Firudin Gilar Bek

Sahib ez-zeman - Azer oğlu Qorqud qayıdır

 

Copyright Firudin Gilar Bek, 2002 .

.

 

1. Qorqud - qedim Emirlerin Qor Allahıdır

Bu kitab, bütün Allahların Atası ve Ağası, her iki torpağı öz nuru ile işıqlandıran ve bu torpaqların taxt-tacının Hökmdarı, heqiqetle yaşayan, ezeli, sirli tezahürlü ilk Yaranış, öz-özünü yaratmış müqeddes Allah, çağırana gelen, yalvarana rehimli olan ebedi Böyük Allah, onu üreyinde qebul edenin gözel müdafieçisi, yeri ve göyü düzeltmiş Şahlar Şahı, Böyük Atam, Sahib ez-zeman Azer ve Esed oğlu Dedem Qorqudun qayıdışına hesr olunur.

Azerbaycan xalqının tarixi haqqında çoxlu kitablar yazılmasına baxmayaraq, bu gün de elimiz haqqındakı heqiqetler qedim dünyanın sirleri kimi açılmamışdır. Mehz bu menada, biz son dövr alimlerinin geldiyi neticeleri bir kenara qoyub, qedim yazıları ve mövcud reallığı elde esas tutmaqla müqeddes elimizin sirlerini açmağa cehd edeceyik. Bizim diger tarixçilerden ferqimiz ondan ibaret olacaq ki, biz Qurandakı haqqa nahaq don geydirmeyin, haqqı bilerekden gizletmeyin (2.42) kelamını üstün tutaraq yalnız ve yalnız heqiqeti araşdırmağa çalışacağıq.

Kitabi Dede Qorqud dastanının Azeri türklerinin müqeddes kitabı olmasını dünya alimleri artıq tesdiq etmişler. Demeli, biz en qedim abidemiz sayılan bu kitabdan genine - boluna istifade ede bilerik. Bu abideni oxumuş her kes tesdiq ede biler ki, bu kitab da diger qedim abideler kimi yarı mistik, yarı tarixi abidedir. İnsanın Allahla, Ezraille söhbetleri, möcüze göstermek xüsusiyyetleri, qeybden xeber vermek qabiliyyeti bu kitabın, en qedim yazılı abideler olan Misir yazıları, Odisseya, Tövrat ve s. kimi müqeddes kitablar sırasında olduğu demekdir. Demeli, ister-istemez biz bu kitabın diger qedim yazılarla elaqesine de fikir vermeliyik.

Platon (Eflatun) qedim revayet, dastan ve s. abidelerin eyniliyini haqqında Politik eserinde bele yazır: Bütün bunlar ve bundan başqa minlerle daha qeyri-adi şeyler, yalnız bir hadisenin behreleridir. Lakin müeyyen zaman müddetinde bunların çoxu yaddaşlardan silinmiş, qalanları ise dağınıq haldadır ve bunlar haqqında ayrıca danışırlar. Bütün bunların kökünde ise ne olduğu haqqında ise heç kim danışmır (269 s). Bu o demekdir ki, bütün dünyaya yayılmış revayet ve nağılların kökünde yaddan çıxmış hansısa qeyri-adi bir kosmik hadise durur. Diger yerde Platon Solonun sözlerine istinaden yazır: Bizim elimiz (şeherimiz) qedimde çox böyük ve teeccübe layiq işler görmüşdür, hansı ki, sonradan insanların ölümü ve zamanın gedişi müddetinde yaddan çıxmışdır (Timey 21e). Belelikle, biz netice çıxara bilerik ki, Kitabi Dede Qorqud abidesinde de söhbet, hansısa sirli hadiseden gedir.

Qedim heqiqetleri daha yaxşı başa düşmek üçün biz, qedim Misirde yaranmış kamil dilçilik elminin esas qanunlarına nezer salaq. Mütexessisler qeyd edir ki, qedim Misir dilçiliyi, Finikiya, qedim Yehudi, Aramey ve s. kimi, yalnız samitler üzerinde qurulmuşdur. Her bir samit müeyyen bir menanı ifade edir ki, söz de bu samitler birleşmesinin ümumi menasıdır. Yalnız konsonant kök menanı bildirir, saitler ise müxtelif variantlarda müxtelif formada bağlayıcı rolunu oynayır (Kultura drevneqo Yeqipta M.76.s.301). Buna göre de qedim Misir, Yehudi, Ereb ve s. dilçiliklerinde saitler yazılmır. Uyğun samitlerin eyni mena verdiyi bu dilçilikde, yerdeyişme menaya tesir etmir. Bu menada Azer, ezra, esir, aşur, arus ve s. sözlerin menası eynidir. Bele çıxır ki, sirli kabbala ve sufi elminin de kökünde duran dil qedim Misir dilidir. Kabbala, dünyanın Allah terefinden yaradılmasının sirri haqqındakı mistik telimdir ki, burada cümlenin birbaşa menasından başqa daxili, iç menası da var. Demeli, cümlenin adi, yeni taş menası bu dünyaya, cümlenin daxili, sirli iç menası ise göyde yaradılmış gözegörünmez ruhlar dünyasına aiddir. Bu mentiq qedim Misir, Assur-babil dövründen xristianlıq ve sonrakı dövrlere qederki yazılarda ana xetti teşkil etmişdir. Müselmanların batiniler cereyanına göre de Quranın görünen-zahiri menasından başqa, onun daxili-batini menası da var ki, o avamlar üçün yox, yalnız seçilmişler üçündür. Lakin her iki dünyanın sebebkar yaradıcısı kainatın heyat enerjisi olduğu üçün, heyat enerjisi dünyası, yeni ruhlar dünyası esas sebeb kimi götürülür.

Qedim yazıların gizli menalarını derk etmek üçün mövzudan kenara çıxaraq, evvelde qeyd etdiyimiz sufiliyin, kabbalanın kökünde duran qedim mentiqe nezer salaq. Dini şerhçiler müqeddes yazıların 4 seviyyeli olduğunu qeyd edirler. Bunlar: 1-ci herfi mena, 2-ci etik mena, 3-cü peyğember ve dünyanın sonu menası, 4-cü göze görünmeyen menevi menadır. Bu dörd menalı seviyyenin derki cennet bağı demekdir ki, bu seviyyeye çatmış adam birbaşa cennete gedir. Diger terefden qedim Misirle meşğul olan mütexessisler qeyd edirler ki, qedim Misir edebiyyatında esas mesele, müellifin bir nağılda bir neçe müxtelif epizodları birleşdirmesidir. Bu mentiq bilavasite qedim Misirde yaranmış, sonra ise bütün dünyaya yayılmışdır. Müellifler cürbecür tekrarla, söz oyununa, alliterasiyaya ve s. el atırlar. Bezen ikinci cümle birincini deqiqleşdirir, tamamlayır ve yaxud fikri güclendirir. Diger terefden herflerin sirli menası bilavasite adlarda özünü gösterir ve mena cümleni tamamlayır ve s. (orada.s.317).

Mehz bu dolaşıqlarla rastlaşan A. Oppenheym Drevnyaya Mesopotamiya kitabında yazır ki, qedim Mesopotamiya mektublarındakı bütün deyimler emosiyalarla zengin ve dolğundurlar. Onların mövzuları bizim üçün derk olunmazdır ve oradakı him ve eyhamlar yalnız ünvanı üçün aydındır. Onların terminologiyası xüsusi sirli ifadelerle doludur (s.27). Bele çıxır ki, müasir alimlerin, qedim Misir dilçiliyinin esaslarını bilmemeleri sebebinden, qedim yazıların heqiqi menaları hele de derk olunmamışdır. Mehz buna göre de, alimlerin geldiyi neticeler bir-biri ile düz gelmir. Meselen: Ktesiyle Herodotun eyni şey haqqındakı fikirleri hemişe uyğunsuzluqla neticelenir. Qedim tarixçilerin bir birini inkar etmeleri sebebine göre, Bartolda ele gelir ki, Yunan menbelerinin ekseriyyeti sonradan tehrif olunmuşdur, çünki onlar heç bir tenqide dözmür. Turayev ise teeccüble, Herodotun Navuxodonosorun adını her yerde başqası ile evez etmesini bildirir. O yazır ki, Finikiya adlanan erazide yunan ve semit elementleri bir birine çox qarışmışdır. Misir yazılarını ise Makedoniya ve Yunan yazılarından ferqlendirmek mümkün deyil. M. Artamanov da bu qarşılıqlığa rast geldikde, - ...bundan sonra ne varsa, hamısı him ve eyhamlardan toxunmuşdur deye yazır. Biz B. Nizenin Herodota elave etmek yox, onu izah etmek lazımdır fikrine söykenerek bildiririk ki, qedim yazıların hamısı remzi menada yazılmış heqiqetlerdir. Mehz bu menada Firdovsi Şahnamesinde,

Menim sözlerimde tapılmaz yalan, ne efsun, ne efsane yazdım inan.

Ağılla oxu, remz tapsan eger, düşün remz menaya yol gösterer.

deye yazdıqlarının remzi olduğunu xüsusi qeyd edir. Bu heqiqetleri başa düşmek üçün qedim yazıların elifbasını öyrenmek lazımdır. Yalnız nadan insan qedim yazılara cefengiyyat kimi baxa biler.

Kitabi Dede Qorqud abidesinin Vatikan variantında qeyd olunur ki, Oğuzun içinde temam vilayeti zahir olmuşdu. Bu cümle o demekdir ki, bir elin içinde ikinci el yaranmışdı. Demeli, kitabdakı taş el oğuz eli, onun içinde yaranmış el ise iç eldir. Burada vilayet sözünün işlenmesi ise onu gösterir ki, temam vilayeti anlayışı bilavasite sufilikle bağlıdır. Sufilikde vilaye, vilayet sözleri (övliya, veli sözleri ile eynidir), sufi müqeddeslerinin keyfiyyeti, onların Allaha yaxınlığı menasındadır. R. Nikolson bu kateqoriyalı sufi müqeddesleri haqda bele yazır: Veli, yeni müqeddes, kamil insanın (yeni Ademin) kütlevi tipidir ve bilmek lazımdır ki, Mehemmed peyğemberin müqeddesleri kultu, peyğemberler kultu kimi birden görme, görülmeyen ve başa düşülmeyen şeyleri görme, her şeyin aydınlaşması (qamlıq veziyyetinde görme menasında) ve s.-den başqa bir şey deyildir (El Qezeli Voskreşenie nauk o vere M.80.s.276). Demeli, vilayet sözü ikinci dünya ile elaqedardır, yeni yalnız qamlıq, ekstaz veziyyetinde görüle bilen ruhlar dünyası demekdir. Heqiqeten de Kitabi Dede Qorqudda Ezraili gören Deli Domrulun gözleri görmez, eli tutmaz olub, canı cuşa gelir ve ağzı buz kimi olur ve s. Bele çıxır ki, Deli Domrul Ezraili ekstaz, qamlıq veziyyetinde görmüşdür. Diger terefden kitabdakı temam vilayeti sözü, qedim Misirin Atum/Atam Allahının vilayeti kimi başa düşülmelidir. Atam Allahı qedim Misirde söz, qurban, maqik ritual ve s. vasitelerle göyde yaradılmış ruhlar dünyasıdır. Bu haqda, müellifi olduğum Kniqa Qora ili rasşifrovka Torı kitabında daha geniş melumatlar var. Bu o demekdir ki, temam vilayeti, göyde yaradılmış ruhlar dünyası olan Adem eli menasındadır ve onu ancaq ekstaz, qamlıq veziyyetinde görmek mümkündür.

Kitabi Dede Qorqudda boyların birinde Tekurun arvadı, quyuya salınmış Qazan xana deyir: Vay, senin elinden ne yer üzünde dirimiz, ne de yer altında ölümüz qurtulmuşdur. Burada da remzi menada Qazan xan kimi gösterilen Pir Qorqudun elinden ne bu, ne de o biri dünyada qurtulmağın mümkünlüyü, Dede Qorqudun iki dünyanın Allahı olmasına işaredir.

Samitler qanunundan çıxan ümumi neticeye göre, övliya/veli sözleri ile vaal/bal sözleri eyni menalı sözlerdir. Bal, vaal adı qedim Babil, Finikiya ve s. ölkelerde qoruyucu ruh, ağa, Allah menasında işlenmişdir. Balaat, yeni vilayet adı ise qadın Allah, ilahe fikrini ifade edir. Diger terefden menbelerde Balaat Allahı Balaat Qebal adı ile adlandırılır ki, bu da vilayeti Qebele demekdir. Bu gün dilimizde ölüm ayağında olan adama onun veledi dönüb deyirler ki, buradakı veled sözü valaat kimi ölüm şahlığı olan vilayet menasındadır. Qebele sözü Kitabi Dede Qorqudda Qaba alem kimi işlenmişdir ki, dilimizdeki qibleyi alem, qible sözleri de bu mentiqle göydeki ruhlar dünyasının adıdır. B.A.Turayev yazır ki, Baal Allahına Salam-Vaal, Pene Baal, Şem Baal ve s. adları da şamil edilir (B.A.Turaev İstoriya Drevneqo Vostoka.T.2.L.1935.s.9). Kitabi Dede Qorqudda Dede Qorqudun vilayet issi olması qeyd olunur ki, bu da onun vilayet ruhu, el, alem ruhu olması demekdir. Demeli, Salam-Vaal sözü, issi alem Vaal - İslam Vaal demekdir. Qaba alem, yeni ruhlar dünyası göyde yerleşdiyi üçün ona Sema Baal, yeni Şem Baal da deyirdiler. Pene Baal haqda biz aşağıda yazacağıq. Babil ilahesi olan Balaat Allahı, eyni zamanda, divar resmlerinde qedim Misirin İsida-Xator Allahı sifetinde de gösterilir ve diger Xatxor Allahı ile de eynileşdirilir. Xatxor adı Qutqor, yeni Qorqut-Qor Allahı (Derbendde Xorxut) fikrini ifade edir. Xator ise dirilik suyu içib ölümsüzlük qazanan Xıdır menasındadır ki, biz bu haqda da yazacağıq. Bele çıxır ki, Qorqud Ata ruhlar dünyasının ruhu olmaqla beraber, ruhlar dünyası onun bedenindedir. Kitabi Dede Qorquddakı Qaba alem götüren xanımız Bayandur xan deyimi onu gösterir ki, heqiqeten göydeki Qaba alemi, remzi menada Bayandur kimi gösterilen Dede Qorqud götürmüşdür. Bu ise o demekdir ki, qedim Misirin kosmik Allahı olan Atum/Adem Allahı, başı göylere çatan Qor Allahıdır. Yehudi menbelerinde Ademin boyunun yarananda dünyanın bu başından o başına çatması, yeni Allah simasında olması, onun iki cinsliliyi ve kamilliyi haqqında melumatlar çoxdur.

Yuxarıda deyilenlerden bele netice çıxarmaq olar ki, bütün qedim yazılarda söhbet bilavasite Allahdan gedir. Çünki kainat tarixinde Allahından başqa heç kim qeyri-adi iş görmemişdir. Buna göre qedim Misir yazılarının birinde yazılır: Allah kainatı ve onda olan her şeyi yaratdı. O, dünyada olub, olan ve olacaq her bir şeyin yaradıcısıdır. O, dünyanın yaradıcısı, hele heç bir başlanğıc olmamış ona öz elleri ile ilk forma verendir; ondan çıxan dünyanı berqerar etmişdir ve s. (U.Bac Yeqipedskaya reliqiya.Yeqipedskaya maqiya.M2000.s29).

Sufiler dahisi Ebu Hemid El Qezeliye göre dünya üç hisseye bölünür ki, bunun da birincisi, göze görünen ve hiss edilen alem el-mülk ve - şehaddır. İkinci dünya menevi dünyadır ki, bu alem el-ceberut, üçüncü dünya ise göze görünmez o biri dünyadır ki, bu da alem el-qeyb ve-l-melekütdür. Mülkün - insanların yerde yaşadığı el olduğunu nezere alsaq, onda melekütün ruhlar dünyası olduğu qenaetine gelerik. Buradakı keçid dünyası olan ceberut, bilavasite Allahın qüdreti menasında, yerdeki alemle göydeki alemin keçidi ve eyni zamanda giriş qapısı menasındadır. Melekütle ceberut Qor Allahının bedeni olduğu üçün bunları eyni de tesevvür etmek olar. Venzink, bezen bu iki adın yerlerini Ferabi ve İbn Sina kimi deyişir (El Qezeli. Voskreşenie nauk o vere M-80, s 299). Bele çıxır ki, ceberut, qedim Misirdeki Qaba alemin güneşi olan Qor Allahının bedeni, meleküt ise Misirin Nut göyüdür. Platon Timey eserinde kosmosu, ruhu ve ağlı olan canlı varlıq adlandırır (30v). Onun felsefesi ile müqayiseden bele çıxır ki, ceberut-kosmosun ruhu, meleküt ise kosmosun bedenidir (bax. Kniqa Qora ili rasşifrovka Torı). Demeli, Cebrail adı da ceberut kimi Qaba alemin ruhu, yeni Qor Allahı menasındadır. Qezeli Cebraille heyat veren ruhu eyni tesvir edir. Zemahşeri (236, s 783) heyat veren ruhun Cebraille beraber Quran olduğunu qeyd edir. Heqiqeten de Quran (erebce Qere) sözünün mütalie menasında olması düzgün deyil. Tebii ki, doğulan uşağa da heyatı, yerin göyün sahibi olan Qor Allahı verir ve Quran da Qor Allahı demekdir.

Qor Allahını ve diger Allahları yaratmış Tektüz Emanın dünyanı yaratma prosesi haqda tesevvür yaratmaq üçün metnlere nezer salaq. Qedim Misir metnlerine göre evvel göyde, ilkin nun sularında, yeni Platon materiyasında heç ne olmamışdır. Sonra Pta Allahı özünü, nun suları timsalında Atum Allahı kimi yaradır. Atum Allahı sonra Şu ve Tefnutu, yeni hava ve nemliyi emele getirir. Bunlardan ise Qaba ve Nut, yeni yer ve göy yaranır. Maqik ritual, söz, qurban ve s. istifade eden Eman (Amon) Allahı daha sonra Oziri, Qor, İsida, Set ve Neftidanı yaradır. Nun sularının, bu Allahların ne demek olduğunu yaxşı tessevvür etmek üçün daha evvele qayıdıb, o dövrün felsefesinin esasını başa düşmek lazımdır. Bunun üçün qedim alimlerin fikirlerinin araşdırılması vacibdir.

Aristotele göre tebietdeki bütün varlıqlar materiyadan (Platon materiyası F.G.) ve formadan ibaretdir. Platon materiyası Xora, bütün varlıqları teşkil eden xassedir. O gözegörünmezdir, formasızdır, tutulmazdır (Timey 50b). Özüne benzer olan materiya müxtelif formalar ala bilir. Platon materiyası çoxluq, teklik, deyişkenlik, ölümlük, doğümluq, cisimlik ve s. menbeyidir. Platona göre ebedi, deyişmez ele ideya dünyası var ki, oradan bu dünyaya materiya tökülür. N.Tusi Platon materiyasını cövher adlandırır. Demeli, varlıq cisim, materiyaya forma verildikde emele gelir. Bele çıxır ki, canlı varlıq yaratmaq üçün, materiyanın gücünden istifade etmeyi bacarmaq lazımdır. Onu ise yalnız onda etmek olar ki, Platon materiyasının içinde, yeni mifologiyada dirilik suyu adlandırılan gözegörünmez bu enerji daxilinde insana tabe olan bir varlıq olsun. Demeli, materiyanı idare etmek üçün, onun özünden ve öz içinde canlı varlıq-ruh yaradılmalıdır (bax.Platon Timey63BCDE). Buna göre de Eman /Amon 21 martda, öz beyninde, materiyadan ibaret olub, onun içinde yaşayacaq canlı varlığı tesevvür etmeye başlayır. Bir il müddetinde, o, yaddaşının gücü, qurbanlar, dua (mantra) ve eyni zamanda yerdeki rituallar vasitesi ile göyde, odlu şar- gözegörünmez güneş yaratmağa başlayır. İlkin xristianlığın en müdrik filosoflarından biri olan, e.e.1 esrde yaşamış Filon Aleksandriyski, Emanın tesevvüründe yaratdığı bu varlığı materiallaşdırmasını remzi olaraq bele tesvir edir: Arxitektor evvel fikrinde tikecek şeherin bütün hisselerini tesevvür edir; mebedgah, mekteb, bazar, bere, sahil, küçe, yaşayış ve ictimai binalar ve s. Onun beyninde, mumun üzerindeki kimi, yuxarıda qeyd olunanlar derin iz buraxdıqda, o, öz beyninde yaratdığını, şeher simasında özünde daşıyır. Bundan sonra, ona verilen yaddaşın gücü ile, şeherin müxtelif hisselerinin resmini tesevvür edir ve onların tipini daha deqiq teyin edir. O, yaxşı usta (demiurq) kimi şeheri daş ve ağacdan, yaratdığı obraza baxa-baxa, görünen ve hiss olunan şeyleri düzelde-düzelde, bütün qeyri material ideyalara uyğun olaraq tikmeye başlayır. Filon elave edir; buna benzer, Allah, dünyanı yaratmağa başlayır. Evvel o, öz ruhunda (öz tesevvüründe) hisselerin növünü (hisselerini) ve onları mücerred dünyada birleşdirir, hansı ki sonradan, bu nümuneye oxşar, hissiyyat orqanlarının qebul ede bildiyi dünyaya çevirir (E.E.Urbax Mudretsı Talmuda İsrail.1989.s.61). Belelikle Eman, göyde, güneş remzinde olan ve ali idrakı tecessüm eden (misirlilerin Qor, yehudilerin Yahve, yunanlıların Zeus ve s. adlandırılan) Allah yaradır. Bu Allah, onun elinin göydeki kölgesi timsalında, sonradan onun yerde, gilden yaratdığı ilk düşünen insana ruh verir (bax.Platon Timey 68E, 69B-C). Bu ve diger rituallar vasitesi ile Eman öz elleri ile kosmosu canlı varlığa çevirir. Kosmosun canlı varlığa çevrilmesi zamanı xüsusi keçirilen rituallardan biri de, qedim hind menbelerindeki Aşvamedxa ritualıdır ki, buna Şatapatxa braxmana, Tayttiriya samxita, Brixadaranyaka Upanişada ve s. kitablarda rast gelmek olar. Brixadaranyakada bu ritualın menası bele açıqlanır; Aşvamedxadakı qurbanlıq at kainat atıdır: Om! Qurbanlıq atın başı bu seherin açılması vaxtıdır.onun gözü bu güneşdir, onun nefesi- külekdir. Qurbanlıq atın bedeni bu ildir, onun beli- göy, qarnı- göy saheleri, böyrü dünyanın saheleri, sümükleri -ulduz, ezelesi bulud, tükleri ağac ve s.-dir. Burada atı qurban keserek, kesme merasimi dövründe keçirilen ritualdan söhbet açılır. Atın bedeninin müeyyen üzvleri kainatın müeyyen saheleri ile elaqelendirilir. Diger terefden kahin atın qarşısındakına göre gündüz, atın arxasındakına göre gece yaranıb deyerek mantra oxuyur. Eyni vaxtda atın qarşısında qızıl qabdan, atın arxasında ise gümüş qabdan oda erimiş yağ tökmekle ritual yerine yetirilir. Demeli, burada yağ yandırmaqla fiziki, mantra oxumaqla söz ve brahman fikrinde bu ritualı formalaşdırmaqla eqli, yeni mental vasitelerle proses heyata keçirilir. Müdrikler yazır:Xator öz işini himnle, adhvaryu-qurbanlıq formulu ile, müğenni ise oxumaqla, ümumilikde, bu üç vasite ile iş görülür. Söz bu dünya, fikir ise o biri dünyanın tecessümüdür. Qurban, söz ve ağılın gücü ile hereket edir, fırlanırve s.

Aşvamedxa ritualı ile bağlı sehnede sifarişçi, Pradcapati nin adı ile adlanır. Pradcapati hem qurbanlıq özü, hem ianeçi (kahin), hem qurbanlıq ritualı bütövlükde ve hem de qurbanın sifarişçisi kimi qurbanlığın hesabına göye qalxan Allahdır. Bir terefden o, bütün Allahları, o cümleden Aqnini yaradır, diger terefden Aqni qurbanlıq od kimi onun atası sayılır. Belelikle, ilk kosmik hadise baş verir ve Pradcapati özünü Allahlara qurban vermekle sonradan qurbanlıq kimi ikinci Pradcapati yaradır. Bu ritual ümumilikde bir il davam edir ve nehayet, heçden qızıl nüve, qızıl başlanğıc emele gelir ve s. Diger yerde ritualın sifarişçisi, ölenden sonra onunla birleşen, ritualın yarısını eqli ile beyninde hazırlayan ve eyni zamanda brahman rolunu oynayan, hökmran Ac Eman adlandırılır. Bu ritualın izleri qedim Misir papirusunda Pta Allahı haqqındakı yazıda görünür: Sia-onun üreyi, Xiu-onun ağzı, Ka onun ağzında bütün mövcud olanlardır. Onun canı Şu (hava), üreyi Tefnut (nemlik), sağ gözü gündüz(güneş), sol gözü gece(ay), bedeni ise nundur(su qarışıgı) ve s.. Eyni mezmuna biz Hörmüz haqqındakı yazılarda da rast gele bilerik: Sonra o öz bedeninden dalbadal bütün şeyleri yaratdı; Birinci göy onun başından yarandı Hörmüz onun içinde öz yaratdıqları ile yerleşdi. Yer onun ayaqlarından yarandıSular onun göz yaşlarından yarandı Bitkiler onun saçlarından yarandı Od, onun ruhundan yarandı ve onun işıqlı şüası sonsuz işıqda yarandı ve s.. Zeus haqqındakı orfik himnlerin birinde ise deyilir: Dünyanın qüdretli esası olan ve bir Allahın bedeninde bir güc ve ruh kimi; od ve su, torpaq ve efir, gecenin qaranlığı ve gündüzün işığı fırlanırOnun başı ve gözel sifeti bu parıldayan göydür, etrafı ise nece deyerler qızıl tellerOnun gözü güneş ve üzbeüz dayanan aydır. Heqiqi şah ruhu bu ölmeyen efirdir.Onun bedeni de bu derecede parlaqdır, ölçülmezdir, dağılmazdır, berkdir, çox güclü ezaları nehengdir: Allahın çiyni, sinesi ve enli beli bu uzaqlara uzanan havadır ve s. (V.V.Yevsyukov Mifı o vselennoy N.1988.s.89,s.81, s.81.). Gördüyümüz kimi Aşvamedxa ritualı kimi yazılar qedimde çox xalqlarda olmuşdur. İndi ise biz Aşvamedxa ritualına izah vermeye çalışaq. Lakin bundan evvel biz, bütün varlıqların esasını teşkil eden Platon materiyasının neden ibaret olduğunu, onun sirlerini araşdırmalıyıq.

Bildiyimiz kimi güneş sistemin hereketi, güneşde geden reaksiyalar neticesinde, onun işıq saçmağa başlanması ile eyni zamanda başlamışdır. Yaranmış güneş işığı tesir ede bileceyi bir sahede xaotik hereket eden planetlere düşerek, itaetetdirici işığın gücü ile bu planetleri nizamlı herekete getirmişdir. Herekete gelmiş sistem sesle müşayet olunaraq, eyni zamanda tebietin diger, benzerlik ve elaqe qüvvelerini yaratmışdır ki, bu qüvveler son neticede tebietin özünüberpa - tamlıq qüvvesinin yaranmasına sebeb olmuşdur. Mehz bundan sonra tebietde hava, su ve s. substansiyalar meydana gelmişdir. Qeyd edek ki, tebietin bu qüvveleri eyni zamanda qanun kimi çıxış edir. Demeli, Platon materiyası, işıq, hereket, ses ve magiyanın benzerlik ve elaqe qüvvelerinin birge yaratdıqları tebietin özünüyaradış, özünüinkişaf ve özünüberpa qüvvesidir. İşıq, ses ve hereket haqqında, elme demek olar ki, her şey aydındır. Lakin benzerlik ve elaqe qüvveleri bu güne qeder tedqiq olunmamışdır.

Tebietin benzerlik qüvvesi benzer - benzer yaradar demekdir. Bütün tebiet tam qanuna uyğun şekilde hereket edir ve her gün, her saat tebietin müeyyen qanunları ile temasdadır. Novruz bayramının 1-ci günü yaz, 2-ci günü yay, 3-cü günü payız,4-cü günü qış feslinin ümumi veziyyeti ile elaqedardır. Yeni eger bayramın 1-ci günü havalar soyuq keçse, demeli yaz fesli soyuq olacaqdır. Eyni derecede bütün diger fesiller de beledir. Ana betnine düşen uşağın xüsusiyyetleri müeyyen günlerle elaqedardır. Uşaq ana betninde ilk terpenende ana kime baxsa, uşaq o adama oxşar. Yaxud uşağın ilk tikesini kim verse,uşağın xasiyyeti o adamın xasiyyetine benzer. Müeyyen gün ananın qoluna yazda açılmış gül deyse, uşağın qolunda da gül şekli olar ve her yaz uşağın qolundakı gül, açmış kimi qızarar. Eger siz göyde ulduz sürüşende üzünüzdeki xırda sızaqları eyni süretle desmalla silseniz, ulduz itende sızaqlar da yox olar. Qedim folklor araşdırıcısı Ceyms Frezer tebietin bu qüvvesini qomeopatik magiya adlandırmışdır. Tebietin mehz bu qüvvesinin tesiri altında insan beyni düşünme qabiliyyetine malik olmuşdur. Damarlardakı qan çayda axan suya benzeyerek herekete gelmişdir ve s.

Tebietin elaqe qüvvesi elaqede olmuş cisimler ayrılandan sonra da öz elaqesini itirmir demekdir. Yuxarıda biz benzerlik qüvvesi haqqındakı misalda uşağın qolunda emele gelmiş gül şeklinin her yaz fesli çiçekler açan kimi qızaracağını yazdıq. Bu o demekdir ki, tebietle gül şekli arasındakı elaqe saxlanılır. Yaxın adamın başına bir hadise gelende, adamda olan qeyri-adi heyecan hissi hamıya tanışdır. Qedimde qırxılmış saçların, dırnaqların düşmen eline keçmesinden mehz tebietin bu qanununa göre qorxurdular. Bu qüvvenin tesiri neticesinde tebietde xüsusiyyetler meydana gelmişdir. Bu qüvvenin tesiri altında insan beyni yaddaşa malik olmuşdur. Mehz insan beyninin bu qüvvesinin tebietin elaqe qüvvesinde hereketi ile Nostradamus, Vanqa kimi psixometrler zamanda hereket ede bilmişler. Frezer bu qüvveni kontaqioz magiya adlandırmışdır ve s.

İşıq özünün yaratdığı hereket ve qüvvelerden keçib sethe düşdüyü zaman o, bu ve ya diger qüvvelerin tesirine meruz qalaraq zeifleyir, süreti azalır. Sethe düşüb zeifleyen işıq, tesir, dövr ve şerait müxtelifliyinde materiallaşma meydana getirir. Bütün varlıqlar, yeni kristal, bitki ve heyvanat aleminin hamısı müxtelif şeraitde zeiflemiş ve materiallaşmış işıqdır. İşığın herekete gelmiş sistemde zeiflemesi, bütöv bir ansamblın, o cümleden nemliyin ve havanın yaranmasına sebeb olmuşdur. Bir sebeb müeyyen bir neticeni doğurur ki, bu netice de diger bir neticenin sebebi rolunu oynayır. Belelikle, mehz sebeb ve netice silsileleri bütün kainatın inkişafına getirib çıxarmışdır. Platon materiyasının ve tebietin bu sirlerini bildikden sonra qedim mistik yazılara izah vere bilerik.

Aşvamedxa ritualında qurbanlıq at kainatla eynileşdirilir ve bu fikir defelerle tekrarlanaraq brahmanın beyninde öz yerini alır. Biz qeyd etdik ki , söz eyni zamanda işıqdır, insan beyni ise zeiflemiş işığın materiallaşmış formasıdır. Yaddaş, tebietin elaqede olmuş cisimler ayrılandan sonra elaqeni saxlayır qanun ve qüvvesinin insan beyninde tecessüm formasıdır. Tefekkür, derketme ise, tebietin benzer benzer yaradar qanun ve qüvvesinin insan beyninde tecessümüdür. Demeli, qurbanlıq at kainat atıdır demekle, brahman söz, beyin enerjisi ile, eyni zamanda elinde at fiqurunu, kainatın remzi olan fiqurla birleşdirmekle atı kainata bağlayır. Sözün eyni zamanda işıq olduğunu nezere alsaq başa düşerik ki, at tebietin elaqe qüvvesi vasitesile kainata bağlanır. Sonra atın hisseleri ayrı-ayrılıqda kainatın hisseleri ile eynileşdirilir; Atın başı seherin açılma vaxtıdır, atın gözü güneşdir, atın nefesi külekdir ve s. eynileşdirmede atın hisseleri söz, hereket ve fikir enerjisi, benzer ve elaqe qüvveleri ile birlikde, faktik gözegörünmez enerji ile, kainatın hisseleri ile bağlanır. Brahman meditasiya vasitesi ile bütün deyilenleri fikrinde bir-biri ile bağlamaqla yerleşdirir. Daha sonra kahin atın qarşısında qızıl qabdan oda yağ tökmekle seheri, atın arxasında gümüş qabdan oda yağ tökmekle geceni yene de mantra ve s. ritualla atla bağlayır. Burada qızıl güneş menasında seherin, gümüş ise ay menasında gecenin remzidir. Bu ritual geceni, gündüzü tebietin elaqe ve benzer qanun ve qüvvesi vasitesile atla bağlayır.

Diger terefden bilirik ki, madde ve xasseden ibaret olan her bir varlıq kimi, atın da bedeni maddeni, ruhu-canı ise xasse timsalında işıq enerjisini temsil edir. At ölenden sonra onun işıq enerjisi, yeni ruhu, kahinin ritualı ve brahmanın söz-fikir enerjisi vasitesile müşayet olunaraq göyde toplanır. Toplanmış bu enerji, oxunan mantranın, yandırılan yağın ve diger hereketin hesabına brahmanın fikrindeki kimi, kainatın qeyd olunan hisseleri ile elaqe saxlayır. Bu zaman kainatın hisseleri atın bedeni, toplanmış enerji ise atın başıdır. Atın başı ise eyni zamanda bu enerji daxilinde bilavasite Emana tabedir, yeni yığılmış enerji hem de Emanın fikridir. Bu baş, sinir sistemine çevrilmiş, kainatı ehate eden materiyanı idare edir. İnsan beyninin isteyi ile, sinir sistemi vasitesile el-qolunu idare etdiyi kimi, Eman da atın başı remzinde toplanmış enerji vasitesile kainatı idare edir. Demeli, mifologiyalardakı kentavr, buraq adlanan insanbaşlı at, kainatı bu gün de idare eden Pir Emanın obrazıdır.

