

Yeganə ricam

Dəstək olsunlar mənə əclaflıq uğrunda

Tək qoymayın məni ay əclaflar!!!

Qoşulun qardaşınıza!

Gücümüzün, əzəmətimizin,

Fərqinə varaq!

Gözəllik, müqəddəslik adına

Nə qalıbsa bu məmləkətdə

Yıxaq

Məhv edək

Daş daş üstündə qoymayaq!..

 
 
Hosted by uCoz