Məqsəd NUR

Qırğız gündəliyi

 

Copyright - Məqsəd NUR, 1999

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

1. Göbək

 

- Ey, Canıbek!

- İ-ya!

- Bu qız sənin xoşuva gəlir?

- ...siyim var.

- Siyə baxma, kişi ol! Xoşun gəlirsə, çək apar uzat yovşanların üstünə...

 

Hərə bir tərəfə çəkildi. Üç tərəfdə siyən kişilər.

Canıbek qara BMV-nin arxasına keçdi. Qayıtdı. Arxa qapını açdı:

- Sən niyə düşmürsən? Sənin siyin yoxdu?

- Niyəki... var! Amma qızlar kişilərin yanında si eləmir...

- Sən qızsan?

- ...

- Mən səndən utanıram...

- Utanma...

- Gərək sən görünməyəsən.

- Görünmərəm.

- İstəminəm, sənin burda olduğuvu bilim...

- Onsuz da sənə baxmıram, Canıbek! Mən heç kəsi görmürəm. Heç birinizi, inan! Qoy mən sərilib oturacaqlara uzanım, lap başıma bir pencey atım, bax...

- Yox, sən başıvu yenə qaldıra bilərsən... Guya sən bu yekə kişilərin necə siydiyini görmürsən?

- Mən indi sənnən danışıram, Canıbek, mən onları görürəmmi?

- Sən baxmasan da bilirsən onlar nəcür siyir! Bilirsən, onlar hardan siyir...

- Get, get... indi mən neynim, deyirsən?

- Gəl sən gedək...

 

Canıbek göbəyiaçıq, sarışın, uzunboylu - əynində kapyuşonlu kostyumu olan qızın əlindən dartıb maşından çıxardı. Bu vaxta o biri dörd kişi şalvarlarının qabağını düzəldər-düzəltməz maşına tərəf qayıtdılar. Sürücü qapotu qaldırıb başını altına soxdu. O birilər gərnəşdilər. Nəsə danışırdılar.

Canıbek qızın əlindən yapışıb əvvəl asfaltın enişini düşdü, sonra qarşıdakı xırda təpəyə tərəf qalxdı, yerdən yovşan qırdı:

- Xoşuva gəlir? Atam deyir, bu zor otdu!

- Mənim otlardan başım çıxmaz, Canıbek. Biz hara gedirik?

- Görmürsən, daldalanmağa bir yer yoxdu, gəl, təpənin dalına girək, bizi görməsinlər.

 

***

Təpənin düz başında duruxdu. Dayanıb qüruba baxdı. Üstündə durduğu təpələr, təpələrin ardınca təpələr hər təpənin Gün düşən sinəsində quzey yovşanının parıltısı vardı. Boz-qırmızımtıl parıltı. Küləyin işiynən tumarlanır, itib-batır. Qara-qırmızı, şümal kəhər yalının yelləntisi kimi gözdən ötüb gedirdi. Hər gələn sızaq yelin toxunmağından yovşan kolları qüruba tərəf yalmanırdılar.

Harın quzey yovşanlarıydı. Kollanmışdılar, içlərindən iynə naziyi otlar pırtlayıb boy atmışdı. Otlar yovşan kollarına bəzək vermək, onlarla birgə tumarlanmaq üçünüydü. Vəssalam...

Canıbek bezdi. Biraz yovşanların arasınca qaçdı, yovşanları təpiklədi, şalvarının ayağına ilişən nədənsə cırnadı, bir həmən tilişkənimi təpiklədi. Qız əli qoynunda qollarının çatmasını açıq qarnının üstünə qoyub, bir ayağını yorğun madyan kimi qanırıb durmuşdu. Baxırdı.

- Nəyə baxırsan?

- Baxmıyım?

- Bax!