Yazılardan göründüyü kimi Pir Eman fiziki öldükden sonra onun ruhu, göyde güneş remzinde topladığı öküz, at, qoç, ilan ve s.canlıların ruhları ile birleşib, sahibkerana çevrilir. Göyde keyan taxtında Eman, atın gözünü güneşe bağladığı üçün güneş vasitesile görmeye, küleyi atın nefesile bağladığı üçün külek yaratmağa, atın ezelelerini buludla bağladığı üçün yağış yağdırmağa ve s. tebiete fiziki tesir etme qabiliyyetine malik olur.

Yazdıqlarımızdan bele çıxır ki, Firdovsinin, göyde keyan taxtı qurub, divin çiyninde taxta çıxan ve göyde güneş kimi qerar tutan Cemşidi, Pradcapati kimi, Emanın qedim edebiyyatlarda qeyd olunan minlerle obrazlarından biridir.

Filona göre yehudilerin Yahve Allahı bedensiz, tek, özüne benzer ve özne beraberdir. O, tek olduğu üçün sadedir ve qarışığı yoxdur. Yahve temiz ağıl, yaxşı ve gözeldir. Bu dünyadan kenar, kamil olduğu üçün o, bu dünyanı yaradır. Büsbütün özüne qapalı olduğu üçün, Yahve dünyanı bilavasite yarada bilmir, çünki o ruhdur, maddi tebiet dünyasına yaddır, ona göre kenardır, nece deyerler transendentaldır. Buna göre de ona vasiteçi lazımdır. Allahın dünyanı yaratmasinin vasiteçisi loqos ve ideyadır. Loqos Allahın ve ideyanın atributu kimi Allahdan evvel olmuşdur. Sonra onlar nisbi azadlıq qazanmış, Yahveden kenar loqosun bedensiz dünyasını yaratmış ve sanki onun içinde yerleşdirilmiş ideyadır. Lakin ideya tekce obrazlar yox, eyni zamanda şeyler yaradan varlıqdır. Buna göre de onlar gücdür. Allah loqosdan, öz atributundan yüksekdir, ona göre de tebiet qanunlarını pozub möcüze göstere bilir ve s. Demeli Filona göre , temiz ağıl ve temiz loqosdan ibaret olan ruh, öz iradesi ile dünyanı yaradır. Mütexessisler esaslı olaraq tesdiqleyir ki, heqiqetde Filon Memfis ilahiyyatının abidesini tekrar edir, harda ki, Pta Allahı da eyni ile hereket edir (Kultura drevneqo Yeqipta M1976.s.221). Bu ise o demekdir ki, Yahve obrazı öz kökleri ile, ondan çox evveller yaranmış Misir dinine gedir. Misir Allahları siyahısına semit Allahları olan Kadeş, Anat, Astarta ve s. daxil olması yazılanlara sübutdür. Dünyanın yaranmasının Memfis nezeriyyesine göre Pta Allahı demiurq olmuşdur. O dünyanı ve Allahları öz ilahi sözünün gücü ile yaratmışdır. Burada açıq yazılır ki, Atum doqquz Allahla (enneada) , Pta Allahının ağzından yaranmışdır. Amon Allahına alqışın Leyden variantında deyilir: Üç Allahlar Amon, Ra ve Pta bütün Allahlar menasındadır. Onlara tay yoxdur. Amon, hansı ki öz adını gizledir, o, öz üzü ile Ra ve bedeni ile Pta-dır. Diger metnde Amon , beden üzvleri Oqdoada olan ve özünü Ptah (Pta) kimi yaratmış Tanen ve ya ilkin Allahlara doğum vermek üçün özünün Tanen kimi dönüşünü heyata keçirir ve s.

Tanınmış misirşünas C. Uilson yazır: Bizi maraqlandıran metn onunla başlayır ki, Ptah (Pta), Nun ilkin sularla eynileşdirilir, hansından ki, yaradıcı Allah sayılan Atum yaranır. Bu Ptahı güneş Allahının selefi edir ve bu birinciliye diger metnlerde nadir rast gelinir. Bizim metnde ise Ptahın Atumu nece emele getirmesi geniş tesvir olunur. Ptah, böyükdür; O doqquz Allahın ürek ve dilidirhansı ki, Allahları mayalandırmışdır (ne ise) Atum obrazında ürekde tecessüm etmiş ve dilde tecessüm etmişdir. Belece Atum düşünülmüş ve yaradılmışdır. Heç neden yaradıcı Allah, Atum ideyası emele gelmişdir. İdeya Tanrı dünyasının üreyinde meydana gelmişdir: bu ürek ve ağıl Ptah özüdür; sonra ideya tanrı dünyasının dilinde yaranmışdır; bu dil ve nitq Ptah özü olmuşdur. Misirli gözel, maddi obrazlardan istifade edir, onun nitqi elliptikdir: Atum - obrazında ürekde yaranmış ve dilde yaranmışdır, lakin onun nece yarandığı aydınlaşdırılmır. Bu terminlerin özünde fikir ve yaranış haqqında tesevvür tamamlanmışdır. Lakin enenevi yaradıcı Allahın törenişinden sonra da Ptahın yaradıcı gücü qurtarmır. (Bütün Allahların gücünü) yerleşdiren böyük ve qüdretli Ptah, bu üreyin (emelin) ve dilin (emelin) vasitesile beraber şekilde onların ruhlarını da yerleşdirir.

Yaradıcı başlanğıc Allahların emele gelmesinden sonra da sönmür. Baş verdi ki, ürek ve dil bu telim vasitesi ile (beden) üzvlerinin (hamısını) o, (Ptah) her bedende (ürek şeklinde), her nefesde (dil şeklinde), bütün Allahları ve bütün insanları, ve (bütün) heyvan, bütün heşerat ve bütün (her bir ) canlıları, o (Ptah) fikri vasitesile (ürek şeklinde) ve emri (dil şeklinde) ile bütün her şey onun isteyi, idare edir. Başqa sözle qarşımızda tekce möcüzeli yaranış ve fikrin sözle ifadesi deyil. Atumu ilkin sularda töreden, emele getiren yaradıcı prinsip, indi de işleyir. Harda ki, fikir ve emr var, orada Ptah töredir. Metnler hetta, Atumun Şu ve Tefnutu yaratdığı enenevi töretme tesevvürü ile, Ptahın Şu ve Tefnutu adlandırıb ve bununla da onları yaratması aktını ferqlendirir. Ptahın diş ve dodaqları yaradıcı nitqin yaratma orqanıdır. Atum haqqında mifin birinde, Şu ve Tefnut yaradıcı Allahın toxumaxıtma mehsuludur. Belelikle, Ptahın diş ve dodağı, Atumun el ve toxumu ile eynileşdirilir ve s. (Q.Frankfort, Q.A. Frankfort, C.Uilson, T.Yakobsen.V preddverii filosofii M1984.s.67,68).

Daha sonra Şu ve Tefnut yeri ve göyü Qeba (Qaba F.G.) yer Allahı ve Nut göy ilahesini yaradır. Qeba ve Nut ise öz növbesinde Osiris (Oziri) Allahı ve arvadı İsidanı ve Set Allahı ve arvadı Neftidanı töredir.

C. Uilsonun getirdiyi sitatlardan açıq görünür ki, bu metnlerde sözle beraber, eyni zamanda heyata keçirilen ritual da tesvir olunur. Meselen, beden, fikir deyende üreyin; nefes, emr deyende - dilin ; ürek, dil deyende ise - emelin xüsusi qeyd olunması onu gösterir ki, burada bir sözle iki ve daha çox mena nezerde tutulur. Buradakı magik söz oyunu ona getirib çıxarır ki, dünyanı idare eden Atum, tebiet ve varlıqlara bilavasite söz ve fikir vasitesile tesir ede bilir. Demeli, eger Atum Allahının yerdeki nesli olan hansısa Pir-in müeyyen sözü, tebiete fiziki tesir ede bilirse, öldükden sonra bu Pir-in ruhu, tebiete fikri vasitesile tesir gösterir ve s. U.Bac özünün Yeqipedskaya reliqiya. Yeqipedskaya maqiya kitabında yazır: Dini kitablardan biz bilirik ki, qedim Misirde magiyanı bilen ve ondan istifade eden kahin ve ya adam sonsuz güce malikdir. Onun sözü, öz iradesi ile insanı müxtelif formalara salır, onun ruhuna imkan verirdi ki, heyvan ve ya diger varlıqlara keçsin. Onun sözü ile cansız eşyalar ve tesvirler dirilir ve onun emrini heyata keçirmeye çalışır. Tebietin gücü onun hökmünü qebul edir: külek ve yağışlar, tufan ve qasırğalar, çay ve denizler, xestelik ve ölüm, onun düşmenlerini ve ya qeyd olunan düşmeni mehv etmek üçün qalxırlar(s.169).

Qedim yazıların yalnız bir-iki sitatına nezer saldıqda biz gördük ki, Allahın yaradılması haqqında menbelerde istenilen qeder melumatlar var. Sadece bu melumatları analiz edib, onları ardıcıllıqla düzmek lazımdır. Qedim Misir yazılarında Allahın dünyanı tek yaratması ve bütün sonrakı Allahların, bu tek Allahın müxtelif obrazları olması xüsusi qeyd olunur. U.Bac öz kitabında Nesi Amsu-nun papirusundan maraqlı bir metnı tercüme etmişdir. Burada Eman Allahın Platon materiyasında, yeni kainatın işıq sularında ruhlar dünyasını yaratması prosesi remzi açıqlanır: Men, inkişafı inkişaf etdirerek, inkişaf edirdim yeni ilkin materiyadan zahire çıxdım, hansını ki, men yaratdım; Men ezeli materiyadan zühur etdim. Menim adım Auseres (Osiris), ezeli materiyanın toxumudur. Men bütövlükde öz irademi bu torpaqda heyata keçirdim, Men böyüdüm ve yerine yetirdim, Men onu öz elimle möhkemlendirdim. Men tek idim, çünki heç ne doğulmamışdı; onda men özümden ne Şu-nu, ne Tefnutu töretmedim. Men öz adımı öz ağzımla, sözün gücü kimi çekdim, - ve Men birden özümü inkişaf etdirdim. Men özümü, Xepera inkişaf Allahının formaları vasitesile inkişaf etdirdim ve Men ilkin materiyadan üze çıxdım, hansı ki, ilkin zamanlardan çoxlu inkişafı inkişaf etdirmişdi. Bu torpaqda o vaxt heç ne mövcud deyildi ve Men her şeyi yaratdım. O vaxtlar heç kim yox idi ki, menimle birge yaratsın. Men orada bütün inkişafı, Allah ruhu vasitesile yaratdım, hansını ki, orada yaratmışdım ve suların dibinde hereketsiz qalmışdı. Men orada durmaq üçün yer tapmadım. Lakin üreyimde Men güclü idim ve özüme dayaq yaratdım ve yaradılmış her şeyi yaratdım. Men tek idim. Men öz üreyime (ve ya irademe) dayaq yaratdım, ve çoxlu varlıqlar yaratdım, hansı ki, Xepera inkişaf Allahı kimi inkişaf edirdiler ve onların töremeleri, onların yaranması ile inkişafdan emele gelirdiler. Men özümden Şu ve Tefnut Allahlarını yaratdım ve tek olaraq Men üç oldum: onlar menden çıxdılar ve bu torpaqda yaşamağa başladılar (U.Bac. Yeq.rel. Yeq. maq. M.2000 s.29,30) .

Yazdıqlarımızdan çıxan ümumi netice odur ki, Eman maqik rituallar vasitesile göyde ruhlar üçün mekan yaradır ve göyü de ona tabe edir. Metnlere göre insan öldükde, onun ruhu öz doğma sahilini keçib dünya sularına daxil olur ve bu zaman o keyfiyyetce deyişir. Parçalanmayan ruh başqa ölçü mekanında yaşamağa başlayır. İlk cümlelerini bu deyişmeye hesr etmiş Ovidiy Metamorfozasını bele başlayır: İndi size yeni forma almış bedenler haqda danışacağam. Allahlar, - axı bu çevrilmeye siz qerar verdiniz. Bele çıxır ki, göye qalxmış ruh yeni forma alıb orada ebedi yaşayır. Quranda bu fikir bele ifade olunur: Sizi yaradan, size ruzi veren, sonra öldüren, sonra da dirilden Allahdır (30:40). Bu ise o demekdir ki, heqiqeten de insan o dünyada mehz Allahın sayesinde ölümsüzlük qazanır. Quranda ruhlar dünyası haqda nezere çatdırılır ki, mömin adamlar üçün o dünyada şerab çayı, bal kimi temiz çaylar axır, müxtelif meyveli ağacları olan bağ salınmışdır. Burada dadı deyişmeyen süd gölü var. Möminler üçün burada pak zövceler var ve insanlar orada ebedi xoşbext yaşayırlar (4.57:9.72:47.15-17). O dünya haqqında qedim menbelerde çoxlu melumatlar var ki, onların biri de Platonun fikirleridir. Fedon eserinde Platon insanın ölenden sonra o dünyaya düşüb orada ebedi yaşamasını reallıq kimi gösterir ve qeyd edir ki, orada da insanlar yerdeki kimi yaşayırlar. Onların da orada öz mebedleri, müqeddes yerleri var ve onlar o dünyada, yeni cennetde derdsiz-qemsiz ömür sürürler. O dünyadakılar yerdeki insanlarla yuxugörme ve s. telepatik yollarla elaqe saxlayırlar... Bizim üçün su, deniz nedirse, onlar üçün o havadır. Bizim üçün hava nedirse, onlar üçün o efirdir. Onlar heç vaxt xestelenmirler. Ağılda, görme ve eşitmede onlar bizden, hava sudan ve efir havadan ne qeder temizdirse, bir o qeder ferqlenirler (Fedon 110, 111).

Yazdıqlarımızdan bele neticeye gelmek olar ki, Kitabi Dede Qorquddakı, oğuzun içinde temam vilayeti zahir olmuşdu cümlesinde söhbet, yerdeki Oğuz elinin içinde, yerden göye ucalan ikinci dünya, yeni ruhlar dünyasının yaranmasından gedir. Mütexessisler qeyd edir ki, qedim Misirde görünen ve görünmez varlıqlar, o cümleden ruh da bütöv maddi varlıq hesab olunur. Buna göre de qedim menbelerde ruhlar dünyasındakı hadiseler bu dünyadakı hadiselerle eyni formada gösterilir (İst.Dr.Vos. M.88. 2 his.s.378). Eger biz faktlara nezer salsaq görerik ki, heqiqeten qedim menbelerde insanların mehz bu menada göyden yere enmeleri haqqında melumatlar var. A.Oppenheymin yazdığına göre Mesopotamiyanın mehşur çarlar (şahlar) siyahısı, yeni kutiler sülalesinin hakimiyyeti mifik dövrlerden, yeni çar hakimiyyetinin göyden yere endiyi dövrlerden başlanır (A.L.Oppenheym Drevnyaya Mesopotamiya M.80.s.146). Eyni yazıya biz ereb qaynaqlarında da rast gelirik. El - Kufi Kitab el-fütuh eserinde yazır: Salman ibn Rebiyye ve İran ehalisinden onunla gelenler Ermenistana daxil oldular. Yerli ehali bir birine deyirdi ki, üstümüze gelen tayfa, deyilene göre, guya göylerden enmişdir ve guya bu adamlar ölmürler ve silah onlara heç bir xeter yetirmir (Azerbaycan tarixi üzre qaynaqlar B.89.s.59). Bele çıxır ki, Salman ibn Rebiyye de kuti sülalesindendir. Diger terefden burada söhbetin ereb adlandırılan pir, seyid, şıx ve s. müqeddeslerden getdiyi aydındır. Dede Qorqudun deyimlerde pir adlandırılması bizim fikirlerimizin doğruluğunu bir daha sübüt edir. Qedim Misirde firon sözü olmamışdır. Pir-a sözü orada firon menasında işlenmişdir ki, sonradan yunanlar bu sözü firona çevirmişler. Bele çıxır ki, ceddlerinin gücü ile möcüze göstere bilen pir, şıx, seyid ve s. müqeddesler, Misirin ilk piri olan Tektüz Emanın neslidirler. Bu gün de Azerbaycan ehalisi olan Peşteser, Perimbel ve s. seyidleri xüsusi qeyd edirler ki, biz Yemen vilayetinden gelmişik ve biz adi adam deyilik, çünki biz Allahın nurundan yaranmışıq. Eger adi adam ölene qeder yeyirse, biz ölenden de sonra yeyirik.

Bütün bunlar o demekdir ki, Azerbaycanda yaşayan müqeddesler, Azerbaycanın en qedim sakinleri olan kuti/quti sülalesinin neslidir. Kitabi Dede Qorqudda bu müqeddesler xud möminler adlandırılır. Qut/xud/xuda sözlerinin Allah menasını vermesi hamıya melumdur. Bu halda Qorqud sözünün Qor Allahı fikrini ifade etmesi yazdıqlarımızın doğruluğunu sübut edir. Buradakı mömin sözü ise sufilik baxımından ümman sözü ile eyni mena daşıyır ki, bu da Platonun materiyası, yeni yer küresini ehate eden işıq okeanı menasındadır. Ümman sözü Kitabi Dede Qorqudda umman/emman denizi şeklinde verilmişdir. Menbelerde quti tayfalarını umman-manda adlandıraraq, onların deniz xalqı olmasını xüsusi qeyd edirler. Keniq de umman-manda tayfasına fantastik deniz xalqı kimi baxır (İ.M.Dyakonov İstoriya Midii M.L.56.s.79). Quti, umman-manda ve Midiya tayfalarının menbelerde bir-birlerini evez etmeleri, onların eyni tayfa olduğuna işaredir. Babil tarixçisi Berossa göre, kutilerin 21 şah sülalesi midiyalıdır ve onların içinde Zerdüşt de var. Panodora göre midiyalı Zoroastr yeni kosmik eranın sebebkarıdır (orada.s.36,39). Qedim melumatlara göre Zerdüştün veteni dünya çayından o yandadır ki, yunanlar bu çayı ya deniz, ya da okean adlandırırdılar. Platonun (psevdo) Pervıy Alkiviadı ile elaqedar şerhçiler yazılır: Deyirler ki, Zerdüşt Platondan 6000 il böyükdür... deyilene göre, guya o ellindir ve guya o böyük deniz vasitesi ile materike keçmişdir (orada s.377). Bele çıxır ki, Zerdüşt kainatın işıq denizi olan ümman deryasına köçmüş ve orada yaşayır. Diger terefden Moisey Xorenski yazır ki, Zerdüşt mar neslinin banisidir. Ümumiyyetle, 10-cu esre qeder bütün ermeni menbeleri Atropatena ehalisini marlar, yeni midiyalılar adlandırır. Sebeos, Atropatenada Şehrmar şeherinin olmasını yazır ki, bu da marlar şeheri demekdir. Nezere alsaq ki, Zerdüşt/Zoroastr adı sufiliye göre Oziri-istar, yeni Azer Allahı menasını verir, onda razılaşarıq ki, misirlilerin de ecdadı Azer Allahı olmuşdur.

Bu deyim ve revayetlerin menası odur ki, Dede Qorqud kainat sularında ebedi dirilik qazanan yegane insandır. Demeli, umman-manda xalqı, işıq okeanında ölümsüzlük qazanan Mandanın, yeni Eman Atanın xalqıdır. Mar tayfalarının pir, seyidler olmasına heç şübhe ola bilmez, çünki bu gün de seyidlerin adlarının qarşısında mir/emir (müq. et Marağa), yeni mar sözü qeyd olunur. Onların Ağa adlandırılması ise qedim Misirin Qor Allahı ile bağlıdır ki, menbelerde Qor Allahına Axa, yeni Ağa da deyilir.

Kitabda menbeleri bezen göstermemeyimizin sebebi odur ki, bu faktlar bütün tarixçilere yaxşı melumdur.

Talmud yazır ki, Süleyman peyğemberin Allah üçün tikdiyi evin erazisinde, yeni moria torpağında, İbrahim peyğember İsağın qollarını bağlamış ve bu yerde Nuh gemiden düşüb qurban kesmişdir ve Adem de burada yaradıldıqdan sonra qurban kesmiş ve o mehz bu torpaqdan yaranmışdır...ve s.(Talmud 5t.1903.S.Peterburq.s.3). Demeli, Adem Ararat torpağından yaranmışdır ve buradakı moria adı da tebii ki, marlar torpağı menasındadır.

Menbelerde mar, amoreyler, yeni Mar-tu adı, Ta-meri kimi de yazılır ki, bu da Misir ölkesi demekdir. Bezi alimlerde artıq fikir yaranmışdır ki, (mes. İngilis misirşünası Xornblauer) Osiris yerli Misir Allahı yox, ön asiyadan gelmedir (M.A.Korostovtsev Reliqiya drevneqo Yeqipta M.76.s.124). Turayev yazır ki, Kadeş, amoreyler ölkesinde, yeni Aziru şahlığında mühasireye alınmışdır (B.A.Turayev İst.Dr.Vos. T.1.s.304). Bele çıxır ki, Qutide - amoreyler ölkesinde yerleşen Kadeş şeher qalası, esil Misirde, yeni Midiya torpağı olan Aziru Oziri elinde yerleşir.

El-İstehri (IX esr) yazır ki, Atropatenanın şahlığının serheddini Azerbad teyin etmişdir [10,130]. İbn el Müqeffa (Yaqut el-Hemevi Mücam el-Buldan B.83,s.7) ve El Hemedaniya göre Azerbaycan öz adını Azerbaz ibn el İran ibn es-Sud ibn es Sam ibn El Nuh kelmesinden götürmüşdür. Qurana göre Azer İbrahim peyğemberin atası olmuşdur. Diger terefden türklerin İbrahim peyğemberin nesli olması haqqındakı revayetlere Teberi (1,248), ibn el- İbri (s.14), ibn el Fakih ve s. eserlerinde rast gelinmesi fikrimizin doğruluğunu sübut edir. Alimler ereblerle evrenlerin qohumluğunu tesdiq edirler. Lakin onlar bu qohumluğun Azerbaycan xalqı vasitesi ile olduğunu tesevvür etmirler. El Yequbi yazır ki, Azerbaycan ve onun etrafının ehalisi El Azeriyye ve El Cavidaniyye parslarının qarışığıdır (61,s.59). Mütexessisler qeyd edirler ki, qedim fars yazıları ile ancaq şah yazıları ve Persopoldakı yazılar yazılmışdır. Ümumi yazı dili ise Aramey ve Elam yazılarıdır. Bu ise o demekdir ki, Fars dili de, Latın, Ermeni, Yunan, Assiriya ve s. dilleri kimi sufilerin gizli quş dilidir. Bu dili birbaşa yox, yalnız remzi menada başa düşmek olar. Fars/pars sözünün pir ruhu menasını vermesi onu gösterir ki, burada da söhbet ruhlar dünyasından gedir.

İlk insanın yaradılması ile elaqeder diger faktlara nezer salaq. Yunan mifologiyasına göre neheng insan Allahlar, tepegözler qırıldıqdan, uzaq adaya sürgünden sonra, neheng Prometey, Baş Allah Zeusin yanına gelib, Allahlardan zeif, lakin düşünme qabiliyyetine malik insan yaratmaq üçün ondan icaze alır. Gilden bir neçe insan fiquru düzelden Prometey nehayet en optimal variant seçib, Allahdan ona ruh vermesini xahiş edir ve Zeus ilk düşünen insanı dirildir. Belelikle, yerden, Allahlara melum olmayan düşünen varlıq, yeni insan qalxır. Esxil özünün Qandallanmış Prometey eserinde açıq yazır ki, uşaq kimi ağılsız insanlara men düşünme qabiliyyeti, ağıl verdim, bütün elm, medeniyyet ve s. her şeyi men onlara öyretdim ve s.(490-520). Bele çıxır ki, düşünen insanları mehz neheng Allah sayılan Prometey öz elleri ile yaratmışdır. Lakin qedim Misir revayetlerine göre, Prometeyin gördüyü bütün bu işleri Xnum Allahı görür. O, dulusçu dezgahında ilk kişi ve qadın yaradır. Oziri (Oziris) Allahı ise bütün insanları heyvan seviyyesinden çıxarıb, onlara elm, medeniyyet ve s. öyredir. Babil eposuna göre Prometeyin bu işlerini, gilden ilk insan yaradan Marduk Allahı görür. Firdovsiye göre ise mehz Cemşid insanı heyvan seviyyesinden çıxarıb, onlara elm ve medeniyyet verir.

Yazdıqlarımızdan göründüyü kimi, ilk düşünen insanın yaranışını eyni zamanda Prometey, Marduk ve Xnumla bağlayırlar. İnsan yaratmış Mardukun adı, Mar Allahı menasını verir ki, burada duk/kud/qut/xud sözleri Allah demekdir. Bele çıxır ki, ilk insanı Marlar Allahı, daha deqiq desek, marların banisi olan Zerdüşt yaratmışdır. Ve onun da adının açması Oziri İstar, yeni qedim Misirin Oziri Allahı fikrini ifade edir. Eger biz qedim dilçiliyin samitler qanununu Prometey adına tetbiq etsek görerik ki, Prometey adı ile Pir Maday/Midiya (yeni firon Midiya F.G.) adları eyni menalı sözlerdir. Prometeyin diger obrazı olan Oziri Allahının adı da qedim dilçiliye göre Azer adı ile eyni menalıdır. Ümumiyyetle, Azer sözünün pehlevice od menasını vermesi ve qedim Misirde de Oziri sözünün heyat enerjisi, od fikrini ifade etmesi, Prometey odunun mehz Azer enerjisi olduğu qenaetine gelerik.

Mövzumuza qayıdaraq nezere alsaq ki, insanı yaratmış diger Allah Mardukun adı da bilavasite Mar torpağının adı ile bağlıdır, onda başa düşerik ki, Prometey, Oziri ve Marduk adları bilavasite Ademi yaratmış tek Allahın müxtelif adlarıdır. Revayete göre Prometey Qafqaz dağlarına qandallanır ki, Herakl ölüm şahlığının qapısı olan Kadus ölkesine gelib onu xilas edir. Prometeyin Qafqaz dağlarına vurulması ve onun minilliklerle bu dağlarda eziyyet çekmesi, Pir (firon) nesli olan Midiyalıların esrlerle burada yaşaması demekdir. Ölüm şahlığının qapısı olan Kadus ölkesi ise Tövratda, Musanın ved olunmuş torpaq saydığı Kades-Varni ölkesidir. Kadus ölkesi bütün antik menbelerde Atropatenanın şimal-şerqinde yerleşir. Bu haqda Polibiy, Tit Liviy, Pompey Troqa, Kursiy Ruf ve s. tarixçiler yazmışlar. Bu yer onların yazdığına göre Azerbaycanda, Savalan etrafından Xezer denizine qeder olan erazini ehate edir. Tövratdakı Kades-Varni adının indiki Ver-Gedüz adına uyğun gelmesi ve Yunan menbelerindeki ekser adların bu erazide olması onu gösterir ki, seyidlerin Piran adlandırdıqları bu erazi bilavasite gösterilen suallara cavab verir.

Tövratda qeyd olunur ki, Allahla Yaqub sübhe qeder tutaşır ve Allah onu İzrail adlandırır. Onların tutaşdığı yere ise Yaqub Panuel adı verir (Bıtie 32:30). Yaqubun Allahla tutaşması, Emanın tebiete qalib gelib Qaba alemi, yeni Oziri Allahını yaratması demekdir ki, İzrail adı da mehz bu menada Oziri, yeni Azer Allahının eli demekdir. Oziri Allahının yarandığı yerin Panuel adlanması, göydeki elin Pan eli adlanacağına işaredir. Kitabi Dede Qorqudda yazılır ki, Yegnek yuxuda iken, ala gözün açıb dünya görür. Ağ-boz atlar çapdırar alpanlar görür. Ağ işıqlı alplarla beraber orada Dede Qorqudu ve dayısı Emeni görür. Yegnekin ikinci dünyanı, oradakı alpları, alpanları yuxu kimi görmesi, onun ikinci dünyanın qapısından keçmesi demekdir. Demeli, Panuel ele Alpanlar yurdu olan ruhlar dünyasının qapısı, yeni dünya ağacının ucaldığı yerdir. İkinci dünyanın iç el olması, onun çel/çol sözleri ile eyniliyi demekdir. Qeyd edek ki, bütün qedim xalqların yazılarının esil menası bilavasite samitler qanunu ile açılır. Bele çıxır ki, ikinci dünyanın qapısı alpanlar yurdunda, yeni çol torpağında yerleşir. Maraqlı haldır ki, 7-ci esr Ermenistan coğrafiyasında Ermenistanın sol sahilinde iki ölke adı, Lpin ve Çola adı çekilir. Alban tarixinde ise yazılır: ... menim atam bu 3 ölkeni - Aqvaniya, Çoqa ve Lpiniyanı ebedi mülkiyyete alıb (2.b 14). Buradakı Çoqa sözü tebii ki, Kitabi Dede Qorqudda iç el sözünün evezine bezen üç oq sözünün yazılması ile elaqedardır. Bildiyimiz kimi oq, aqa, ağa sözleri ğuz, oğuz sözleri kimi heyat enerjisi anlamındadır. Demeli, üç oq, yeni çoq sözü de iç Oğuz menasını verir. Lpiniya sözü ise Alpaniyye-Alpan ölkesi fikrini ifade edir. İç elin, eyni zamanda Emanın ruhu olduğunu nezere alsaq, qebul ederik ki, issi el, yeni sel sözü de çol sözü ile eyni menalıdır. Teberi qeyd edir ki, Azerbaycanın qonşusu Xezer ölkesi idi ve bu yer Sul adlı xalq terefinden tutulmuşdu (Teberi 1.896).

El Belazuri ise Kitab Fütuh el Buldan eserinde gösterir ki, ... O, (Qubad) Arranda Beyleqan şeherini, bütün ölkenin baş şeheri Berdeni ve Qebele şeherini (burası Xezerdir) tikdirdi. Sonra o Şirvan vilayeti ve Allan (ellin-F.G.) qapıları arasında bişmemiş gilden sedd çekdirdi, gil divar boyu 360 şeher saldırdı ve s. Tarixi Derbendnamede (45,94) qeyd olunur ki, Derbend hasarı tikildikde qalalardan biri Alpan qalası olmuşdur. B.Dorn ise bunu (280,339) Seddi-Alpan adlandırır. Diger menbelerde Derbendi neheng şeher (Kalankatlı 11,4,11), Qala (Sebeos III,35), Çor keçidinin şeheri, denizde tikilmiş istehkam ve s. kimi qeyd edirler. Nezere alaq ki, Çor sözü - içeri sözü ile eyni menadadır.

Qedim menbelerde saysız-hesabsız Çola serhed qapısı, Alpan keçid menteqesi, Hun qapısı, Xon serhedi, Derbend keçidi, Sul qapısı, böyük Sul şeheri, Sul xalqı ve s. keçid menteqesi adları, qarşımızda fantastik bir menzere açır. Bu fantastik menzereni tesevvür etmek ağlasığmaz derecede çetindir. Aqvaniyanın, yeni Qaba alemin iç elden ve alpanlar yurdundan ibaret olması, eyni zamanda bu ruhlar dünyasının emelli-başlı qapılarının meşhur Demir qapı Derbend de yerleşmesi, qedim dünyanın bütün sirlerine açar rolunu oynayır. Bele çıxır ki, Kitabi Dede Qorquddakı kimi, qedim dünyanın bütün yazılarında söhbet, göydeki Allah elinin yaranmasından, onun 5000 illik haqq-edalet tarixinden, son 500 illik tarixde heqiqetin itmesinden ve nehayet, Allahın axiret mehkemesi qurub, dünyanı öz tabeliyine qaytarmasından gedir. Bele çıxır ki, kitabın evvelinde qeyd etdiyimiz, Platonun, bütün revayet ve yazılar yalnız bir bir hadise ile bağlıdır ideyası esil heqiqetdir.

Aqvan tarixinde yazılır ki, Derbend istehkamları ve qalasını tikmek üçün İran şahları ölkemizi taqetden saldılar: bu qeribe binanı tikmek üçün memarları seferberliye alan ve çoxlu müxtelif materiallar axtarıb tapan İran şahları hemin tikinti vasitesile Qafqaz dağı ile Şerq denizi arasındakı keçidleri qapalı saxlayırdılar (İstoriya Aqvan, s.105/85). Qeyd edek ki, buradakı Şerq denizi kainatın işıq denizi, yeni ümman denizi menasında başa düşülmelidir. Derbendname ve diger menbelerde qeyd olunur ki, Derbend seddini İskender tikmişdir (s.5,19). Xalq arasında indi de ona İskender seddi deyirler. Es - Suyuti yazır ki, Zülqerneyn Qaf dağına çatdıqda, onu melek sesledi. Zülqerneyn soruşdu: Bu ne dağdır? Melek cavab verdi: Bu Qaf dağıdır. O dağlar anasıdır. Bütün dağlar onun kökünden yaranıb ve eger Allah bir kendi dağıtmaq istese, o bu dağın bir kökünü terpeder(Es Suyuti Keşf es-Selsele en vesf ez-zelzele B.83.s.11). Qaf dağından danışarken, A. Bakıxanov qeyd edir ki, nağıl ve deyimlerde bu dağ div ve perilerin meskenidir (A.Bakıxanov Qyulistani İrem B.91.s.19). Bu o demekdir ki, heqiqeten de Qaf dağı möcüzeli sirle bağlıdır. Quranda deyilir: [Zü-l-qerneyn] iki sedd arasında olan bu yere çatdıqda, qarşısında, dili çetin başa düşülen xalq peyda oldu. Onlar dediler: Ey Zü-l-qerneyn, Yecuc ve Mecuc yerde kafirlik yayır; belke biz sene sedeqe verek ki, sen bizimle onlar arasında bend qurasan? O dedi: O şeyle ki, Allah meni qüdretlendirib, daha yaxşıdır; Üfürüb alışdırın! O, onu oda dönderdikden sonra dedi: Getirin, ona erimiş metal töküm. Ve onlar bu [bendi] aşa bilmediler ve oranı deşe de bilmediler (Quran 18.92-96).

Tefsirçilerin ve tarixçilerin izahına göre, Zü-l-qerneyn Makedoniyalı İskenderdir. Yecuc ve Mecuclar ise Qoq ve Maqoqlar, yeni şimalın yarıvehşi tayfalarıdır. A. Bakıxanov yazır: Bibliya cemiyyetinin derc etdiyi, Bibliyanın şerhinde deyilir ki, Yafetin oğlu Maqoqdan, Qafqaz dağlarında yaşayan skif xalqı yaranmışdır ve orada, Yarmopol adlanan Maqoq şeheri var idi. Qoq İzrailin nevelerinin birinin adıdır. Cadugerlerin şahı da Qoq adlanırdı. Müqeddes İeronimin ve s. izahına göre maqoqlar Kaspi denizi sahillerinde yaşayan skiflerdir, qoqlar ise şimal terefde yaşayırdılar. Ucaldılmış bend, çoxlu demir işlenmiş Derbend seddidir. Derbendi indi de Demir-Qapı adlandırırlar (A. Bakıxanov Qyulistani-İrem B.91.s.39).

Belelikle, biz aydınlaşdırdıq ki, Derbend seddi, Yafetin oğulları olan qoq ve maqoqlardan müdafie üçün tikilmişdir. Diger terefden sufilerin mentiqine göre Demir-Qapı sözü, Tamar Qaf kimi açılır ki, buradakı Tamar sözü Misir, Qaf sözü ise Qafqaz dağları menasındadır. Bele çıxır ki, esil qedim Misir, Derbend sayılan Qaf dağında yerleşir.

