Məqsəd NUR

Asılqan

 

 

Copyright - Məqsəd NUR, 1997

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

I. Vitrin

 

Üstümə transformasyon qurğu quraşdırıldı.

 

Bu dəfə yeriyən adamın beynində işləməliydik: kəllənin içində. Şüurda qeydə alınmağa macal tapmayan birbaşa kəllənin içindəki başqa bir ünvana - altşüura atlanan, sonradan da haralarasa ötürülərək itib-gedənpərdəarxası duyğuların transformasyonu baş tutmalıydı. Bax belə bir qəliz məsələ. Amma, axıra qədər təlimata qulaq asmalıydım...

Qurğunu geydim. Qurğunu mənə bərkidən oğlan azərbaycanca başa saldı ki təlimatdan çıxmamalıyam. Bu, çox vacib məsələdi. Qapalı yerlərə girməməli, şübhəli obyektlərə (adamları deyir) yaxınlaşmamalıyam.  

Baş nəzarət ofisinin seyf qapısı arxamca taqqıldadı. Kilidləndi. Hələ pilləkənləri düşüb qurtarmamış da içəridə fikirləşirdim ki, bu alçaqlara bax, isti otaqda oturub məni ekranda görəcəklər. Belə çıxır, mən marionetkayam... Qurğunu bərkidən oğlan mənə təskinlik verdi:

- Pulun artığlamasıynan çatacey, day-day...

Qurğunun işinə isti otaqdakı ekipaj nəzarət edirdi. Başıma bir hadisə gəlsə, küçədə mənimlə tutaşan olub-eləsə mərkəzdə oturanlar köməyə gəlməyəcəkdilər. Birdən ağlıma gəldi ki, bu binamuslar üstümə öyrətmə adam da sala bilər: qurama bir hal yaradıb ölüm hadisəsi-zad törədər: fürsətdə həmin məqamı qeydə alar, sonra öz agentləri yetər, apparatı alıb itər... Amma qurğunun juçokları mənim onurğama, şapkamın altından beynimin hər tərəfinə, şalvarımın içində cinsi orqanıma, qarnıma, ürəyimin yanlarına, şah damarımın üstünə bağlanmışdı. Vaxt lazımıydı ölünü soymağa. Mən onlara diri lazımam! Mənim dirimnən xeyir götürsünlər, ölümü neynirlər?

Üstümdəki qurğuya yazılan vardısa, mərkəzi apparatda da qeydə alınırdı. Ölsəm, üstümdəkini ona görə götürməliydilər ki, əşyayi-dəlil olmasın. Qərəz, məni öldürüb aradan çıxmaq hələm-hələm asan olmayacaq... Həm , sonradan mənim beynimi şifrələməliydilər...

Bir neçə ildi, əcnəbi şirkətlər bizim şəhərə axışır. Açığı, bir az acığa düşmüşəm. Onların gətirdiyi ötürücünün saxtalığını üzə çıxarmaq naminə qurğunu axıracan daşımaq həvəsindeydim. Həm pul qazanıram.

Qurğunun qulaqcıqlarını taxdım. Qəribə səslər eşidirdim. Bu səslərin arasında mərkəzi offisdəki danışıqlar mənim bədənimdən, kəlləmdən gələn uğultular vardı. Əslində, bütün saxtalıqlar (əgər belə bir şey vardısa) indi mənim bədən-ünvanıma yazılırdı. Mən uğultulardan qanırdım ki, qurğu bir duyğuyla başqasını qarışdırır, qurğu həyəcanlanır ötürmələri düzgün kodlaşdıra bilmirdi. Duyğular hüceyrələrin reaksiyasını işıq sürəti ilə geridə qoyub qabağa arxaya qaçışırdılar. Bunlar belədir: kim insan duyğusuyla oynaya bilər, o da ola, mənim üstümdəki transformasyon, zavallı qurğu... Elə dolaşığa düşürdü ki, az qala özü çaşıb qalırdı. məncə, qurğu özü könüllücə duyğuların tələsinə girib ağlına gəldi yazırdı... Qərəz, cəhənnəmə ki!

 

* * *

Onu tanıdım. Şəhərə çıxmağı mənimçün hadisə deyildi.

