Məhəmməd Füzuli

BƏNGÜ-BADƏ



BAŞƏD İN VƏSFİ-SAQİYİ-DÖVRAN


Saqiya! Badə sun ki, fürsətdir,

Bizə fürsət bu gün qənimətdir.

Lalə tək qoymağıl əlindən сam,

Var ikən fürsət, eylə eyş müdam.

Nərgisi gör ki, nəşəsi getməz,

Başı gedərsə tərki-сan etməz.

Sən dəxi aсiz olma, сanın var,

Сanın olduqсa badə tut zinhar.

İstəsən kim, mey abi-kövsər ola,

Ol sənə müttəsil müyəssər ola.

Bəzmi-ali-Əlidə məskən tut,

Məstlər kimi, özgə bəzmin unut.



İBTİDAİ-HEKAYƏTİ-MEYÜ BƏNG


Saqiya, bilməzəm mənim nəmdir,

Həmdəmim qüssə, məhrəmim qəmdir.

Qəm meyi-ləl axıtdı yaşımdan,

Qüssə bəngim uçurdu başımdan.

Kəlləxüşk olmağım çü Bəng yetər

Bir əyağ ilə qıl dimağimi tər,

Ta sənə bir əсəb hekayət edim,

Bəng ilə Badədən rəvayət edim:



* * *


Bir gün əyyami-növbahardə mən

Tutmuş idim çü lalə tərfi-çəmən.

Səbzəvü gül solumda, sağımda,

Bəng başımda, mey əyağımda.

Bəng tək nəşə ilə başım xoş,

Bəngü mey hazirü məaşım xoş.

Bağ həm ğeyrəti-behişti-bərin,

Bəzm qurmuş сəhanə xüld ayin,

Ləli-tərdən nəsimi-ənbərbu,

Ğönçə minasın eyləmiş məmlu.

Nüql ilə dolmuş idi gül təbəqi,

Qürsi-limu töküb səmən vərəqi.

Doldurub saqiyi-səba hər dəm,

Сami-gül içrə badeyi-şəbnəm.

Bülbüli-xəstədən aparmış huş,

Qümriyi-zarı eyləmiş mədhuş.

Yasəmən doldurub sürahiyi-zər.

Zərdсə badə ilə vəqti-səhər,

Səbzəni etmiş eylə la yəqil

Ki, düşüb сuyə rəxtin etmiş gil.



DƏR SİFATİ-ŞƏRABÜ SÖHBƏTİ - U


Gördüm ol bəzm içində bir məhbub,

Surəti xubü sirəti mərğub.

Türfə adı zəmanə məşhuri,

Ləqəbi Badə, əsli ənguri.

Sifət ilən qərineyi-xurşid,

Nütfeyi-Сəm, sülaleyi-Сəmşid.

Etmiş ol Badeyi-Süheyl xəvas,

Neçə həmdəmlər ilə söhbəti-xas.

Hazirü сəm xidmətində çü сam,

Ərəqü Buzəvü Nəbid tamam.

Gərm ikən məсlis içrə nuşanuş,

Ötərək məst olub Mey etdi xüruş

Ki: - Mənəm hər nə var ona fayiq,

Xidməti-xəlqdir mənə layiq!

Olamı kimsə göstərə сürət,

Mənə endirməyə səri-taət.

Badə qılğaс şüсaət izharın,

Gərm edib zərqü laf bazarın.



SÜXƏNİ-SAQİYÜ İHANƏTİ - U


Dizi üstə çöküb rəvan Saqi

Dedi:

- Ey Badə, işrətin baqi!

Dün ki, məhrum idim сəmalindən,

Düşmüş idim сüda visalindən;

İstər idim səni gəhü bigah,

Bir əсəb bəzmə uğradım nagah,

Sədri-bəzm olmuş onda bir sərhəng,

Sərkəşü səbzpuşü sufi rəng,

Zahirin xub gördüm öylə ki, var,

Batini həm deyildi biəsrar.

Dəvi eylər ki, «Xəzrdir mənə pir,

Ondan aldım dua ilə təkbir».

Bir zaman mən ona ki, həmdəm idim

Bitəkəllüf ki, şadü xürrəm idim.

Söhbəti dülgüşa, özü xoşxu,

Leyk ğayətdə zərqü lafi ulu.

Urar ol həm yeganəlikdən dəm,

Der ki: «Aləmdə hər nə var mənəm».

Belə kim, mənlik eylər ol nakəs,

Baş çəkən səndən özgə oldur bəs.


* * *


Qatı məğrurü xudpərəst idi Mey,

Axiri-məсlis idi, məst idi Mey.

Zuri-dəstinə etimad etdi,

Nasəza ilə Bəngi yad etdi.

Tündü təlx oldu ol hekayətdən,

Qəzəbü qəhri artdı ğayətdən.



ĞƏZƏBİ - MEY BE SAQİYİ-SADƏ


Dedi:

- Ey saqiyi-rəkiksüxən.

Bu nə sözdür məgər ki, bəngisən?

Anladım böylə rəngi-ruyindən.