Derbend şeherinin demir qapı adlandırılması, menbelerde göyün demir adlandırılması ile elaqedardır. II-ci Paynocemanın sarkofaqından tapılmış senedde deyilir: Allahların Atası, müqeddes Allah Amon Ra... O, göyün demir hasarını öz suyunda yaratmışdır.... Demeli, Derbend qapılarını demirden etmekle, Allah eridilmiş demirin buxarından da ruhlar dünyasının qapısını düzeltmişdir. Gördüyümüz kimi qedim yazılarda qapı xüsusi mena kesb edirmiş ki, onu her yerde xüsusi vurğu ile qeyd edirler. Qeyd edek ki, Strabonun yazılarında ümumilikde 25 defe Kaspi qapılarından danışılır. Diqqetelayiq haldır ki, qedim Misirde Ölüler kitabı, Mağaralar kitabı ve s. kitablarla yanaşı Qapılar kitabı da olmuşdur. Qedim Misir yazılarının birinde qeyd olunur ki, e.e.1300-cü ilde 5-ci ilin payızında II-ci Ramses böyük ordu ile serhed qapısı olan Çil qapısını keçdi. O, denizkenarı Sidr vadisini ötüb ölkenin derinliyindeki Kadeşin (Kadus-F.G.) cenubuna geldi. Menbelerde Misir tarixinin müxtelif dövrlerinde Çil qapısını Şerq qapıları, Şimalın iki qapısı, Aralıq denizinin qapıları, Caru qalası, Nil vadisinde olan Çilu serhed qalası ve s. adlandırırlar. Başqa bir yazıda oxuyuruq: Göyün qapısı, Ra-nın üfüqünü açaraq açılır. Osiris üçün Busirisin, Abidosun qapısı açılır ve s.

İki dünya arasındakı qapı haqqında daha geniş tesevvür yaratmaq üçün Esagile gelen (Mesopotamiya) Tabi-utul-Enlilin deyimine nezer salaq: Men türbeye düşmüşdüm ki, yeniden Babile qayıtdım. Bereket qapısında mene bereket verildi. Böyük qoruyucu ruhun qapısında menim gözetçi ruhum mene yaxınlaşdı. Merhemet qapısında men merhemet gördüm. Heyat qapısında mene heyat verildi. Güneşin çıxdığı qapıda men yaşayanlar sırasına daxil oldum. Elamet görünme qapısında menim elametlerim üze çıxdı. Günahlardan qurtulma qapısında men günahlardan temizlendim. Sorğu qapısında menden sorğu soruldu. Ah-zardan qurtulma qapısında men ah-zardan azad olundum. Su ile temizlenme qapısında men temizlenme suyunda temizlendim. Merhemet qapısında men Mardukun qarşısında durdum. Qüdret tökülme qapısında men Sarpanitin ayağından öpdüm ve s. (B.A.Turayev İst.Dr.VosT.1.s.142). Bele çıxır ki, iki dünyanın qapısı olan bu qapı eyni zamanda ölenlerin ruhunun mehkemesi qapısıdır. Bu ise o demekdir ki, bu yazılar qedim Misirle elaqelidir. Çünki 42 hakimin qarşısında olan haqq-edalet mehkemesini, ikinci dünya ile birlikde Eman Allahı yaratmışdır.

Eyni zamanda qeyd etmek lazımdır ki, Derbendin evvelki adı Bab el Ebvab olmuşdur ki, qedimde ona sadece Babil demişler. Dyakonov İstoriya Midii kitabında tesdiq edir ki, Midiyada, babillilerin qalası sayılan Silxazi qalası olmuşdur (İ.Dyakonov İstoriya Midii M.L.1956.s.276-278). O yazır: Assiriyalılar, Midiyanın merkezinde, gelecek Ekbatananın yanında, neinki babillilerin qalası ve ya kassitlerin koloniyası ile qarşılaşdılar, onlar hetta babillilerin Marduk Allahının sitayişine rast geldiler (orada.s.372.277).

Beross yazır ki, Nabupalasar Babilde dağa benzer hündürlük düzeltdi ve orada cürbecür ağaclar ekdi ve asma bağ saldı (B.A.Turayev İst.Dr.Vos.T.2 s.92). Diger menbelerde de qeyd olunur ki, Nabupalasar Esagilin Etemenanki göyün ve yerin bünövre evini, o dünyanın sinesinde ele tikdi ki, onun hündürlüyü göye çatdı (orada s.91). Lakin, 6-cı cedvele Assur arxivinin elavesinde deyilir ki, sema Babilinin Esagil mebedi Allahların Marduka hediyyesi idi (orada.T.1.s.125). Bele çıxır ki, Qurandakı göyde baxanlar üçün bezedilmiş qülle yaratdıq deyimi de bu menadadır (15.16). İki dünyanın qapısı olan Babil qüllesi haqda daha dolğun melumata Tövratda rast gele bilerik. Tövrat yazır ki: Evvel bir millet ve bir dil var idi. Şerqden gelen tayfalar Babilde başı göye çatan şeher ve qala qurmağa başladılar Allah bunu görüb onların dillerini deyişirdi ve onları oradan dünyanın diger yerlerine sepeledi (11.1-9). Remzi menada yazılan bu yazıda nezere çatdırılır ki, yerin göyün qapısı mehz buradadır, yeni dünya ağacı bu yerden ucalmışdır. Enuma Eliş adlı 7 lövheden ibaret, Mesopotomiyadan tapılmış yazıda dünyanın yaranması haqqında bele yazılır: Okeanı ölçen hökmdar, özünün göy kimi tikdiyi Eşar sarayında özü Eşara benzer böyük saray tikdi ve onu Anu, Enlil ve Ea-ya verdi. Bu saray kainatın simvolu idi (B.A.Turayev İst.Dr.Vos. T.1.s.125). Eger biz Eşar adının Aşur/Assur/Azer olduğunu nezere alsaq, başa düşerik ki, burada da söhbet, bir elin içinde diger elin yaranmasından gedir.

Bildiyimiz kimi, Eman Allah yerdeki canlılara ikinci heyat vermek ve tebiete aktiv tesir ederek onların formalarını deyişdirmek qabiliyyetine sahib olmaq üçün, bütün varlıqların esasını teşkil eden Platon materiyasını sel halında, yeni çoxlu miqdarda yere getirmek uğrunda müxtelif rituallar keçirmeye başlayır. Eman, Pta Allahı kimi çıxış ederek, qurban, ritual ve mantralar vasitesi ile başı göylere çatan Atum/Adem Allahını yaradır ve onu göy kimi formalaşdırır. Hava ve su timsalında, kainatın formalaşması sisteminin obrazı remzinde formalaşmış yeni göy, Emanın diger ritualları vasitesi ile Nut göyüne ve göydeki ruhlar dünyası olan Qaba Aleme çevrilir. Milyonlarla qurban ve rituallar hesabına sistemleşmiş yeni göy, artıq söz vasitesi ile onu idare eden Emanın iradesine uyğun, ulduzlar etrafında deniz remzinde tesevvür edilen Platon materiyası, yeni dirilik suyu ile birleşir ve materiya göyden yere axmağa başlayır. Dirilik suyu ile birleşmiş yeni göy, yeni Atum Allahı bundan sonra, dünyanı idare eden tebiet enerjisi timsalında Oziris/Oziri (Osiris) Allahına çevrilir. Demeli, yuxarıda qeyd olunan başı göylere çatan, göy kimi tikilmiş Eşar sarayı ele dünyanı ehate etmiş Oziri Allahının bedenidir. Platon bu bedeni, bütün varlıqları özüne daxil etmiş tek canlı varlıq adlandırır ve s. (bax.Platon Timey 68E, 69B-C). Bu sarayın kiçik simvolu olan diger Eşar sarayı ise, remzi ruhlar dünyası adlandırılaraq yerin altında, böyük mağarada gizledilen Babil qüllesidir.

Tövratdakı yazıdan çıxan ikinci netice odur ki, en qedim dövrde, insanların dünyaya sepelenmesinden evvel onlar mehz bu sirli, başı göylere çatan qalanı tikmişler ki, Allah bu hadiseni gizli saxlamaq üçün onların dillerini kodlaşdırıb bu sirrin tam açılmamasını temin etmişdir. Demeli, Eman Allah, Süleymanın quş dili adlandırılan xüsusi elmi, bu sirleri gizli saxlamaq üçün yaratmışdır ki, bu elmin sirlerini yalnız müdrikler, revayetler vasitesi ile bir birine ötürürdüler. Bu ise o demekdir ki, Platonun qeyd etdiyi qeyri adi sirli hadise bilavasite Babil qüllesi ile bağlıdır. Turayev, serdabelerden danışarken qeyd edir ki, klassik yazıçılar babil qüllesini Belin serdabesi, yeni Mardukun serdabesi adlandırırlar (B.A.Turayev İst.Dr.Vos. T.1.s.135). Marduk ise, gilden ilk insanı yaratmış demiurqdur.

Bele çıxır ki, Babil qüllesi, ilk insanı yaratmış Allahın qebridir.

Babil qüllesinin başının göylere çatması, yehudi kitablarında remzi menada yazılmış diger yazını bize xatırladır. Bele ki, bu yazıda Yexuda Ravın adından deyir: İlk insan yarananda dünyanın o başından bu başına qeder idiYalnız günah işletdikden sonra Allah elini qoyub onu kiçiltdi (Xaqiqa 12a, Sanxedrin 38v). Heqiqeten de ravvinlerin Ademi yerden göye ucalan neheng varlıqdır. Ravvi Eliezer de onun boyunu teyin ederken Tövratdakı bu cümleni sitat getirir: Allah yerde insanı (Ademi), dünyanın bu başından o başına qeder yaratdı (Vtorozakonie 4:32). Bu ve diger yazıların tedqiqi de onu gösterir ki, Adem ele Misir yazılarındakı Pta Allahının yaratdığı Atum/Atam Allahıdır ve Platonun da Timey eseri bilavasite onun yaradılmasına hesr olunmuşdur.

Tövratın yazdığına göre Adem, Nuhun gemiden düşdüyü torpaqdan yaranmışdır ve burada da Süleyman peyğember Allah üçün, (sahesi 100 kv/m, hündürlüyü 62 m olan) qızıl ve gümüşden ev tikmişdir. Bu ise o demekdir ki, ölüm şahlığının qapısı olan Kadus, Aid eyni zamanda, remzi ruhlar dünyası sayılan Ademin bedenidir ve o Babil qüllesi ile bilavasite elaqedardır. Babil sözünün Allahın qapısı menasını vermesi fikirlerimizin heqiqiliyine işaredir ve s. Lakin, Misirde, Naq Hammadide tapılmış Svidetelstvo istinı adlı metnlere göre, Süleymanın tikdiyi Allah evi Yeruselimdir (yeni Qüds [qades/kadus] F.G.): O o adamdır (Davud) ki, Yeruselimin bünövresini qoymuşdur, ve onun oğlu Süleyman, hansı ki [zinadan] doğulmuşdur, Yeruselimi, [güc] aldığı üçün cinlerin kömeyi ile tikmişdir. Qurtardıqdan [tikib] sonra, o cinleri [mebedgahda bağlamışdır]. O, onları yeddi qabda [yerleşdirmişdi]; (ve) [onlar] uzun müddet burada, qabda [qaldılar]. Rimliler Yeruselime [geldikde], onlar qabları açdılar, [ve o saat] cinler qabdan, zindandan azadlığa buraxılan kimi, çıxdılar (A.L.Xosroev Aleksandriyskoe xristianstvo M.91.s.229). Buradan bele çıxır ki, Yeruselimi, Süleymanın ele orada bağladığı cinler tikmişler ve onlar orada uzun müddet qalmışlar. Lakin buna benzer fakt Makedoniyalı İskenderle bağlı bize melumdur. Orada deyilir ki, Böyük İskender qoq ve maqoqu, Kaspi denizinin sahillerinde dağdakı dereye qovub, onları böyük qaya ile bağlamışdır. Diger menbede ise qeyd olunur ki, Herakliya qisas meqsedi ile Kaspi qapıların açıb, bu en vehşi tayfanı buraxmışdır. Bele çıxır ki, Babil qüllesi, Yeruselim ve Kaspi qapıları, Kadus ölkesinde yerleşen ölüm şahlığının müxtelif adlarıdır. Yazdıqlarımızdan bele çıxır ki, Allahın, insanların dilini deyişib onları dünyaya sepelemesinin esas sebeblerinden de biri, düşünen insanın, Allahın ve ruhlar dünyasının yaradılmasının sirlerini, onlardan (müeyyen sebebe göre) gizli saxlamaq üçündür.

Deyilene göre, Allah Musaya Tövratı verenden sonra dedi: İndi Tövratı İsraile başa sal. Musa: Dünyanın hökmdarı, - men onu onlarçün yazaram, dedi. Allah ise: Men onlara onu yazılı vermek istemirem, çünki bilirem, gelecekde dünya xalqları yehudiler üzerinde ağalıq edecek, onların Tövratını elinden alacaq ve onlara nifret edecekler (Y.Ayzenberq Çto takoe Tora İ.1985.s.58). Demeli, Allah, dünya xalqlarının bu elmi başa düşmemesi üçün, bu gizli dilçiliyi yaratmışdır. Quranda deyilir: Quranı qavramasınlar deye örtük çekdik üreklerine, ağırlıq çökdürdük qulaqlarına (6,25). Xristian yazılarında da bu fikre rast gelmek olar: Onlar baxacaqlar, ancaq heç ne görmeyecekler, onlar qulaq asacaqlar, yene heç ne başa düşmeyecekler ve s. Qedim Misir yazılarına göre de: Allah gizli varlıqdır ve heç bir insan onun simasını bilmir.Heç bir insan onun görünüşünü axtara bilmez; O, Allah ve insanlardan gizlidir ve o öz yaratdıqları üçün sirdir, Heç bir insan bilmir ki, Onu nece derk etmek olar.Onun adı gizli qalmaqdadır; Onun adı öz uşaqları üçün de sirrdir. Onun adları saysızdır, müxtelifdir, ve heç kim onun sayını bilmir (U.Bac Yeqipedskaya reliqiya.Y. maqiya M2000.s.29).

Tövratın Babille elaqedar yazısından çıxan üçüncü netice odur ki, Adem nesli dünyaya mehz Midiya torpaqdan sepelenmişdir. Misal üçün qeyd edek ki, menbelere göre indiki yehudi torpaqlarına gelen dedun ve xaney tayfaları olmuşdur ki, Mesudiye göre dedun tayfaları Şarvan şahlığının ehalisidir. Xaney adı Xon, Xunn torpaqlarının ehalisi menasındadır. B.A.Turayev yazır ki, şumerler öz Enlil Allahlarının dini ile, sonradan kassilerin yerleşdiyi İran keçidlerinden gelmişler. Ümumiyyetle, son dövrde alimler medeniyyetin ekser ölkelere Zaqafqaziya ve Ermenistan dağları erazisinden yayıldığını etiraf etmeye başlamışlar.

Babilin adı en qedimde Oziri haqqındakı revayetde çekilir ki, bu revayetin Plutarx variantının elavelerle qısa mezmunu beledir: Yerin Seba (Qaba) Allahı ile göyün Nut Allahının izdivacından Oziri Allahı doğulur. O doğulunda mebedgahdan ezemetli ses gelir ki, dünyaya qüdretli hökmdar, Allah geldi. Bundan sonra Nut Böyük Qor Allahını, daha sonra ise Set, İsida ve Neftida Allahını doğur. Yerde hökmranlıq eden Oziri Allahı misirlileri, daha sonra ise bütün dünya ehalisini vehşi veziyyetinden çıxarır. Onlara buğda, arpa ekmeyi öyredir. Oziri insanlara faydalı qazıntılardan istifadeni, meyvelerden çaxır, içki çekmeyi ve s. öyredir. Onun bu şöhretini gören Set (satana/şet/şeitan- F.G.) öz 72 yoldaşı ile Ozirini aldararaq tabuta qoyub suya atır. Su Ozirini Bible/Qubla, yeni Babil/Qebeleye getirib çıxarır ve burada, o, ağacda ucalır. Set bu defe Ozirini 14 hisseye parçalayıb dünyaya sepeleyir. Lakin İsida oğlu Qorla möcüze gösterib Ozirini yeniden dirildir.

Bu revayetin qısa mezmunu bundan ibaretdir ki, Qebele, yeni Babilde dünya ağacı vasitesile yaranan Oziri Allahı ve onun eli Qafqazdan çıxmış 72 millet terefinden öldürülür. Lakin axiretde Eman Allahın ruhu, son peyğemberle Oziri Allahını yeniden dirildir ve o, yeniden dünyaya sahiblik edir. Bu revayetde dünya ağacının, yeni Qaba alemin Babilde ucalması xüsusi qeyd olunmuşdur. Kitabi Dede Qorqudda dünya ağacı Qaba alem menasında Qaba ağac adlandırılır ve s.

Moisey Kalankatuyski [1,4] ve Movses Xorenatsi [11,8] qeyd edirler ki, Yafet Aran övladlarından olan Sisakın neslinden olan kimseye Alban dağları ve saheleri vereselikle qalmışdır. Yafetin (Yapet- Ya Pta - F.G.) Maday adlı oğlunun olması onu gösterir ki, qedim Misirin Pta Allahı bilavasite Midiya ile elaqedardır. Tövratın açmasından bele çıxır ki, Arran, İbrahim peyğemberin veteni olan xaldeylerin Ur şeheridir. İordan yazır ki, İbrahimin veteni olan Ur şeheri Tebrizden 2 günlük yol mesafesindedir (metn III.57). Aran/Aaron ise Tövratda Leviinin, yeni Albanın oğlu, ElAzerin ise atasıdır. Bu ise o demekdir ki, Albanla ElAzer eyni yerin ve eyni milletin müxtelif adlarıdır. Buradakı Sisaka adı İsaak sak menasını ifade edir ki, bu da issi Ağa, yeni Qor Allahının ruhu demekdir. Demeli, İsaak adı göydeki Allah menasını verir. Tövratda qeyd olunur ki, İsaak, oğlu İakova (Yaqub) xeyir-dua vererek deyir: Mesopotamiyaya get, Lavanın qızını al ve men senin nesline gezib-dolaşdığın yeri verirem (Bıtie 28.2-4). Qedim Misir yazılarında da Qafqaz dağları Kebex, yeni Kabx adlanır. Buxen mebedindeki III Tutmosa aid böyük yazıda deyilir: ... o bu torpaqları, cenubda, Kebex - Sete qeder öz nezaretine, şimalda Kebex - Xora qeder möhürleyerek öz mülkiyyetine alır. Demeli, burada da Allahın Qafqaz dağlarını ve göydeki Qor elini öz tesirinde saxlaması qeyd olunmuşdur.

Lavan adının Alban menasında olmasını nezere alsaq, başa düşerik ki, gezib-dolaşdığın yer dedikde söhbet, yerdeki ve göydeki torpaqlardan gedir. Qeyd edek ki, midiyalılar da menbederde dağ ve sehraları dolaşan qüdretli midiyalılar adlandırılır. Bu ise o demekdir ki, Alban dağları ve sahelerini ebedi vermekle, Allah Azer xalqına, yerdeki Alban dağlarını ve göydeki Alban saheleri olan ruhlar dünyasını ebedi verir.

Ehdi etiqde, Livanda Allahın cennet bağından danışılır ve sidr ağacı İzrail Allahı olan Yaxve ile elaqelendirilerek, onun terefinden ekildiyi bildirilir. Allah bağındakı sidr ağacının sahibi El Allahıdır. Xaananın El Allahı Uqarit metnlerinin birinde Livan bağlarını salan Allah kimi qeyd olunur. Yehudilerin El Allahı ve Uqaritin Baal Allahının, Livanın sidr ağacı ile elaqesi, bu iki Allahın eyni olması demekdir. Finikiya mifologiyasında ise bereket, yağış, ildırım Allahı olan Vaal (Balu) Allahı, İlu ile qadın Aşera Allahlarının oğlu sayılır. Nezere alsaq ki, İlu Allahı El, Aşera ise Aşur/Assur Allahıdır, onda başa düşerik ki, bütün bu Allahlar remzi menadadır ve dünya ağacının sahibi olan Qor Atanın müxtelif obrazlarıdır.

Diger terefden B.A.Turayev Beli (Baal) Marduk adlandırır ve qeyd edir ki, Vili, yeni Beli demiurq sayırlar (B.A.Turayev İst.Dr.Vos. T.1,s.126). Finikiyadan tapılmış Tell-amarn senedlerinde ise Vaal Allahının adının olmamasını Turayev qeyri-adi uyğunsuzluqla qarşılayır. Evezinde ise bu senedlerde bolluca Addi adı var ki, hetta Babil çarına Rib-Addi deyilir. B.A.Turayev Addi Allah adının Assur ve amoreylerin Ramman ve Eded Allah adları ile eyniliyini qeyd edir. Addi/Adad Allah adının, qedim Misirin iki dünyanın tacı, atası olan Dede Allahı olduğunu nezere alsaq, başa düşerik ki, Ramman adı da Ra-umman, yeni derya güneşi menasındadır. Bu ise o demekdir ki, qedim menbelerdeki ölke adları da remzi menadadır ve bilavasite Allahın esil veteni ile bağlıdır. Demeli, Livan adı Alban kimi oxunmalıdır ve yuxarıda qeyd etdiyimiz Allah bağı dedikde de Qarabağ nezerde tutulmalıdır. Qarabağ adı Qor Allahının bağı menasındadır ki, Albaniyanın üstündeki ruhlar dünyasının yaranmasında bu bağın xüsusi rolu olmuşdur.

Qedim menbelerde Babilin Xatxor Allahı, ölülerin ruhunun ölüler çayından keçmesi üçün sidr ağacından qayıq ve s. hazırlanmasına nezaretçi kimi qeyd olunur. Qedim felsefeye esasen bu dünyanı ölüler dünyasından ölüler çayı ayırır. Bele çıxır ki, çayın o biri sahili, denizin o biri sahili, yuxarı denizdeki ada ve s. deyimlerinde söhbet göydeki ruhlar dünyasından gedir.

Masalik el-mamalik (İbn Xordadbeh), Mücam el-buldan (Yaqut el-Hemevi) ve s. kitablarının müellifleri yazırlar ki, Quranda qeyd olunan Mecme el Behreyn - yaxud iki denizin birleşdiyi yer Şirvan erazisinde yerleşir. Orada Musa ve Xızır (Yenox) qayası ucalır. Mesudi ise yazır: Abu Musa dağları (Qarabağ) Arrana aiddir ve orada Arran nesli yaşayır. Ar-ras çayı, Babek Xürremdin Azerbaycanda sahib olduğu el Bezzain yeri ile Arrana aid olan Abu Musa dağları arasında axır. Arran adı Tövratda Xarran kimi gösterilir ki, alimler dünyanın bu keçid qapısını istedikleri yerde yerleşdirirler. Tövrat yazır ki, Yaqub Virsaviyadan Xarrana gelir ve orada gecelemeli olur. Yuxuda görür ki, yerden göye pilleken uzanır ve onunla melekler yere düşüb çıxırlar. Yuxudan duran Yaqub deyir: Heqiqeten bu yerde Allah var, men ise bilmirdim. Sonra qorxaraq deyir: Bu yer Allah evinden başqa bir şey deyildir, bu göyün qapısıdır (Bıtie 28;16,17). Bu yere Yaqub Betel adı verir. Betelin göyün qapısı olması ve onun Xarranda yerleşmesi, Xarranın ele Arran olması demekdir. Betel adı sufiliye göre Balaat adı ile eyni menalı adlardır. Diger terefden bu söz Badil menasındadır ki, bu da Abdal-bodi eli, yeni tam kamilliye çatmış, başa düşülmeyen şeyleri derk etme, qamlıq, ekstaz veziyyetinde gören ve s. kimi müqeddeslerin eli demekdir. İbn Durayd yazır: Abdal, tek halda Badil, müqeddesler neslidir (salehun), dünya onlardan eskik olmur. Onlar cemi 70 neferdirler, onlardan 40-ı Suriyada, 30-u ise diger yerlerdedir (A.Mets Musulmanskiy Renessans M.73.s.244). Bele çıxır ki, Yaqub Beteli qamlıq veziyyetinde görmüş ve ikinci dünyanı da mehz burada yaratmışdır. B.A.Turayev yazır ki, Xarranın qeribeliyi ondadır ki, o Aralıq denizinden Vavilona, Midiyaya, Kiçik Asiyaya, Ermenistana ve s. geden yolun kesişdiyi yerdedir. Diger terefden eger Xarran Babil medeniyyetinin en cenub ölkesidirse, en şerq merkez Elam, Pars ve s. medeniyyetlerinin merkezi olmuş Suza (Şuşan) şeheridir (B.A.Turayev İst.dr.vos. L.1935.t.1 s.76).

Acınacaqlı haldır ki, qedim dünya tarixindeki tam uyğunsuzluqları gören alimler öz geldikleri neticelerin sehv olduğunu başa düşmemiş, yanlış mentiqleri ile bütün tarixi alt-üst etmişler. Misal üçün remzi menada yazılmış Alban tarixinde qeyd olunan bir cümleye nezer salaq: Şah sarayda çoxlu kahin, din xadimleri ve s. saxlayırdı ki, onlar da gece-gündüz müqeddeslere qulluq edirdiler. Her iki dünyaya aid edile bilen bu cümlede söhbetin göydeki saraydan getdiyini sübut etmeye ehtiyac yoxdur. Çünki yalnız göydeki müqeddeslere gece-gündüz gösterilen qulluq yazıya alınmağa layiqdir. Eyni menalı yazılara qedim Misir metnlerinde de rast gelmek olar. Bu metnlerde qeyd olunur ki, Oziri Allahını çoxlu miqdarda müqeddesler ehate edib, gece-gündüz ona qulluq edirler. Onlar yatmır, hemişe gümrah halda axşam düşene qeder, sehere qeder, Allaha qulluq gösterirler. Bundan başqa sutkanın her 24 saatı üçün xüsusi Allahlar var ki, Ozirini gözleyir ve onu seyr edir (B.A.Turayev İst.Dr.Vos..t. 2 s 224). Bele çıxır ki, Alban tarixinde ve diger yazılarda da söhbet Oziri Allahından ve onun elinden gedir.

Quranda yazılır ki, Allah iki denize serhed verdi. Biri şirin o biri duzlu olan bu denizler arasında dağılmaz sedd, manee yaratdı (25:53). Tebii ki, burada da söhbet Eman Allahın Derbend etrafında yaratdığı ruhlar dünyasının qapısından gedir. Rodosslu Appolloniy (eradan evvel III esr) yazır: Okean yanında Kaspi denizi, onun erazisinde ise parslarla qonşu olan Kaspi xalqı yaşayır (71.s.279). Artemidor Efesskinin (e.e.2-1 esr) Sokraşennoy qeoqrafii eserinde deyilir ki, Kaspi denizi okeanın yanında yerleşir ve onun sahillerinde kaspi xalqı yaşayır [71,s.292]. Okean dedikde burada söhbet işıq okeanından, yeni ümmandan gedir. Kaspi denizi dedikde ise burada ruhlar dünyası nezerde tutulur. Qeyd edek ki, hele e. e. 2 minilliyin evvelindeki inama göre, yer okeanın üstünde durur ve orada Allahlar yaşayan 7 göylü adalar var. Bu sehneni tesevvür etmek üçün qedim Midiya ve Assiriya qalalarının şekillerine baxmaq kifayetdir. Diger terefden, qedim Misirde Kaz, Kas, Ğuz ve s. kimi işledilen söz, ilk kişi ve qadın başlanğıcı enerjilerinin birleşmesi menasında heyat enerjisi fikrini ifade edir. Demeli, kaspi sözü müdrik heyat enerjisi, yeni düşünen ruh menasındadır. Herodot yazır ki, Ellinlerin üzdükleri, herakl sütunlarından o yanda olan, nece deyerler Atlantik ve Qırmızı deniz, bunlar hamısı bir denizdir (Klio 202). Qedim menbelerin hamısında Herakl sütunları dedikde, göyle yerin qapısı nezerde tutulmalıdır. Odisseyanın ilk mahnısının deqiq tercümesinden aydın olur ki, Atlas... yerle göyü birleşdiren sütunları saxlayır. Ruhlardan yaradılmış bu sütunlar vasitesi ile insanın ruhu göydeki aleme daxil olur. Ellin adı ise ellikli el, lulubi, Allah ve s. sözleri kimi iki eli özünde birleşdirmiş Allahlar, Pirler nesline deyilir. Demeli, herakl sütunlarından o teref artıq ruhlar dünyasıdır. Platon Fedon eserinde yazır ki, biz Fasisle herakl sütunları arasında yaşayırıq ve öz denizimize sığınmışıq (109 V). Polibiy qeyd edir ki, Atropatenanın bezi hisseleri Pontun üzerinden, bezi yerleri ise Fasisden de yuxarı ucalır, diger terefden Qirkan denizine çatır (V. 55). Menbelerde qeyd olunan Fasis çayı Tövratda gösterilen Fison çayıdır ki, bu da Edem-cennet bağından axan çaylardan biridir. Bu çay Tövrata göre qızılı olan Xavila torpağından axır (Bıtie 2:II). Allahın qızıl taxt-tacı yerleşen bu Qebele torpağı herakl sütunlarından sonra başlanır. Platonun Fasisle herakl sütunları arasında yaşaması onu gösterir ki, Platon o dünyada yaşayır ve bu dünyadakı yazılanlar bilavasite vehy vasitesi ile yazılmışdır. Qeyd edek ki, misirliler, babilliler ve s. xalqlar da öz medeniyyetlerine Allahdan gelen vehy kimi baxırdılar.

Pompey Troqa (e. e. I, e. I esr) albanların Fessaliyadan geldiyini söyleyir. Herodot Alpan kendinden söz açarken oradakı dar keçidi, burada ucaldılmış heraklın secdegahı ve Eta dağı ile işarelendirerek yazır ki, evveller burada qapı ve divar vardı ve onu fessaliyalılardan qorumaq üçün tikmişdiler (Poliqimniya, 176). Fessaliya Yunanıstan erazisidir ve Herodota göre Enien, yeni yunanlar Ellin tayfası olub Eta ve Ofras dağları erazisinde yaşayırlar. Lakin Strabona göre (X1,13,6), Midiyada, makedoniyalılar terefinden esası qoyulmuş yunan şeherleri de var. Polibiy yazır ki, İskenderin ölümü dövrü, Midiya, qarışıq vehşi xalqlardan qorunmaq üçün her terefden ellin şeherleri ile ehatelenmişdi [X,27]. Yunan Enien sözü, platon materiyası olan nun ve qedim Misirin doqquz Allahı olan enneada sözleri ile eyni menadadır ve s. Lakin Fessaliyada kentavrların da yaşaması onu gösterir ki, burada söhbet ruhlar dünyasından gedir. Kentavrlar - yarıinsan, yarıat olan mexluqlardır ki, bu, kainat atını özüne birleşdirmiş Emanın nesli menasındadır (Bax.F.G.Qor Eman). Qeyd edek ki, Mehemmed peyğemberin, yuxuda iken Buraq adlı insanbaşlı madyan ata minib göye qalxması, Buraqın kentavr olması demekdir.

Qellanike (e.e. V esr) göre yunanların Nuhu sayılan Devkalionun gemisi Parnas dağlarına yox, Fessaliyadakı Otris dağlarında yere enmişdir. Herodot qeyd edir ki, ne vaxtsa Fessaliya, her terefden Ossa, Pelion, Olimp, Pind ve Otris dağları ile bağlanmış böyük göl, yaxud daxili deniz idi ve bu dağlar arasında su üçün keçid yox idi. Sonradan fessaliyalıların dediklerine göre, deniz Allahı olan ve zelzele yaradan Poseydon dağlarda dar Tempey deresini açaraq göle çıxış verdi. O vaxtdan burada Peney çayı axdı ve Fessaliya düzenliyi qurudu. Zeusin ve diger Allahların Olimp dağlarında yaşadığını nezere alsaq, başa düşerik ki, burada da söhbet mehz göyde yaradılmış ruhlar dünyasından gedir. Bele çıxır ki, iki dünya arasında qapı yaratmış Eman Allahı burada Poseydon kimi, Oziri çayı ise Peney çayı kimi gösterilir. Devkalionun Prometeyin oğlu olması ve onun Ftiyada (Fessaliya) şahlıq etmesi, tebii ki, buradakı hadiselerin Qafqaz dağlarında getmesine işaredir. Bilirik ki, Qafqaz dağlarına Azerbaycanlılar Fit, erebler Cebel el Feth ve s. deyirdiler. Cebel adının Qebele - Xavila, yeni göydeki Qaba alem olması, Fessaliyanın, Olimpin, Atlantida, Semiramida ve s. kimi mifik dünyaların da Qaba alemle eyniliyi demekdir. Bu ise onu bildirir ki, Fit adı Prometeyin atası ve türklerin ecdadı olan Yafet adı ile bağlıdır. Strabon Coğrafiyasında qeyd edir ki, kadus, amard ve s. tayfalar Zaqr ve Nifat dağlarına sepelenmişler (XI: 13/3). Nifat/Napat, qedim Misirin baş Allahı olan Amonun (Eman) vetenidir ve menbelerde o, Napatlı Amon adlanır. Bibliyada da Niftalı, yeni Napat elinin adı Zavulon/Savalan torpaqları ile bir yerde çekilir. Bele çıxır ki, heqiqi Misir, yeni Equpet ele Napat elidir. Bu ölkeni Ta-Mar, yeni Ata Marlar da adlandırırlar ki, sonradan mar sözünün irem, rum variantı ruhlar dünyasına aid olmuşdur. Qeyd etmek lazımdır ki, Eman Ademi yaratdıqda, özünü Pta adlandıraraq Platon materiyası adından çıxış etmiş, bu materiyanın öz içinde Emana tabe olan bir cüt el, yeni Aşiratın barmaqlarını emele getirmişdir. Sonradan Aşiratın barmaqları Emanın ellerinin hereketini tekrar ederek materiyadan başı göylere çatan Ademi yaratmışdır.

Yazdıqlarımızdan bele çıxır ki, esil Adem nesli, yeri-göyü özüne tabe etmiş Azeri türkleri olan- pir, şıx, seyid ve s. müqeddeslerin Niftalı elidir ve mehz bu xüsusiyyetlerine göre onlar bütün dünyaya 5000 il ağalıq etmişler. Orta esrlerde dünyaya hökmranlıq üçün yayılmış eftalitlere, yeni Feti el atalarına abdal da demişler ki, biz bu haqda artıq yazmışıq. Çinliler eftalitleri eta/ada/yada adı ile çağırırdılar ki, bu da ata, ya ata menasındadır. Bu neslin hun adlanması da, onların göyden gelen nesil olması ile elaqedardır. Eftalitlerin bir qolunun kuşan adlanması, kuşan şahlarının kassi adı ile bağlılığı demekdir.

