Məqsəd NUR

Blüz

 

 

Copyright - Məqsəd NUR, 2000

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

 

Gilənar. Divar.

 

Biz ikiJeep gəldik, onlar da ikiToyotoda. Məhəlləyə çatmamış gilənar sırası başladı. Üstü cılxa qara gilənar. Küçənin ortasınca düzüllənib. Yolu ikiyə bölür. Ayaqları əhəngli. Əl dəyməmiş. Hələ tamahımız da düşdü. Ayıblandıqmı, nəmi? Həm tezbazar içəri dürtüldük. Küçə küçə: hasarı damlarına qədər qalxıb üstü suvaq cızıqlarıynan bəzəklənən...

 

***

Darvazadan sola balıqlar üzən üçmü, ya dörd çərhöüz. İçində xallı balıqlar. Ən zəhləm gedən balıqların adını sadalamaqdı. Bir görürsən, restoranda balığı yeyə-yeyə başlayırlar adını, sortunu sadalamağa. İstədim stressi atmaq üçün prikola keçim, soruşum bu xallıların adını. Biri gözümün qaçarağında tutdu: qayıtdı ki, qızıl balıqdı, o biri dedi fareldi. O biri qayıtdı ki, farel çay balığıdı...

- Balığın elə hamısı bir zibildi. - Mən dedim.

 

***

Ev, iridi. Tavanına qədər dörd metr, iyirmi santı. Bizi iki daş evin arasındakı şüşəbəndə ötürdülər. Nərd gəldi. Taxtasını açan olmadı. Piyalələrdə yaşıl çay, qoz ləpəsi, mer-meyvə, məzəsi, lələ-güləsi. Ot-ələfi üstündə: qulluqgöstərən dedi ya özünüz basın, ya istərsəniz, mən. Dedim buxarlan burdan, mən özüm. Qaçdı. Şirniyyat dalınca gedirmiş. Orda da şirniyyat bir qəpiklik! Heç sıxmadıq, əlimizi uzatmadıq: başında qızdırmamağa söz var...

 

***

İşarə gəldi: biz həyətə! İkisi qalıb danışacaq. Bir çərhöüz keçdik, iki çərhöüz, üç çərhöüz, dörd, beş... dalımızca dəmir barmaqlıq danqıldadı. Əlimi qurşağıma atdım geri dönəndə barmaqlıqları geriyə - taybatay açıb təzim elədilər. İstədim ta getmiyim, dalımca gələnlərimiz işarə verdilər. Qərəz, bir qəfəs, üstü kümbəzə bənzərdi, eni olardı, üç yarımın dördə, hündürü hasar boyda. İçində balaca bir meymun vardı. Çıxartdılar. İki fəhlə, kəndçimi, dedilər qul bazarından tutublar, çmo günündə, gətirib saldılar, meymun hər ikisinin üstünə atıldı. Hamı güldü. Onlar da yalandan güldülər.

 

***

- Bu ssukalar məscid tikirdilər. Kərpic ...işdiriblər. Şef yeddi sutka it yalıynan yedizdirir. Günüzü qaranlıq damda, gecəni burda. Aya baxırlar, özləriyçün...

Hamımızın şaqqanağı meymun atlanıb birinin çiynində oturdu. Məscidin minarəsinə baxdım. Elə hər tərəfdən görünəni oydu. Qəfəs bağlandı hər iki şef bizə yaxınlaşıb gülümsədilər. Biz tez qırağa çəkildik, onlar yenə ikilikdə - qəfəsin qırağında durub ayaqüstü danışdılar. Mən yanımdakılara üç həriflik söz demək istədim. Sonra əvəzində balıqlarını söydüm bütün balıqların fahişə olduğunu dedim. Sonra küçəyə çıxdım bir gilənarı qol-budağ elədim, bir qolunu da sındırıbYeerin dalındakı təkər yerinin üstünə taxdım. İri bir budaq. Məscidin yanından keçəndə bərk bir siqnal verdim. Gələnbaş minarə-zad görməmişdim. Bəlkə gedəndə görməzdim. Divarları minarəyə qədər hasar yerineymiş...

