Məqsəd NUR

Kimyəvi

 

 

Copyright - Məqsəd NUR, 1998

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

 

Havada kağız klyoklar fırlanırdı. Xışıltısı, qoltuğa girməyi, sinəyə sıxılmağı, dolub-boşalmağı vardı: bükülüb qırışmağı vardı, vardı, vardı. Dik dururdu, dik! Qucaqda da dik dururdu...

 

Çəkildilər. Salafanlar gəldi: reklamlı üzünü matax kimi tutub-gəzdilər. O biri yanında ləzzətli baldırlar gedirdi: görünüb-gizlənirdilər. Gizlənpaçıydı, görünür-itirdilər, görünür, itirdilər...

 

Salafanlar da zibilliyə düşdü: küləklərin ağzına girib palçığa qarışdılar. Sonra da kirin içindən - maşın təkərinin adam tapdağının altından pırtlayıb təzədən boylanmağa başladılar...

 

 

Gecə tablosu

 

Bir toz burulğanı vayağa kimi gecə qaranlığında qabağıma çıxdı. Küləklər vıyıldadığı, yağışlar gözləndiyi tozlu yolda, maşının pəncərəsi önündə göründü itdi. Yerdən buruxlanıb göyə qaçırdı: maşın işığından yan keçə bilmədi...

Bu, qaçmaq deyildi, bir gecə əsəriydi: qorxusundan özünü maşının qabaq şüşəsinə çırpan qadın bədəniydi, toz burulğanı cildində ütüb-keçirdi. Bu, gizlincə, xəbər-ətərsiz kiminsə yanına qaçan bir qadının ruhuydu. toz, mığmığa yığnağı deyildi. Mən onu küçədə, gecə işığında qaçan görürdüm. Onun qaçmağı da gözəliydi. Xəyanəti ...

İşıqdan qaçırdı. Mənə görə yox, mənzil başına çatmağına görə tələsirdi. Məndən utanmağı maşınımın işığındaca əriyib getdi. Bəs mən kimin yanına gedirdim, hardan gəlirdim? Mən axı hansısa qadının yanından gəlirdim, ya ki hansısa qadının yanına qaçırdım...

Keçmiş ola, bu toz yığnağının rəngi mənə heç vaxt görünmədiyi qədər gözəl görünmüşdü.

Amma o ruh burulğanı o xəyanət qabağıma bir çıxsa, həmin gecəki qədər füsunkar görünməyəcək...

 

 

Tonqal kişiləri

 

1.

Yer tapdılar! Axır çərşənbə gecəsi ürpədici səslər verən oyuncaq partlayıcılar zibilxananın ətrafında gizlədildi; indi bomba şeylərin canına üşütmə salmaq zamanı gəldi. Sabah gecə partapart olacaq!

Səhər açıldı! Zibilxananın üstündə göyqurşağı doğanda bir-birlərini dümələdilər, hazırlıq işlərinə girişdilər: partlayıcılar nəm tutsa heç ! Sevindilər, bəsdi!

Sərgiyə çağırdılar! Varlı bir qadın qaçqın düşərgəsinin anbarında uşaq rəsmlərinin sərgisinə pul buraxmışdı. Qırmızı inomarkada gəldi, zor şeydi! Yeridikcə Günə parıltı verən ətrəngli kalqotqası, uzun ayaqları, az qala qarnının altına çatacaq qıp-qısa tumanı vardı...

Qaçıb şapanaq çalanlara qoşuldular; divarda tank, avtomat, raketlə dolu rəsmlər asılmağa başladı.

Kim istəsə kağız, rəng verirdilər, çək! Birisi guya müharibə çəkmişdi: şəkərbura, yanında şam göbələk. Ona o qədər güldülər...

Bəsdi. Axşam düşür!

 

 

2.

Axır çərşənbədə təkər yandı, üstünə nöyüt atdılar; böyüklərdən bir kimsə atlanırdı, bir kimsə sevinirdi. Sifətlər dalğın, düşüncəli çaşqınıydı. Eləbil qızınmağa yığışmışdılar, bir ayaqları qırağaydı.

Alov dillərinin haracan qalxacağı maraqlıydı. Elə özləriydi dingildəyən, qıraqdakı dalğın atalar odun kökünə zillənmişdilər - çənə vururdularsa da, fikirləri odun kökündeydi. Söndükcə hamı çəkilib gedirdi, cəhənnəmə getsinlər!

Köz qalmayacaq, indi külün altından təkərin nazik, qara simləri pırtlayıb çıxacaq!

 

 

3.

Yekə Kişilər binanın tinlərində, podyezdin qaranlığında kölgə kimi itirdilər. Qarışqa kimi çəkilirdilər. İndi gedib neynəyəcəklər, arvadlarıynan yatacaqlar, onların yumrularını sıxacaqlar? Bir arvadın yumrusunu qədər sıxmağ olar? Eləbil yumru sıxmağa getməkdənsə, qara pencəklərinə, gödəkçələrinə bürünüb gizlənməyə qaçırdılar. Yorğanlarını başlarına atıb qaranlığa dürtülmək istəyirdilər. Elə bil yorğanları başlarında gəlmişdilər, isti yataqlarına qayıdırdılar. Onda da kef olacaq, partapart başladıqca kayf tutulacaq!

 

 

Günəşə doğru

 

1.

Bu sabahın da izi başladı. Günəş çox qoluuzun varlıqdı. Bu qədər işdən tıncıxmır: rəngi can verən konfet kağızlarını, guya hansısa gücün itələməyindən yox, sadəcə öz keyfinə diyirlənən milçəklər kimi vızıldayıb keçən kirli maşın disklərini, asfaltda tıncıxan oyuncaqları, salafanları da işıqlandırır...

Bu onun işidi , o da işə gəlib, astaca arabasından düşür, uzun ayaqları, uzun qolları, qısa tumanı var, bu işi görmək onun azarıdı. Onun pula ehtiyacı yoxdu, gəlir-gedir hərdən tənbəlcə yatdığı günlərin əvəzində daha çox görüb, daha dərinlərə əl uzatmaq istəyir. Günəş ürəyiyumşaq milyonçu balasıdı...

 

2.

İşə, Koridora, ordan axıracan uzun bir yol qaçmalı, tıncıxmağı gələndə sağa, sağda da koridorabənzər uzun dar otağa, bir sağa. Orda bilgisayarların kar qulağa sızmayacaq xısınca səsi eləbil qarışqa sürüsüdü gedir. Bilgisayarlar haçansa daraşacaqlar bər-bədənə!

Yox, bura girmə! Girdin. Burdakılar başlarını qaldırdılar, baxdılar, salam verdilər, vəssalam. Onların yerinə olsaydı salam verməzdi, salam özü illərdən qalan kül iyi verir. Salam boşluq əlaməti olanda-olur.

Sola keçir, kül dolu mis məcmahılar düzülüb. Hər məcmahının arxasında Yaz Günəşinin ultrabənövşəyisi düz pəncərənin dibindən qalxan üzbəüz divarın yuxarılarından süzülüb gəlir. Qoruyucu gözlüklər taxılıb.

- , üfürün, sən , , durmusan, eləbil heç kompüterçi deyilsən, , üfür, o divardan bayıra qapı açılınca küldən üfür...

 

mart 1998

 

Hosted by uCoz