Bildirmek isterdik ki, yazılanlara göre Yunan şahları öz kökünü Allahdan götürür ve bu neslin banisi Neoptolem, yaxud Pirr adlanırdı. Neoptolem adı Niftalı demekdir. Onun Pirr olması, Pir güneşi fikrini ifade edir ki, bu da Allahlar Atası menasındadır. Neoptolem Xillin oğludur ve bu ad, Xille, Xelilulla menasında Şirvan şahlarına aiddir. Xille sözü sufiliye göre iki elin ağası fikrini ifade edir. Neoptolemin anası Diademiya adlanır ki, bu da Dedem sözü ile eyni menadadır. Qedim Misirde bu söz iki tac menasında, iki dünyanın şahına deyilir. Demeli, Neoptolem, yeni Feti eli, Pirler nesli olub, iki elin ağası, atası ve şahıdir. Eger biz qedim Misir yazısına nezer salsaq görerik ki, heqiqeten Eman Allahına iki dünyanın atası, ağası ve şahı deyirmişler. Diger terefden Xill, bu adın diger variantı olan Axill adı ile pontarxdır, yeni pontun sahibidir.

Eyni zamanda Pirrin, yeni Xill oğlu Neoptolemin anasının neslinin Fessaliyadan olması ve Ftiya adı ile bağlılığı yazdıqlarımızın heqiqiliyini sübut edir. Pirr adının Pirra adı ile eyniliyi onu gösterir ki, o, eyni zamanda bütün ellinlerin anası ve Devkalionun arvadıdır. Bu ise o demekdir ki, qedim Yunan revayetleri bu ve diger formada birbaşa Eman Allaha, onun yaratdıqlarına ve onun tarixine aiddir. Devkalionun, yeni qam gilanın Prometeyin oğlu olması, Midiyanın Gel eli, yeni Ağa eli olması demekdir. Revayetlerde Medeya, yeni Midiya eyni zamanda Kolxida şahı Eetanın qızıdır. Kolxida - GelXuda adının, Ağa elinin Allahı menasında olması ve onun şahınin Eeta, yeni Ata adlanması, bu elin ad, aid - ruhlar dünyası ile elaqesi olması demekdir. Çünki aid eyni zamanda kadesdir. Azerbaycanda Ata/Ada adlı dağların olması alimlere melumdur. Yazılanlara göre İsgender (Aleksandr), yeni Paris doğulandan sonra İda dağlarına atılmış ve onu ayı balası saxlamışdır. Kitabı Dede Qorqudda bu rolu Arzu oğlu Basat oynayır. Revayetde Paris Priamın oğludur ki, burada Paris adı Pir ruhu menasındadır. Bele çıxır ki, Paris Tövratdakı İsmaille eynidir ve o çox qedimden yaranmış, göyde Xator oğlu Ağa, Meryem oğlu İsa ve s. obrazlarında axirete qeder qalmışdır. Parisin, çay Allahı Kebrenin qızı Enona ile evlenmesi, onun Qaba alemin bütün Allahlarını teşkil eden Enneadanı özüne birleşdirmesi demekdir. Nehayet, Parisin, yeni İsgenderin Yelenanı oğurlaması Troya müharibesine getirib çıxarır ki, bu da Kitabi Dede Qorqudda Salur Qazanın evinin yağmalandığı boyla eyni menada olub, axiret gününde olacaq qırğına işaredir. İsgenderin hem Derbend qapısını tikmesi ve hem de axiret günü Paris rolunda Troya müharibesine sebeb olması, İsgenderin Nuh kimi tek Allah ve axırıncı peyğember rolunda gösterilmesi demekdir. N. Gencevi İsgenderi Ruhülqüds adlandırır ki, bu da Kadus elinin ruhu fikrini ifade edir. Demeli, İsgender, yunanların Kurios adlandırdıqları Allah, yeni Qor Allahıdır. Ruslar ise bu Allaha Qospod deyirler ki, bu da heyat enerjisi menasında olan qos/ğuz ve yuxarıda qeyd etdiyimiz Pta Allahının adı ile elaqedardır. Demeli, Qospod sözü Oğuz Pta demekdir. Ehdi etiqde yehudiler Allaha Savaot deyirler ki, bunun da açması Seba Atadır. Savaot adı Septuaqintde Pantokrator kimi tercüme edilmişdir. Bu ise Seba elinin Pont eli olması, Allahın ise Qor Ata olması menasındadır. Maraqlı haldır ki, qedim Misir yazılarında Eman Allahın baş mebedgahı Liviya vahesi olan Siva/Savada yerleşir. Diger yerde ise midiyalılar, (qedim Misir yazılarında macaylar) Liviya tayfası hesab edilir. Seba elinin adı Azerbaycanda Savalan, Şabran, Sabail ve s. adlarda qalmışdır ve dilimizde de Rehman, yeni Ra-Eman Allah, Sühban Allahla eyni mena daşıyır. Bu ise o demekdir ki, Liviya adı vilaye, Baal, Albi adları kimi sufi dilinde ecdad eli demekdir. Bele çıxır ki, Allahlar yurdu olan Pont heqiqeten Liviya vahesi, yeni vilayeti Sebadır.

Pont, Pind eyni zamanda Fessaliya, Makedoniya ve Epir arasındakı dağdır. Pontun Allahlar yurdu olması haqqındakı ilk melumat hele qedim Misir yazılarında qeyd olunur. B.A.Turayev bildirir ki, bu yazılarda Allah torpağı elçatmaz ölke kimi gösterilir ve bu haqda melumatlar babaların nağılları ile nesillere ötürülür. Deyr - el - Behrin mebed divarındakı yazıda Punta, yeni Ponta gölene teeccüble sual verilir: Siz misirlilerin bilmedikleri bu ölkeye nece geldiniz? Siz bura göy yolu ilemi, yaxud Allah torpaqlarının denizi ile üzüb geldiniz? Yaxud siz tentene ile Ra-nın yolu ile geldiniz?. Qedim Misir yazılarında Eman (Amon) Allahının, Puntun saqqallı madayı adlandırılması ve onun hansısa bir şaha bütöv Puntu vermesi, Emanın heqiqeten Allah olmasını sübüt edir. İncilde, axiret gününde gelen İsa peyğemberi, Ponti Pilat, yeni Pontun sahibi olan Müdrik el Atası, bütöv xaç ağacına - ruhlar dünyası olan dünya ağacına bağlayır. Bele çıxır ki, Allah, torpaqların deyişdirildiyi vaxt Pontun taxtını İsa peyğembere verir.

Qedim yazılarda göyde yaradılmış ruhlar dünyasının bezen mağaraya benzedilmesi ve eyni zamanda misirlilerde Ölüler kitabı, Qapılar kitabı ile yanaşı Mağaralar kitabının olması, bizi diger abidelerdeki mağaralara da yeni mentiqle yanaşmağa sövq edir. Strabon [X1.7,5], Knidli Evdoksa esaslanaraq yazır ki, Qirkaniyada mağara var ki, oradan çaylar denize tökülür ve yerli xalq ora qurban kesmeye gelir. Nizami Gencevi ise yazır ki, Derbend yaxınlığındakı Serirdeki mağarada Key Xosrovun taxt-tacı yerleşir. Quranda 18-ci sure Mağara suresi adlanır ve burada İsgenderin Derbend seddini düzeltmesinden ve o dünya ile bağlı deyimlerden söhbet gedir.

A.Bakıxanov Gülüstani-İrem kitabında yazır: Herodot ve diger yunan tarixçileri, Kirin massaget skiflerine qarşı yürüşünü ve onların şahı Tomiris haqqında yazarken qeyd edirler ki, Kir maneesiz Araz üstündeki körpünü keçerek, onun Kürle qovuşduğu yere çatır ve orada dar bir dereye girir ve burada dağlılar onu bütün ordusu ile qırırlar. Avropa ve asiya tarixçilerinin, Kirin heyatının sonu ve onun yoxa çıxdığı dağa son yürüşü haqqında müxtelif fikirleri ve şeyx Nizaminin Derbend yanındakı dağda ve mağarada Key-Xosrovun (Kir) qızıl taxtının yerini göstermesi o demekdir ki, onun işi bilavasite albanlarla idi (bax.B.1991.s.32). Tövratda ise qeyd olunur ki, Avraam Saranı Xaanan torpağında, Xevrondakı mağarada basdırır ve s. (Bıtie 23.9-17).

Evvela qeyd edek ki, Key Xosrov da, İsgender de, Kir de, İbrahim ve s. qedim dühaların hamısı Eman Allahının obrazlarıdır. İkinci dünya, ümman denizinin içinde olduğuna göre mağaraya oxşayır ki, bu mağaranın qapısı da bilavasite Kadus elindeki dağın altında 5000 il bundan evvel gizledilmiş Babil qalasının qapısıdır. Göydeki elin Xaanan adlanması, işıq denizinin, yeni Platon materiyasının qedim Misirde nun adlanması ile elaqedardır. Materiyanı özüne tabe eden Eman, göydeki elini xaanan, xunn adlandırır ve bu söz sonradan qunn, yeni hunn şekline düşmüşdür. Arran erazisinde Xunan şeherinin olması menbelerden bize melumdur. Diger terefden Xevron adı Qaba eren fikrini ifade edir ki, bu da Qaba elinin erenleri menasındadır. Menbelerde yazılır ki, yuxarı Mesopotamiyada, Xaburun Ferata töküldüyü yerde kassitlerin Xaney şahlığı mövcuddur ve bu etrafda idamares, orta Feratda ise bini simi el, xaney ve bini yamin tayfaları yaşayır. Xabur çayı Nil çayı timsalında, heyat enerjisi menasındadır. Xaburun göyden yere tökülmesi Quranda bele qeyd olunur: Biz göyden yere qederince su gönderdik ve onu yerde yerleşdirdik ve biz bunu leğv ede bilerik (23, 18). Kassi sözünün heyat enerjisi, yeni Platon materiyası olduğunu biz qeyd etmişik. Bini simiel adı sema övladları, bini yamin adı ise Yemen, yeni Emen övladları menasını ifade edir ki, bunlar da Allah nesli olan Pir, gel, şıx ve s. müqeddesleridir.

Tit Liviy yazır ki, Askaniy Albaniyanın etrafında Albi-Lonqa şeherini saldı. C.Frezer ise bildirir ki, Rim şeheri Alban dağlarından köçüb gelmiş Albi-Lonqa şeherinin sakinleri terefinden tikilmişdir. Deyilenlere göre Alba şeherinin Silvi şahlarından biri özünü Allah hesab etmişdir. Bu neslin banisi ise ölenden sonra Allaha çevrilmiş ve Alban dağlarındakı şeherin üstünde qerar tutmuşdur (C.Frezer Zolotaya vetv M.1986 s.147). Haşiye çıxaraq melumat verek ki, eyni süjete biz Firdovsinin Şahnamesinde de rast gelirik. Cemşid hansısa denizi keçerek, göye ilk ayaq açır. O, göyde keyan taxtı qurub, fezada güneştek qerar tutur. Quran ayelerinin birinde deyilir: Allah göyleri direksiz ucaltdı, sonra öz taxtında qerar tutdu ve güneşi, ayı özüne tabe etdi (13.2). Bu mezmunda daha maraqlı yazı ise Şerqi Türküstanın Turfan eyaletinden tapılmış Uyğur edebiyyat nümunesinde var: Ey, igidler, bu bir oyanan din, seadet tanrısı ki, sizin üzerinizde göründü. Bu, canlı varlıq ki, sizin başınızın üstünde dayanıb, ona baxın, dua edin ve s. (Manixey yazıları.V11 abide,7-10). Demeli, Alban şeherinin üstünde qerar tutmuş Allah, hansısa xeyali bir şey olmayıb, konkret canlı varlıqdır.

Silvlerin Alban dağları etrafında yaşamaları haqqında Böyük Pliniy, Favst Buzand, Aqafanqel ve s. tarixçiler yazmışlar. Silv adı Vilus (Vil/Baal iss Baal ruhu F.G.) menasındadır ki, bu da öz növbesinde ruhlar dünyası fikrini ifade edib, dirilik suyu olan Oziri çayı ile eynilik teşkil edir. Silva/Slavı/Volos/Vels ve s. sözler de Vilus sözünden yaranmışdır. Muvattalisin müqavilesine göre İskender mehz Vilus [Troya] şahının götürülme oğludur (İst.Dr.Vos.M.88.T.2.s.150). Vilus sözü, Turayevin yazdığı kimi, çox yeqin ki, konusvari daş olan ve ilahi güc daşıyaraq vefil, yeni Allah evi hesab edilen Vaal oz sözünden yaranmışdır (B.A.Turayev İst.Dr.Vos.T.2.s.13,14). Tövrat kitabından biz bilirik ki, Yaqub, ilahi yuxu gördükden sonra, başının altındakı daşı vefil adlandırdı. Burada söhbetin ruhlar dünyasının yaradılmasından getdiyi aydındır. Lakin bundan sonra Yaqubun Xarrana gederek, orada daşı qaldırıb, Lavanın sürüsüne su vermesi o demekdir ki, dirilik suyu bilavasite Alban torpağına tökülür. Bu ise o demekdir ki, 7 metrlik ve 70 tonluq Vilus daşı, ölüm şahlığının qapısı olan ve Babil qüllesinin yerleşdiyi mağaranın ağzına abide kimi qoyulmuşdur. Quranda deyilir: Allah, müqeddes ev olan Kebeni, insanlara tesdiq üçün qoymuşdur (5,97). Bele çıxır ki, qara daş olan Kebe ele Vaal oz, yeni Vilus daşıdır ve o Allahın real varlıq olduğuna sübut üçün qoyulmuşdur. Talmuda göre, Adem, Süleyman peyğemberin Allah üçün tikdiyi evin yerleşdiyi torpaqdan yaranmışdır. Bu ise o demekdir ki, Süleyman peyğemberin 62-metrlik qızıl evi ele Babil qüllesidir. Kebe sözü Qaba menasındadır ki, Qible de Qaba el demekdir ve o göyde yaradılmış ruhlar dünyasıdır ki, ölenlerin ruhu bilavasite bura köçür. Bu ruhlar dünyasının kiçik remzi ise, Kadus torpağında, Vilus/Vileş çayının axdığı yerdedir.

Qeyd etmek isterdik ki, pravoslav sözü Pir Slav / Silva sözleri kimi açılır ki, buradakı slavlar Alban ehalisi olan silvler menasındadır. Qedim mentiqe göre rus sözü de Arus/Aruz/Ares/Rza/Azer/Oziri/İzra ve s. sözlerle eyni menalıdır. Bu adlar ruhlar dünyasının şahı olan Oziriye aiddir ki, yunan mifologiyasında o, insanları mehv eden Ares kimi qeyd olunur. Müselman dinindeki ölüm meleyi olan Ezrailin adı da Ezra, yeni Oziri adından götürülmüşdür. Kitabi Dede Qorqudda Oziri adı Aruz kimi qeyd olunur.

Diger terefden Kitabi Dede Qorqudda Qorqud vilayet issi, yeni issi el sel adlandırılır. Demeli, sel sözü göydeki ruhlar ölkesi demekdir ki, qedim Azerbaycan ve Yehudi dillerinde bu söz şeol kimi işlenmişdir. Albi, yeni Baal sözünün vilaye/övliya sözü ile eyni olub, ruhlar dünyası menasını vermesi haqda artıq yazdıq. Buradakı Lonqa (Aluank) sözü ise qedim dilimizde öleng şeklinde işlenmişdir. Dahi Azerbaycan mifoloqu M.Seyidov yazır: öleng otlaq, su, çemenlik demekdir ve eyni zamanda bu söz yaşıllıq ilahesine çevrilmiş ve aile qurmaq, nikahla elaqelendirilir. Bu söz diger terefden mahnı oxumaq ve şerleşmeye de aid edilmişdir Ölke sözü de öleng sözünden yaranmışdır. Ölengin şer, mahnı, yeni söz qüvvesi ile assosiasiya olunması, onun söz qüvvesine tabe olması menasındadır. Qedim Misirin meşhur İlan adası nağılında ruhlar dünyası böyük yaşıllıq adlandırılır ki, bu da öleng fikrini ifade edir. Bele çıxır ki, Albi-Lonqa sözü, vilayeti cennet demekdir. Çünki yalnız cennet, şerin esasını teşkil eden söz qüvvesini, heyat enerjisi menasını veren nigahı ve yaşıl ölke mövhumunu özünde birleşdirir. Öleng sözü elimizde Elince qala adında, Lenkeran öleng erenleri adında ve s. qalmışdır. Demeli, Albanların Albi-Lonqa şeherini salması, onların Taş Oğuzda İç Oğuzu yaratması menasındadır.

B.A.Turayev yazır ki, Assurbanipal kitabxanasından tapılan metnlerde Romul, Kir, Musa ve Sarqonun oxşarlığını sübut eden çox maraqlı faktlar var (B.A.Turayev İst.Dr.Vos. T.1.s.93). Persey, Odissey, Zeus, Oziri ve s. bütün qehremanların eyni obrazda çıxış etmeleri, Platonun bütün revayetleri bir hadise ile bağlamağının sübutuna işaredir. Bütün bunlar o demekdir ki, Rim haqqındakı yazılarda da söhbet, Kitabi Dede Qorqud abidesindeki kimi, Azer oğlu Qorqud Allahının yaranmasından ve onun tarixinden gedir.

Kitabi Dede Qorquddakı boylarda Qazan xan tatar adlandırılır. Bu o demekdir ki, azerbaycanlılar eyni zamanda tatardırlar. Heqiqeten de, XX esrin 40-cı illerine qeder Azeri türklerine Azerbaycan tatarları deyirdiler ve onların adlarının qarşısında, onların eslini bildiren bey, xan, pir (yunanca firon), mir (qedim mar), emir, şah şıx (qedim sak), qulu gül (qedim gel/cil), eli (el), ebdül (qedim abdal), xas (qedim quz/oğuz), ata ve s. simvolları olurdu. Lakin tatarlar menbelerde bezen monqol-tatar kimi qeyd olunur. Bartold yazır: İranda (Persiya), Elxaniler sülalesi, sonra da digeri, yene monqol esilli, lakin türkleşmiş Celairiler hökmranlıq edirdiler (V.V.Bartold Soçinenie 2 çast1.s.722). Cahangir Zeynaloğlu Müxteser Azerbaycan tarixi kitabında yazır: Elxanlar tarixde İran moğolları deye yad edilmekdedir. Halbuki Xorasandan diyari-Ruma qeder uzanan elxanlıq erazisinde ehemiyyetli bir mövqe exz eden Azerbaycan memleketi idi ve elxanilerin paytaxtı da Marağa, Tebriz, Sultaniyye kimi şeherlerinde olmuşdu. Hetta bir zaman Ebu Seid xandan sonra gelen meruf sekkiz hökmdar sikkelerinde pulların kesildiyi yeri zerbi-Azerbaycan deye bildirmişlerdir. Ve Mirat ül buldani Nasiri kitabında bu elxanlar Tebriz şeherine aid edilerek, Azerbaycan hökumeti deye terif edilmekdedir. Buna göre bu elxanlara Azerbaycan moğolları demek daha doğru olardı (bax.B.92.s.29). Menbelerde bu moğol xanlarını emir adlandırırdılar. Bu ise o demekdir ki, onlar mar-amorey sülalelerindendir. Moğol sözü, qedim Midiyanın maq / muğ tayfalarının adı ile bağlıdır ve muğ-el/moğol - muğların torpağı ve eli demekdir. Q.Qeybullayev özünün K etnoqenezu Azerbaydjantsev kitabında yazır ki, gel tayfalarına (azerbaycanlılar-F.G.) gürcü menbelerinde maqlar (yeni muğlar-F.G.) deyirler (bax.B.91.s.172). Şehrestani ise qeyd edir ki, İsfahanda gelleri kuzlar (yeni oğuzlar- F.G) adlandırırlar. Kuz /quz sözü, qedim Misirin KZ sözüdür ki, misirşünas alimler Erman ve Frenkfort bu sözün heyat gücü menasını vermesini sübut etmişler (Drevniy Vostok-2.M.80.s.92). Azerbaycanlıların inamına göre de, heyat enerjisi olan Xızı yalnız, ölümsüzlük qazanmış Xızır peyğember getire biler. Bu ise o demekdir ki, esil monqollar da, xezerler (xızırlar, yeni göyden gelmiş ölmezler F.G) de gel esilli oğuz türkleri olub, ölmez fironlar neslidir. Monqol xanı Çingizin de adı iç oğuz menasını verir ki, bu da ruhlar dünyası, Allah demekdir.

Monqol sülalesi sayılan celairilerin titulları, numizmatika nümunelerinde Xellede Mülkehu, Xelledullah Mülkehu kimi yazılır. Xelle sözü, xelil /celil, yeni gel/cil tayfalarının adı ile elaqelidir ki, onlar Midiyanın en qedim sakinleri hesab olunur. İ.Eliyev yazır ki, kadusları qedim yunan ve s. müellifler gel ve leq adlandırırdılar (İ.Eliyev Oçerk istorii Atropatenı B.89.s.140). Diger terefden biz bilirik ki, Xill, yeni Xelle, adının diger variantı olan Axill ile pontarxdır, yeni pontun sahibidir. Bu ise o demekdir ki, Xell sözü (xelil/celil-F.G.) Allah sözü ile eyni menalıdır. Xell sözü [XLL], Allah [LLX] sözünün qedim variantıdır ve iki torpağın sahibi demekdir. Xelledullah (müq.et. İbrahim Xelilullah) sözü ise Xell+Ata+Allah fikrini ifade edir. Mülkehu sözünün kökü olan mülk sözü ise, El Qezelinin alem el-mülk ve şehad menasındadır ki, bu da [Allahın] yerdeki mülkiyyetinin tesdiqi demekdir. Demeli, Xellede Mülkehu sözü, Allahın yerdeki mülkiyyetinin zemaneti fikrini ifade edir.

Lakin eyni zamanda xellede sözü, qedim menbelerde keld/xald, yeni keldani/xaldey menasını verir ki, bu da yehudi demekdir. A.Mets yehudi cemiyyetleri haqqında danışarken yazır: Bağdadda biz reş qaluta <erebce rec el-celuta>, adlı cemiyyete rast gelirik ki, onlara hetta müselmanlar seyyidün bizim ağamız rütbesini vermişdiler, lakin onların sözü yalnız şerqi Feratda güce malik idi, Kairde ise sar-xassarim şehzadeler şehzadesi cemiyyeti idi (A.Mets Musulmanskiy Renessans M.73.s.244). Bu ise o demekdir ki, rus menasında olan raşa-reş sözü, qedimde eyni zamanda titul kimi de işlenmişdir. Qalut / xaldların eyni zamanda xassarim olması onu gösterir ki, xaldlar (keld-F.G.) esil xezerlerdir. Nezere çatdırmaq isterdik ki, Evseviy Kuti sülalesini (yeni midiyalıları-F.G.) eyni zamanda keldani sülalesi sayır (İ.Dyakonov İstoriya Midii M.L.56.s.37,38). Yehudi - Ya-Xuda sözü de Xuda (Xud/Qut/Kit/Qad ve s F.G.), yeni Allaha çağırış alqış menasındadır.

Celair adının qedim variantı Gilar olmuşdur ki, qedimde, kiçik asiyada ölüb dirilen Attis Allahının [Adonis,Tammuz, Kibela] bayramı bu adla adlanırdı (Y. Yaroslavskiy Kak rodyatsya, jivut i umerayut Boqi M.41.s.83,86). Bu gün Azerbaycanın cenub rayonlarında, keçmiş Ver-Gedüz (Tövratda Kadus-Varni) erazisinde, onlarla yaşayış menteqelerinde, esil azerbaycanlı sayılan celairi gilar tayfaları yaşayır.

Qabusname kitabını tertib eden Emir Ünsürülmeali Keykavus İbn İskender İbn Qabus İbn Veşmgir İbn Ziyar, Mövla Emirelmöminin öz oğlu Gilanşaha, kitabın müqeddimesinde yazır: Ey oğul, bilmelisen ki, senin valideynlerinin tayfası böyük ve esil-necabetli hökmdarlardır. Baban Şemsülmeali Qabus İbn Veşmgirdir. Neslin Gilan şahlarından olan Keyxosrov ve Ebül-Müeyyad övladlarının xanedanındandır. Firdovsi onların tercümeyi-halını öz Şahnamesinde tesvir etmişdir. Gilan şahlığı senin babalarına ondan yadigar qalmışdır (QabusnameB.89.s.18). Bu yazıdan bele çıxır ki, insanları heyvan seviyyesinden çıxarıb onlara elm ve medeniyyet veren Cemşid, Gilan şahları sülalesindendir. Lakin Cemşid eyni zamanda göyde Keyan texti qurub, fezada güneştek qerar tutmuşdur (Firdovsi Şahname B.87.s.33). N. Gencevi Keyan taxtını Tekdis taxtı adlandırır ve onun sahibini - kainatın sahibi hesab edir (N.Gencevi Sobr.soç. v 3-xtt..1 t.B.91.s.800,806). Eyni zamanda Tekdis taxtı N.Genceviye göre Makedoniyalı İskenderin taxt-tacıdır. Qedim Misir menbelerinde ise Amon Allahı - Tektüz Amon adlanır. Amon (Eman-F.G.) Allahına Leyden alqışında deyilir: Üç Allah Amon, Ra ve Pta bütün Allahların menasıdır O, hansı ki, Amondur ve öz adını gizledir, sifeti ile Ra, bedeni ile Ptadır (Kultura Drevneqo Yeqipta M.76.s.197). Bu ise o demekdir ki, Amon kimi Cemşid de, Ra güneşi kimi göyde qerar tutur ve Oziri Allahı, Prometey kimi qedim insanları vehşi veziyyetinden çıxarır. Eyni zamanda biz bilirik ki, Alba şeherinin silva şahlarından biri de öldükden sonra Allaha çevrilmiş ve Alban dağlarındakı şeherin üstünde qerar tutmuşdur. Eger nezere alsaq ki, insan tarixinde yalnız bir bele hadise olmuşdur, onda razılaşarıq ki, silva şahı da, Cemşid ve Amon-Ra da eyni adamlardır. Bütün bunlar ise o demekdir ki, Gilanşahlar sülalesi qedim Misir Allahlarının neslidir. Bunlar eyni zamanda o demekdir ki, remzi Pta kimi qebul olunmuş Napat eli, yeni Azerbaycan Oziri/Azer Allahın bedeni, göydeki tek Allah onun başı, Amon/Eman ise bu Atum Allahının ümumi adıdır.

Menbelerin, Key Xosrovun axırıncı yürüşünde, dağdakı dar dereye girmesini ve orada yoxa çıxmasını xüsusi qeyd etmeleri o demekdir ki, Key Xosrov da, Dede Qorqud ve Xızır peyğember kimi Allaha çevrilib, ölümsüzlük qazanmışdır.

Gilan şahlarının menbelerde emirler (amorey-F.G.) adlandırılması, onların da midiyalılar kimi mar hesab edilmesi demekdir. Amorey, yeni mar-tu sözü, Ta-meri (yeni Misir F.G.), sözü kimi Ata Mar, yaxud Mar Ata menasındadır. Qeyd edek ki, Y konsonant kökü qedim Misirden bu güne kimi çağırış, müraciet menasında Allah nesline aid edilir (misal üçün qeyd edek ki, Azer adı, ya-ey menasına göre Oğuzlarda Yazır (Ya Azer) kimi qalmışdır). Emir tayfalarının menbelerde ölkeler zebt eden emirler adlandırılması, onların heqiqeten qeyri-adi nesil olmasına sübutdur (Faruq Sümer. OğuznameB.92.s.95). Qedim Misir yazılarında oxşar ifadeler, yeni özge ölkelerin hökmranları ifadesi qiksoslara aid edilirdi.

Mövzudan qırağa çıxaraq qeyd etmek lazımdır ki, sufilikde mar-emir sözünün kökünde duran emr sözü ele bir ideal varlıq menasındadır ki, Allah öz iradesini onun vasitesi ile heyata keçirir. Qezelinin İhyasında bu söz insanla Allahın keçidi, ortaq nöqtesi kimi qeyd olunur. V.V.Naumkin şerh vererek yazır ki, Allah emri ve insanın ona tabeliyi motivi, Allah ve insan münasibetlerinde esas yer tutur Yeqin ki, buna göre de, Qezelinin sonrakı Mişkat el-enver eserlerinde müta nezeriyyesi (herf. kime ve ya neye tabe) meydana çıxır. Biz, Qezelinin ideyasında mütanın meydana çıxmasını, İhyanın yaranması dövrü, onun tesevvürünün inkişafı ile, esasen mistik emr ve ruh düşüncesi ve insanın tabeçilik motivi ile elaqelendiririk. Tabeçilik motivi ataa sözünün istifadesi ile bağlıdır ki, müta sözü de buradan yaranmışdır (El.Qezeli Voskreşenie nauk o vere M.80.s.283,284). Nikolsona göre, müta, Allahın suretinde yaradılmış Göy insanı olan esl Mehemmed ruhudur ve o Kosmik güc hesab olunur ki, kainatın sabitliyi ve qayda-qanunu ondan aslıdır (orada.s.284). Bu ise o demekdir ki, müta, qedim Misirin Oziri Allahı ile eynidir. Çünki, mehz qedim Misirde Oziri Allahı kosmik güc hesab edilir ve insanla Allah arasında keçid variantı sayılırdı. Bu menada A.Bakıxanov yazır ki, Derbendnamede deyilene göre, Mehemmed peyğemberin etrafındakılar onun ağzından eşitmişler ki, Derbend müqeddes yerdir ve onun sakitliyinden bütün şerq asılıdır ve eger kim onun müdafesi üçün çalışsa, o Allahın xeyir-duasını qazanar. Bu deyimi başa düşmek üçün nezere almaq lazımdır ki, Adem, yeni qedim Misirin Atum Allahı, dünya ağacının bitdiyi yerde, yeni remzi Derbendde durmuş ve bütün dünyanı ağuşuna almışdır. Atumla eyni mena daşıyan qedim Misirin Maat Allahı kainatın, tebietin harmoniyasını özüne bağlamış göze görünmez enerjidir. O, eyni zamanda ekslikleri özünde birleşdirmiş qayda-qanun Allahıdır. Quranda Atum Allahının ellerini uzadıb bütün dünyanı tutması haqda bele yazılır: Meşriq de, Meğrib de Allahındır. Hara getseniz Allahla üz-üzesiniz. Her yeri tutmuş Allah, her şeyi bilir Allah (2.115). Demeli, Maat, yeni Atum Allahının harmoniyasının pozulduğu zamanda, dünyada kataklizmeler başlanmalıdır. Müqeddes kitabların yazdığına göre bu dünyanın sonunda, yeni Quranda qeyd olunan torpaqların deyişdirildiyi vaxtda (14.48) baş verecekdir.

Qeyd etmek lazımdır ki, Türk sözü de bu menada, terike - yol menasını verir ki, sufilikde bu edeb-exlaq yolu, dini kamilleşme, Allahın derkinde heqiqete yaxınlaşma fikrini ifade edir. Qezelide de bu söz, heqiqi biliye çatma, Allaha mistik yaxınlaşma menasındadır (orada s.292). Bele çıxır ki, Türk adı bu emir tayfa birleşmelerine onların Allaha xüsusi yaxınlığı ile eldaqedar verilmişdir. Heqiqeten de L. Qumilyov özünün Qedim türkler kitabında xüsusi qeyd edir ki, Türk adı altında 5-ci esrde knyaz Aşinanın etrafında birleşen, 68-ci esrlerde ise xalq kimi formalaşan ve türk dilinde danışan orda nezerde tutulur. Lakin eyni dilde danışan qonşu xalqlar qetiyyen türk hesab edilmir (orada.B1993, s.33).

Yazdıqlarımızdan bele çıxır ki, türk-emir tayfaları , qedimde müqeddes menasını veren mar-amoreyler neslidir. Müselman sözünün menasının da itaet olduğunu nezere alsaq, başa düşerik ki, mar-emir tayfaları Allahın ol-emri ile yaranan, onun iradesini bildiren ve ona itaet eden-müti olan, insanla Allahın keçid variantını teşkil eden pir, seyid, şıx, abdal s. müqeddesler neslidir. Müti sözü eyni zamanda qedim Misirin Maat ve Mut İlahelerinin adı ile eyni menalıdır. Heqiqet ve qayda-qanun İlahesi olan Maat eyni zamanda Ptah (Pta) Allahının arvadı sayılır. Mut ise Amon (Eman) Allahın arvadıdır ve bu göy İlahesine eyni zamanda Aşeranın qadın hökmranı deyilir. O eyni zamanda müharibe İlahesi Sehmet ve Xator ve s. de eynileşdirilir. Lakin, qerbi-semit mifilogiyasında Mutu ölüm ve ölüm şahlığının Allahı, mehsulsuzluq ve quraqlıq getiren xaosun tecessümüdür (Mifoloqiçeskiy slovar M.90). Diger terefden kosmoqoniyada deyilir ki, ruhun materiya xaosla birleşmesinden, dünyevi yumurta - Mot yaranır. Demiurq bu yumurtanı bölür ve onun yarılarından göy ve yeri yaradır. Sonra o göy işıqlarını, zodiakın bürclerini, daha sonra canlı varlıqları, nehayet insanı yaradır (B.A.Turayev İst.Dr.Vos.T.2.s17).

Bütün bunlar o demekdir ki, müti, yeni matay/maday xalqı tek Allahın yerdeki tecessümleridir. Lakin müti, mifologiyada esasen İlahe rolunu oynayır. Bu ise o demekdir ki, Allahlar ve şahlar nesli, eyni zamanda yerde Allahın arvadları hesab olunur.

A.M.Xazanov yazır ki, skifler haqqında qedim yunan enenesi yalnız enareylere hesr olunmuşdur. Enareyler qadın verdişlerini qebul etmiş ve hetta qadın kimi danışan qadınabenzer falçılardır. Enareyler ittifaqı irsi xarakter daşıyır. Enareylerin qadınabenzerlik xüsusiyyetleri, onların dini sitayişlerinin qanunlarına uyğun olaraq, nesillikle ötürülür. Enareyler, cemiyyetin ziyalı tebeqelerinden olub, hetta şah evine yaxın sayılırdılar. Psevdo-Hippokrat qeyd edir ki, enareyler skif varlıları, aşağı tebeqeli adamlar yox, eksine, en alicenab ve böyük hörmete malik insanlardır. Enareyler, skif cemiyyetlerinde böyük tesire malikdirler. Psevdo-Hippokrat bunu onunla izah edir ki, bunun sebebini yadlar Allaha aid edirdiler, buna göre de bele adamlara hörmetle yanaşıb, here özüne göre qorxaraq, onlara baş eyirler. Bele hörmete Midiya maqları ve qedim İzrailin Levit qolu layiq görülürdü. Herodotun enareyleri, Strabonun anariakları, Ptolomeyin Kaspi etrafında yaşayan sanoreyleri ve Albaniya yaxınlarında meskunlaşmış anoreylerin müqayisesi bele bir neticeye gelmeye esas verir ki, bütün bu tayfalar bir erazide yaşamışlar (A.M.Xazanov Sosialnaya istoriya skifov M.75.s.169).