Canıbek yovşanların arasından qalxıb qıza gəldi. Qız onu əlindən dartıb getmək istədi. Hızlandı. Qızın əlindən dartıb balaca canıynan onu dalıyca sürütlədi, qarşıdakı daha bir təpənin üstünə qalxdı. Yenə qarşıda eyni təpələri ta nər, hündür, qarlı dağlara qədər, eyni parıltını, eyni yovşanı eyni işıq ilğımını gördü. Qızı təpənin yalına çəkdi. Bərkdən. Ona tərəf döndü. Boyu qızın dizinin gözündən biraz yuxarı. Başala barmağını qızın göbəyinə uzatdı. Qız diksinib açıq göbəyini gizləti geri atlandı:

- Neynirsən, Canıbek?!

- Göbəyivü əlləşdirirəm! Qəşəngdi...

 

***

Asfalt. BMV. Başqa kimlərsə maşının qırağında-başındadılar. Hərlənirlər. Görünürlər. İtirlər. (Canıbek qızı əlinin altından tərpənməyə qoymadı: arxası gördüklərinə tərəf oturtdu. Özü oturdu. Əlini göbəkdə qırağında gəzdirməyində oldu) Bu ara bir BMV gəldi-dayandı. İtib-batırlar. Nurpays bu tərəfə baxır, papağını düzəldir. Canıbek parıltılı yovşan təpələrinin qarşısındakı ağca  qızın çiynindən maşının həndəvərində toplaşanlara baxırdı. Baxdıqca qurşağından şalvarının altından nəsə pırtlayıb çıxmaq istəyirdi. Maşının qapotunda yenə kimsə əlləşirdi.

...Yolun o tayından, yulğunun arasından bir at çıxdı. Üstündə adam. Lülə. Deşiyi atın yalmanından qalxıb BMV-nin damına tərəf qalxdı. Maşının bu üzdən görünən qapılarından o üzünə atlananlar oldu. O vaxta qədər maşının damından görünən o üzdəki yekə bir baş sağa-sola, dala qabağa, yar-yarımçıq atlanıb-düşdü. Ya yerə, ya atın ayaqlarına. Canıbek qalanını görmədi. Atın üstündəkinin başı lülənin qabağında itmişdi. At dönüb yulğunların dalına girdi. Canıbek bayaqdan lülənin altındakını fərli at bilirdi, kolluğa girəndə sezdi: tüklü bir yabıydı. Sallanıb yorğun-arğın gedən kimiydi. Üstündə adam vardı. Tərkindən adam sallanırdı. Xurcun da onun altında: atın tərkindən-qaşından sallanırdı. Yabı kolluğa girib qurtarana qədər baqaj açıldı. Qapot örtüldü. Bu tərəfdəki qapılar açıldı, örtüldü. Nurpays göründü: təkərləri təpiklədi, bir əskiynən maşının damını, pəncərəsini, baqajını, o tərəf-bu tərəfini sildi...

Gələn BMV geri getdi...

 

***

Canıbekin şalvarının içindəki üşündü. Qız o yerdən yapışıb gülə-gülə:

- Canıbek, sənə siymək lazımdı.- dedi.

- Mən siymək istəminəm!

Canıbek barmağını qızın göbəyinə batırdı barmağının ucunu göbəyin dəliyində hərlədib geri çəkdi. Sonra da həmin əlini cibinə salıb şalvarından pırtlayanı düzəltdi, onu elə qoydu ki, guya şalvarının içindən boy verən adi ölçüləri pozmuş bir şey deyil, sadəcə onun qarnı, ya da başqa nəyidisə. Əllərini cibinə saldı ki, hər iki tərəfdən şişkin bir yer yaratsın şalvar altında baş verənləri gizlətsin...

- Bilirəm, atam sənin işüvə baxacaq.

- ...

- Sən ona demə ha, mən sənə əl çəkmişəm!

- Baş üstə, Canıbek.

- Adımı tez-tez çəkmə. 

Geri qayıtdılar.

 

***

- Nurpays, maşını bərk sür! - Canıbek dedi.

- O birisi əmi hanı? - yenə Canıbek soruşdu.

Dedilər, o biri maşında getdi. Dedi, o biri maşın hanı? Dedilər, getdi. Canıbek soruşmadı hara.