Vur-tut bir tablosu barədə izahata qulağ asmışdım. Əsəri sərgilənən gün boynunu büküb qalereyanın küncünə sığınmışdı. O vaxt onu öyrənmək marağım vardı. Ətrafda baş verənlər barədə fikirləşdiyini bilməliydim. Belə puç adamlar var axı: özlərini düşkün miskin aparırlar, əslində hansısa kitabdakı illüstrələri yaşamaqdan xoşlanırlar, özləri bir köpüklük olmur...

O, heç vaxt bilməzdi, bundan əvvəlki gəzintisi təxminən vaxt olub. Yediyini yadından çıxarar. Onun dünyasındakı ölçülərə görə, məişət məsələlərini yadda saxlamaq ucuz uzaq bir şərtdi. Keçmişdən isə yalnız kəsiklər xatırlana, yadda qalarsa, o kəsiklərin təəssüratları təzədən yaşana bilərdi bu yaşantı gələcəyə bağlı deyildisə, ölüdü, deməli, əsl keçmiş deyil... Bu fikir əsasən onun deyildi, onun carçılarınınkıydı. Üç cavan kişi. Carçılar sərgi salonunda onunAdsıztablosu boyunca gəzib uzun-uzadı izahat verdiklərinə haqq-zad almırdılar. Yapışmışdılar ondan, özü qalmışdı qıraqda, susurdu, guya bu nəsə bir ustadıydı-filan. Allah bilə, aralarında vardı...

Vur-tut bircə əsəri sərgilənmişdi bu əsər bütün salonu tuturdu. Uzun, qalereyanın divarlarının tən ortası boyunca, eni, çox olsa, otuz santimetr, uzunluğu gözqaraldan: rulon kağızı kimi əvvəl yerə sərirdilər, camaat yerdə bir baxırdı, sonra divarboyu qaça-qaça əsəri açıb tezcə yapışdırırdılar geri atlanıb dururdular, camaat divarda da baxırdı. Sonra özləri yaxınlaşanlara yaxınlaşırdılar sanki əsər barədə danışmırdılar, car çəkirdilər.

Əsərdə : bir nar ağacı, bir üzüm tağı pilləkənlər. Bu nar ağacının üzüm tağının budaqları bağırsaq kimiydi, üst plandan görünən həyətin içindəki pilləkənlərə sarılır, divarları deşir, o biri həyətə, o biri həyətə o biri həyətə keçir, həyətlərin divarı boyunca qaçır, hərlənir, təzədən başlanır, təzədən dəlib deşirdi. Beləcə, əsərdə eyni nar tağları eyni üzüm tağları gəzişir, hərlənib təzədən gəzişirdi...

 

* * *

Onun yaşadığı çardaqdan (orda bir neçə dəfə olmuşdum) şəhərin içalatı, bağırsağı görünürdü. Üzü qəddənmiş küçələrə təkcə onun oturduğu tualetin nəfəsliyi açılırdı. Ordan səslər dolurdu, külək vıyıldayırdı. O öz əsərində xaosu  təsvir eləmişdi; bilmirdin dolambac həyət pilləkənləridi, rəngi qaçmış qartmaq vermiş eyvanlardı, yoxsa nar üzüm tağlarıdı-nədi. Bu əsərdəki pilləkənlər , içəri həyətlər bağırsağa bənzəyirdi...

 

O, ayda-ildə bir ya şəhərə çıxar, ya çıxmazdı. Şəhərin qarnında baş verənlər 3-4 ay sonra ona çatırdı. Oxunulan, dinlənilən vardısa tüpürmüşdü. Kimsə otuzdurub deyə bilməzdi ki, gəl, eşit, sənə filan hadisəni danışım. Onun yeniliklərdən zəhləsi gedirdi. Mən bu vecsizliyinə görə ona paxıllıq eləməkdən çatdıyırdım. Amma o hər zaman gələcəkdən danışa bilirdi: necə bilirdi bunu? Hərçənd, o mənimçün mənəvi ölçü ola bilməzdi məncə, o elə böyük sənətkar olmamalıydı. Sadəcə, özünü gicliyə vurmaqdan ləzzət alırdı. Hətta qadından imtina etməyə qədər. Onunçün qadın gətirirdilər: mən gətirmişdim, özləri gəlirdi, lap elə tələbə rəssam qızlar... Biləndə ki, ona  qadın gətirmək istəyirlər, - mən az qala yerə girdim: - elə bilirdin, onu elektrik stulunda otuzdurub canına tok buraxırlar...