Midiyada qadınabenzerlik qüsuru esasen el cil tayfasında [gel-F.G.] rast gelinir (F.M.Esedov Arabskie istoçniki o tyurkax v rannee srednevekovye B.93.s.113). Bu ise o demekdir ki, skifler ele, Midiya maqları olan gel tayfalarıdır. Onların qadınabenzerliyi ise digerlerinden onunla ferqlenir ki, onlarda irsi olaraq taz ve omba sümüyü böyük olur. Yunan mifologiyasında deyilir ki, Semelanın ölümünden sonra, Zevs balaca Dionisi buduna tikib, müeyyen müddete qeder gezdirir. Bilirik ki, Dionis, qedim Misirin Oziri Allahının obrazlarından biridir. Bu ise o demekdir ki, ombanın iriliyi hemin neslin müqeddesliyinin simvoludur.

Platon (Eflatun) Pir eserinde yazır: Bütün insanlar cisimce ve ruhca hamiledirler, ve onlar müeyyen yaşa çatdıqda, bizim tebietimiz teleb edir ki, hamilelikden qurtulaq. Bu qurtuluş ise yalnız gözellikde ola biler, lakin eybecerlikde yox. Kişi ve qadının cinsi yaxınlığı bu qurtuluşdur. Bu ise ilahi işdir, çünki hamilelik ve doğum, ölmez başlanğıcın ölen varlıqda yaranışıdır (Pir 206 C). Demeli, qadınabenzerlik qüsuru bilavasite ölümsüzlükle bağlıdır. Quranda deyilir: Biz senden qabaq heç bir insana ölümsüzlük vermedik (21,34). Buradan bele çıxır ki, müqeddesler neslinin ruhu öz ölümsüzlüyünü, mehz ecdadları Oziri Allahının hesabına qazanmışlar. Naq Hammadide tapılmış Ruh haqqında şerh metninde, ruhun taleyi haqqında metaforik hekayetden danışılır. Atanın yanında kişiqadın tebietli olan ruh, bedene köçüb, bu dünyaya geldikde çoxlu quldurlar eline düşür. Onlar onu lekeleyirler ve o öz bakireliyini itirib yolunu azır. Bakirelik, qedim metnlerde hemin neslin müqeddesliyidir ki, adi nesille qarışdıqda o itir.

Ümumiyyetle, Misirin Naq Hammadi erazisinden 1945-ci ilde tapılmış müxtelif tip ilahiyyat, traktat, yevangel ve nesihet dolu kopt yazıları, bütün xristian aleminin qebul etdiyi dini dünyagörüşünü alt-üst etmişdir. Çünki bu yazılarda İsa peyğemberin obrazında, Sif peyğember, Kirenli Simon, mömin müellim ve s. müqeddesler çıxış edir. Burada Foma Psevdo-Matveyin Yevangeli, eyni zamanda Ereb Yevangeli adlanır. Misirlilerin Yevangeli ise Gözegörünmez dahi ruhun müqeddes kitabı kelamı ile başlayır. Bu kitabların çoxunda, Sufilik teliminin banisi Sifden söhbet açılır ki, burada Sif, göyden yere gönderilib heqiqetleri xalqa çatdırır ve nehayet yeniden göye qalxır. Demeli, bütün bu obrazlarda Sif de, mömin müellim de İsa kimi peyğember rolunda çıxış edir. Xristian alimleri 50 ilden artıq bir müddet keçmesine baxmayaraq, tapılmış bu yazılara cavab vere bilmirler ve belece qebul olunmuş adetleri davam etdirirler.

Belelikle, biz aydınlaşdırdıq ki, mir emirler nesli, yeni Midiya maqları, Oziri Allahının neslidir. Oziri ise ölüm şahlığının Allahı sayılır. Bu ise o demekdir ki, yerdeki insanların taleyi de, Oziri Allahının neslinin elindedir. Rus ve ermeni dillerinde ölüm menasını veren umri / umer, merala sözleri, sufi mentiqine göre mar / mar eli sözleri ile eynidir. Skandinav mifologiyasında ise ölüm şahlığının sahibesi xel / geldir. Diger terefden dünyanın ilk mebedgahı olan Esagil kilsesinin adı, angel, arxangel, Yevangel [İncil] ve s. sözleri kimi gel [erebce cil] sözünden yaranmışdır. Ümumiyyetle, kilse, yeni kel isa sözü, Esa-gil demekdir.

Xristianlığın yayıldığı ilk mekanlardan birinin Ermenistan olması onu gösterir ki, Yunanıstan ölkesi kimi Ermenistan adı da ruhlar dünyası ile bağlıdır. Her şeyden evvel, xüsusi qeyd edek ki, indiki ermenilerin Qafqaz Ermenistanına ve Qafqaza heç bir aidiyyeti yoxdur. 18-ci esre qeder Qafqazda ermeni adlı millet olmamışdır. Onlar son iki esrde bura ruslar terefinden köçürülmüşler. Alimler bildirirler ki, ermeni edebiyyatı faktiki olaraq ermeni dövleti mövcud olmadığı bir dövrde yaranmışdır. Demeli, ermeni dili de latın,şumer,assur ve s. diller kimi sufilikle bağlıdır. Ermen sözü Rehman sözü kimi, sufilikde Ra-Eman menasını verdiyi üçün müdrikler remzi menada Eman Ra (Amon Ra) adını Er-Eman kimi yazmış ve bu ad altında, başı göylere çatan Adem-Atum Allahını nezerde tutmuşlar. Lakin Amon Ra-nın eyni zamanda Qor Allahı olması ve bütün ölenlerin ruhunun onun bedenine, yeni ruhlar ölkesine köçmesi, bu ruhların Qor Allahının ruhunda yaşaması demekdir. Tövratda İbrahimin, İsaakın ve s. müqeddeslerin ölümlerini qeyd etdikde yazılır ki, İbrahim öldü ve öz eline qovuşdu (Bıtie 35, 29). Quranda ise bu bele ifade olunur: Qorxun Allahdan ve bilin ki, onda cem olacaqsınız (2.203). Kitabi Dede Qorqudda Beyreyin ölümü haqda bele yazılır: Beyrek padşahlar padşahı heqqe vasil oldu. Allaha qovuşmaq, onda cem olmaq, Qor Allahının bedenine köçmek demekdir. Çünki Qor Allahı Adem/Atum Allahı timsalında ceberut ve melekütü özünde birleşdiren padşahlar padşahı heqq tealadır. Buradakı vasil sözü ise, silva- vilus menasında ruhlar dünyasının remzi adıdır. Demeli, ikinci dünya olan Qorun bedenine köçen her bir ruh, yeni iss, Qoriss/Xriss/Xristian adlanır. Bele çıxır ki, en qedim yazılarda, xristian dedikde, ruhlar dünyasında yaşayan ruh nezerde tutulmalıdır. Moisey Xorenski ölkesinde Ermenistana qeder olan her şeyi Semiramidaya aid edir. Bu ise Semiramidanın Ermenistan olması demekdir. Semiramidanın asma bağlarının cennet, yeni ruhlar dünyası olduğunu nezere alsaq görerik ki, ermeni yazıları da göydeki aleme hesr olunmuşdur.

İstehri qeyd edir ki, biz Ermenistan, Arran ve Azerbaycanı xeritede birleşdirib ona bir ölke kimi baxırıq. Azerbaycanın Taş Oğuz, Ermenistanın ise İç Oğuz olduğunu qebul etsek, onda Arran, yerde ve göydeki bu elleri özünde birleşdirmiş, iki elin güneşi olan Eman Allahı menasında olar. Demeli, el Qezelinin dili ile desek, Azerbaycan mülk, Ermenistan meleküt, Arran ise ceberutdur. Nezere alsaq ki, ruhlar dünyası, eyni zamanda, başı göylere çatan dünya ağacıdır, onda başa düşerik ki, bu dünya ağacının kökleri müqeddesler nesli, gövdesi ruhlar dünyasının giriş qapısı, budaqları ise ruhlar dünyasıdır. Qedim Misir metnlerindeki Sinuxetin nağılında Puntun sahibesinin Ureret, yeni Arrat/Ararat adlandırılması mehz bununla elaqedardır. Arratın Xator, Balaat, Aşera ve s. qadın Allahları rolunda çıxış etmesi, onun Arranla eyniliyi demekdir. Qeyd edek ki, dünyanın yaradılması prosesinde qadın ve kişi rolunun her ikisinde, Eman müxtelif variantlarda çıxış etdiyi üçün, bütün obrazlar onundur. Burada benzer qanunundan istifade ise Eman Allahın eline ve varlıqlara heyat enerjisi vermesinden ötrüdür.

Misirlilerin ezemetli Ramses şeheri adlı qala tikintisi haqqındakı menbede deyilir: Elahezret özü üçün qala ucaltdı: onun adı onaxtu idi. O, Finikiya ve Tameri arasında idi. O, Ermontun planı üzre Memfis kimi uzunömürlü idi. Şu onun üfiqine qalxır ve ona daxil olurdu. Bütün insanlar öz şeherini terk edib, nehayet, onun erazisine köçürler ve s. (B.A.Turayev İst.Dr.Vos.T.1.s.320). İnsanların öldükden sonra köçdükleri son menzilin ruhlar dünyası olduğunu nezere alsaq, qebul ederik ki, bu ruhlar dünyası adi adam terefinden yox, mehz Ra Amon Ata, yeni Ermont terefinden planlaşdırılmışdır. Ermont adı e. e. VIII esre aid olan Assiriya yazısında Rimanuti kimi qeyd olunmuşdur. Lakin burada Rimanuti ölkesi ile yanaşı şerqin erebleri ölkesinin de adı çekilir. E.e. VIII esre aid menbelerde Midiya erazisinde, dağ ve sehralarda dolaşan qüdretli midiyalılardan başqa, şerqin erebleri ölkesinin de mövcud olması onu gösterir ki, Midiya ereblerinin Erebistan ereblerine dexli ola bilmez. Dağ sehralarda dolaşan qüdretli midiyalılar dedikde, tebii ki, yerdeki dağlara ve ruhlar dünyası olan sehralara ekstaz veziyyetinde seyahet eden maq, pir, canlı işan, palçı, şaman ve s. adlandırılan müqeddesler nezerde tutulmalıdır. Şerq erebi adı ise göydeki ruhlar dünyasının erebi demekdir. Erebler öz ölkesine Ceziret - ül-ereb deyirler ki, buradakı cezire sözü erebce ada menasındadır. Diger terefden eger Kadus eli, Yunun mifologiyasına göre ölüm şahlığı sayılırsa, burada ereb ölüm şahlığının yaradıldığı sahe, yeni xaos menasındadır. Sufi dilinde ceziret sözü Xızır/Xezer Ata menasını verir ki, Ceziret-ül-ereb sözü göyün Xızır Ata eli fikrini ifade edir. Bildiyimiz kimi, Xızır peyğember dirilik suyu içib ebedileşmiş, yeni Xıdır kimi ölümsüzlük qazanmışdır. M.Seyidov Xızırın hem yaşıllıq, öleng, hem de istilik menasını vermesini sübut etmişdir. Xıdırla elaqedar ise Firuzabadi yazır: Xıdır Ebül-Abbas en-Nebi Eleyhisselam hezretleridir. Deyirler ki, adı Ehmed ve yaxud Bilya (Vilaye - F.G.) idi. Gezdiyi yerler yaşıllıq olmuşdur. Ele buna göre de Xıdır leqebini almışdır. Tedqiqatçıların ekseriyyeti indi de onun diri olmasına işare edirler. Bele çıxır ki, Ceziret-ül-ereb dedikde, işıq denizinde yaradılmış ruhlar dünyası başa düşülmelidir. Ruhlar dünyasının adaya benzedilmesi adi haldır. Qeyd edek ki, Belazuri Alban şahlığının paytaxtı olan Qebele şeherini Xezer adlandırır. Göydeki Qaba alemin Xezer, yeni Xızır adlandırılması, onun ruhlar dünyası olmasına işaredir. Bu ise o demekdir ki, Ceziret-ül-ereb sözü eyni zamanda ereblerin Xezer ölkesi fikrini ifade edir. El Müqeddesi Arran haqqında melumat vererek yazır: Arrana geldikde bu erazi bütün vilayetin üçde birini teşkil edir ve deniz ile Araz çayı arasında bir yarım cezireye benzeyir. Malik çayı vilayeti uzununa iki yere bölür (El Müqeddesi 374). Yequbi ise Arranı Yuxarı Azerbaycan (Azerbaycan el ülya) adlandırır (Yequbi. Buldan seh. 271). Arranın Yuxarı Azerbaycan adlandırılması, onun yuxarı Mesopotamiya, yuxarı Misir ve s. kimi göydeki ruhlar dünyası menasında olması demekdir. Malik çayı ise Nil çayı menasında, yerdeki mülk elini göydeki meleküt aleminden ayıran ölüler çayıdır.

Bildiyimiz kimi Azerbaycan ehalisinin bezi hisseleri özlerinin Yemenden gelmelerini qeyd edirler. Alimler Assiriya menbelerindeki Yemen adını teeccüble Yunanıstanla, Kipr adası ile elaqelendirirler. Sağ terefdeki ölke menasını veren Yemene xoşbext ölke deyilmesi tebii ki, onun ruhlar dünyası menasını vermesine işaredir. Çünki, qedim Misir menbelerinde ruhlar dünyası xoşbext, rahatlıq ölkesi adlandırılır. Erebler, ümumiyyetle, Orta Asiyaya çaydan o biri sahilde olan deyirler ki, bu da o biri dünya menasındadır. Yemen etrafında Ümman adlı ölkenin varlığı, Eqeba körfezinden Medineye gelen tek bir yolun ise xüsusi qeyd olunması onu gösterir ki, Qaba alem burada Eqeba adı ile, Midiya ise Medine kimi gösterilir.

N. Gencevi İsgendernamede Yemeni İsgenderin veteni adlandırır ve milletimize İsgenderin oğulları deyir (N.Gyandjevi. Sob.soç.v3-x.t. 3 t.B.91.s.44). Katib Çelebi ise qeyd edir ki, Zülqerneyn Makedoniyalı İsgender yox, Yemenin Himyar şahıdır ve İbrahim peyğemberin dövründe yaşamışdır. El Mesudi yazır ki, Misir piramidaları Yemen tayfası sayılan Ad oğlu Şeddadın nesli terefinden tikilmişdir (V. Zamarovskiy İx veliçestvo piramidı M.81.s.34). Qeyd edek ki, Himyar adı, Homer, yeni Qamer/kimmir fikrini ifade edir ki, buradakı Qam eri, ruhlar dünyasını yaradan Eman menasındadır. Demeli, Yemenin Himyar şahı dedikde qamlar güneşi Eman fikri nezerde tutulmalıdır. Onun İbrahim peyğemberin dövründe yaşaması ise, Emanın eyni zamanda Evre-qam, yeni bütün seçilmişler-yehudilerin de baş qamı olması demekdir. Bütün bu melumatlar onu gösterir ki, qedim yazıların hamısı Allaha hesr olunmuşdur ve her bir yazıda müxtelif adlar altında Eman Allahı ve onun bu dünyada gördüyü işler remzleşdirilmişdir.

İslama qederki bütperestlik haqqında yazılmış üç kitabdan dövrümüze gelib çatmış El Kelbinin Bütler haqqında kitaba göre, El-Axqaf dağında Xadramaut vadisi yerleşir ve bu dağda Ad tayfasının Xud peyğemberi yaşamışdır. El Kelbi yazır ki, möminlerin ruhu El-Cebiyede, Suriyada, çoxAllahlıların ruhu ise Xadramaut vadisindeki Tina kendinin yanındakı Baraxutda olur (El Kelbi. Kniqa ob idolax. M, 84.s.34,48). El Kelbinin ölenlerin ruhunun o dünyada hansı erazide yaşamasını qeyd etmesi, söhbetin ruhlar dünyasından getmesi demekdir. Xadramaut sözü Xıdır-Maday fikrini ifade edir ki, bu da qedim Misirin Xator Maat Allahı demekdir. Qedim Misirde Xator Allahı heyat ağacı ile assosiasiya olunaraq bereket remzinde gösterilir. Eyni zamanda o, üstünde iki başı olan sütunla (Herakl sütunu - F.G.) eynileşdirilir. Demeli, Xıdır, yeni Xator Allahı ele ikinci dünyanın qapısı, yeni yoludur. Bu yolun Qaf dağında olması haqda biz artıq yazmışdıq. Buradakı Ad tayfasının adı, Ada-Ata menasındadır ki, şifahi xalq edebiyyatımızda Ada-Ada deyimleri qalmaqdadır. Derbend ve Fessaliya erazisinde Ata-Eta dağ adınının olması da mehz bu menadadır. Qedim Misirde Ata sözü Allah, müqeddes menasında işlenmişdir. Diger xalqlarda Ad-Aid sözünün ölüm şahlığı, cehennem menasında olması da bununla elaqedardır. Xadramaut vadisindeki Tina kendinin adı qedim menbelerde Oten, Udin, Uti ve s. kimi gösterilir ki, bunlar da Ermenistan ve Alban kimi qebul edilmiş Qaba Alemin yer adı sayılır. Yemenin Xuza tayfasının adı ise tebii ki, Oğuz fikrini ifade edir. El Kelbinin kitabının diger yerinde qeyd olunur ki, cenubi Erebistanın El-Eşar tayfası Yemenle Bab-El-Mandeb arasında yerleşir (bax.s.45). Bab-El-Mandeb qedim Misir menbelerindeki Allahlar yurdu olan Punt ölkesidir ve bu ölkenin qapısı da Derbend qapısıdır. Eşar tayfası ise Assir/Aşur demekdir ki, bu da ikinci dünyadakı el hesab olunmalıdır. Ksenofonta göre Assiriya Midiya ile Kadus ve saklar ölkesi arasında yerleşir (Ksenofont Kiropediya V.2.25). Assiriya şahlarının dünyanın dörd terefinnin şahı, bütün canlıların şahı titullarını daşıması, onların Aşur/Aşirat, denizin Aşiratı kimi kosmik Allahlarla eyniliyi demekdir. Çünki yalnız tebiet üzerinde hakim olan Azer Allahı bütün canlıların da şahıdır. Menbelerin araşdırması onu gösterir ki, bizim Aşura adlı yas merasimimiz en qedim zamanda Babilde de eyni ile keçirilirmiş. Lakin orada Hesen, Hüseyn evezine Adonisin adı çekilir. Maraqlıdır ki, bizim elem adlandırdığımız el, menbelerde Aşiratın barmaqları adlanır. Qedim Misirde ise bir cüt el, insanların qoruyucu ruhu olan Ka (Ağa - F.G.) adlanır. Adonis Allahının Oziri Allahı ile eyniliyi onu gösterir ki, Aşura merasimi qedim Misirdeki Oziri Allahının ölüb-dirilmesi merasimidir. Erdmana göre müselmanların Hüseyn bayramı (Aşura F.G), Tammuz şebihine çıxır (B.A.Turayev İst.Dr.Vos. T.1.s.147).

Mövzudan kenara çıxaraq qedim Aşura merasimi haqda bezi faktlara tezer salaq. Meşhur bilici C. Frezerin yazdığına göre qedim Finikiya, Misir, Yunanıstan, Siriya ve s. ölkelerde keçirilen merasimlerin ekseriyyeti demek olar ki, eynidir. Bele ki, qedim Misirde keçirilen Oziri Allahının ölüb dirilmesi merasimi ile diger ölkelerde keçirilen Adonis, Attis, Ta-uz ve s. Allahların ölüb dirilmesi merasimi eyni kökdendir ve bu merasim sonralar xristianlıqda İsanın ölüb dirilmesi kimi qalmışdır. Meşhur Finikiya ibadetgahı olan Biblosun Astartasıda Adonisin ölümü her il xüsusi merasimle keçirilirdi. Bu zaman insanlar ah-zar edir, öz sinelerine döyür ve inanırdılar ki, növbeti gün ilahi Adonis heyata qayıdacaq ve hamının gözü qarşısında göye ucalacaq (C.Frezer Zolotaya vetv M86.s.316). Kibela ve Attisin böyük yaz bayramının Rim, Friqiya variantına göre 22 martda meşeden şam ağacı qırılaraq mebedgaha getirilir. Onu müqeddes hesab ederek, parçaya bürüyüb üstüne gül tökürdüler. 23 martda esasen nefes aletleri çalınırdı. Qanlı üçüncü gün baş kahin öz venasını kesir, aşağa tebeqeli kahinler ise baraban ve diger aletlerin qarışıq seslerinin müşayeti ile başlarını esdirerek dağınıq saçla, ağrı hissiyatını itirib quduzluq halına gelenl qeder fırlanırdılar. Daha sonra onlar bıçaq ve s. aletlerle özlerini yaralayıb, qanlarını qurbangaha ve müqeddes ağacın üzerine tökürdüler. Eyni merasimi Avstraliya aborigenleri de keçirirdi. Bele ki, onların kahinleri, özlerini axtalayır ve beden üzvünü ilahe heykelinin altına atırdı. Daha sonra ise onu yerde basdırırdılar ki, Attis Allahı qayıtsın. Qedim şerqin en populyar yeri olan İerapolisde, Astartanın mebedgahında keçirilen bu tip merasimlere varlılar Assiriya, Babil, Finikiya, Erebistan ve s. ölkelerden axışıb gelirdi. Baraban ve qışqırıq sesile, axtalanan kahinler özlerine bıçaqla zerer yetirir ve ekstaz halına gelirdiler. Rimde qanlı gün baş kahin öz ellerini kesikleyirdi (orada s.328,329, 332).

Herodota göre, Oziri (Osiris) Allahının qebri aşağa Misirin Sais şeherinde yerleşirdi ve buradakı gölün etrafında xalq geceler Oziri Allahının eziyyetlerinin şebihini çıxarırdı. İlde bir defe keçirilen bu merasimde Allahın ölmesine münasibetini bildirerek insanlsr hönkürtü ile ağlayır ve öz sinelerine vururdular. Laktansiyanın yazdığına göre Oziri bayramında bedenlerini qırxmış kahinler ağı deyerek sinelerine vurub, İsidanın Ozirisi diriltmesi üçün getdiyi yolu tesvir edirdiler. Qeyd edek ki, ölüb dirilen Attis Allahının merasimi martın 24,25-de keçirilirdi ki, bu gün de eyni zamanda Xristosun ölüb dirilmesi günü sayılırdı. Maraqlı faktdır ki, xristian ve bütperestlerin ölüb dirilen Allahlarının merasimi eyni erazide ve eyni vaxtda keçirilirdi. C.Frezer yazır ki, buna göre xristian ve bütperestler arasında mübahiseler olurdu. Bütperestler, xristianların ölüb dirilen Xristosun merasimini saxta adlandırıb, öz merasimlerinin daha qedim olduğunu iddia edirdiler (orada s.350,351, 339).

Bütün bu merasimlerin kökü bilavasite qedim Misirin ölüb dirilen Oziri Allahı haqqındakı revayetle bağlıdır ki, onun da yaşı 5500 ilden artıqdır. Bu qedim yazılara göre Oziri eyni zamanda dirilik suyu remzinde göyden yere axan heyatverici çaydır ve bu çayı yere getiren qedim Misirin ilk Pir-i (firon) olan Eman /Amon Allahıdır. Eman Allahının 7 güne göyde ruhlar dünyasını yaratması va s. haqqında daha geniş melumat, müellifi olduğum The Book of Gor or the deciphering of Torah (bax.internet: http://hosting.bakinter.net/torah/index.html ) kitabında verilmişdir. Bu hadisenin qısa mezmunu beledir; Texminen 5500 il bundan evvel kainatın sirlerini ilk derk eden Amon/Eman göyden yere dirilik suyunu getirmek üçün, dirilik suyunun özünden, yeni Platon materiyasından magik rituallar vasitesile bir cüt gözegörünmez el düzeldir ve onu öz ellerinin kölgesi adlandırır. Xristian yazılarında Aşiratın barmaqları kimi qeyd olunan bu bir cüt el, qedim Misir yazılarında Ka, yeni Ağa adlandırılır. Eman yerde duluzçu dezgahında gilden yeni düşünen insanın bütünü düzeldib, ona remzi ağıl verir. Onun ellerinin hereketini tekrar eden göydeki Aşiratın barmaqları , yeni yaradılmış bu insanın ruhunu da göydeki dirilik suyundan yaradır ve s. Platon bu hadiseni Timey eserinde özüne mexsus variantda remzleşdirir (bax.Platon Timey 41B,D,C).

Mövzumuza qayıdaraq qeyd edek ki, ereb dilinin sufi dili olmasını ve onun göydeki ele aid olmasını çoxlu delillerle sübut etmek mümkündür. Ereblerin Mehemmed peyğembere qederki Allahlarının adları: El-Üzze, El-Lat ve Manat olmuşdur ki, buradakı El-Üzze sözü El issi, yeni Mekke elinin ruhu menasındadır. El-Lat sözü Elin Atası, Manat ise Eman Ata demekdir. Müselmanların revayetine göre İbrahim peyğember İsmayılı Saranın tekidi ve Allahın meslehetine esasen anası Aqara ile Mekkeye aparır. İsmayıl burada Kebeni tikir ve ereblerin ecdadı olur (El Kelbi Kniqa ob odolax M.84.s.40,41). İsmayılın Aqaradan olması, onun Qor Allahının oğlu (Herakl / Koroğlu - F.G.) olması demekdir. Çünki burada İsmayıl, Meryem oğlu İsa, İsida oğlu Qor, Venera oğlu Amur ve s. rolunda gösterilir. Tövrata göre Aqaranın uşağı kolun dalında qoyub getmesi ise İsmayılın ruhunun, dünyanın yaranmasının 4-cü gününde yaranmasına işaredir (Bax: F.G.Kniqa Qora ili rasşifrovka Torı). Allah dördüncü gün iki işıq yaradır ki, bunun böyüyü axirete qeder olan dövr üçün, ikincisi ise axiretden sonrakı dövr üçündür. Axiretde gelen peyğember öldükden sonra bu işıqla birleşmeli ve Allahın taxtında oturmalıdır. Demeli, İsmayıl, yeni Sema Eli obrazı axiretde zühur etmelidir. N. Gencevi Mehemmed peyğemberi axırıncı peyğember adlandırır. Bu ise o demekdir ki, Mehemmed peyğember yeniden zühur etmelidir. Çünki o qayıtdıqda axiret zamanı yetişmeli ve bununla da göydeki Emanın torpağı Mehemmed peyğemberin torpağı ile evez olunmalıdır. Mehemmed peyğemberin Medineye köçmesi onun ruh şeklinde yere enib Midiyaya gelmesi, yeniden Mekkeye qayıtması ise artıq kamilleşib o biri dünyanın taxtına oturması demekdir.

Yazdıqlarımızdan bele çıxır ki, ereb adı da Kitabi Dede Qorquddakı evren, yeni yehudi sözü kimi Azeri xalqına mexsusdur. Ereb geneoloqlarına göre indiki erebler esil erebler deyil. Esil erebler mifik ad, samud, amalik, casim, cadis ve s. tayfalardır ki, İslama qeder köçüb getmişler (Teberi I s. 215). Ad sözünün ata, samud sözünün sema ata, amalik sözünün - hökmran, casim - qasim/quz, cedisin-kadus olduğunu nezere alsaq görerik ki, bu adlar yehudi, yunan ve s. adları ile eyni kökdendir. Musanın öz elini Kades-Varni ved olunmuş torpağa, yeni yunanların ölüm şahlığı olan Kadese getirmesi, Ver-Gedüz pirlerinin ruhlar dünyasını yaratması menasındakı kimi başa düşülmelidir.

Rufiy Fest Avien (IV esr) yazır ki, Kaspi denizi yaxınlığında döyüşken skif, qeddar albanlar yaşayır. Buradakı daşlıq saheleri qaniçen kadus, celd merd, qirkan ve apirler yaşayırlar (365. N4 s. 241-242). Kaspi denizinin heyat enerjisi menasında ruhlar dünyası olduğunu nezere alsaq başa düşerik ki, skif ve albanlar Qaba alemde yaşayırlar. Biz Kas/Quz sözünün heyat enerjisi, yeni Platon materiyası olduğunu qeyd etdik. Skif sözü müdrik ağa ruhu, sak sözü ise ağa ruhu menasındadır. Demeli, bu söz kassi, kaspi sözleri ile eynidir. Skiflere eyni zamanda say da deyilmesi, onun heqiqeten müqeddes ruh, Allah menası vermesi demekdir. Şifahi xalq edebiyyatımızda say sözü qoruyucu ruh, elin ruhu, Allah fikrini ifade edir. Sakların paradriya qolu, denizden o yanda olan menasını verir ki, burada da ümman denizine işare göz qabağındadır. B.A.Turayevin Assiriyanı isakların merkezi adlandırması yazdıqlarımıza sübut kimi qebul olunmalıdır (B.A.Turayev İst.Dr.Vos.. t.1.s164). Sakların diger qolu tiqraxaud adlanır ki, bu da Ata Qorqud demekdir. Şkud skifleri ise issi xuda menasında, soqdi adı ile birlikde kadus adının variantlarındandır. Yehudi dilinde müqeddes sözü kadoş-im kimi tercüme olunur ki, bu da müselmanların mü-qeddesi ile: yeni qades/kadus sözü ile eyni menadadır. Qeyd edek ki, Azerbaycanda orta esrlerde de kaduslara kateş deyilirdi.

Yazdıqlarımızın ve ümumiyyetle, ekser qedim kitabların qısa mezmunu beledir: 5507 il bundan evvel, Azeri,türk ve diger müqeddeslerin ecdadı, Atası ve Allahı olan Tektüz Eman kainatda ilk defe tam kamilliye çatmış ve ölümsüzlük qazanaraq dünyanın sahibliyini öz eline almışdır. O, fiziki öldükden sonra onun ruhu, evvelceden göyde yaratdığı Azer adlı kosmik tebiet enerjisi ile birleşerek, yer küresini ehate eden fövqelade qüdrete sahib Allaha çevrilmişdir. Eger Emana qeder insanlar heyvan kimi yaşayırdısa, Eman onları düşünen insanlara çevirmiş, öz eline ise elave olaraq ölümsüzlük vermişdir. Bundan sonra Allah neslinin nümayendesi öldükde, onun ruhu göyde yaşamağı davam edir ve yerle elaqe saxlayıb, ora tesir de ede bilirdi. Quranda mehz bu menada deyilir ki, Sizden önce heç bir insana ölümsüzlük vermedik (21.34). Belece bu neslin övladları artdıqca bütün dünyaya sepelenerek, her bir ölkenin sahiblerine çevrildiler. Lakin müqeddes ocaqda qalan Eman övladlarının nesli olan pir, şıx, seyid ve s. Azeri türkleri öz ceddlerinin gücünden istifade edib, yerde özlerini Allah kimi aparmağa başladılar. Eman Atalarının adını bele yaddan çıxaran bu müqeddesler, heresi bir ocaq yaradıb, xalqı ona inam getirmeye tehrik etdiler. Bununla da onlar Quranın yazdığı: Allaha şerik qoşan böyük günah iş tutmuş olar ve Allah onu bağışlamaz (4.48) ayesine emel etmediler. Qedim Misir yazılarında bu menada yazılır: Allah tek ve yeganedir, ve onunla birge heç kim mövcud deyil; Her şeyi yaradan Allah yeganedir (U.Bac Yeqipedskaya reliqiya.Y. maqiya M2000 s.29). Allahı tamam unudan yalançı din xadimleri ve elin başçıları Allah elini var-dövlete, şan-şöhrete satdılar. Axiretin yetişdiyini eşidende bele, öz emellerinden el çekmeyen xalq başa düşmedi ki, Allah verdiyi emre sadiq olandır.

 

Dedem Qorqud qayıdır

Resul eleyhisselam zemanına yaqın Bayat boyundan Qorqud Ata diyerler bir er qopdu. Oğuzun ol kişi temam bilicisiydi, ne deyirse olurdu. Ğaibden dürlü xeber söylerdi. Oğuzun içinde temam vilayeti zahir olmuşdi. İlahmi-rebbanile neçe sözler söylerdi.

Kitabın bu ilk cümlelerinden göründüyü kimi Qorqud Ata adi adam deyildir. O, her şeyi bilir, dedikleri heyata keçir, gelecekden düzgün xeberler söyleyir. Diger terefden, elçiliye geden Qorqudu Deli Qarcar vurmaq istedikde o, möcüze gösterib Deli Qarcarın elini qurudur. Demeli, Dede Qorqud qeyri-adi ilahi xüsusiyyetlere malik bir insandır. Qırğız, Qazax qam-şaman alqışlarının birinde deyilir: Ölü desem ölü deyil, diri desem diri deyil, övliya Ata Qorqud. Bu o demekdir ki, Qorqud ne ölü , ne de diri deyildir. Bartold bu görüşün sebebini bele izah edir: Demeli, bele bir inam varmış ki, Qorqud canlılar aleminden kenar edilmiş ve eyni zamanda ölüme mehkum olunmamışdır. Bu fikirle Jirmunski de razılaşır. Diger qam-şaman duasında deyilir:

Su başında Süleyman, su ayağı er Qorqud,

Belaları sen Qorqud, çağıranda gel Pirim.

Buradan bele çıxır ki, evvela Qorqud ölmemişdir, o her şeyi evvelceden bilir, belaları qorxudur ve onu çağıranda da gelir. Nehayet, onun Pir adlandırılması Qorqud Atanın bilavasite qedim Misirle elaqesi olması demekdir. Çünki qedim yunanların firon adlandırdıqları söz, qedim Misirde Allah menası veren Pir - Piro sözüdür.

Heqiqeten de, 19-cu esrin alman yazıçısı Georq Ebers Misir heyatını tesvir eden Uarda eserinde qedim Misirdeki Qor Allahını Qorqud adlandırır. Diger terefden Kitabi Dede Qorquddakı Bekdüz Emen personajının, tarixi 5000 ilden artıq olan qedim Misir abidesinde Tektüz Eman kimi gösterilmesi dediklerimize danılmaz sübutdur. Qedim Misir yazısında deyilir: Osiris ve İsida, Emen Terüsden olan, Zekererden yaranan Tektüz Emanı qoruyun (İ.Fridrix deşifrovka zabıtıx pisminnostey i yazıkov M.61 s.44). Nizami Gencevi ise İskendername eserinde Tekdis taxtının sahibini Sahibkeran; yeni yerin -göyün sahibi, ağası adlandırır. Bele çıxır ki, Kitabi Dede Qorquddakı Bekdüz Emen qedim Misir yazılarındakı Tektüz Emendir ve o burada Allah rolundadır.

Kitabın Vatikan variantının girişindeki:Oğuzun içinde temam vilayeti zahir olmuşdi cümlesi, bir elin içinde ikinci el yaranmışdı, menasındadır ki, bu da Kitabi Dede Qorqudda gösterilen İç elin Qorqud Allahın göydeki eli, Taş elin ise yer üzerindeki eli olması demekdir. Bu haqda biz aşağada yazacağıq. Qedim Misirin Qor Allahının yazılarda Ağa adlandırılması ve Ğuz sözünün de ona şamil edilmesi dediklerimize daha bir subutdur. Qeyd edek ki, o zamanlardan qalmış Pir, Ağa sözleri bu gün de dilimizde möcüze sahibleri menasında işlenmekdedir. Qedim Misirde heyat enerjisi menasını veren Ğuz sözü , bu gün şifahi xalq edebiyyatımızda eyni menada Oğuz, Xız, Xızır kimi de qalmışdır. Xezer, Gizir sözleri kimi bu sözler de Ğuz/Oğuz er menasında heyat enerjili güneş demekdir. Demeli, Qor Allahı, yeni Qorqud eyni zamanda revayetlerde ölümsüzlük qazanmış Xızır peyğemberdir.