Arxada yer genəlmişdi. İkisi qalmışdı, qız Canıbek. Bayaqdan qızı onun az qala qucağına sığmışdı ortada oturan. Canıbek pəncərədən çöllərə baxırdı. BMV qaza basıb getdikcə Canıbek bir az da pəncərəyə yapışır bir az da qıyıq gözlərinin quyusunu açırdı. Qız əlini onun başına çəkdi, şəstlə qızın əlini götürdü, yapışdı, dizlərinin üstünə qoydu. Elə bu vaxt da qabaqdakılar şaqqanaq çəkib uğundular. Maşını saxladılar. Canıbek maşından düşüb yovşanlığın içinə vuruldu. Təkcə qız onun dalıyca yeridi bu zaman BMVdəkilər qarınlarını tutub gülməkdən qırılırdılar. Hamısı yığışıb əmr elədilər ki, qız onun dalıyca yovşanlığa qaçsın. Göbəyiaçıq, sarışın, uzunboylu əynində kapyuşonlu kostyumu olan qız Canıbekin dalınca yovşanlığa cumdu...

 

 

2. Issık

 

Issık-gölə gedən yolda çoxlu heyvan heykəlləri var. Çatdıq.

Ayağımız dəysin deyə, quma da batırdıq. Qışdı. Qum sop-soyuq. Gölün qırağı boyunca dağlar buz bağlayıb.

 

***

- Sən gəlmirsən?

- Hələ yox.

- Kefdəsən !

- Kefdə deyiləm.

- ... cabah bacım yola düşür, özüm pis gündə, heç bilmirəm

vallah, yerdəyəm-göydə?!

- İndi mən neynim...

- Heç !

-... sən belə elə: ona bir onluq qızıl al .

- Əsil onluq bahadı, yüz dollara. Amma İranda qaynanası görsə bağrı çatlar. Ölüllər rus qızılıyçün.

- Al!

- Yaxşı.

- Tapşır, yeznəyə, İrana keçəndə mənim adımı çəkməsinlər. Yoxsa ilişdirərlər.

 

***

Qonaqlar gəldi.

- Bu da bizim şanlı qırğız gömrükçüləri!

- Burda hardan gömrükçülər?

- Issık-göl aeroportu var. Xaricilər gəlir.

- ...

Bir azdan gömrükçülər yeməyə girişdilər. Biz acı şeylər qoyun ətinin parçalarını dartışdırdıq. Ən böyük parçalar ən hörmətli qonağın qabağında olmalıdı. Bundan sonra beşbarmaq gələcək. İki pota gömrükçü qırğızıydı. İki fahişə gətirmişdilər: qarışığıydı. Kefləndik. Qızları saxlasınlar dedilər. Dilucu. Yerigələrsə lap! Amma fahişənin biri gömrükçüdən sallaşıb getmək istədiyindən qurcalanmağa başladı. O birisi onları kiminçün gətirdiklərini öncədən anlamadığını dedi. Maşına dürtüldülər.

 

***

- Əgər fahişə məclisə gəlibsə, qonaqçündü. Onda gətirmə!

- ... bizdə belə şeyə gədəlik kimi baxarlar.

- ... gömrükçülər hər yerdə gömrükçüdü.

- ... mənada?

- ... bunların keçmişi kimdi: biri zootexnik, biri revizor...

- Gedək onüçüncü katecə baxaq. Burda Aytmatov ən gözəl əsərini yazıb...

 

Taxta katecin qırağında daşlar var. Üstünü mamır basıb. İçəri boylandılar. Katecin ətrafını gəzdilər. Pəncərədən içəri baxmağa bircə pərdə arası da qoyulmamışdı...

- Orda bir xatirə kitabı var. Sizə danışdıqlarım barədə orda yazıb...

- ... çox sentimentaldı. Sənə elə gəlmir ki, onu bu katecdə otuzdurublarmış.

-... burda sıxıldığını demirdi, amma xatirə mətnində ona xas olmayan bir saxtalıq vardı...