Nəsə, biz ikiJeep getdik...

 

 

Qoca-2

 

“...Bəzən bütün ümidlər eyvandaca ölüb-qurtarır. Eyvanı olmayanlar ümidlərini uzaqlardakı fəza boşluqlarında öldürüb-itiriblər. Bəzən, itib-getmək üçün boşluqlar da yaramır. Elə-belə, o boşluqlar, o görünən boz tutqunluqlar aydın səmalar adıyla görünən divarlar durmadan ayaq altından itib-gedən körpülərə bənzəyir. yaxşı ki, yandırmağa, geridə qoyub getməyə körpülər qalmır. Tüpürüm, sizin keçidlər uçurumlar üzərində qurduğunuz körpülərə... Az qala ölüb-gedən duyğularınızın mənə dəxli yoxdu...”

 

***

 - Çox qəzəbli yazırsınız.

 - Niyəki?

 - Belə olmur.

 - Necə?

 - Belə , belə!

 - Yəni necə?

 - Məsələni ictimailəşdirmisiniz.

 

***

 “... Metronun birinci stansiyasından qaçıram. Tunel boyu. Arxamca məni qovan qatarın arxasınca da quyular yaranır. Yer əriyib gedir. O qatar dönməyə tunel tapmayacaq. Onun mənim dalımca qaçmağının əbəsliyini maşinist distpeçer bilsəydi...”

 

***

- Tunellər var! Tunellər var... Çox yazılıb tunellər.

- Sən bu tunellərə onun maşinistlərinə bax! Yaxşı ciddi.

 

***

 “...Sən demə, eyvanda oturub-qalmaq hələ aciz adam olmaq deyilmiş. Hər zaman, hər zaman dirilmək fövqəladə bir varlıq olmaq mümkündür. Qoca, aciz mən dəri çəkələklər, cındırı çıxmış boz-səmavi köynəkdə, naxışlı həngamalara dayaqlanıb küçəyə baxıram. Mənim eyvanım hava boşluğunda elə dayanıb ki... Qürurla, şəstlə... Övladlarım yarıyıb. Onlar məni, mən onları unutmuşuq çıxıb-gedib. Bu mənada hər şey hamı üçün rahatdır...”

 

***

- Övladların dəxli?!

- Elə-belə, övladlar həmişə detaldır. Çoxlu, çoxlu çoxlu. Oynadıb buraxdığımız oyuncaq. Amma onların mahiyyəti bizim işimizdə çoxdur.

- mənada?

- Onlar yardımçıdı. Zavallı, xəbərsiz yardımçı.

- Siz bu sirri aça bilərsiz?

- Yox. 

 

 

Qoca-3

 

...uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir göylərə...

 

***

- Söz vermişəm, ta onu söyməmək! Arvadın cənazəsinin altında söz verdim. Gədələrim məni dürtmələyib çıxartmaq istədi. Utanmadım...

- , mən görmüşdüm. Siz onu çox sevirdiniz...

- Mən onunçün ölürdüm...

- , mən görürdüm...

- Paltarını, ayağını yuyurdum. Bunacan. Elə getdi ... Mən onnan yetim qaldım.

- , , paltarları da...

- Deyirdi danışma!

- Rəhmətlik özü ...

- , yeddi-səkkiz ildi eşitmirdi ... Deyirdim, bəxtin varmış... Mən danışanda ağzımnan-əlimnən bilirdi. Göz bərəldirdi, ayağımı basırdı...

 

***

- Şer yazıram. Niyə danışım? İtirməyə bir şeyim var?

- ...hamı elədi...