Mogilyan ve Gültekin abidelerinin ilk setirlerinde deyilir: Men tanrı tek, tanrı yaratmış bilici türk xanı... ve ya Men tanrı tek göyde yaranmış bilici türk xanı .... Bu o demekdir ki, Göy türk abidelerini yazan Oğuzlar da, özlerinin göyde Allah yaratmış türk xanın nesli olduğunu bilirmişler. Eyni menalı yazılara qedim menbelerde çox rast gelmek olar. Firdovsi mehz bu menada Şahname eserinde Cemşidin ilk defe göyde taxta çıxdığını yazır. Bütün bunlar haqqında daha geniş melumat müellifi olduğum Qor Eman adlı kitabda verilmişdir.

Meherrem Ergin, daha sonralar V.M.Jirmunski, Ditsin çapa hazırlandığı iki atalar sözüne xüsusi diqqet etmişler ve hemin atalar sözleri bunlardır: Oğuzdan 366 alp qopdu, 24 xas bey, 32 Sekcek Sultan Salur Qazan oqçisi Quzan peklisi Qormuş oğlundan Qorqud. İkinci atalar sözü beledir: Abalca çiçekden ündüm, bir qetre murdar meniden döndüm ana rehmine düşdüm, ate belinden endim,ale gözlü div qızınından tuğdum, tenri bir peyğemberi heqq bildim. Oğuz xelqinin başına xeyir gelesini, şer gelesini yeküt tenim. Birinci atalar sözünün menası qedim Misirin dilçilik qanununa esasen bele açılır: Heyat enerjili er, yeni Tektüz Eman bir il müddetinde 32 nurlanmış müdrikleri, dan yerinin sahibini, heyat veren maya ve onun hakimi olan Qor ruhunu, yeni Qor Allahını yaratmışdır. Bu atalar sözündeki reqemlerle elaqedar qeyd etmek isterdik ki, qedim Misir yazılarında 365 qurbangahın qurulması haqda ve Osirisi gözleyen 24 xüsusi Allahlar haqqında melumatlar verilir. Bundan başqa, qedim Misirin ruhlar dünyasının, yeni iç elinin 42 hakimi var ki, bunlardan onunun adı Qor Allahının adlarıdır. Demeli, buradakı 32 reqemi ve Qor Allahı birlikde ölüler dünyasının hakimleridir.

İkinci atalar sözüne geldikde qeyd etmek lazımdır ki, bu atalar sözünün de izahını yalnız ve yalnız Qor Allahı ile elaqedar vermek mümkündür. Qedim Misir yazılarına göre Qor Allahının yaradılmasında Lotos - Şanagülle adlanan, gölde biten çiçekli bitkiden istifade olunmuşdur ki, uşaq Qorun lotosda tesviri Misir resmlerinde geniş yayılmışdır. Bu atalar sözündeki bir qetre murdar meniden döndüm ifadesi de Qor Allahının remzi olan qedim Misirin Atum Allahının yaradılması ile bağlı ifadedir. Bele ki, dünyanın yaradılması prosesinde Atum Allahının menisi ve elleri (onu çıxaran), özünü sonsuz işıq denizi - nun suları timsalında yaradan Pta Allahının, yeni doqquz Allahın sözü ve üreyi ile eynileşdirilir. Bele çıxır ki, bu cümlede söhbet, Qedim Misirde kosmik hadise kimi tesvir edilen ve Qor Allahının remzi olan Atum Allahının yaradılmasından gedir. Atalar sözündeki ala gözlü div qızından doğum ise bu kosmik hadisenin diger detallarına işaredir. Qedimde tebiet enerjisi ile bağlı olan ve ona bilavasite tesir ede bilen varlıqlar div hesab edilermiş. Div qızı anlamı ise tebietin qadın başlanğıcı enerjisi menasında ruhlar dünyasının remzidir. Tedqiqatçı alim V.N. Toporovun araşdırdığı güneş doğan qadın efsanesi ile bağlı resmde, göy Allahı Nutun güneş Allahı Qoru doğması tesvir olunmuşdur. Burada, ulduzlar arasında tesvir olunmuş qadının ayaqları arasından qanadlı böcey güneş diskini çıxarır. Qeyd edek ki, bele resm, yeni böceyin güneşi çıxarması resmi, 1620-ci ile aid Türk miniatüründe de var. Töreme ile elaqadar Misir metnlerinde KZ (KA) anlayışının menası da maraqlıdır. Pitri bunu ecdadların ruhu, Bissinq heyat prinsipi, Qardiner ruh, şexsiyyet ve s. kimi adlandırmışlar. KZ anlayışının heyat gücü menasını vermesi, Erman ve Frenkfort terefinden söylenilmişdir ki, bu da heqiqete çox oxşardır. Bir terefden KZ sözünün kişi tenasül aleti ile qanunauyğun birleşmesi öküz anlamını verir ve diger terefden KZ sözü Kızat kimi vilva menasında işlenir ki, bu da sözün heyat gücü,heyat enerjisi menasında olmasına işaredir ve s. (Drevniy Vostok2.M1980.s75-97).

Yazdıqlarımızdan bele çıxır ki, bu atalar sözünün her ikisinde söhbet, qedim Misir Allahı olan Qor Allahından gedir. Aşağada biz faktlarla sübut etmeye çalışacağıq ki, qedimde ikinci Misir ölkesi de olmuşdur ki, Allahlar yurdu sayılan bu elin diger adı, dünyanın göbeyi olan Ta-mar (Mar-Midiya F.G.) ölkesidir.

Yazdıqlarımızdın çıxan diger netice odur ki, Dede Qorqud da, Oğuz xaqan da, Xızır peyğember de, qedim Misirin baş Allahı olan Qor Allahının obrazlarıdır. Bununla elaqedar qedim Misirde yaradılmış Qor Allahı haqqında qısa melumat vermek isterdik.

Texminen 5500 il bundan evvel qedim Misirin ilk Piri olan Tektüz Eman (Amon), 400 min öküz, 1422 min qoyun qurbanı ve s., 120 min neheng insanın könüllü ölümü neticesinde, magik ritual, alqış-mantralar vasiteleri ile onların ruhlarını göyde toplamış ve ulduzlar etrafında ebedi ruhlar dünyasını yaratmışdır. Eyni zamanda o, göyde Qor Allahını yaratmış ve qedim hind menbelerinde Aşvamedxa adlanan ritual vasitesi ile yer küresini at timsalında öz iradesine tabe etmişdir. Magiyanın qanunları ile tam izah oluna bilen bu ritualın neticesinde, beşer tarixinde ilk defe olaraq insan ruhu ölümsüzlük qazanmışdır. Kitabi Dede Qorqud abidesinin ilk cümlesi olan Resul eleyhisselam zemanına yaqın Bayat boyundan Qorqud Ata diyerler bir er qopdu cümlesi de mehz bu menada Qorqud Atanın ölümsüzlüye ayrılması demekdir. Bu cümle qedim Misirin dilçilik qanununa uyğun bele başa düşülmelidir: Güneş elinin ruhuna alqış söylenen dövrde, güneş övladları neslinden sonsuz heyat enerjili Qor Allahı deyilen bir güneş ayrıldı. Demeli, Misir fironu Tektüz Emanın dövrüne qeder insan öldükde, onun ruhu işıqda parçalanıb yox olurdursa, Eman göyde ruhlar dünyasını ve onun güneşi olan öz ruhu-Qor Allahını yaratdıqdan sonra, insanın ruhu bu ebedi dünyaya köçür ve bilavasite yerdeki dünyaya da tesir ede bilir. Tektüz Eman özü sağ iken, göyde Ğuz deyilen heyat enerjisi yaratmış ve onu Oziri (Azer F.G.) adlandırmışdır. Bundan 16 il sonra ise Emanın özü fiziki öldükden sonra onun ruhu, yeni İsida (Esed F.G.) göyde yaradılmış Oziri ile birleşib Qor Allahına-Qorquda çevrilmişdir.

Qeyd etmek lazımdır ki, prof. M. Korostovun yazdığına göre qedim Misirin üfüq tanrısının Qor kimi oxunuşu çoxdan köhnelmişdir. Müasir misirşünaslar Qor sözünü Xor Axtı kimi oxuyurlar. Bununla elaqedar bildiririk ki, qedim Misirde saitler mena ifade etmediyi üçün alimler bu saitleri texmini yazırlar. Demeli, Xor Axtı sözü heqiqetde Xorxut kimi oxunmalıdır ki, bu da Qorqud demekdir. Bununla bele Derbend şeherinde qırxlar qebirstanlığındakı Qorqud Atanın qebirinin adı yerli ehalinin dilinde ele Xorxut Ata kimi de qalmışdır. Qedim Misirde Xatxor adlı Allah da vardı ki, bu da Qutqor, yeni Qorqud menasındadır.

Qedim Misirdeki Qut sözü dilimizde Xud/Xuda, Qodu, ingilislerde ise Allah menasını veren Qad kimi qalmışdır. Bu gün Novruz bayramında oxunan Qodu xan neğmesi ve qodu-qodu oyunu da mehz bu menada Qorqud Allahına işaredir. Prof. M. Seyidov bu haqda yazır: Qodu eksliklerle, istilikle, nemişlikle ilişgili olduğundan, o gülende gün çıxır, ağlayanda yağış yağır, soyuq olur. Bundan apaydın görünür ki, Qodu iki eksliyin başlanğıcıdır.

Qodu-qodunu gördünmü?

Qoduya salam verdinmi?

Qodu burdan ötende

Qırmızı gün gördünmü?

Qoduya qaymaq gerek

Qablara yaymaq gerek

Qodu gün çıxarmasa

Gözlerin oymaq gerek.

Qodu palçığa batdı

Qamarladım çıxartdım

Qızıl qaya dibinden

Qırmızı gün çıxartdım.

Novruz bayramında sübh tezden güneş doğanda, tonqal başında dövre vurduqca hamı Qodu xan neğmesini oxuyardı:

Qodu xan, Qodu xan

Söndürme odu xan

At üste Qod getir

Ulusa od getir

Qodu xan göy xanıdır

Qodu xan dağ xanıdır

Qodu xan ağ xandır

Sözü bal Qodu xan

Özü al Qodu xan.

Buradan açıq görünür ki, Qodu adlandırılan varlıq, qırmızı gün timsalında, ekslikleri özünde birleşdirmiş Qor Allahıdır. Avestada qata kimi gösterilen qodu sözü, el arasındakı dualarda keta kimi de qalmışdır. Dilimizdeki gede/gidi/güdü sözleri de buradandır. Qodunun qırmızı gün çıxarması, firon Emanın qızılı rengde olan Qor Allahını yaratması menasındadır. Qodu xanın dağ xanı, ağ xan olması onun bilavasite sübh Allahı olan Oğuz, Oziri oğlu Qor Allahına/Qorquda aid olması demekdir. Novruz bayramında keçirilen kos-kosa töreninde deyilir:

Menim kosam canlıdır.

Qolları mercanlıdır

Kosama el vurmayın

Kosam iki canlıdır.

Burada kosa sözü, qedim Misirde heyat enerjisi menasını veren ka ve ruh menasını veren is/iz- issi samitlerinden ibaretdir. Bu ise o demekdir ki, Oğuz sözü de, kosa sözü kimi qedim Misirin kz sözü menasındadır. Bu sözün açması heyat enerjisinin ruhu fikrini ifade edir ki, bu da Qoru yaratmış Emanın ruhuna işaredir. Demeli, kosa ele firon Emandır. Kosanın qollarının mercanlı olması, onun ellerinin behresi olan Qorun mercan kimi dairevi olmasına işaredir. Kosanın, yeni Emanın ikicanlı olması ise onun yaratdığı Qora işaredir. Firon Eman bir il müddetinde göyde Qoru qurban ve xüsusi rituallarla yaratmış ve bir ilin tamamında Qor Allahı artıq canlanmışdı. Dilimizdeki il tehvil oldu ifadesi mehz buradan qalmışdır. Demeli, Novruz bayramının il tehvil olan günü Eman, Qor/Qorqud Allahını öz beyninden ayırmışdır.

Kos-kosa töreninde kosa birden yıxılıb ölür ve bir müddet sonra yeniden dirilir ki, bundan sonra bayram merasimi daha da canlanır. Kosanın yıxılıb ölmesi, onun bir insan kimi fiziki ölümü demekdir. Sonradan dirilmesi ise yaratdığı Qor Allahı ile birleşib müqeddes ruh kimi ölümsüzlük qazanması menasındadır. Qeyd edek ki, İraq Kerkükünde yağış yağdırmaq istedikde de Kosa geldi merasimi keçirilir ki, bu da merasimin bilavasite Allaha müracieti kimi qebul olunmalıdır.

Keçmişde od çerşenbesinde gün doğan vaxt ona at qurban kesermişler ve inanarmışlar ki, bu qurban insanlara xoşbextlik getirir. Qurbanın sübh tezden, dan yeri sökülen vaxt kesilmesi, onun üfüq Allahı olan Oğuz, yeni Emanın göyde yaratdığı Qor Allahı üçün kesilmesine işaredir. Tonqal üstünden hoppanan vaxt deyilen deyimlerin biri beledir:

Dedem gelsin, saz gelsin

Oymağımıza yaz gelsin.

Ağ saqqalın işıqdır

Bahara yaraşıqdır.

Buradakı Dedem sözü iki dünyanın hökmranlığını özünde birleşdirmiş Qor Allahının /Qorqudun adının qarşısında qedim Misirden bu günedek işlenmekdedir. Ağ saqqalın işıq olması, bu Allahın işıqdan, nurdan yaranması menasındadır. Bu gün Novruz bayramında Xızır töreninin keçirilmesi mehz bununla elaqedardır:

Xızır, Xızır, Xız getir

Var dereden od getir

Xızıra Xızır deyerler

Xızıra çıraq qoyarlar.

Qedim Misirdeki Kız/Xız/Ğuz sözü kişi ve qadın başlanğıcı enerjisi kimi her bir şeyin yaradıcısı sayılmışdır. Qor Allahı da özlüyünde, onu yaradan firon Emanın ruhundan ve qızıl daire, disk formasında ekslik menasını veren ilk kişi ve qadın başlanğıcı enerjisinden ibaretdir. Demeli, Qor Allahı Xız enerjisinden, yeni Oğuzdan ibaretdir ve Oğuz da heyat enerjisi menasında Qor Allahıdır. Xızırın, yeni Oğuz Erin dereden od getirmesi onun güneş ve tebiet enerjisinden güc almasına işaredir. Bildiyimiz kimi, yaz feslinde tebietin oyanışı bu enerjiden çox asılıdır. Bu enerjini ise yalnız hemin enerjiden yaranmış Qor Allahı/Qorqud getire biler. Çünki Qor Allahı hem ikinci dünyanı yaradan enerjiye sahib kimi tebiete, hem de bir insan kimi öz eline yaxındır. Xızıra çıraq qoyulması ise onu enerji ile yad etmek demekdir.

Novruz bayramında günün çıxması ile elaqedar oxunan mahnıda deyilir:

Gün çıx, gün çıx

Keher atı min çıx

Keçel qızı evde qoy

Saçlı qızı götür çıx.

Bu deyimi başa düşmek üçün nezere almaq lazımdır ki, qedim Misir, Şumer ve s. resmlerinde, göyde üç varlıq tesvir olunardı. Bunlar ay, güneş ve sekkizbucaqlı işaresidir. Eger biz keçel qızı ay, saçlı qızı güneş kimi qebul etsek, onda keher atı minib çıxan günün sekkizbucaqlı işaresi ile tesvir olunan Uğur/Qor Allahı olması qerarına gelerik. Uğur/Qor Allahının sübh Allahı olduğunu nezere alsaq, onda razılaşarıq ki, o mehz sübh tezden güneşle birge çıxır. Sekkizbucaqlı işaresi ise heyat enerjisi, yeni Oğuz menasını veren iki xaçın birleşmesi demekdir ki,bu da iki dünyanın heyat enerjisi menasında Dede ifadesini bildirib, Qor Allahına - Qorquda aiddir.

Novruz bayramında yumurta boyadılması, qızılı rengde olan işıq dairesine, yeni Qorquda işaredir. Bildiyimiz kimi yumurtadan her iki cins emele geldiyi üçün o, burada heyat enerjisi olan Xız/Ğuz anlamını verir. Bayramda semeni xonçasını aparanlar heyetleri gezer ve oxuyarmışlar:

Men xeyirli sünbülem,

Men sehirli sünbülem,

Yolçulara yoldaşam

Oğuzun qardaşıyam.

Ağ günler yayanam men.

İnsana heyanam men.

Sünbülün sehirli olması, onun yolçulara yoldaş, Oğuza qardaş, insana heyan ve ağ günler yayan olması, onun açıq-aşkar Hermes, Oğuz, Uğur ve s. adlar ile tanınan Qor Allahına/Qorquda aid olması demekdir. Bu bayramdakı keçi kultu ise tebietin dirilmesi, mehsuldarlığın artımı, bereketle elaqedardır ki, bunlar da ilk qadın başlanğıcı enerjisi olan su, nemliye işaredir.

Ezel çerşenbesi sübh tezden köpüklenen ağ suyu, qedimde derdlerin dermanı, dirilik suyu kimi qebul ederdiler. Babalarımız su üstüne yığışaraq Yada (Ay Ata) ve Aban (ecdad) neğmelerini oxuyaraq, öz ulu ecdadları olan Qorqud Allahına alqış söyleyerdiler.

Kitabi Dede Qorqudun girişinden sonrakı Dirse xan oğlu Buğac xan boyun beyan edir boyu, Misir fironu Tektüz Eman terefinden yaradılmış ruhlar dünyası, onun ilk gününden axiret gününe kimi baş veren esas hadiseleri haqqındadır. Nezere alaq ki, kitabda bütün hadiseler remzi menada gösterilir. Boyda Bayandır xanın emri ile üç çadırın qurulması, oğlu olanın ağ çadıra, qızı olanın qızılı çadıra, övladı olmayanın qara çadıra gönderilmesi, remzi menada insanın yaşadığı dövrde topladığı müdrikliyin ölenden sonra qaranlıqda itmesi, parçalanması menasındadır. İnsan, ilk kişi başlanğıcı enerjisi sayılan işıqdan ve ilk qadın başlanğıcı enerjisi sayılan sudan ibaret olduğu üçün, o ölende ruhu ayrılıb ağ işığa, bedeni ise torpağa, nemliye, yeni ilk qadın başlanğıcına qarışır. İnsanın ömrü boyu topladığı biliyin, ağılın ise ölenden sonra qovuşmağa yeri olmadığı burada nezere çatdırılır. Buna göre de Dirse xan atdan, deveden, qoçdan ve s. qurbanlar kesir ve ağzı alqışlının duası ile, yeni magik ritual, qurban ve söz vasitesi ile bir oğul qazanır - Qor Allahını yaradır. Oğlan, yeni Qor Allahı 15 ilden sonra Bayandır xanın ağ meydanında, yeni güneş işığında ceng edir, buğaya qalib gelir. Bütün boylarda yalnız yerinden duran ve ağ ban evini qara yere tiken Bayandır xan güneş menasında gösterilir. Buğaya qalib gelmek göyde buğay, öküz formasında ruhlar dünyasını yaratmaq menasındadır.

Oğuznamenin üzerinde ciddi elmi iş aparan Şerbak yazır ki, elyazmanın 2-ci setrinin birinci ve üçüncü sözlerinin arasında öküz şekli çekilmişdir. Oğuz xaqan dastanında deyilir: Belli olsun dediler, onun görünüşü bax budur ve öküz şekli gösterilir. S.Tolstov çox haqlı olaraq yazır ki, Oğuzun kişi stixiyası- ünsürü (birinci arvadı) ve su stixiyası (ikinci arvadı) ile izdivacından Kainat yaranmışdır.

Qeyd edek ki, qedim Misir yazılarında da firon Eman öküz adlandırılır: Eger kimse Ta-setinin öküzü Amon-Ranın (Eman-Ra F.G.) emrini bu mebedgahda pozsa, o Amon-Ranın qılıncı ve Söhmetin alovunun altında olacaq ve onun oğlu onun taxtında oturmayacaq. Qeyd edek ki, qedim Misirdeki kimi, İranda, Texti-Cemşiddeki sütunların başında olan ikibaşlı öküz de qedim Misir yazılarında Dede adlandırılır. Yazdıqlarımızdan bele çıxır ki, Kitabi Dede Qorquddakı buğaya qalib gelmiş Buğac eyni zamanda Oğuz ve Dede Qorquddur.

Bildirmek isterdik ki, göyde ikinci dünyanın yaradılması hadisesi Tövrat kitabında Nuh peyğember timsalında gösterilmişdir. Nuh peyğember işıq denizinde ölümsüzlük qazanmaq üçün gemi düzeldir, yeni ruhlar dünyasını yaradır ve xilas olur. Bununla da özü ve ondan sonrakı nesli üçün ikinci dünya yaradır. Burada gemiye heyvanlardan da götürülmesi, ikinci dünyanın yaradılmasında onların ruhlarından istifade edilmesi menasındadır. Bu gün Qobustan, Mesopotamiya ve Norveçdeki qedim abidelerde qayığın uc hissesindeki güneş şekli mehz, işıq gemisinin güneşi olan Qorqud Allahı demekdir. Kitabda:

Ağ qayanın qaplanının erkeginden bir kökün var

Ağ sazın aslanından bir köküm var.

Ezvay qurd eniyi erkeginden bir köküm var

Ağ sunqur quşu erkeginden bir köküm var

deyimleri bilavasite göyde yaranmış Qorqudun yaradılmasında bu canlıların ruhlarından istifade olunması menasındadır. Qazan xana aid edilen Tülü quşun yavrusu, Amit soyunun aslanı, Qonur atın iyesi ve s. deyimler de mehz bu menada gösterilir. Bununla bağlı qedim Misir yazılarının birinde deyilir: Terif evezi her iki torpağın taxt-tacının hökmranı Amon-Ra, cenub torpaqlarında hökmranlıq eden aslan, Böyük Allah, göyün sahibi, üfüqün Ra-Qoruna. Gördüyümüz kimi Qorqudun aslana benzedilmesinin de yaşı 5 min ile yaxındır. Bundan başqa qedim Misirin Qor Allahı da göyde sahiblik eden qartala benzedilir. Qeyd etmek lazımdır ki, Kitabi Dede Qorquddakı bezi ifadeleri yalnız qedim Misir yazıları ile açmaq mümkündür. Kitabda:

Yetdigimde yel yetmezdi.

Yedi urğunım Yeni Bayırın qurduna benzerdi yigidlerim.

Yedi kiş ile qurulurdu menim yayım.

Qayın talı yelegümden sum altunlu menim oxum.

Diger yerlerde:

Qaba öncem-oyluğum qarşu tutan Qazan er idim.

Firon şişler yükelib yerden çıxsa

Qaba öncemle perçin qılan Qazan er idim.

Yedi başlı ejdahaya yetib vardım.

Qlavuzsuz yol başaran Qazan er idim.

Bu ve ya diger deyimlerde söhbet, bilavasite göyde yeni güneş ve yeni el yaratmış Qorquddan ve onun bu yaranışda istifade etdiyi yeddi növ enerjiden ve dünyanın yaradılmasının yeddi merhelesinden gedir. Qedim Misirde Xator kimi qebul edilmiş Qadir Allahı yeddilikle, yeddi qadın ilahesi ile tesvir olunarmış ki, bura yeddi növ möcüze aiddir ve bunlar Qorqud nesline ötürülen xüsusiyyetlerdir; geleceyi görme, tebiete tesir etme, insanları sözle sağaltma ve s. bu yeddiliye daxildir. Qeyd edek ki, Xator adı sonrakı ereblerde ölümsüzlük qazanmış Xıdır adı kimi de qalmışdır ki, bu da heyat enerjili güneş ata anlamındadır. Kitabda Qaba alem götüren xanımız Bayandır xan cümlesindeki Qaba alem sözü göydeki el menasında işledilir ki, bu gün bu söz dilimizde Qibleyi-alem kimi qalmışdır. Qaba-alem sözü qedim Misirde Qor Allahının göyde yaratdığı ruhlar dünyasıdır. Buna göre de yazılarda Qor Allahı Oziri menasında Qaba alemin ilk oğlu adlandırılır. Qor Allahının Qaba alemi Nut göyünden ayırmasının resmi qedim Misir şekillerinde vardır.

Diger terefden Kitabi Dede Qorqudda Basat anasına Qaba ağac deyir ki, bu da mifologiyalardakı heyat ağacı, dünya ağacı menasındadır. Bele ki, Firon Eman yerdeki alemle göyde yaratdığı ruhlar alemini dünya ağacı vasitesi ile birleşdirmişdir. Demeli, insan yerde öldükden sonra onun ruhu bu ağacın gövdesi vasitesi ile ağacın budaqlarına, yeni ebedi ruhlar dünyası olan Qaba aleme daxil olur. Dünya ağacı özlüyünde yerdeki canlıların ruhundan yarandığı üçün o göyde qadın başlanğıcı menasındadır. Qor Allahı/Qorqud ilk kişi ve qadın başlanğıcı enerjisinden ibaret olduğu üçün qadın başlanğıcı enerjisini temsil eden Qaba ağac onun anası sayılır.

Qardaş Türkiyede Qorqud haqqındakı revayetlerin çoxunda qeyd olunur ki, ölümden qaçan Qorqud Ata her yerde ölüme rast gelir. Nehayet, o su üzerinde sakitlik tapır ki, burada ölüm ona yaxın dura bilmir. Quranın da bir ayesinde deyilir: Allahın taxtı su üzerindedir ve o yeri-göyü 6 güne yaratmışdır (11:7). Allahın yeri-göyü 6 güne yaratması haqqında daha geniş melumat Tövratda ve qedim Misir yazılarında vardır. Burada Allah su üzerinde torpaq yaradıb, oranı cennete çevirir. Qorqud Atanın su üzerinde ölümsüzlük qazanması, su-nemlik, yeni ilk qadın başlanğıcı enerjisi menasında dünya ağacına işaredir ki, Qorqud Ata bu dünya ağacının budaqlarında yerleşen ruhlar dünyasında ölümsüzlük qazanır. Kitabi Dede Qorqudda Allah haqqındakı

Yucalardan Yucasan, kimse bilmez necesen

Anadan toğmadın, sen atadan olmadın

deyimi qedim Misir yazılarının bele ifade olunur: En birinci yaranan ve menası heç kim terefinden derk edilmeyen Amon. Ondan qabaq ve onunla bir vaxtda heç bir Allah olmamışdır. Onun, ona ad vermeli olan ne anası, ne de men yaratdım deye bilen atası olmamışdır. Bütün Allahlar, o öz-özünü yaratdıqdan sonra yaranmışlar. Allah ata ve anadır, atalar atası ve analar anasıdır.O doğur, lakin doğulmamışdır; O yaradır, lakin yaradılmamışdır; O özünü doğmuş, ve özünü yaratmışdır. O töredir, lakin törenmemişdir. O öz simasını töretmiş, öz bedeninin heykelteraşıdır (U.Bac. Yeqipedskaya reliqiya.Y.maqiyaM2000.s.29). Quranda ise bu fikir bele ifade olunur: Allah tekdir, ebedidir, doğmamış, doğulmamışdır ve ona bir dene de tay olmamışdır (Quran 112; 1,2,3,4)

Kitabda Qorqud Atanın beglik, taxt-tac, var-dövlet vermesi hadisesi qedim Misir yazılarında daha deqiq gösterilir: Amon mene dedi: Men sene Nesxi torpaqlarının tacını verirem. Men sene sel, daşqın verirem, men sene yağış suyu verirem. Bütün sene qarşı qalxanları senin sendellerin altına verirem. Senin düşmenlerin sağ olmayacaq. Gördüyümüz kimi burada Qor Eman öz istediyine taxt-tacla beraber onun isteyi ile yağış yağdırmaq qabiliyyeti de verir ve onun düşmenlerini mehv etmeyi de öz öhdesine götürür.

Kitabi Dede Qorqud abidesindeki Dede Qorqud, Oğuz, Bekdüz Emen, Qaba alem ve s. adlarla qedim Misir yazılarında qeyd olunan esas adların eyniliyi haqqında yazdıq. Diger esas mesele odur ki, Kitabi Dede Qorqud abidesinin mövzusu da mehz qedim Misirden götürülmüşdür. Qedim yazıların ekseriyyeti kimi Kitabi Dede Qorqud abidesi de Allahlar neslinin tarixi haqqında qabaqcadan söylenilen deyimlerdir ki, bunların bir hissesi heyata keçmiş, bir hissesi ise gelecekde heyata keçecekdir. Bu kitab 12 boydan ibaretdir ki, bu boyların doqquzunun esas mövzusu son peyğemberin gelişi ile elaqedardır. Eger kitabın girişinin ilk abzası Qorqud Atanın yaradılmasına ve onun qüdretine hesr olunmuşdursa, girişin ikinci abzası olan: Qorqud Ata ayıtdı: Axır zamanda xanlıq gerü-Qayıya dege, kimsene ellerinden almıya cümlesi axiret zamanı ile elaqedar deyimdir.

Dirse xan oğlu Buğac boyu, Salur Qazan evinin yağmalandığı boy, Qazan Beg oğlu Uruzun dutsaq olduğu boy, Qazlıq Qoca oğlu Yegnek boyu, Basatın Depegözi öldürdügi boy, Bekil oğlu Emranın boyu, Uşun Qoca oğlu Segrek boyu, Salur Qazan dutsaq olub Uruz çıxardığı boy ve İç Oğuza taş Oğuz asi olub, Beyregin öldügi boylarında söhbet texminen 5000 il bundan evvel qedim Misirde yaradılmış Qor Allahının yerdeki eli ile münasibetinden gedir. Bu mövzunun bilavasite menbeyi qedim Misirin Oziri Allahı haqqında revayetdir ki, Assur ve Babil yazılırı da, Tövrat ve Homerin Odisseyası da bu mövzuya hesr olunmuşdur. Daha sonralar ise Quran, Firdovsinin Şahnamesi ve Nizaminin Xemsesi de bu mövzuya müraciet etmişdir. Bütün bu ve diger qedim kitabların esas süjeti mehz qedim Misirden götürülmüşdür.

Qedim Misirin fironlar, yeni Pirler neslinin banisi olan Tektüz Eman milyonlarla qurban ve magik rituallar vasitesi ile göyde Oziri/Azer Allahını yaratmışdır. Özü fiziki öldükden sonra onun ruhu, yeni Esed/İsida (Ata ruhu demekdir) göyde yaranmış Oziri/Azer Allahı ile birleşib, Qor Allahına, yeni Qorquda çevrilmişdir. Yaradılmış Qorqud Ata özünün yerdeki nesli olan Pir, Evren, Seyid, Ağa ve s. adlandırılan peyğember ve şahlar nesli ile müqavile bağlayıb, yer küresindeki bütün ölkelerin şahlığını ve öz qüdretinin de bir hissesini onlara vermişdir. Teqriben 5 min il bu nesil, ecdadları (cedd) Qorqudla bağladıqları müqavileye esasen yerde edaletle hökmranlıq etmişler. Lakin sonrakı dövrlerde onlar öz ecdadlarının ruhu ile bağladıqları müqavileni pozub, ona dönük çıxdıqlarına göre Qorqud Ata öz elinden imtina edib onları terk edir. Bundan sonra Oğuzun qara günleri başlayır ve Qorqud Atanın Oğuz eli ölüme doğru gedir. Lakin Qorqud Ata elinin mehv olacağını görüb dözmür ve yere öz pak neslinden peyğember gönderir. Son peyğember qedim sirleri açıb, esil heqiqetleri xalqlara çatdırır ve üz tutub Qorqud Atadan kömek isteyir. Dede Qorqud öz sevimli övladının sözünü yere salmır ve qayıdır. Bu vaxt axiret günlerinin mehkemesi başlanır ve yer küresindeki her bir adam öz etdiyi emellere göre cavab vermek üçün Qorqud Ata qarşısında mehkemeye gelir. Mehkeme günü günahkarların hamısı qırılır ve Qorqud Ata dünyada haqq-edaleti berpa edir. Sonrakı dövrlerde artıq heç kes 100 yaşına çatmamış ölmür. Qiyamet qopunca Qorqud Atanın şahlar nesli dünyaya leyaqetle sahiblik edir.

Kitabi Dede Qorqud abidesinin 12 boyunun 9-nun son peyğemberin gelişine hesr olunması, bu abidenin mehz axiret günü üçün yazılması menasındadır. Qorqud elinin ölüme doğru getmesi, haqq-edaletin itmesi, ölkenin facie qarşısında qalması ve s. mövzusu qedim Misir kitabelerinde geniş şekilde tesvir olunmuşdur. B.A. Turayevin İstoriya drevneqo vostoka kitabında bu haqda geniş melumatlar verilir:

Heqiqeten: Onun benizi solmuş, sifeti qezeblidir. Evvelceden deyilmişlerin heyata keçmesi vaxtı çatmışdır. En yaxşı torpaqlar caniler destesinin elindedir. Heç yerde keçmişin adamı yoxdur... her yerde oğrulardır. Her bir adam deyir: Ölkede ne baş verdiyini biz başa düşmürük. Qadınlar sonsuzdurlar, onlar hamile olmurlar. Adi adamlar qiymetli daş-qaş sahibine çevrilmişler. Özlerine sendel düzelde bilmeyenler indi var-dövlet sahibi olmuşlar. Esilzadeler derd içindedir, adi adamlar ise sevinirler. Ürekli adamlar qorxudan quşa dönmüşler. Qızıl, gümüş ve s. qiymetli daş-qaşlar kenizler boynuna taxılmışdır. Esilzade qadınlar ölkeni sergerdan gezirler. Evin hökmüdar qadınları deyir: Eger biz yemeye bir şey tapa bilseydik...

Baxın! Her yad ölke deyir: Bu bizim sudur, bizim sahedir. Buna qarşı heç ne etmek mümkün deyil, axı her şey tenezzüle doğru gedir... Gülüş yaddan çıxmışdır. O heç yerde eşidilmir. Ölkede eşidilen yalnız feryadla qarışıq olan ahu-zardır. Geride olan adamlar esilzadeler kimi olmuşlar, misirliler ise yola atılmış gelmelere dönmüşler. Hamının saçı tökülür. Atası olanlar yetimden ferqlenmirler. Böyük ve kiçikler deyir: Men ölmek isteyirem. Balaca uşaqlar da deyirler: O (atamız) mene heyat vermeseydi ... (yaxşı olardı). Esilzadeler ac ve ümidsizleşmişler. Azğınlaşmış adamlar deyir: Allahın yerini bilseydim ona qurban keserdim. Heqiqeten! Hüququn yalnız adı qalmışdır. Adamlar Allah adı ile yalan danışır ve günahlar işledirler. İnsan öz dayısını öldürür. Adamlar kolluqda gizlenib, gece yoldan keçenlerin mallarını alırlar. Kimin neyi varsa tutub alırlar. Özlerini çubuqla döyüb, cinayetkarcasına öldürürler. Qullar özleri qul sahibine çevrilmişler. Ağalar övladları küçeye atılmışlar. Bilen adam bunu tesdiq edecek, axmaq ise inkar edecek, çünki cahiller üçün her şey gözel görünecek.