- ... bir dəfə Aytmatov Nyu-Yorka gedibmiş, yanında da hansısa, üç sovet yazıçısı. Yol patrulu saxladır: getdikləri taksi hərəkəti pozur, ya nəsə, axır, bizdəki kimi , hamı düşür özünü göstərsin, Nyu-York polisiyçün rüşvət, tanışlıq, biri deyir, mən filan sovet yazıçısıyam, o biri deyir, bunu tanımadın, bu, məşhur filankəsdi, Aytmatov da yerindən qımzanmır, maşında oturub-qalıb, birdən polisin gözü ona sataşır heyranlığını gizlədə bilməyib az qala kişinin üstünə atılır, əsərlərinə görə təşəkkür edir əsərlərinin oxucusu olduğunu deyir...

- O boyda genişliyi o burda necə tapıb?

- O Issık-göllü deyil, Talasdandı.

- Orda var?

- ... aşağı axan sular, qırağı dağlar, ortası zəmilər, yovşan çölləri atlar... sonsuzluq gözəllik. Orda çoxlu köhnə ruhlar yaşayır.

- ... elə burda da ruh məsələsi pis deyil.

- Amma elə bilmə ki, gömrükçülərin ruhudu.

- Əstafürullah!

- ?..

 

 

3. İdeya

 

Balıqçıqəsəbəsindən sonra qırx kilometr o biri sahillə getdik həmin yolu bir geri qayıdıb bu biri sahil boyu şütüməli olduq. Yolboyu kənd kişilərinin topasına rast gəldik. Hamısında da saxladıq, farel soruşduq. İndi çıxmaz, olsa da, ora gedin. Hərə əlini irəliyə sonra da sol qolun üstünə - gölün sahilinə tərəf uzadırdı. Axır farel yetişdirilən hovuzların yerini biləni tapdıq. Tam təsadüfən. Hamı bizdən çəkindiyi halda bir sarışın qırğız özü söhbətə girişdi Şərqə tərəf uzanan yolun sonluğunu göstərib haralardasa oralarda dostları olduğu barədə nəsə qırıldatdı. Amma hovuz işiynən məşğul olan adamlardan birini tanımadığını dedi. Maşına oturandan sonra qardaşım ondan bir beynini qurdalamağı xahiş etdi:

- Promozquy, a!

- ...

- Sənə pul verərik.

- qədər?

- Yüz sum.

- ...

Şərqə tərəf şütüdük. Bələdçinin barmağını uzatdığı yerdən - evdən bircə balıq da çıxmadı. Yol qırağına yatmış bu taxta daxmadan baş-gözü tüklü yarıyuxulu kişi, ardınca da başı yun rus yaylığı ilə bələnmiş ayaqqabılarını tələsik pəncəsinə keçirib sürütləyə-sürütləyə ərinin dalınca cuman qadın bizə tərəf gəlirdi.

- İşıq yoxdu?

- İki ildi.

Benzin yoxdu, dedilər. Gecəyə olacaq.

- Çatar?

- Çatar...

Yenə şərqə tərəf farel hovuzlarından bir şey tutmaq üçün BMV-miz yerdən götürüldü.

Bələdçimiz susurdu.

- Biznən getməkdən qorxmursan?

- Yox.

- Kefsən. Malades!

- Niyə qorxum ki.

- Tanımadığın adamlarıq , birdən aparıb başıvu kəssək?

- Məni götürdüyünüzü gördülər.

- Kim gördü?

- Bacım.

- Noolsun?

- Nömrənizi yazdı.

- dəxli?

- Sizi kimi adamlar buralara çox gəlir. Mən onlarçün vaşaq öldürürəm.

- Zarafatdı, incimə, biz tərbiyəli adamlarıq...

- Görürəm ki, tərbiyəli adamlarsız.

- Təşəkkür.

 

***

Balıqçılıq hovuzlarının qorunduğu qapı çox ləng açıldı. Dalımızca da bağlandı. Balıqyetişdirmə zavodunun direktoru qadınmış. Bir qoca qarı da əlini qarnının üstünə qoyub ardımızca baxırdı.

- Birazdan bura özəlləşəcək.

-...

- Qalan təkcə hovuzlar gözətçilərdi.

- Onda gölün qırağına gedək.

- , orda ara-sıra kiminsə toruna farel düşə bilər. Amma bu vaxtlar farel dibə gedir. 10-15 günə qalxmalıdılar.