- ...uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir göylərə! Uçub qalxır yerlərdən... Barmağımın ucuna bax, ucuna bax. Bax belə, beş barmağımın beşi , lap on barmağımın onu da yığılır, yığılır, uçub-gedir, uçub-gedir göylərə...

- ???

- hər şey, hər şey...

 

 

Saz. Caz

 

- Bizi ömrümüz boyu acıdil padşahlar idarə edəcək.

- Neyçün?

- Zəhrimar içib sağ qalmışıq...

Xrom çəkməsinin ucuynan bir çınqıl da qırağa vurub-atdı. 

 

***

Aşıq qaya töküntüsündən sonra çınqıllıqda tək bitən  başdaşında oturub danışırdı. Sədəfli sazını dınqıldadır çınqıllı vadinin üfüqünə baxırdı. Caz barədə soruşdular. Solundakı sıldırımlı qayalığı, sağındıkı kollu təpələri qarşısındakı vadini isnat verdi. Oğlunu çağırtdırdı.

 

***

Oğul: “ ...bəlkə torpağın altında gizlənmiş bir səsdi. Səs. Saz köhnə səsdi! Qatı açılıb. Sazı barmağının arasından dünyaya baxan adamlar doğub-atıblar... Babalarımız onu alətə çevirib. Caz isə... hər gün bizimlədi! Meşədə, qoyun dalında, çayda, biçində. Caz təzə səsdi. Biz sazın əlindən qaçıb gizlənirik, çünki saz onu eşitməyə, məhz eşitməyə vadar edir. Saz şah yeməyi kimi bir şeydi. Saz surətpərəst oğlandı. Biz sazın qorxusundan cazı eşidə bilmirik, ona görə sazdan yoruluruq. Baxın...”  Oğul atanın sazından bir-iki dınqıldatdı, ata onu sazın ucuynan vurub başdaşının üstündən aşırdı. Atanın üzünə varmadan, ordan çəkilib cib telefonunun düyməsini basdı...

 

***

Oğul: “Biz indi vadiyə tərəf gedirik. Siz gedirsiniz, amma mən süzülürəm. bütün bunları sizə açıb danışıramsa caza minnətdar olmalısınız...”

- Bəlkə saz barədə...

Oğul: “Saksofon, fortepiano, zərb... hələ caz demək deyil. Saz da hələ caz demək deyil...”

Ata (arxadan): “Caz şeriyyatın içindədi.”

Oğul: “Caz bütün qarın boşluğunda bütün əzalardadı.”

Ata: “Caz havalı başdadı!”

 

***

Oğul: “Bizi ömrümüz boyu acıdil padşahlar idarə edəcək.”

- Neyçün?

Oğul: “Zəhər içib ölməmişik, ona görə.”

- Zəhərin dəxli?

Ata: “Zəhər dilin altındadı, amma həyatımızın cövhəridi...”

Oğul: “İkinci dəfə yaşamaq belə olur. Zəhərdən sonrakı həyat! Bizim , padşahlarımızın da əsl həyatı zəhərdən sonrakıdı. Caz, birdəfəlik bilin, ikinci həyatı sevmir...”

 

***

Dönüb qolunu atasının boynuna saldı. İksinin başpapağı əyildi. Qol-boyun oldular. Geri döndülər. Oğul sağ böyrüylə atasına dayaqlanıb sol yanını qaldırdı. Cins şalvarına taxdığı cib telefonunu yerindən çıxarıb şellənə-şellənə, yayxana-yayxana haraynansa, kimiynənsə danışdı. Telefonu Yerinə taxdı. Ata oğluna hər gücüylə dayaq durub gedirdi. Sazını qoltuqlayırdı. Qənfeyi şalvarını çəkirdi. Xrom sapoqlarının içinə girib nazilən çəyirtkəsayaq ayaqlarını dolaşdıra-dolaşdıra ağzıyuxarı dırmanırdı. Qımışmağı da boynunun dalından bilinirdi...