Baxın! Od yükseye qalxmışdır. Onun alovu ölkenin düşmenlerinden gelir. Emele gele bilmeyen işler heyata keçmişdir. Şah kasıblar elindedir. Qartalla qebire qoyulmuşlar (şahlar) sade el arabasındadır. Piramidanın gizletdikleri indi boşluğa dönmüşdür (şahın meqberesi boşalmışdır). İnsanlar iki dünyanı sakitleşdiren Ra-nın ilanına (gözüne) qarşı (Allaha) inqilab etmişler. Yalnız yere su tökenler bedbextlik vaxtı güclenmişler. Hamı vetendaş müharibesine sesleyir. Onlara müqavimet göstermek mümkün deyil. Alçaq adamlar güclülerin emlakını alırlar. Özüne tabut düzelde bilmeyenler, indi meqbere sahiblerine çevrilmişler. Özüne koma tike bilmeyenler, böyük imaretler sahibidirler. Esilzade qadınlar taxta daxmada yaşayırlar. Divar dibinde yatmayanlar indi bir neçe neferlik yerlere sahibdirler. Var-dövlet sahibleri susuzluqla geceni keçirirler. Özlerine qayıq düzelde bilmeyenler, gemiler sahibine çevrilmişler. Kasıblığından arvadsız yatanlar indi esilzade arvadlar tapırlar. Onun üzüne baxmayanlar, indi ayaq üste durub hörmet edirler. Ölkenin adi adamları indi var-dövlet sahibleridir.İdare olunanlar indi idare edirler. Xidmetçiler indi xidmet olunana dönmüşler. Saçının tökülmesine qarşı öz dermanı olmayanlar çelleklerle çoxlu şirniyyat sahibleridir. Öz sifetine suda baxanlar indi güzgü sahibi olmuşlar. Daş-qaşlar sahibi olan böyük esilzadeler neslinin qadınları öz uşaqlarını keniz verirler. Qessablar kasıbların heyvanlarını kesirler, çünki heyvanlar soyğunçular elindedir. Gecesini palçıq içinde keçirenler, indi özü üçün deriden bir neçe neferlik taxt düzeltdirirler. Adamı öz qardaşının yanında öldürürler, o ise öz canını xilas etmek üçün qaçır. Qısa müddete qul saxlaya bilmeyenler indi qullar nesli saxlayır. Kübarlar indi gösteriş yerine yetirirler. Her şey mehve doğru gedir ve s.

Bu vaxt emr gelir: Esilzadeler paytaxtının düşmenlerini qırın ve s. (bir neçe defe bu cümle tekrar olunur) heqiqeten (Heyata keçsin).

Metnlerde bundan sonra Ra Güneşi çağrılır: Ra Güneşinin gücü gel, emr... teriflenerek. O insanları...Allah terefinden öldürmek üçün qerbden gelir. O qorxağı cesaretliden seçmir. O istiden eziyyet çekenlere serinlik getirir. Deyirler o hamının çobanıdır. Onun üreyinde pislik yoxdur ve s.(B.A.Turayev İst.Dr.Vos. t1.Leninqrad 1935.s236-241).

Metnde bundan sonra Allah, insanların hele ilk defe günahlarına yol verdiyi üçün kederlenir. Eger o ilk defeden günahların qarşısını alsaydı... Ona el uzadanı o ezerdi. O, onun neslini ve toxumunu kese bilerdi ve s. Metnde artıq ölkenin çiçeklenmesi qeyd olunur.

Evvela qeyd etmek isterdik ki, bu metnin bezi hisseleri remzi menadadır. Müasir alimler qedim heqiqetleri bidmedikleri üçün bu tip yazıları müxtelif menada yozmuşlar. Qedim Misir kitabelerindeki bu metnler çox mühüm remzi mena daşıdığından biz bunların herfi tercümesini vermişik. Eyni mezmunlu diger yazıda Allah deyir:

Menim adım, gündüz, isti havada quş zılı qeder üfunetlidir. Menim adım isti havada, hemin gün tutulan balığın sebeti kimi üfunetlidir. Menim adım, erine yalan danışan arvadın adı kimi üfunetlidir... Men deyirem: İndi bir nefer de olsun vardırmı? Ürekler pisleşmişler, hamı öz yaxınını soyur. Kime ümid olunursa, o insafsız çıxır. Heqiqet adamı yoxdur. Yer pisler misalıdır. Pisler yeri mehv edirler ve bunun da sonu yoxdur ve s

Bu gün ölüm menim qarşımda, xestenin sağalması kimi, uzun müddetde esirlikde olanın öz evini görmek üçün herbi gemide eve qayıtmaq kimi durmuşdur ve s...

O dünyada olan, diri Allaha beraber tutulacaq. O güneşin (Allahın) gemisinde duracaq ve mebede seçilmişleri verecek. O müdrik olacaq ve onun üçün maneeler olmayacaq (yene orada.t.1.L. 1935.s.233).

Bu metnde de elin çetin vaxtında gelen peyğemberin haqq-edaleti berpa edib günahkarları cezalandırması qeyd olunmuşdur. Başqa bir yazıda ise deyilir: Özge ölkenin adamları Misir çayından su içecekler. Bu ölke soyulacaq. Yaxşı şeyler gedecek. Evvelden yazıldığı kimi ölke mehv olacaq. Güneş bir saat görünecek ve vaxtın keçmesi bilinmeyecek. Ölke bedbextlik içinde olacaq.

Bu zaman Allah aşağını yuxarı edecek. Kasıb xezine yığacaq. Qüdretliler heç ne olacaq. Cenubdan şah gelecek. O yuxarı Misirin tacını qebul edecek ve aşağı Misirin de tacını da öz başına qoyacaq. Bundan sonra heqiqet öz yerini tapacaq, yalan qovulacaq. Şah yanında olanlar ve gelib-gedenler sevinecek. Müdrikler menim dediyimin heqiqet olduğunu görüb menim evezime şerab neziri verecek.

Diger bir yazıda ise qeyd olunur ki, bu çetin vaxtlarda Emeniyye adlanan ölkeden gelen ve Neferti adlanan bu müdrikin qılıncı, alovu ve gücü qarşısında çoxları mehv olacaq. Nehayet heqiqet qalib gelecek.

Bütün bu yazıları başa düşmek üçün qedim Misirin baş Allahı olan Qor Allahının yaranması ve onun sonrakı neslinin tarixini bilmek vacibdir.

Evvelde yazdığımız kimi Misirin ilk fironu olan Tektüz Eman göyde, heyat enerjisinden Oziri Allahını yaradır. Oziri/ Osiri adının menbelerde Oziris/Osiris kimi gösterilmesi sehvdir. Ruh menasını veren S samitinin Oziri/Osiri sözüne elave olunması tebii ki, sonrakı Yunan dilçiliyi ile elaqedardır. Oziri/Azer Allahı özlüyünde müxtelif varlıqların ruhlarından ibaret 7 növ heyatverici enerjidir. Bu enerji hem o dünyada, hem de bu dünyada varlıqlara tesir ede bilen gücdür. Yaranmış Oziri/Azer Allahı bir müddet göyde ayrıca qalmış ve 16 il sonra firon Eman öldükden sonra onun ruhu göye qalxıb yaranmış bu Oziri Allahı ile birleşmişdir. Emanın ruhu bundan sonra İsida Allahı sayılmağa başlanır. Oziri Allahının İsida ile birleşmesi, bu ikisinin tamlığı timsalında Qor Allahının-Qorqudun yaranması demekdir. Tektüz Eman Oziri Allahını yaratdıqdan sonra onun qüdretinden öz nesline de vermişdir. Tövrat kitabındakı Allah insanı öz simasında yaratdı deyimi mehz bu menadadır. Demeli, Eman nesli de, Qor Allahı-Qorqud kimi qeyri adi söz gücüne malikdir. Buna göre qedim Misir kitabelerinde deyilir ki, ilk evveller Oziri/Azer adı yalnız fironlara (Pir) deyilirdise, sonradan bu ad bu neslin töremelerine deyilmeye başladı. Bu ise o demekdir ki, Azer adı elimize, bizim Qor Allahının-Qorqud nesli olduğumuz üçün verilmişdir. Demeli, Oziri/Azer sözü, qeyri-adi möcüzevi söz gücüne malik müqeddeslere; pir, abdal, şıx, seyid, gel, ata, maxtum ve s. adlandırılan Azer oğlu Qorqudun nesline aiddir. Buradan bele çıxır ki, qedim Misirin Oziri haqqındaki revayeti eyni zamanda Azer elinin evvelceden yazılmış tarixidir.

Revayete göre ilk yaranan Oziri çox gözel ve istedadlı olur ve o bütün dünyanın Allahı kimi doğulur. Lakin kiçik qardaşı Set ona paxıllıq edir ve aldadaraq onu öldürür ve tabutu çaya atır. İsida kiçik oğlu Qorla erinin sümüklerini toplayıb onun bedenini dermanla birleşdirir. Daha sonra oğlu Qor Setle vuruşub onu esir alır. Bu zaman onun öz gözü çıxır ki, Qor da öz gözünü atası Oziriye verir. Oziri bu gözü udduqdan sonra dirilib ayağa qalxır ve evvelki kimi qüdrete malik olur. Bundan sonra o yerdeki şahlığını oğlu Qora verib, özü yeniden ruhlar dünyasındakı şahlığına qayıdır.

Bu revayet müdrikler terefinden yazıldığı üçün burada bir neçe mena ifade olunur. Bele ki, revayetde Oziri Allahının ölüb yeniden dirilmesi prosesinde firon Emanın fiziki ölüb ruhen dirilmesi menası ile beraber, burada Allahlar tarixinde Oziri Allahının elinin tarix boyu ölmesi ve axır zamana yaxın yeniden dirilmesi hadisesi de gösterilir. Ölüb-dirilme hadisesini ebedi yaşatmaq üçün, o dövrlerden bu enene müxtelif bayram ve rituallar vasitesi ile remzleşdirilmişdir. Bu menada xristianların pasxa, yeni Xristosun ölüb-dirilmesi bayramı, yehudilerin purim/pirim bayramı, qedim şerqin ve s. ölkelerin ölüb-dirilen Adonis, Attis, Dionis ve s. bayramlarıdır ki, bütün bu bayramlarda söhbet, bizim Novruz bayramındaki kimi Ozirinin ölüb yeniden dirilmesinden gedir. Eyni menalı süjet qedim Assur ve Babil edebiyyatında günahsız azabkeş haqqındakı yazılarda gösterilir. Daha sonralar bu mövzuya Homerin Odisseya eseri de hesr olunur ki, burada da Odissey öz şahlığını terk edib gedir ve onun taxtının yadlara qismet olacağı vaxt oğlu Telemaxla qayıdıb düşmenleri qıraraq heqiqeti berpa edir. Qedim hind eposu olan Mahabharata ve Ramayana abidesinde de Allah nesli sayılan heqiqi taxt-tac sahibleri müxtelif şerait neticesinde öz ellerinden didergin düşürler. Ayrılmış müddet bitdikden sonra onlar yeniden öz taxt-taclarına qayıtmaq isterken taxtın sonrakı sahibleri ile böyük müharibe etmeli olurlar. Heqiqi şahlar düşmenleri qırıb, yeniden dünyanı haqq-edaletle idare edirler. Bu mövzuya hesr olunmuş en geniş material tebii ki, Kitabi Dede Qorqud evrenlerinin en müqeddes kitabı olan Tövrat kitabında verilmişdir. Qeyd etmek isterdik ki, Tövrat kitabını başa düşmek üçün müdrikliyin ali meqamı olan sufilik elmini bilmek lazımdır. En qedim sirleri remzi menada ifade eden sufiliye göre her bir samit qedim Misir dilçiliyinde olduğu kimi müeyyen bir mena ifade edir. Demeli, Tövrat kitabında da menaları, remzlerle beraber, adları bildiren samitler daşıyır. Bütöv Tövrat kitabı, qedim Misirin Oziri haqqındakı revayetinin, Kitabi Dede Qorqudda olduğu kimi bir neçe mena ile müxtelif variantlarda ifadesidir. Bu menada kitabda Adem, Nuh, İbrahim, Yaqub, İsaq, Yusif ve s. peyğemberler faktiki olaraq Qorqud Allahı timsalında gösterilir.

Oziri haqqındakı revayetde Nut göyü ile Qaba alemin Oziri, Qor ve Set adlı oğlu olur. Burada Qor Allahı revayetin bu obrazında fealiyyetsiz gösterilir. Diger terefden Ozirinin özünün Qor adlı oğlu olur ki, onun dirilmesinde bu oğlunun xüsusi rolu vardır. Demeli, Qor Allahı faktiki olaraq burada iki rol oynayır ki, bu da 5500 il bundan evvel bütün yer küresini sistemleşdiren Qor Allahı ile, axiret zamanında peyğember kimi gelen Qor Allahının oğlu menasındadır. Bele çıxır ki, bu revayetde son peyğember kimi gösterilen oğul-Qor, ikinci dünyanı yaradan Ata-Qor Allahının ruhudur.

Tövrat kitabında gösterilen ilk insan-Allah olan Adem burada Ata-Qor menasındadır ki, eyni zamanda oğul-Qor Allahı menasında Nuh peyğember kimi de gösterilir. Bu o demekdir ki, işıq denizinde ilk ölmezlik qazanan Ata-Qor, kitabda Ademe göre oğul-Qor rolunu oynayır.

Kitabda Ademin iki oğlu olur ki, ikinci oğul Qabil hesed aparıb, qurbanı qebul olunmuş birincini, yeni Habili öldürür. Allah Qabili qarğayır. Ademin üçüncü oğlu Sif doğulandan sonra onun bu günahsız neslinden Nuh peyğember yaranır. Bu zaman yer küresinde Allah oğulları yer qızları ile evlenirler ki, onların sonrakı nesli yer küresinde pozğunluğun esasını qoyur. Allah bundan qezeblenib yere felaket gönderir. Subasmada yalnız Nuh peyğemberin nesli xilas olur. Kitabda insanların pozulması hadisesi bilavasite qadınla elaqelendirilir: O zaman Allah oğulları adi adamların gözel qızlarını gördüler ve onları özlerine arvad etdiler. Kim kimi istedi alırdı. Mehz bundan sonra insanlar pozulmağa başlayır. Bunu gören Allah meyus olur ve insan yaratdığı üçün peşimançılıq çekir. Nuh peyğemberi seçen Allah bütün bu exlaqsızlığa göre insanları qırmaq qerarına gelir.

Qeyd etmek isterdik ki, Kitabi Dede Qorqudun mehz Allah ve son peyğembere aid olan girişinde qadınlar 4 qrupa bölünüb, onların yalnız birinin esil olmasının nezere çatdırılması, dolayısı yolla pozğunluğun esas sebebinin mehz onlar sayılması demekdir. Demeli, Allah elinin ölüme doğru getmesinin esas sebebi, Allah oğullarının adi adamların qızlarını alması ve öz neslini korlaması menasındadır. Tövrat kitabının bu qısa revayetinin menası odur ki, Allah öz neslini günah işletdikleri üçün felakete düçar edir. Eyni zamanda öz esil, günahsız nesli olan Sifin neslinden Nuh peyğemberi yaradır. Subasma zamanı bütün günahkarlar qırılır ve dünyada heyat yeniden başlanır. Tebii ki, burada Adem Ata Qor Allahı, Nuh peyğember ise oğul Qordur ve revayetde gösterilen subasma hadisesi de axiret zamanında olacaq mehkeme günüdür.

Eger Nuh peyğember kitabda Ademe göre oğul Qor rolunu oynayırsa, subasmadan sonrakı hadiselerde Nuh eyni zamanda ilk yaranışı terennüm eden Ata Qor Allahı rolunu oynayır. Bu ise o demekdir ki, Tövrat kitabında revayetler bir neçe menada gösterilir. Bunların da ikisi yaranışdan ve subasmadan sonrakı dövrlere aiddir. Mehz buna göre kitabda axiret zamanından sonrakı dövr, Nuhun dövründeki kimi, yeni Qor Allahının yaranışından sonrakı kimi qızıl esr adlandırılır.

Eyni menalı hadiseler İbrahim peyğember haqqındakı revayetde de gösterilir. İbrahim peyğember burada yeri göyü sistemleşdiren Ata Qor Allahı menasında gösterilir ki, eyni zamanda onun qardaşı oğlu Lot, oğul Qor rolunu oynayır.

Allahın Sodom ve Qomorra şeherlerini yandırması hadisesi de mehz axiret zamanındakı mehkeme günü günahkarların qırılması menasındadır. Diger terefden bu revayetde İbrahimin Saradan olan İsağın qurban merasimi hadisesi de, Musanın qurbanla yehudileri xilas etmesi kimi mehz axiret zamanındakı, günahkarlara öz günahını qurban vasitesile yumağının son şansı menasındadır.

Ata Qor Allahının, haqq-edaleti berpa etmesi mövzusu Tövrat kitabında, Yusif haqqındakı revayetde daha obrazlı şekilde gösterilir. Ata Qor Allahı menasında gösterilen Yaqub oğlu Yusife qardaşları hesed aparır ve onu satırlar. Bundan sonra hamı Yusifi ölmüş bilir. Firon kömekçisi, yeni güneşden sonra ikinci varlıq menasında gösterilen Yusif burada, en ali tebeqeye qalxmış sufi kimi nezere çatdırılır. Yuxuyozma hadisesinden sonra ailesinin, yeni elinin en çetin vaxtlarında o, öz doğma qardaşı Benyemini görmek şertile elini xilas edir. Burada oğul - Qor menasında gösterilen son peyğember, qedim Misir yazılarındakı kimi Benyemin, yeni Yemen övladı adlandırılır.

Musa peyğember haqqındakı revayetde de, qeyd etdiyimiz kimi bir obrazda Ata Qor Allahının ve ikinci dünyanın yaranması prosesi ve oğul Qor Allahının axiret zamanında öz elini xilas etmesi prosesi remzi menalarla nezere çatdırılır. Elin faciesine son qoymaq üçün mehkeme günü keçirilen qurban merasimi burada da son şans kimi gösterilir. Kitabda qeyd olunan bir çox qedim sirlerin açılmamasına remzi işareleri nezere alıb, ümumi mezmunu bildirmekle kifayetlenek.

Axır zamanı ile elaqedar Ehdi etiqde Eyyubla bağlı revayet vardır ki, burada Allah Eyyubun bedenini öz eli, ruhunu ise son peyğember kimi gösterir. Allah öz günahsız övladı olan Eyyub peyğemberi imtahana çekmek qerarına gelir ve onun bedenine xestelik gönderir. Belaya düçar olan Eyyub ümidini itirmir ve deyir: Men bilirem ki, menim xilaskarım yaşayır ve o nehayet yer üzerinde duracaqdır. Etdiyi günahlara göre Allah Eyyubun dostlarına emr edir ki, öz canlarını xilas etmek üçün qurban kessinler ve Eyyubdan onlar üçün dua etmeyi xahiş etsinler. Çünki, o yalnız Eyyubun duasını qebul edecekdir. Dostlar Allahın gösterişini yerine yetirirler. Allah Eyyubu yükselderek onu yuxarı başa qoyur.

Ehdietiqin Zebur kitabı ümumilikde axiret zamanına ve son peyğemberin gelişine hesr olunmuşdur. Burada Davud adlandırılan son peyğemberin gelişi, onun Allaha yaxınlığı, Allahın onu yükseltmesi ve mehkeme gününde heqiqetin berpası haqqında deyimler gösterilmişdir.

Eger Tövrat kitabında axiret dünyası ve son peyğemberin gelişi haqqındakı yazılar remzi menada deyilirdise, peyğemberler şahı sayılan Yeşayın (İsay) kitabında bütün bu hadiseler daha açıq ve geniş yazılır: Yer-göy qulaq as, çünki Allah deyir: men oğul böyüdüb ucaltmışam, onlar ise menim üzüme ağ olublar. Camış da, uzunqulaq da öz yiyesini tanıyır. İzrail meni tanımır, menim xalqım ağıllaşmır. Efsus, haqsızlığa düçar olmuş günahkar xalqım Allahdan dönüb geri qayıdıbdır. Sizin tersliyinize göre daha neden ötrü sizi döyüm. Sizin başınızdan tutmuş bütün bedeninizde salamat yer yoxdur. Torpaqlarınız boşaldılıb, şeherleriniz odla yandırılıb, sahelerinizi gözünüz qarşısında özgeleri yeyir (Bibliya İsay 1:2-7).

Mövzudan qırağa çıxaraq qeyd etmek isterdik ki, Tövrat kitabında İzrail kimi gösterilen ad, bilavasite Oziri Allahının eli menasında olduğu üçün Ozirel (Azer elİ F.G.) kimi oxunmalıdır ve bu el iki menadadır. Eger son peyğemberin dövründeki İzrail adı indiki Azer eline aiddirse, en qedim dövrlerdeki İzrail adı yuxarı Misir, yeni göydeki Seba, Napat, Yemen erazisi sayılan ruhlar dünyası menasındadır.

Yeşay yazır: Allahın sözüne qulaq asın Sodom şahzadeleri, Allah qanununu başa düşün Qomorra xalqı! Sizin heç bir qurbanınız mene lazım deyil. Sizin bayram yığıncaqlarınıza, menim heyetime (Allah evi) gelmeyinize men döze bilmirem. Siz elinizi açıb mene yalvaranda, men size gözümü yumuram, meni çağıranda men eşitmirem, çünki sizin eliniz qanlıdır. Yuyunun, temizlenin, menim gözüm qarşısındakı pislikleri atın, qurtarın pislikleri. Yaxşılıq etmeyi öyrenin, heqiqeti axtarın, ezilenlere gömek edin, yetimi müdafie edin, dullardan ötrü dillenin. Ondan sonra gelin, sizi bağışlayım. Terslik etseniz, qılınc sizi yeyecek. Sizin şahzadeleriniz qanuni cinayetkarlar ve oğrular hemkarlarıdır. Onlar hediyyeni çox sevirler ve pul dalınca qaçırlar (10,20). Savaof Allahı deyir: Men yene elimi size teref aparacağam ve evvelki kimi size hakim qoyacağam. O vaxt sizin haqqınızda Heqiqet şeheri, düzlük paytaxtı deyecekler.

Axır zamanda Allah evi en yuxarı başda olacaq ve bütün xalqlar ona teref axıb gelecekler. O vaxt xalqlar deyecek: gedek Allahın dağına, Yaqubun evine qalxaq, o öz yolunu bize öyretsin Vaxt gelecek ki, xalq içinde adamlar bir birine zülm edecek. Cavanlar qocaların, adi adamlar esilzadelerin üzüne ağ olacaq Günahkarlar öz günahlarını gizletmeyerek, açıq deyecekler. Vay onların halına. O zamanlar adamlar öz atasının ailesinde, qardaşından yapışıb deyecek: senin paltarın var, bizim başçınız ol, qoy bu xarabalıq senin elin altında olsun. O ise and içerek deyecek: Cemiyyetin yarasını sağalda bilmirem: menim de evimde ne çörek ne de paltar var, meni başçı seçmeyin. O zaman yeniyetme, uşaqlar hökmranlıq edecek. Xalq içinde biri digerine, here öz yaxınına zalımlıq edecek, cavan heyasızcasına qocadan, adi adam kübardan üstünlüyünü gösterecek. O zaman Allah mehkemeye gelecek. Allah öz xalqının başçılarını ve şahzadelerini mühakime edecek. Siz menim üzümlüyümü boşaltmısınız. Xalqdan soyduqlarınız sizin evinizdedir. Savaof Allahı deyecek: Menim xalqımı niye sıxırsınız, kasıbları ezirsiniz. O zaman varlanmışların arvadlarının daş qaşından tutmuş her şeyi Allah alacaq, erleri qılıncdan mehv olacaq. Yeddi arvad bir kişiden yapışıb deyecek: Öz çöreyimizi yeyib, öz paltarımızı geyeceyik, ancaq ki senin adını daşıyaq ve bu lekeni bizden götür (3:4-25). O vaxt Allah oğlu gelecek. Davud, Yaqub neslinden olan bu peyğemberde Allah ruhu, müdriklik ve ağıl ruhu olacaq. O yoxsulları edaletle mühakime edecek. Yer üzerinde zülm çekenlerin işlerini heqiqetle hell edecek. Yeri deyenekle vurar kimi ağzı ile vuracaq. Edalet onun qurşağı, sedaqet onun belini sarıyan kemer olacaq. O zaman qurd quzu ile birge yaşayacaq, bebir çepişle yan-yana uzanacaq.

O vaxt elinden tutduğum yeniyetme, seçilmiş, üreyime yatan övladım gelecek. Ruhumu ona verecem ve o xalqlara mehkemeni xeber verecek. O çox xalqları heyrete getirecek ve şahlar onun qarşısında ağızlarını bağlayacaqlar. Çünki, onlar bu peyğemberden eşitmediklerini ve bilmediklerini öyrenecekler. O, üzerine bizim günahlarımızı götürmüş, acılarımızı aparmışdır. Biz ise ele fikirleşdik ki, o Allah terefinden vurulmuş, cezalandırılmış ve ezaba salınmışdır. Lakin o, bizim günahlarımıza göre yaralanmış, bizim teqsirimize göre cefalanmışdır: bize salamatlıq getiren cezanı o çekdi. Onun yediyi zerbelerle biz sağaldıq. Hamımız qoyun kimi azmışdıq. Allah ise bizim teqsirimizi onun üstüne qoydu. O, zülm ve cefaya meruz qaldı. Lakin ağzını açmadı.

Onun ne görkemi, ne de şöhreti olmayacaq ve biz onu adam yerine qoymayaraq, ondan üz döndereceyik. Lakin onun nefesi Allah nefesi olduğu üçün, o korların gözünü açacaq ve xalqlara mehkemeni xeber verecek. O yer küresinde heqiqet mehkemesi quracaq ve onun qanunlarına çoxları bel bağlayacaq. Qurumuş hesab edilen son peyğemberin nesli yeniden hakimiyyete qayıdacaq ve qiyamete qeder onun nesli dünyaya sahiblik edecek.

Allah özü size işare verecek. Qız (Eman ve bürc menasında) oğlan doğacaq ve onun adına Emmanuil deyecekler. Allah sene, senin xalqına ve senin atanın xalqına, Efraimin Yaxudadan qopmasından sonra olmamış günler gösterecek, Assiriya şahın getirecek. O gün olacaq ki: Allah, Misir çayının mensebinde olan milçeye, Assiriya torpağında olan arıya işare verecek. Onlar uçub gelerek boşaldılmış qaya yarğanlarına, tikanlı kollara ve s. ağaclara qonacaq. O gün Allah, Assiriya şahı terefinden, çayın o sahilinde kire edilmiş ülgücle, başı, ayaqdakı tükü qırxacaq ve hetta saqqalı da tutub alacaq. Ve o gün olacaq ki, inek ve iki qoyun saxlayanın bollu südü, yağı olacaq, bu torpaqda qalan hamı yağ balla dolanacaq. O gün olacaq ki, Assiriya şahı bütün şan şöhretile çayları daşdıracaq ve sahilleri aşıracaq (7:10-17).

Evveler alçaldılmış Zavulon (Savalan) ve Niftalı torpaqlarını, Qaliley dilli, Zaiordan ölkesinin sonradan denizkenarı yollarını ucaldacaq. Qaranlıqda gezen xalq, böyük işıq görecek, ölüm kölgesinde yaşayanlar üçün işıq parlayacaq. Xalqı ölüme apardığı üçün, kasıb, yetim ve dullara rehm etmediklerine, yalan danışdıqlarına göre, Allahın qezebi ve eli ile, Allah İzrailin baş ve quyruğunu kesdiyi kimi, bu elin başçılarını ve yalançı din xadimlerini mehv edecek (9:1).

O, Assur, menim qezebimin esası (el ağacı). Onun elindeki qamçı menim qezebimdir. Men onu qezebimin ölkesi olan günahkarlar üzerine göndereceyem, ona talanlar etdireceyem ve onları küçedeki zibil kimi tapdalatdıracağam. Gün gelecek ki, İzrailden qalanlar ve Yaqub evinin xilas olanları, onları vurmuşlara ümid etmeyecekler, temiz qelble müqeddes İzrailin Allahına ümid bağlayacaqlar. Yaqubun qalanları güclü Allaha dönecekler. Ancaq senin, deniz qumu qeder olan İzrail xalqından yalnız qalanlar dönecek. Qırğın çoxlu heqiqetle yazılmışdır. Çünki Savaof (Seba Piri F.G.) Allahı bu dünyada müeyyen qırğın edecekdir. Buna göre Savaof Allahı deyir: Sionda yaşayan menim xalqım, Assurdan qorxma. O seni esa ile vuracaq, Misir kimi el ağacını sene qaldıracaq.

Gün olacaq ki, xalqlar üçün bayrağa dönmüş Yessey köküne bütperestler dönecekler, şöhret onun sakitliyi olacaq. O gün onun sağ qalmış xalqı olan Assur üçün, İzrail üçün, Misirden çıxdığı vaxtdakı kimi böyük yol olacaq. O gün deyeceksen: Eşq olsun sene Ya Allah: sen mene qezeblenmişdin, ancaq qezebini söndürdün ve mene teselli verdin. Eşq olsun sene Allah, onun adını çağırın: onun işlerini xalqlara deyin: yada salın ki, onun adı Böyükdür. Allah üçün oxuyun, çünki o böyük işler gördü, qoy bunu bütün dünya bilsin (10,11,12:1-5).

Onun günleri yaxındır ve o günler gecikmir, çünki Allah Yaqubu bağışlayıb ve yene İzraili sevecek: onları öz torpaqlarına köçürecek ve onlara yadlar da qoşulacaq, Yaqub evine yapışacaqlar. Xalqlar onları götürüb öz yerlerine aparacaqlar ve İzrail evi, onları Allah torpağında qul qaravaş kimi menimseyecekler. Onları esir alanları esir alacaqlar ve onlara zülm edenlerin üzerinde hökmranlıq edecekler. Savaof Allahı andla deyir; Men nece fikirleşmişem ele de olacaq, men nece teyin etmişem, ele de yerine yetecek. Assuru menim torpağımda mehv etmek, onu menim dağlarımda dağıtmaq: onun çiyninden ağır yük götürülecek ve esareti qurtaracaq. Bütün dünya haqqında bele müeyyenleşdirilmişdir ve bu el bütün xalqlar üzerine uzanmışdır. Çünki Savaof Allahı bele teyin etmişdir ve kim onu deyişe biler? Onun eli uzanmışdır kim onun qarşısını ala biler.

O gün Misirden Assiriyaya böyük yol olacaq ve Assurlar Misire, Misirliler Assiriyaya gelecekler ve Misirliler Assurlarla Allaha xidmet edecekler. O gün İzrail, Misir ve Assurla üçüncü olacaqdır. Savaof Allahının vermek istediyi uğur, xeyir dua torpağın ortasında olacaq ve o deyecek: Menim xalqım olan misirliler, menim elimin behresi olan assiriyalılar ve mirasım olan İzrail xoşbext ve uğurludur...

Budur Allah torpaqları boşaldır, onu bereketsiz edir, onun görkemini deyişir ve onun üzerinde yaşayanları dağıdır. Xalqın başına ne gelecekse din adamının da, qulun da, ağanın da, satanlırın ve alanların da ve s. hamısının başına o gelecekdir. Axırda torpaq boşaldılacaq, talan edilecek. Çünki Allah bu sözü demişdir. Torpaq meyus olub şikayetlenir, kainat meyus olmuşdur. Torpağın xalqlarının yükselmişleri, eyilmişler. Torpaq, üzerinde yaşayanlar terefinden murdarlanmışdır, çünki onlar qanunu aşmışlar, nizamnameni deyişmiş, ebedi vesiyyeti pozmuşlar. Ona göre de qarğış torpağı yeyir, üzerinde yaşayanlar cezalandırılır: torpağın ehalisi yandırılmış ve az adam qalmışdır. Şenlenenlerin ses küyü yox olmuş, her şey sakitleşmişdir. İçki acılaşmışdır, artıq mahnı ile içki içilmir. Boşalmış şeher dağılmışdır, bütün evler bağlıdır. Küçede günahkarlar üçün ağlayırlar, her bir şenlik qemlidir, torpağın bütün şenliyi qovulmuşdur. Şeher boş qalmış, darvazalar aşmışdır. Torpağın ortasında, xalqlar içinde ise, üzümlüyü dalladıqdan sonra ne qalırsa ele olacaqdır. Onlar öz seslerini qaldıracaq ve Allahın böyüklüyüne sevinecekler. O vaxt günahkarlar üçün dehşet, quyu ve kendir olacaq. Qorxudan qaçanlar quyuya düşecekler, quyudan çıxanlar ise kendirden asılacaqlar, çünki göyün penceresi açılacaq ve yerin özeyi titreyecek. Yer devrilecek, yer dağılacaq, yer dehşete gelecek. O gün olacaq ki, tenteneli herb Allahı yuxarıda, yerde yer şahlarına baş çekecek. Onlar mehbuslar kimi bir yere yığılıb zirzemiye salınacaq ve bir çox günler sonra cezalındıralacaq. Onda Savaof Allahı Yeruselimde, sion dağında şahlığa qayıtdıqda ay qızaracaq, güneş utanacaq, ağsaqqallar qarşısında o şöhretlenecek.

Ey tanrı, sen menim Allahımsan, seni terifleyirem, senin şöhretine alqış deyirem, çünki sen heyretli işler gördün, qedimden yazılmışlar heqiqetdir. Amin. Sen şeheri daş yığnağına çevirdin, möhkem qalanı dağıtdın, şeherdeki yadların saraylarını yox etdin, onlar esrlerle olmayacaqlar. Buna göre seni güclü xalqlar alqışlayacaqlar, dehşetli milletlerin şeherleri senden qorxacaq. Çünki sen kasıbın ümidgahı, yoxsulun en çetin vaxtında menzili olmusan(24,25).

O gün olacaq ki, Allah böyük çaydan tutmuş Misir axınına qeder hamını silkeleyecek ve siz İzrail oğulları bir yere yığılacaqsınız. Gelecek o günde: böyük suur (truba) çalınacaq ve Assiriya torpağında azmış, Misir torpaqlarına qovulmuşlar gelerek Yeruselimde, müqeddes dağda Allaha baş eyecekler. İndi ise Yaqubu yaratmış, İzraili yoluna qoymuş Allah deyir: Qorxma, çünki men seni bağışladım, seni öz adınla çağırdım. Sen menimsen. Sen sular üsten keçende de men seninle olacağam, çay üstden keçende de, o seni batırmayacaq, odun içinden keçsen de yanmayacaqsan, odun alovu seni alışdırmayacaq. Çünki men Allaham, senin Allahınam müqeddes İzrail (Azerel F.G.), senin xilaskarınam, girov kimi senin evezinde Misir, Efiopiya ve Sebanı senin evezinde verirem. Çünki, sen menim gözümde ezizimsen, qiymetlisen ve men seni sevdim, senin evezinde başqalarını verecem, senin ruhun üçün xalqlar verecem. Qorxma, çünki men seninleyem, şerqden senin xalqını getirecem ve qerbden seni yığacam. Allah deyir: Misirlilerin emeyi, Efiopların ticareti ve Sebalılar, ucaboy adamlar, senin terefe keçecekler ve senin olacaqlar, onlar senin dalınca gedecekler, zencirde gelecekler, senin qarşında yıxılacaqlar ve sene yalvararaq deyecekler: Allah yalnız sendedir ve başqa Allah yoxdur.