- Bəlkə qalxıblar.

Qırğız da inadkar qardaşımla razılaşdı.

Qardaşım qabaqda oturub. Onun əbədi yeri oradı. Hara getmək barədə həmişə bircə özü bilir: istədiyi marşrutu göstərir. İstədim deyim, sən bizi barmağına sarımısan! Hər dəfə bu sözlər ağlımdan keçir...

 

***

Biz çətinliklə yoldakı ara-sıra daşları təmizləyirik...

- ...akademiklər gölün dərinliyinə giriblər. Orda çox iri farellər görüblər. O farellər yayda da yuxarı qalxmır...

İkinci postu, bir çaylağı keçdik. Qardaşıma farel lazım deyil, ona sözünü göstərmək stresini götürmək lazımdı. Tərpətsən, Yaponiyadakı, ya Amerikadakı biznesi barədə düşünür, amma gəlib girdiyimiz şərvaxtının ümidsizliyin tinində fareldən danışır. Özünə 13 yaşlı qırğız qızı adaxlayır. Bələdçimizin bacısını. Hamı bilir ki, o məzə tutur:

- Sən qızı gətirirsən Bişkekə, mən qırğız qaydasıynan başlığını verirəm.

- Yox, gərək sən gələsən, görəsən.

- Qızın böyüyü kimdi?

- Mən... Yox, böyük qardaşım.

- Atanız ölüb?

- .

- Nədən?

- Öz əcəliynən.

- Neçə inək, neçə qoyun lazım olsa, mən verrəm. Amma gərək baxım qız necə qızdı.

- Yaxşı.

- ...gərək at da verəsən... - uzun pauzadan sonra bələdçi lap ciddicə söhbətə qayıtdı. Bu vaxt biz az qala qız söhbətini unutmuşduq.

- Yaxşı... Sən həm ovçusan?

- Həm yox, ovçuyam.

- vurursan?

- Çöl pişiyi, vaşaq...

- Qurd vurmursan?

- Lazım olsa, vurarıq.

- Yox, mən soruşuram, vurursan?

Susdu yalanqarışıq bir şey danışdı. Qurddan danışanda özünü dik tutdu qımıldandı. Siqaret yandırdı.

- Qurd öldürürük. Sürüyə cumsa, çobanlar vurur. Az-maz. Hər deyəndə əl vermirlər.

- Onlar ki vaşaqdan, çöl pişiyindən çoxdu.

- Ovçular ayrıca qurd ovuna getmir.

- Niyə?

- Bilmirəm. Yəqin, dərisi bir adama lazım deyil. Müqəvvasın da istəyən olmayıb.

- Mən istəsəm vurarsan?

- , niyə vurmaram?

- Boz qurd. Yalquzaq. Eşitmisən?

- .

O, əliylə müqəvvanı necə işləyib verəcəyini göstərməyə başladı. Pendir dürməyi bükən adama oxşatdım. Rusca danışa bilir, amma əliylə elə təsvir edir ki, qurdun az qala diri gözlərini görürsən. Qardaşım qurd söhbətinin axırında dönüb mənə baxdı, qımışdı təzədən oturacağa sərmələnib araya başqa söhbət qatdı.

- Sən niyə dinmirsən?

- danışım?

- Görürsən, yüz somçün özünü haralara vurur? Mərd oğlandı, yox?

- .

- Amma müsəlmandı.

Sözünü kəsib bələdçiyə tərəf:

- Vaşaqı neçəyə satarsan?

- O biraz bahadı.

- Baha yəni neçəyə?

- İki minə verrəm.

- Çoox bahadı.

- Danışıb səmtləşərik.

Mənə tərəf dönüb qımışırdı:

- Eşitdin?

Başımladedim.

- 40-45 dollara, necədi səninçün?

- Dəhşətdi!

 

***

Çıraq işığı, sakit daxma dərədə - ulduzlar aylara əl toxunacaq qədər yaxın. Əsəbim soyudu. Sahildəki balıqçı evinin oğlu maşına gəldi: şübhəli bir araşdırma apardı kürəyinin dalındakı atasından harasa qaçmağın işarəsini aldı. Qırğız xasiyyətini qanmağ istəyirdim: hər şey adidən-adidi. Sözün, bir işin varsa, qısa elə, fırlatma. Hər şey dolambacsız hər söz çox kəskindir...