 

 

İkimərtəbəli.

Beşmərtəbəli.

 

Nikolay evlərinin arasından çıxıb işıqfora tərəf yol aldım. Üzülüncəyə qədər paltar iplərinin bir ucundan yapışıb divara asıllı durmuşdum. Belə bir dözümün qarşısında çıxdığım küçədəki bütün işıqforların yaşılı bir köpüyə dəyməzdi...

 

***

Xaqani küçəsiylə qaçırdım. Hər yerdə yaşıl, yaşıl... Maşın tıxacına çatanda qandım ki, dalımca düşən yoxdu. Kimin mənnən işi? Tıxaca lap dirəndim lap durdum. Mənim əylənclərim varmış. Varmışsa nəyimə gərək, lənətə gələ bilərsə gəlsin bu əyləncləri mən qarşımdakı avtomobilin dal qapotuna atlanım. Sonra bir ayağımı maşının damına çatdırdım. Gərək sürüşməsin, gərək arxa şüşəyə dəyməsin, sındırmasın. Görən olmasın... Maşının damına atlandım. Damda başqa mənzərə var! Duruxdum. Ətrafda maşın damları maşın antenaları göz çəkincə uzanıb gedir. Ağaclar çətirində yolun geriyə qarşıya uzunnaması görünür. Qanqala bənzər işıqforlar durub...

 

***

Mənim duruxmağa haqqım varmı? Yox, özümə başqa bir sual verməyə gərək duydum: “Mənim duruxmamağa haqqım varmı?” Mənim qəddimi düz tutmağa kefim gəlincə qaçmağa yolum imkanım var. Burda artıq haqqın var, yoxdu, keçmir. Qabaqda müxtəlif markalı maşınlar: sovet maşınları, rus maşınları, alman, yapon, koreya, fransız maşınları... İşıqforun yaşılına baxmayaraq heç kəs tərpənmir. İşıqforların arasında, altında, hər yerində, boş bir qarış da görünmür: hamısı tıxac hamı sakitcə durub gözləyir...

 

***

Antennalara dəyib keçdikcə arabir FM-lərin cır səslərini eşidirdim. Dayandım bir antennadan yapışıb qulaq verdim. Hardansa, Əzizbəyov tərəfdən gələnlər var. Yollar bağlı olacaq, bəlkə bir neçə gün. Hardasa canlı yayım var: adamlar kameralara, mikrofonlara düzülüblər. Mən Xaqaninin qurtaracağında, sağındakı TV-studiyanı xatırladım. Orda mənim yaxın dostum işləyir. Qaçdım, işıqforun yaşılındakı maşınların da belini adladım, səkilər doluydu. İndi TV binasının girəcək qapısını axtarırdım, aşağı, yanlara baxırdım. Qapıların birində sivişib içəri girə bildim.

 

***

Dostum məni tanımadı. O, canlı yayımın aparıcısıydı. Bəlkə buna görə, bəlkə mən onun xətrinə dəydim, işini pozmaq istədim. Heç səsimi eşitmədi. Nəyimə lazımdı, geri qayıdım, harasa çıxmaq, nəsə demək. Sadəcə, burda - pilləkəndə oturub qalmaq rahatdı. Maşınların damı sonsuz işıqforların yaşılı daşlıq-qəmbərlik kimi bir yoldu. Ayaqlarımın altı ağrımır, yorulmamışam, əzilməmişəm. Sadəcə ürəyim sıxılır. Damların üstüylə yeriməkdən bezmişəm.

 

***

Pilləkənlərdə oturdum. Stalin binasının pilləkənində. Bir mühəndis mənə demişdi ki, beşmərtəbəli stalinkaların çoxu ikimərtəbəli nikoloyevskilərin üstündə tikilib, bilirsənmi. Dedim, yox. Dedi bil. Dedim, gürcü köpəyoğlu...

 

2000

 

Hosted by uCoz