 

* * *

Sərgi salonunun bir-iki addımlığındakı bilgisayar vitrininin qarşısında dayanmışdıq. İkimiz sakitcə vitrinə baxırdıq. Vitrinin üstündəki reklam işığına o biri səkidən düşən işıqlara da baxırdıq. Bənövşəyi, narıncı, yaşıl, göy, qırmızı reklam işıqları bilgisayarların ətrafında yanıb- sönürdü. Birdən mənim qulaqcıqlarım daha tez xışıldamağa başladı, mərkəzdəki səslər söndürüldü, yalnız küt impulslar qaldı. O mənə cumdu: məni vitrinin iri şüşəsinə çırpdı. Məni əməlli-başlı ora çırpdı sütunların arasına girib burnunu sildi, itdi... Mən onun dalınca qaça bilmədim sərildiyim yerdə - şüşə qırıntılarının içində qaldım. İki nəfər sütunların arasından sakitcə mənə yaxınlaşdı, qurğunu astaca üstümdən çıxardılar qoluma girib məni maşına qoydular.

 

* * *

Səhərisi, mən onu ofisdə bir küncdə oturub gülə-gülə danışan gördüm. Aydındı, biz ikimiz eyni işi görürdük. Hətta onun səlahiyyətləri daha üstündü. O, əcnəbilərlə ingiliscə danışırdı. Mən bunu bilmirdim.

Kontraktdan imtina etməkçün sağdakı otağa keçdim.

 

 

II. Sitrus

 

-...Sizin sifətiniz qafamı qabar eləyib. Vallah, yuxumda görürəm gözlərinizi, qoyun işimizdə olaq...

- Noolar ki... mənim gözlərimi bir vaxtlar görseydin... qarı nənəni bağışla... səndən gedən quruş-muruşdu...

- Mən o quruş-muruş dediyini axara gətirənəcən...

Qarının üzündə saysız qırışlar vardısa da gözlərinin işığında, bir yaxşı baxsan, yorğalığını tərgitməkdə olan qoca atın parıltısı vardı. Belə atlara hamının yazığı gələrdi...

Qarı piştaxtasına göz qoyduğu qafqazlının qınağına gəldi:

- İtil, Allah xətrinə...

sonra qafqazlı bu bazarda bundan qıraq dünyada nələr olduğundan xəbərli olduğunu göstərmək, bu arada da Afrikadan, ya Amerikadan gətirilmiş etiketli əcnəbi meyvələrini tərifləməklə yanaşı, yarı rus, yarı öz dilimizdə qarıdan da danışdı:

- Kosıginin məşuqəsi olub, yaman arvaddı, dilənməyinə baxma. Kişi ölürmüş bununçun...

...O biri, qarabirçəkli qarı bayaqdan bizi marıtlıyırdı. hardansa, müharibə qaçqınlığından iri şəhərin bazarına yaxın illərdə gəldiyiydi. Yaxınlaşıb, Qafqaz şivəsiyləbizim qarının əlindən yandığını dedi; donquldandı, “qoca ifritənin başını ayağının altına qoymaqistədiyini söylədi. “Bizim qarıda yan almışdı, amma hələ ki susur yüngülcə təbəssümlə özünü o yerə qoymamağa çalışırdı. Biz kababçün donuz ətlərini əlləməyə başladıq, yenə qarılar müxtəlif səmtlərdən yan aldılar. Əslində, onlar geyim-kecimə baxıb yaxınlaşırdılar. adamın sifətinin ən xırda cizgisni tuturdular: zəif bir nöqtə axtarır, məhz o nöqtəyə zərbə endirməkçün məqamı buraxmaqdan qorxur hər zaman gözlərini adamın sifətində gəzdirirdilər. başını aşağı sallasan da, bu qarılar bazardan çıxanacan çənənin altında olacaqdılar... Biz başımızı aşağı saldıq. Qarabirçək axır dilə gəldi:

- Sənin vaxtın çoxdan çatıb... Kosıgindən savay min kişinin altında yatmısan. Yaramaz qancığ, heç kəsi işləməyə qoymursan, yığmısan oğlanları boğaza...

Bizim qarının gözləri doldu, üzünü qırağa tutub axır dilləndi:

- Siz adamları dinc buraxın, Allah xətrinə, niyə siz mənə nifrət edirsiniz, niyə?!