Sonra biri eşşəklə gəldi qısaca sorğu-sualdan sonra qarşıda bir adamın evində istədiyimiz qədər - 30-40 kilo balığın olacağını dedi. İndiyə qədərsə hamısı farelin çıxmadığından danışırdı. Gəldiyimiz yolu geri qayıtdıq. Yanımıza oturdu. Ondan eşşək balıq iyi gəlirdi. Gətirdilər. Öz aralarında danışırdılar. Qarşıdakı post barədə danışırdılar. Balığı verməmiş şərt kəsdilər:

- Tutsalar, biz sizi tanımırıq.

- Onda qiyməti sal aşağı.

- Qiymət onsuz da aşağıdı.

Qardaşım zarafata girişmişdi:

- Biz adam satana oxşayırıq?

- Yox.

- Hökumətdən bu qədər qorxma, qoca, getdi o zamanlar.

- Mən heç vaxt hökumətdən qorxmamışam. Mən adamlardan qorxmuşam...

 

***

Pullarını maşın fanarlarının işığında sayıb qaranlıqda itdilər. Birinci darvazada bizi saxladılar. Bayaq gələndə dalımızca çıxan qarı az qala özünü maşının altına atırdı. Qımışdı. Geri çəkildi. Arxadan maşına əyilən hökumət adamlarına baxırdı.

- İlişdikmi?

- Bizim maşının nömrəsinə baxın. Baqajı açmağa ixtiyarınız yoxdu.

- Bizim hər cür baqaj açmağa ixtiyarımız var.

- Sən bu sənədə bax!

- ...

 

***

Dərənin dərinliyindən asfalta çıxanda mən yuxuladım. Issık-gölün dibində bardaş qurub bir ingilis fermeriylə danışırdım. Ayıldım. Düz qucağımda başıçalmalı bir arvad oturmuşdu. Yanımdakının da qucağında bir kişi. Heç kəs danışmırdı. Onlar qırğızca elə tez-tələsik danışırdılar ki, bir kəlmə anlamaq olmurdu. Gecə qaranlığında evlərin divarları kollu hasarların qaraltısı görünən yerdə saxladıq. Hər ikisi tezcə sivişib düşdülər, kolluğa cumub az keçməmiş benzin konistirləri ilə döndülər. Qardaşım mənə döndü:

- deyirsən, balığımız var, benzinimiz var. çatışmır?

Mən susdum əlimi onun əlinə vurub təzədən yuxuladım. Bundan sonra bir kimsəyə ideyasının uçurumunda belə mane olmamağa söz verirdim. Min dəfə belə sözlər vardı...

 

 

4. Çolpana

 

Hamı çox içir boyları balacadı. Atların da boyu. Heç biz özümüz boy sarıdan qürurlu deyilik. Biz kökük, ətli, piyli. Onlar əzası dağ heyvanları kimi. Dartımlı üzü, dərisi, hərəkəti. Hər tərəf qarlı dağdı biz dağlar arasında üzüaşağı duran aulun ortasında gəzişməyə çıxmışdıq.

- Ey, cigit! - Yanımızdakı sözünü deməmiş, balaca adam balaca kəhərin belindən süzüb yerə düşdü. Durdu. Qucaqlaşdılar. Bizə yaxınlaşıb ikiəlli görüşdü. Öpüşdü.

- Məktəb yoldaşımdı. Dağdan məni görməyə gəlib.

Gələnlə zarafat edib şitləndik. Çörək kəsdik, sonra zarafat bizə keçdi. Lap düzü, biz bir az içkilənincə ona ilişməyə başladıq. O, əvvəl zarafatdan qızardı bir az da tinini düzəldən kimi özü qıcıqlandı. Ondan dağları, heyvanları soruşduq. Qurddan danışdıq. O da kefini yerə qoymadan zahı atının indi mağarada qaldığını özünün bu gecə madyanının üstündə bir qurd yenib öldürəcəyini dedi. Qurd onun doğarqarın atına gələcək. Mütləq gələcək. At da o gedib çatınca qurdu burunlayacaq. o qurdla üz-üzə qalacaq. Onunla üz-üzə qalmaq başqa ləzzətdi.