Allah elinin facielere düçar olması hadisesi müqeddes Yezekiilin kitabında da remzi menada gösterilir: Allah Yezekiile, böyük saheye sepelenmiş quru sümükleri gösterib soruşur:"Bu sümükler dirilermi?" Yezekiil ona cavab verir ki, "Böyük Allah bunu sen bilersen". Bu zaman sümükler bir birine yaxınlaşıb birleşirler ve üzerlerinde deri emele gelerek meyide dönürler. Allah onlara ruh verir ve onlar dirilib ayağa qalxırlar. Allah Yezekiile deyir: "Gördüyün bu qurumuş sümüklere can verdiyim kimi, öz xalqım olan İzraile de can vereceyem. Qebirleri açıb sizi oradan çıxaracağam ve öz torpağınız olan İzraile aparacağam"...(37:1-14). Qeyd edek ki, müqeddes kitablarda, axiret gününde ölülerin dirilib Allah qabağında imtahan vermesi mövzusu da, mehz buradan götürülmüşdür.

Xristianların "İncil" kitabında axır zaman ve son peyğember haqqındakı deyimler, müqeddes Mattanın, Lukanın ve s. peyğemberlerin kitablarında geniş tesvir olunur. Evvela qeyd etmek lazımdır ki, İsa İisus adı qedim dilçiliye göre "issi" ruh menasındadır. Xristos sözü ise özlüyünde "Xor" ve "ist" - İsida Allahlarının adından götürülmüşdür ki, bu da "Qor Allahının ruhu" demekdir. Demeli, İisus Xristos sözü, "müqeddes Qor Allahını ruhu" menasını ifade edir. İsa peyğember bakire Mariyadan olmuşdur ki, buradakı bakirelik, diger varlığın tesiri olmadan, yeni öz özünü yaratması menasındadır. Bildiyimiz kimi Oziri Qor Allahını, firon Eman öz beyninde yaratmış ve "ruh" kimi beyninden ayırmışdır. Yaranmış uşağın "Emmanuil" adlandırılması da onun, yaradan Emana onun sonrakı eline işare menasındadır. Kitabdakı her addım başı deyilen "Amin" sözü de mehz firon Emana işaredir.

Bakirelik mövzusu ile elaqedar qeyd edek ki, Friqiyanın Attis Allahı da, Yunan Allahları Dionis ve Persey de, Siriya Allahı Adonis de, hindlilerin Buddası ve s. qedim Allahlar da bakire qızdan olmuşlar ki, bu da göyde yaradılmış Qor Allahına işaredir.

"İncil"de, insan öldükden sonra onun ruhunun işıqda parçalanması ve ilk defe İsanın xilas olması hadisesi, remzi menada, şahın iki yaşına qeder olan uşaqları qırdırması kimi gösterilir. İsanın Mariya ile, ilk evvel Misire, daha sonra ise Nazaret şeherine köçmesi onu gösterir ki, burada da bir obrazda iki mena verilir. İsanın ilk evvel Misire köçmesi, Oziri Allahını göyde yaratmış Emanın, Yemenin Save vahesine, yeni göydei ruhlar dünyasına köçmesi demekdir. Nazarete köç ise Eman övladı olan son peyğemberin yere köçü menasındadır. Nazarete köçmüş İsa sonradan nazoreyli çağrılır.

Bildirmek isterdik ki, Tövrat kitabında, heyatını Allaha hesr etmiş adamlara nazoreyler deyirler. Onlar içki içmir, saçlarını qırxdırmır, ölüye toxunmurlar. Nazoreyler müveqqeti ve hemişelik olurlar. Onlar qeyri-adi istedada malik olub, her şeyi bilirler. Ehdi-Etiq-de Samson, Samuil ve s. kimi peyğemberler nazoreyli kimi gösterilirler. Qedim Misir dilçiliyinde N samiti su, nemlik, yeni qadın başlanğıjı menasını verdiyi üçün mena ifade etmir, yalnız bitkinlik menasında işledilirdi. Misal üçün qeyd edek ki, eger er sözü güneş menasını ifade edirse, eren sözü, yerdeki güneş, yeni materiallaşmış, su qarşığı birleşmesi olan demekdir ki, bu da yerdeki güneş övladları fikrini ifade edir. Eyni ile er-eren, gel-gilan, oğuz-oğuzan ve s. sözleri de qeyd etmek olar. Bu menada nezir-nezer sözü de materiallaşmış, yerdeki Oziri /Azer fikrini ifade edir ki, bu da Oziri /Azer Allahının övladları menasını bildirir. Demeli, nezerliler Oziri/ Azer Allahı kimi qeyri-adi söz gücüne malik Azer övladlarına deyilir ki, bunlara Pir, seyid, ata, gel ve s. müqeddesler aiddir. Pirlere, seyidlere nezir boyun alma, onlara nezir verme ifadesi de mehz bu menada nezirin, onların ulu ecdadları olan Oziri/Azer Allahına şamil edilmesi demekdir. Pir, seyid müeyyen bir şey diledikde, onların "cedd" adlandırdıqları ulu ecdadı olan Oziri/Azer Allahı, bu dileyin heyata keçmesine, öz heyat enercisi olan "Ğuz" vasitesi ile kömek edir. Bu kömekliyin evezinde de, onların ruhuna qedimde adeten qurban, dua ve s. rituallar keçirilirdi. Dilimizde yüksek rütbe menasını veren nazir sözü de mehz buna göre alilik demekdir. Dahi Firdovsi "Şahname" eserinde Cemşid taxtının qoruyucuları kimi, Katuzilerle beraber Nisarilerin de adını xüsusi qeyd edir ki, burada Nisari sözü nezerli-nazorey menasındadır.

Demeli, İsa peyğemberin nezerli adlandırılması heç de tesadüfi deyildir. Nazaret şeher adı da burada Azer Ata menası verir ki, bu gün de Azerbaycanda bu mezmunda Nezerabad, Nezeralılı, Nezeroba, Nezirli, Zarat, Zerti, Zerdab, Zerdebere, Zerdoni ve s. onlarla yaşayış menteqesinin adı vardır. Bele çıxır ki, Nazaret dedikde söhbet Azeri elinden, yeni Azerbaycandan gedir. Nezere olmaq lazımdır ki, qedim Mannada da Zirtu/İzirtu adda şeher olmuşdur. Z.Bünyadovun "Azerbaycan 79-cu esrlerde" kitabında faktlara istinaden yazılır ki, Abbasiler hakimiyyete gelmezden evvel Azerbaycana Rebie ve Mudar nizarilerini köçürdüler. Azerbaycanın birinci Abbasi hakimi Yezid ibi Xatem ül Mükellebi ise yemenlileri Azerbaycanda ele yerleşdirdi ki, burada nizarilerden heç kim qalmadı. Daha sonralar: "Xuzeyfe ibn Hazimin yerine Harun er Reşid, Yusif ibn Reşid es Sulamini (Arran hakimi) teyin etdi. Onun da hökmranlığı dövründe nizarilerin sayı xeyli artdı, halbuki bundan evvel burda yemenliler çox idi"(Z.Bünyadov Azerbaycan 7-9 cu esrlerde s.163-168.B.1989).

Remzi menada yazılmış bu yazılardan göründüyü kimi, adı hele ilk defe Tövrat kitabında çekilen nizarilerin Azerbaycana köçürülmesi heç de tesadüfi deyildir. Çünki esil yemenliler kimi nizariler de qedim Misirin baş Allahı olan Oziri/Azer Allahının neslidirler.

Diger terefden İsa peyğember Qalileyin Nazaret şeherinden idi ki, buradakı Qaliley sözü Xeliliyye kimi oxunmalıdır. Azeriyye, Yezidiyye, Semeriyye ve s. adlardakı "iyye" sözü, iki dünyanın yiyesinin çağırış forması olub, elin müqeddesliyini bildiren artırmadır. Qalil sözü ise dilimizde Xelil /Celil/ Xille ve s. kimi qalmış qedim Misirin Qor Allahının Gel eli menasındadır. Qeyd etmek isterdik ki, A. Bakıxanov Azerbaycanı menasında "Gülüstani - İrem" dedikde, Gelistan, yeni Gel elini nezerde tutmuşdur. Gülmemmed, Güleli, Güloğlan ve s. adlardakı gül sözü de tebii ki gel menasındadır. "İrem" sözü ile o, Eman Allahının göyde yaratdığı "İrem bağı" menasında, yerdeki Allah eline işare edir.

Bütün bunlar o demekdir ki, ilk yaraldılmış Azer Allahı ve son peyğember menasında gösterilen İsa, mehz biz Azeri türklerine aiddir. Qebul olunmuş 2 min ile yaxın olan İsa peyğemberin tarixi ise remzidir. "Kitabi Dede Qorqud", Tövrat ve s. müqeddes kitablar kimi "İncil" (angel/gilan gel F.G.) kitabı da Azer oğlu Qor Allahına hesr olunmuş kitabdır. Bu kitabda da bütün yazılanlar remzi menada Qor Allahının yaradılışına ve son peyğemberin gelişine hesr olunmuşdur. Eranın I esrine aid edebiyyatlarla tanış olan istenilen adam yazdıqlarımızı tesdiq ede biler. Ümumiyyetle qeyd etmek lazımdır ki, diger bütün yazıların remziliyi kimi, İsa peyğemberin de çarmıxa (krest) çekilmesi remzi menadadır. Bildiyimiz kimi qedim Misir ve diger erazilerde çarmıx kimi gösterilen xaç işaresi bütün yaranmışların mayası sayılan "heyat enerjisi" menasını verir. Demeli, xaç ele qedim Misirde "Ğuz /Kuz" heyat enerjisi menasında olan Oziri/Azer Allahı demekdir. İsa peyğemberin çarmıxa vurulması ise burada, firon Emanın ölenden sonra ruhunun, Oziri/Azer Allahı ile birleşib; Qorqud Allahına çevrilmesi menasını ifade edir. Eyni zamanda burada axiretde zühur edecek mehdinin de dünya ağacına bağlanması remzleşdirilmişdir. Bu ise o demekdir ki, çarmıxa çekilib ölenden sonra yeniden dirilen İsa, heqiqeten müqeddes ebedi ruh olan Qor Allahıdır.

İisus Xristosa, yeni Qor Allahının ruhuna hesr olunmuş Matta, Mark, Luka ve Yehyanın "İncil" kitablarında Ata ve Oğul Qor Allahlarının birleşmiş personajlarının remzleşdirilmiş forması, Musa peyğemberin Tövrat kitabındakı ile eynidir. Gelecekde belke de biz Ehdi etiq ve Ehdi cedid kitablarında gösterilen hadiselerin tam elmi açmasını kitab şeklinde verdik. Bu kitabda ise "İncil" kitablarının daha mezmunlusu olan Yehyanın "İncil"inin araşdırdığımız mövzu ile bağlı hissesine baxaq. Kitab bu sözlerle başlanır: "İlk evvel söz vardı, söz Allahda idi ve söz Allah idi. O evvel de Allahda idi. Her şey onunla yaranmağa başladı, ondan sonra olan ondan evvel yox idi".

Bu cümlede ilk evvel sözün olması, firon Emanın göyde Oziri Allahını yaratmağa başladıqda söylenilen mantra, alqışlar menasındadır. Bu mantraları söyleyen Eman özü sonradan Allah hesab edildiyi üçün o da Allah adlanır. Emanın mantra ve ritualları hesabına göyde yaradılan Oziri 7 enerjiye malik heyatverici güce çevrildikden sonra o da Allah hesab edildi. Demeli, bu ilk setirlerde göyde yaradılan Oziri Allahı da, onu söz ve rituallarla yaradan Eman da Allah adlandırılır ki, heqiqeten qedim Misir yazıları başdan ayağa müxtelif adlarla bu Allahlara hesr olunmuşdur.

Kitabda bizim açmasını vereceyimiz esas boy "Lazarın dirilmesi" boyudur. Qeyd etmek isterdik ki, burada Lazar kimi gösterilen ad diger menbelerde Azer kimi gösterilmişdir. Xeste Lazarın Mariya ve Marfa adlı bacıları olur ki, burada Mariya İsaya qulluq etmiş, yaxın adam sayılır. Bu epizodda Mariyanın İsaya qulluq etmesi, remzi menada İsanın anası Mariyaya işare ile bu ailenin mehz İsanın nesli olması menasındadır. Bacılar İsaya Lazarın xestelendiyini xeber gönderende İsa deyir: "Bu xestelik ölümle neticelenmez, bu Allahın şöhreti üçündür, Allah oğlu bununla şöhret qazanar"(Yevanqeliya ot İoanna11,4). Bu cümle, Yezekiilin kitabındakı, Allahın öz eli olan İzraile can verib, qebirden çıxardığına işaredir ki, burada evvelceden Allahın bununla şöhretleneceyi bildirilir. Nezere alaq ki, Lazar (ElAzer) adı ile, İzrail kimi oxunan Azerel adı eyni menalı sözlerdir. Çünki "L" samiti qedim Misirden bu günedek "El - Elat" menasını bildirir.

Lakin İsa yubandığına göre Lazar ölür ve onu basdırırlar. İsa geldikde Lazarın bacısı ona deyir: "Sen burda olsaydın o ölmezdi ve men bilirem ki, sen Allahdan ne istesen o verecek". İsa ise ona cavab verir: "Qardaşın dirilecekDirilme ve heyat menem, mene iman eden ölse de yaşayar: ve kim yaşayıb mene iman ederse, esla ölmez"(orada 11,21-25). Buradan aydın görünür ki, İsa hem son peyğember kimi Allahdan ne istese o verir ve eyni zamanda heyat veren de, yeni Allah da o özüdür. Bundan sonra İsa 4 gün evvel qebire qoyulmuş Lazar üçün dua etmeye başlayır:"Ey Ata, meni eşitdiyin üçün sene minnetdaram. Elbette meni hemişe eşideceyini bilirdim: amma bunu etrafında duran xalq üçün söyledim ki, meni sen gönderdiyine inansınlar"(orada 11,41-42). Bunu deyib o qışqırır:"Lazar, çöle çıx!". Lazar da elleri ve üzü, ayaqları sarğılarla bağlanmış çıxır. İsa dedi:"Onu açın ve buraxın getsin". Göründüyü kimi burada da İsa mehz son peyğember kimi öz xalqının dirilmesinde müstesna rol oynayır. Qeyd edek ki, bu hadise "Ehdi - etiq"de, "Hökmüdarlar 3 kitab"da İlyas peyğemberin Sidon yaxınlığında Sarefat şeherinde dul qadının uşağını diriltmesi hadisesi kimi, "Hökmüdarlar 4-cü kitab"da, "Yelisey ve Sonamityalı qadın" bölümünde Yeliseyin ölünü diriltmesi hadisesi kimi gösterilmişdir. Eyni epizod "Kitabi Dede Qorqud"da, "Dirse xan oğlu Buğac xan boyını beyan eder, xanım hey" boyunda Boz atlı Xızır İlyasın Buğacı ölümden xilas etmesi kimi gösterilmişdir.

Bütün bunlar o demekdir ki, müasir alimlerin Tövrat kitabındakı Allah elinin adını İzrail kimi oxumaları düzgün deyildir. Çünki bütün menbelerde söhbet mehz Azer elinden gedir ve buradakı samitlerin yerdeyişmesini alimler sehv başa düşmüşler.

"Azeriyye" adı ile bağlı olan "Ehdi - etiq" in "2-ci Paralipomenon ve ya xeste" kitabındakı bölümde de söhbet Allahla Azer eli arasında olan münaqişeden gedir: "Onda Oded (Dede F.G.) oğlu Azariyaya (Azeriyye F.G.) Allah ruhu daxil oldu. Ve o Asanın (ruh menasında) qarşısına çıxıb dedi: mene qulaq asın, Asa ve bütöv Yaxuda (Ya Xuda F.G.) ve Benyamin eli: Siz Allahla olanda, o da sizinle olur: Eger onu axtarsanız taparsınız: Eger unutsanız, o da sizi unudar. Uzun müddet İzrail esil Allahdan, öyreden kahinden ve qanundan uzaq olacaq. Lakin dar vaxtında o Allaha, İzrailin Allahına dönende onu tapacaq, o özünü tapdıracaq. O zamanlar gelib gedenlere sülh olmayacaq, çünki torpaqların ehalisinde böyük heyecan olacaq. Xalq xalqla, şeher şeherle vuruşacaq. Çünki Allah müxtelif bedbextliklerle onları iztiraba düçar edecek. Lakin siz berkiyeceksiniz ve qoy sizin elleriniz zeiflemesin, çünki sizin işinize göre qisas olacaq"(2-ye Paralipomenon 15,1-7). Göründüyü kimi bu yazılar bilavasite Azeriyye ile elaqedar olduğu üçün burada faktiki remzi menalarla Azeri elinin başına gelenler qeyd olunmuşdur.

Qeyd etmek isterdik ki, Mattanın "İncil"inde axır zamanda gelen peyğember, Süleyman peyğemberin Yemen kraliçasından olan nesli hesab edilir. Lukanın "İncil"inde ise deyilir: "Zaman gelecek ki, İnsan oğlunun bir gününü görmek isteyeceksiniz, lakin göre bilmeyeceksiniz Evveller eziyyet çeken İnsan oğlu eli terefinden qebul edilmeyecek Nuhun, Lotun dövründeki kimi gün gelecek. İnsanlar yeyib, içib, kef çekecekler, bedbextlik gelib günahkarları aparacaq O zaman iki nefer yatacaq, biri qalxıb, o biri qalacaq. Sahede işleyen iki neferden biri xilas olacaq, o biri ise xilas ola bilmeyecek"(Yevanqelie ot Luki 17,21-35).

Axiret zamanı ile bağlı mehkeme günü ve ümumilikde Oziri haqqındakı revayet Zerdüştilikde de remzi menada qeyd olunmuşdur. M. Boys "Zoroastriysı" kitabında menbelere istinaden yazır ki, mehkeme günü Eryemen Allahı Atar Allahı ile günahkarları mühakime edecekler. Atar Allahı zerdüştilikde eyni zamanda Axura Mazda kimi de gösterilir ki, bu da mezmununa göre müqeddes Qor Allahına işaredir. Bele çıxır ki, Axura sözü burada Qor, Mazda sözü ise Mesi Ata, yeni peyğember menasındadır. Hindlilerin Riqveda kitabında asura adlandırılan qedim Misirin Oziri/Osiri Allahı iran - erenlerin Avestasında Zerdüşt kimi gösterilir. Demeli, Zerdüşt /Zoroastr adı, Oziri/Azer ve İstar/İsida er sözlerinden yaranmışdır ki, bu da Güneş Atanın ruhu olan Azer Allahı demekdir. Yasnaların birinde Zerdüşt deyir: Buna göre de ilk defeden men senin oldum. Zerdüşt/Oziri Allahının, Axura Mazda /Qor Allahına bu sözü demesi tebii ki, göyde yaradılmış Oziri Allahının, onun ve İsidanın birleşmesi menasını veren Qor Allahına mexsusluğu demekdir. Herodot yazır ki, Dionis Allahını buduna tikdikden sonra Zevs Allahı Efiopiyaya, yeni Yemene köçür. Tebii ki, burada Zevs Eman Allahı, Dionis ise Oziri Allahı kimi gösterilir ki, alimler de bunu qeyd etdiyimiz kimi eynileşdirirler. O eyni zamanda qeyd edir ki, Meroy/Yemen ehalisi yalnız iki Allahı Zevs/Eman ve Dionis/Oziri Allahlarını qebul edirler. Bütün bunlar o demekdir ki, Qor Allahı/Qorqud, Ğuz heyat enerjisi sayılan Zerdüşt/Oziriden ve İsida menasında, Zerdüştü - Ozirini yaradan Tektüz Emanın ruhundan ibaretdir. Sade dilde desek Qorqud/Qor Allahı, göyde yaranmış ve fiziki güce malik heyat enerjisinden ve bu enerjini idare eden Emanın ruhundan ibaretdir.

Kitabi Dede Qorqudda evren kimi qeyd olunan, güneş övladı menasını veren söz, Zerdüştilikde Varuna- Allah adı kimi gösterilir ve ona Napat övladı deyilir. Diger terefden Axura Mazdaya, yeni müqeddes Qor Allahına aid olunan spenta sözü (İssi Punt Punt ruhu) onu gösterir ki, Qor Allahı heqiqeten Yemenin Punt, Napat elinin ruhudur. Tesadüfi deyildir ki, qedim Misir kitabelerinde Misirin ilk fironu olan Tektüz Emana (Amon), Napatlı Amon (Eman) deyirler. Tövrat kitabında ise Napat eli Niftalı adı kimi gösterilir.

İranın Pasarqad şeherindeki bir setirlik yazıda qeyd olunur ki, Kiruş haxamanişi şahıdır. Güneş menasını veren Kiruş Qor issi sözünün yeni Qor ruhunun, Haxamanişi- Haqq Eman issi olması tebii ki, qedim Misir Allahı olan Qor Allahının, onu yaradan Misir fironu Tektüz Emanın ruhu olması menasındadır. Demeli, yazıda Kir Ehemeni şahıdır sözleri yox, göydeki Qor Allahı ruhunun, onu yaradan Misir şahı Emanın ruhu olması yazılmışdır.

Xüsusi qeyd etmek isterdik ki, El Yequbinin Azerbaycan ehalisini El Azeriyye ve El Cavidaniyye parsları adlandırması tesadüfi deyildir. Çünki Pars sözü qedim Misirden bu güne kimi Pir (Yunanca firon) ruhu menasını verir. Bu ise Azerbaycan ehalisinin Oziri Azer Allahının Pirler nesli olması demekdir. Bu gün de Udmurt ve Mordvin dillerinde azor/azır/uzır sözü cenab, ağa, sahib, Allah menasında işledilir.

Yazdıqlarımızdan bele çıxır ki, Zerdüşt adlandırdığımız peyğember heqiqetde qedim Misirin Oziri, yeni Azer Allahıdır. Axura Mazda (Yunanlarda Hermes) ise Oziri ve İsida Allahının oğlu olan Qorqud/Qor Allahıdır. Bütün bu yazılar müdrikler terefinden yazıldığı üçün remzleşdirilmişdir. Qeyd edek ki, iranlıların Beg, xristianların ise Allah menasını veren Boq sözü, Kitabi Dede Qorqud da Beg kimi gösterilmişdir ki, bu da qedim Misir dilçiliyine göre Ağa övladı menasındadır.

Axiret mövzusuna müraciet eden dahilerden biri de Firdovsidir. Remzi menalarda yazılmış Şahname eserinin heqiqet olduğunu xüsusi qeyd eden Firdovsi, Qorqud Allahını kitabda Cemşid kimi göstermişdir. Yerin göyün sirlerini açan Cemşid ilk defe göyde taxt qurur ve divin çiyninde göydeki Keyan taxtına çıxıb, fezada güneş kimi qerar tutur. Lakin bir müddet sonra ereb Zöhhak onu taxtdan salır. Zöhhak haqqında Firdovsi yazır: İş o yere çatmışdır ki, deve südü içmiş, kertenkele eti yemiş ereb, Keyan taxtını arzu edir. Tfu sene ey çerxi felek, tfu Daha sonra ise Cemşid esilli Feridun, atasının qisasını Zöhhakdan alıb taxt tacı ebedi öz nesline qaytarır. Nizami de öz Xemsesini bilavasite bu mövzuya hesr etmişdir ki, burada hadiseler remzi menada daha geniş ve etraflı tesvir olunmuşdur. O da Firdovsi kimi Xemsede Qorqud Atanı Cemşid, son peyğemberi ise Feridun adlandırır.

Ümumiyyetle qeyd etmek lazımdır ki, en qedim zamanlardan orta esrleredek bu dünyada yazılmağa layiq yalnız bir mövzu olmuşdur ki, bu da Qorqud Allahının yaranması, onun hökmranlığı, bu hökmranlığın müveqqeti itirilmesi ve son neticede yeniden öz taxt taclarına qayıtması mövzusudur. Qedim dövrün bütün yazıları müdrikler terefinden yazıldığı üçün bunların hamısı remzi menalarda bu mövzuya hesr olunmuşdur. Yunan, Hind, Çin ve s. qedim dünyanın bütün mifologiyaları, Min bir geçe nağılı, Sindbadın seyahetleri, Bağdad oğrusu, ve s. efsaneler de, elimizin Koroğlu ve Oğuz dastanları da, Melikmemmed, Qerib cinler diyarında, Bir qalının sirri ve s. nağılları da mehz Qorqud Atanın 5000 il bundan evvel yazdığı, yerdeki heyatın sonuna qeder olan tarixine hesr olunmuşdur.

Dede Qorqud elinin mehz Azerbaycan eli olmasını sübüt etmek üçün bezi elave melumatları qeyd etmek düzgün olardı.

İbn El Müqeffa, El Hemedani ve s. tarixçilerin yazdıqlarına göre Azerbaycan adı elimize Azer ibn El İran ibn Es-Sud ibn Es-Sam ibn El Nuhun şerefine olaraq verilmişdir. Peyğemberler neslinin şeceresine göre bu ad İbrahim peyğemberin atası Azerin adına uyğun gelir. Yazılanlara göre Azer büt düzelden olmuşdur ve Allahlıq iddiası etmişdir. Müqeddes Tövrat kitabında Azer, EliAzer, Azeriyye ve s. adların olması bu yazıların heqiqiliyine işaredir. İlk kitabımızda yazdığımız kimi İbrahim - Avraqam peyğemberin adının açması evrelerin qamı, şamanı menasındadır ki, ümumilikde bu söz, güneş övladlarının, seçilmişlerin baş kahini, Allahı demekdir. Diger terefden bütün müasir alimler de tesdiq edir ki, Tövrat kitabı remzi menada yazılmış eserdir. Eger bu beledirse onda İbrahim peyğemberin atası Azerle bağlı bu yazılar hansısa daha qedim bir hadise ile bağlıdır. Tövrat kitabında İbrahim peyğemberin Virsaviyaya (Evre Sava F.G.) köçmesi ve orada yaşaması qedim evrelerin Seba şahlığına işaredir. Bildiyimiz kimi Yemenin Seba şahlığı özünde cenubi Erebistanı ve Misirin Napat, Kuş ve s. erazilerini birleşdirir. Yemen esilli Makedoniyalı İskenderin Misirin Seba vahesine gelib, öz ecdadı olan qedim Misirin baş Allahı Amonın (Eman) mebedgahını ziyaret etmesi, Sebanın Eman eli olması demekdir. Tövrat kitabında Allahın Savaof adlandırılması da mehz onun Seba elinin Piri fironu sayılması menasındadır. Yehudi şahlarının ecdadlarının Benyemin, yeni Yemen övladları olması dediyimize daha bir sübutdur. En qedim dövrlerde Tövrat kitabı mehz Misir ve Yemende xüsusi güce malik olmuşdur. Demeli, İbrahim ibn Azerle bağlı heqiqetler de Yemenle, Misirle elaqedardır.

Yuxarıda yazdığımız kimi Azer adı qedim Misirin Oziri /Oziris Allahının adı kimi melumdur ki, qedim Misirde saitler yalnız deyişe bilen bağlayıcı kimi işlendiyi üçün bu ad Güneş ruhu menasını verir. Ruhlar dünyasının Allahı olan Oziri Allahının ve İsidanın Qor adlı oğlu vardır ki, bu da qedim ve indiki menbelerde Qorqud kimi yazılmışdır. Demeli, İbrahim/Avraqam peyğember heqiqetde qedim Misirin baş Allahı olan Oziri oğlu Qor Allahıdır ki, dilimizde bu adlar Azer oğlu Qorqud kimi qalmışdır. Bu ise o demekdir ki, Tövrat kitabında Qor Allahının elinin adını bildiren samitler İzrail kimi yox, Azerel kimi oxunmalıdır. Kitabi Dede Qorqudda Azer adı Aruz kimi gösterilir ki, bu da mena etibarı ile eyni sözdür. Kitabda Aruzun at ağızlı olması, yunan, hind ve s. mifologiyalarda kentavr kimi gösterilen at bedenli insan olması menasındadır ki, burada yer küresi magiyanın qanunlarına esasen atın bedeni tecessümünde Aruza tabedir. Bu ise o demekdir ki, Aruzun ağzından çıxan her bir söz qedim Misir Allahlarının, Pir seyidlerin sözü kimi heyata keçmelidir. Bu haqda daha geniş melumat müellifi olduğum Qor Eman adlı kitabda verilmişdir. Demeli, bütün qedim revayetlerde yarıinsan yarıat kimi gösterilen varlıqlar Oziri/Azer Allahının övladlarıdır. Qeyd edek ki, Oziri oğlu Qor Allahı qedim kitablarda Ağa adlandırılır.

Buradan bele çıxır ki, Oziri/Azer sözü, qeyri adi, möcüzevi söz gücüne malik müqeddeslere, Pir, abdal, şıx, seyid, gel, ata, maxtum ve s. adlandırılan Azer oğlu Qorqudun nesline aiddir. Qedim Misir kitabelerinde deyilir ki, eger ilk evveller Oziri/Azer adı yalnız fironlara deyilirdise, daha sonralar bu ad bu neslin töremelerine de deyilmeye başladı. Diger qedim Misir yazılarının birinde oxuyuruq: Osiris ve İsida, Emen Terüsden olan, Zekererden yaranan Tektüz Emanı qoruyun. Burada qeyd olunan Tektüz Eman adı Kitabi Dede Qorqudda bığı qanlı Bekdüz Emen kimi gösterilmişdir. Emenin bığının qanlı olması onun ruhlar dünyasını yaratması prosesinde kesdiyi milyonlarla qurbana işaredir.

Bu gün Azerbaycan ad ve toponimlerinde Azerle bağlı Eser adının qalması, eyni zamanda Tövrat ve diger müqeddes kitablarda Eser/Aşur/Assur tayfasının evreler hesab edilmesi onu gösterir ki, qedim Misirde ruh menasını veren s samitinin z samitine ve eksine keçmesi adi haldır. Ümumiyyetle, tekraren qeyd etmek isterdik ki, qedim Misir dilçiliyinde sözün menasını yalnız samitler daşıyırdı ki, saitler burada bağlayıcı kimi istifade olunur. Bezi samitler ise teleffüzüne göre ona yaxın olan samitlere asanlıqla keçe bilir. Buna göre de Oziri/Azer adı menbelerde Osiri/Eser kimi de yazılır. Bele çıxır ki, qedim Assur, İzrail ve Azeri xalqları öz köklerini mehz Yemen elinin baş Allahı olan Qorqud/Qor Allahından götürmüşler. Demeli, qedim Assiriyanın, yeni Azeriyyenin Assur Allahı, faktiki qedim Misirin Oziri/Azer Allahıdır. Nezere alsaq ki, Assur Allahlarının Misirden gelmeleri bütün alimler terefinden de tesdiqlenir, onda yazdıqlarımızın heqiqiliyine heç kimde şübhe qalmaz.

Mehemmed peyğemberin hedislerin birindeki: Men Rehmanın (Allahın) nefesini Yemenden duyuram deyimi fikrimizin doğruluğuna daha bir sübutdur. Buradakı Allah menasını veren Rehman sözü heqiqetde ReMan kimi oxunmalıdır ki, bu da Eman Allahına işare menasında Eman-Ra / Amon-Ra demekdir. Araşdırmalar gösterir ki, qedim Assur, İzrail adları, toponimleri ile Azerbaycan ad ve toponimleri arasında heç bir ferq yoxdur. Maraqlı haldır ki, bu gün de yehudilerde en geniş yayılmış Elazar/Eliazer ve Benyamin/Beniyemen adlarıdır.

Bütün bu yazdıqlarımızdan bele netice çıxarmaq olar ki, dünya tarixi iki hisseye bölünmelidir. Birinci hisseye canlılar tarixi adı altında güneş sisteminin 5500 il bundan evvele kimi tebii inkişafı aid olunmalıdır. İkinci hisse ise 5500 il bundan evvel ilk Allah olan Azerden sonra yaranmış Allahlar tarixi adlanmalıdır. Allahlar tarixi özü de müqeddes kitablara esasen 3 hisseye bölünmelidir ki, birinci hisseye Allahın yaranışı ve ondan sonrakı dövr, ikinci hisse ölüm, yeni Allahlar neslinin ölümü dövrü, üçüncü hisse ise dirilme, yeni ilk Allah olan Azer oğlu Qorqud Allahının ruhunun qayıdışı ve Allahlar neslinin dirilmesi dövrü adlandırılmalıdır. Bütün qedim yazıların mentiqi izahları ve diger elmi araşdırmalar gösterir ki, biz bu gün ölüm dövrü ile dirilme dövrünün keçidinde yaşayırıq. Bu keçid müqeddes kitablarda axiret zamanında olan mehkeme günü kimi de mehşurdur.

Müqeddes Tövrat kitabının, Nostradamusun ve s. yazılarına göre ölüm dövrü ile dirilme dövrü arasında olan mehkeme günü remzi 7 il çekecek ve bu zaman Qorqud Allahı hakim sifetinde oğlu ile gelecek. Nostradamusun yazdığına göre 21-ci esrin evvellerine qeder göyden odla gelen dünyaya hakimlik edecek. Adeten Allah mehkemesi insan ölenden sonra 42 hakimin iştirakı ile o dünyada keçirilirdise, mehkeme günü o dünyada olan bütün müqeddesler, yeni yunanların titan adlandırdığı Dedeler yer küresinin ehalisin ele yerdece mühakime edecekler. Menbelerin yazdığına göre 7 il erzinde dünya ehalisinin üçde birine qederi (Zekeriyyeye göre üçde ikisi) qırılacaq ve dünyada yalnız yaxşılar qalacaq. O zaman yaranış dövründeki kimi qızıl esr başlayacaq, heç kim 100 yaşına çatmamış ölmeyecek. Allahın qorxusundan heç kim zülmkarlıq ede bilmeyecek. Oğurluq, cinayetkarlığa son qoyulacaq. Çünki 7 enerjiye sahib Allah nesli her şeyi evvelden söyleyecek.

Lakin mehkeme gününden evvel Allah oğlu sirleri açıb insanları tövbeye çağıracaq ve onlara verilen son şansı bildirecek. Bu axırıncı günahları yumaq imkanına göre, her bir haram iş görmüş, cinayet etmiş insan ümumi var dövletinin üçde birinin qiymeti qeder Allah üçün atdan, öküzden, qoçdan qurban kesmeli ve xalqa paylamalıdır. Tebii ki, bu son imtahandan inamla çıxanlar, İbrahim kimi öz övladlarının canını qurbanla xilas edecekler. Var dövleti özlerinden ve Allahdan üstün tutan haram iş görmüşlerin ise tebii ki, 7 il müddetinde nesli kesilecek.

 

 

 

Hosted by uCoz