Bizim qarıağladı dönüb getdi. Qırımımızdan söhbətə ilgili adamlar olduğumuzu gözü yemişdi. Bazardan çıxhaçıxda bizi yaxaladı. Kosıginin nətər kişi olduğundan danışırdı, deyirdi ki, siz bu ifritəyə inanmayın, mən onun məşuqəsi olmamışam, ölürdü mənimçün, elə mən ... ayaqlarımın suyunu içməyə hazırıydı, qırağa baxmırdım, gözləyirdim, nəsə onunla qovuşmağıma bir qapı açılacaq, Kosıgin mənim olacaq... neynəsin, belədə məşuqə saxlaya bilərdin, Kremldə hamı bu işlə məşğuluydu, amma ikinci arvadın olmayaydı gərək. Mən arvad ola bilmədim, lənətə gəlsin, o quruluşu ki, məşuqəni arvad eləməyə qoymur. İndi azadam, ondakı cavanlığım indi olsaydı, arvad olmadığıma yanmazdım, gəzərdim özümçün... İndi bax üstündə nəfsim qalır, axı lap qıt vaxtı mən bu meyvələrin içində yaşamışam...

 

* * *

Az sonra Yeni Arbat küçəsiynən şütüyürdük, maşınımızın baqajı sitrus meyvələriylə dolu...

 

 

III. Kəsik

 

Teatrın bütün küt qapıları şimala baxsa da, dar hündür işlək qapısı üzü qərbəydi. Şər qarışanda gəlirdim. Mənim vəzifəm axşam saat 6-dan sonra telefona cavab vermək aktyorların paltarını asılqana götürməyidi. Hələ görmədim ki, bir aktyor bircə əşyasını asılqana versin...

Qapının üstündəki səma dikinə, qıraqları iti bir kəsik kimi görsənirdi. O kəsikdən şərvaxtı qarmaqarışıq, irili-xırdalı ulduzlar doğurdu. Axşamçağı aktyorlar içəri gəldikcə boyunlarının ardındakı ulduzlardan xəbərsiz kimi o qədər çərənliyirdilər ki, bezirdim; bir gözüm ulduzlarda olurdu. Bir dəfə həmən səma kəsiyindən təyyarənin keçdiyini gördüm. Təyyarə kəsiyə ulduz səpələyib keçdi. Ulduzlar kəsik boyunca tökülüb itdilər. Dondum: kimsəyə göstərməyə macal tapmadım. Mən təyyarəni pambıq dərmanı səpələyən görmüşdüm, bu dəfə ulduzuydu!

Aktyorlar mənə inanmadılar. Paltarlarını asılqana verməkdənsə mənim fantaziyalarıma gülürdülər. Teatrın dramaturquna da demişdilər, bircə o mənimlə bu barədə danışdı...

 

 

IV. Bunker

 

Qız lazer printerin üstündə oturub ayaqlarını qucağındakının qurşağına sarımışdı. Əynində qara, qalın kabluklu tuflisiydi. Hərdən əlini qurşaqdan çəkib kompüterə sürtürdü. Oğlan kobud çərçivəli kompüter bunkerinin pəncərəsindən küçəyə binaya gələn yola baxırdı: orda da eyni cür qalın armaturdan, eyni naxışlı hasar vardı. Gələnlər o hasardan içəri keçir binanın başına fırlanıb arxa podyezdən girirdilər. Bayaqdan bir cüt abırlı nişanlının gəldiyini görürdü: onları tanıyırdı, indi onlar hərlənib gələcəkdilər bunkerin dəmir qapısını döyüb bir xeyli dayanacaqdılar, abırlı-abırlı baxıb gözləyəcəkdilər, qapıya, gözlüyə bir xeyli şübhəli-şübhəli nəzər salıb gedəcəkdilər. Nəsə duyacaqdılar bu barədə bir-birinə heç deməyəcəkdilər.

Oğlan əlinin ucunu kompüterin mausuna uzatdı, lazer printer işə düşdü, eləbil təyyarə qalxırdı. Sonra tam sakitlik çökdü, prosessor bu sakitlikdə astaca öz işindeydi, oğlan  arabir qızın ehtiraslarından ayrılıb prosessorun üzücü səsinə qulaq verirdi, eləbil böyük bir avialaynerdə, göyün neçəncisə qatında dəmir qəfəsin, bunkerin içində gedirdilər...

Qız əlini pəncərəyə uzatdı, kaktusu özünə tərəf dartıb tikanlarından yapışdı, kaktusu bədəninə sancdı, ağrıdan özü inildədi, ayaqlarını bir az da bərk sıxdı bayıldı...

 

1996-1997

 

Hosted by uCoz