- Az qala gəlib çomağa sürtülürlər...

- Ola bilməz.

- Biz yalquzaqdan danışırıq.

- , yalquzaq biraz başqa məsələ.

- Al, çolpanamı sənə bağışlayım, əl çək, bu qorxulu heyvan söhbətindən.

- Sağol, mənə çolpana bağışladılar...

- Dağlardan gələn adamın çolpanası ürəyini açmadı, eləmi?

- Yox, nədənsə hamı burda qurd söhbətindən qaçır, qurd deyəndə deyəcəklərini bilmirlər. Açıq-aydın danışmırlar. Bu mərd heyvanı sevirlər-sevmirlər, bilinmir. Amma hamı ona rəğbətini gizlətmir.

- Həm qorxusunu.

- Həm qorxusunu.

- Onun iti dişləri iti ağlı var.

- Bəlkə onun dəyərləri var, bundan qorxursunuz? Arvadını atmır, tək yaşar, azadlıq sevər, ayağını tələyə salsan, yeyib gedər.

- Heyif, biz ayağımızı yeyə bilmərik, amma arvad məsələsində yanılır.

- Bəlkə onun dişiləri buna dəyər.

- Bəlkə bizim dişilər buna dəyər?

 

***

-  Sizdə başpapağına deyirlər

- ... çox adı var...

- Bu çolpanadı.

O, mağaradakı atını doğuzdurmağa getməkçün durdu. Bizim hesaba görə at artıq doğub. Onu tutub saxlayırdıq. Atla qurdun döyüşündən danışmasaq da, ətrafda hamı bunu bilirdi ki, hərə bir az onu ləngitdi, o özü ləngidi, qəsdən ləngidi, biznən boş çənə-çənəyə verdi gedəndə sanki diri bir daylağın üstünə gedəcəyini bilirdi.

- ...qurd onları çoxdan gəbərdib, getmə, - dedim.

- Gəbərdibsə , gedim!

Ardınca:

- Papaq, papaq!- demək istədim. Çolpananı başıma sıxdım. Bu çolpana çox isti, münasib bir şeymiş. Biz auldan çıxanda da mən çolpananı bərk-bərk başıma sıxmışdım... Ceer- gedirdik.

 

 

5. Ağlamaq

 

Canıbek Dədəsinin cənazəsi üçün qurulmuş Yurtun həndəvərindəydi. Başqa nəvələr tör-töküntülər kimi yasa gələnlər üçün yurda üz çevirib ağlamırdı. Atası hərdən ona gözünü ağardırdı, amma Canıbek heç kəsi saymırdı təkcə meyit qəbristanlığa qalxanda tabuta yaxınlaşdı, altına girdi, barmağının ucu tabuta zorla çatacaq durumda biraz getdi, kimsə onu qolundan tutub qırağa qoymaq istədi, durmadı, axırı özü böyüklər təki qırağa atlanıb yerini başqasına verdi. Hələ biraz əvvəl - mərasimə gələndə maşından bir yerdə düşdülər, o qızın əlindən tutdu, hamı kişilər Yurta qədər yolu başlarını gözlərini tutub ağlaşma göstərdilər, tez-tez Yurtun qapısına yeriməyə başlayırdılar, o biri yaxınlar onları görən kimi üzlərini Yurta çevirib ağlaşma qururdular ağsaqqaldan biriboldudeyən kimi hamı yerə oturur, ikiəlli sünnü salavatı çevirir kimsə atüstü bir dua oxuyurdu. Qız Canıbekin əlindən tutub donmuşdu. Canıbek altdanyuxarı qızı süzüb qolunu yellətdi qımışdı:

- Sən niyə ağlamırsan

- Bacarmıram.

- Mən .

Maşına qayıtdılar.

- Elə bilirsən, heç kəs bilmir ki, sən burda qara şüşələrin dalında gizlənmisən? Niyə sən Yurta gedib dədəmi ağlamırsan?

Canıbek bundan da əvvəl ona Yurta gedib ağlamağa israr etmişdi. Hər iki təklifindən özü - bütün izahatlar israrlara baxmayaraq, əl götürürdü, kimsə ona nəsə izah etməyə başlayandan bir az sonra sürtük cizgiləri çəkilir, gözlərinin qapağı açılır, harasa bir yana baxır qərar qəbul edirdi.

Qəbristanlıq Talasın üstündəki təpənin başındadı. Gildən az-maz kərpicdən hörülən kümbəzlər, üstü torpaqlı, daşlı, başdaşında iri qara daş qəbirləri keçirdilər. Canıbek o biri uşaqların da dəstəsinə qoşulmamışdı. Camaatın içiynən dəhdəhlənib yedəkdə gedən atların ayaqları arasından görünüb-itir, qaçıb-durur kümbəzlərə girib-çıxırdı. Qəbirlərin üstünə çıxır, bir daş qaldırıb ora atırdı. O elə sürətlə elə maraqla hərəkət edirdi ki, indi ya atların ayağına ilişib yıxılacağından, ya daşı ayağına salıb əziləcəyindən, ya da nəsə bir qolay çıxaracağından onu gözdən qoymayan mühafizəçilər eymənmişdi. Amma başqaları ona baxmırdı.

Molla oxumağa başlayanda hamı yovşanlıqda oturdu. Hamı söhbəti kəsdi. Sonra təzədən xısınlaşma başladı Canıbek otun üstünə sərmələnib göyə baxdı. O, haldan düşmüş kimi olsa da, göyə baxırdı: bayaq hamı torpaq atanda o bir ovuc xırda daş atdı...

 

***

- Sən niyə bura gəlmisən?

- Yas yerinə.

- Yolda biz səni maşına götürəndə niyə ağlayırdın?

- Ağlamırdım, gözlərimin yaşını silirdim.

- Mənə yalan danışma, sonra bir ağladın.

- Mən gülürdüm.

- Sən ağlıyırdın.

- Sən nəyi bilmək istəyirsən?!

- Heç nəyi.

- Vəssalam .

- Sən maşında dedin ki, atan ananın üzünü yazıb.

-...

- Atan kimdi?

- Tatardı!

- Tatar nədiki?

- Adam.

- Atan neynir?

- İşləyir.

- Harda?

- Talkuçkada.

- Talkuçka nədi?

- Pal-paltar satılan yer.

- Atan pal-paltar alır?

- Yox.

- Bəs neynir?

- Satır.

- Necə?

- Konteynerin içində oturub müştəri gözləyir. Paltar almaq istəyən gələndə satır.

- Konteyner nədi?

- Dükan kimi bir şey.

- Yəni, market?

- Təxminən elə.

- Atan anovun üzünü niyə yazıb?

- Keflənib.

- Araq içib?

- .

- Bəs anan?

- Xəstəxanadadı.

- Bəs sən?

- Necə yəni, mən?!

- Sən aradan çıxıb qaçmısan?

- Yox, anamı xəstəxanaya qoyub gəlmişəm.

- Biz səni maşına götürəndə atan səni qovmurdu?

- Yox.

- Xəstəxanadan gəlirdin?

- .

- Bəs atanın əlindən necə çıxıb qaçdın?

- Anamla onu tutub döydük, sarıdıq.

- İndi əl-qolu bağlı evdə qalıb?

- Yəqin...

- Bu sənin öz saçlarındı?

- .

- Hər gün siqaret çəkirsən?

- .

- İçki içirsən?

- .

- Hər gün?

- Yox, düşəndə.

- Araq?

- Yox, konyak.

- Bəs sən atovu niyə öldürmədin?

- Qorxdum.

- Tutulmaqdan?

- Yox.

- Bəs nədən?

- Bilmirəm.

- İndi anovun üzü sarıqlıdı?

- .

- Uzanıb?

- .

- Bir ora getməzsən?

- .

- Bir ağla...

- ...

 

Bakı-Bişkek, 1999

 

Hosted by uCoz