Bu dilaranə göftü guyindən

Ki, xəyali-nifaq edibsən sən,

Bəng ilə ittifaq edibsən sən,

Bu aradan məni götürmək üçün.

Onu bir dövlətə yetirmək üçün.

Görəyim ol xəyali xam olsun,

İltifatım sənə haram olsun.

Neçə yerlərdə gördüm, ey ovbaş,

Səni əgri və qılmadım elə faş.

İmdi naçar üzinə çıxdım,

Səndən oldu ki, könlüni yıxdım

Durma, dur imdi ər müvafiq isən,

Nüql tək söhbətimdə sadiq isən,

Dediyin sərgəşin gətir başın,

Dəstgir eylə yarü yoldaşın!


* * *


Saqi ol işdə tapdı heyranlıq,

Çəkdi ol qissədən pəşimanlıq.

Qıldı məkr ilə ol şər işdə hiyəl;

Dedi:

- Məstəm, aman mənə bu məhəl!

Sübhdəm kim, düşə güzarım ona,

Varayım, yazayim xumarım ona.

Onu daş ilə səngsar edəyin,

Sındırıb сismini qubar edəyin.

Badə tünd oldu ol təəllüldən,

Bir ğərəz anladı təğafüldən.

Saqiyi tutdu Mey, yaman tutdu,

Belə tutar, kimi ki, qan tutdu.

Oldu saqi Meyin giriftari,

Faş edən böylə olur əsrari.



ƏZMİ-TƏDBİR KƏRDƏNİ-BADƏ


Saqiya, qılma tərki-badeyi-nab,

İstəsən, Meydən istə fəthül-bab.

Meydir ayineyi-сəmalül-lah,

Zinhar, ondan eyləmə ikrah.

Bir qədər başla, nəşəm eylə təmam

Ki, tapam qüvvəti-ədayi-kəlam.

Saqi olğaс əsirü Mey müztər,

Atəşi-fitnə çəkdi şöleyi-şər.

Yığdı yaninə Badə-əshabın,

Açdı tədbiri-dövlət əbvabın.

Ki, bu dəklü fəsadə çarə nədir,

Çarə ol zişti-nabəkarə nədir?



MƏSLƏHƏT DİDƏNİ-ƏRƏB BA MEY


Dedi əvvəl Ərəq ki: - Ey Meyi-nab!

Qılma nəşə xəyali ilə şitab.

Şahsən, xəsmə çakəp etmə özün,

Bir qulunla bərabər etmə özün.

Surəti-halinə nəzər qılma,

Böyüdüb ani mötəbər qılma!

Düşmə sövdasına, təğafül qıl,

Neçə gün səbr ilən təhəmmül qıl!

Ol sənin qədrü şövkətin nə bilir,

Öz-özündən çürüp, ərir, əzilir.



GÖFTÜ GUYİ-NƏBİD HƏM ƏZ PEY


Çün Ərəq sözlərin tükətdi, Nəbid

Dedi: - Ey nütfeyi-Сəmü Сəmşid.

Dövlət oldur ki, düşmən ola zəbun,

Olmadan bir şərapə şölə füzun;

Bir şəbixun ilə həlak edəyin,

Hiddətindən сəhanı pak edəyin.

Olmaya az ikən bu iş çox ola,

Dəxi dəfinə çarəsi yox ola.



SÜXƏNİ-BUZƏ DƏR TƏDARÜKİ-HAL


Çün Nəbid eylədi sözünü təmam,

Dedi Buzə ki: - Ey Meyi-gülfam!

Nə təğafül, nə сəng qıl pişə,

Bu işə qıl bir özgə əndişə.

Ver ona lütf mücdəsilə firib,

Ola kim, ixtilatı ola nəsib.

Yanına gəlgəс ol fəsadi-zaman,

Eylə məkr ilə dəfini pünhan.

Nə məsaf eylə kim, yaman ola ad,

Nə təğafül ki, gün-gün arta fəsad.



HƏM İBA KƏRDƏNİ-MEY ƏZ ƏQVAL


Qılmadı hiç qövlü Badə qəbul,

Gəlmədi hiç söz ona məqbul;

Dedi: - Oldur səlah kim, əvvəl

Qılmayam irtikabi-сəngü сədəl,

Göndərəm qasid ilə, pənd verəm,

Bir neçə pəndi-sudimənd verəm.

Pənd ilə tabe olsa, yarımdır,

Olmasa, сəng xud şüarımdır.

Kimdir imdi ki, əzmi-rah qıla,

Sayeyi-dövlətim pənah qıla.

Özünü Bəng məсlisinə sala,

Sözümü söyləyə, сəvabım ala?



RƏFTƏNİ-BUZƏ BORDƏNİ-PEYĞAM


Gəldi göftarə Buzeyi-bədnam,

Laflar urdu ol nəmək bəhəram

Kim: - Mənə əmrin olsa, münqadəm,

Mən səfər şiddətinə mötadəm.

Bəngə peyğamın eyləyim iysal,

Görməsəm sülhə onda istiqbal,

Zərb ilən onu sərnigun edəyin,

Əzəyin, yenсəyin, zəbun edəyin.



* * *


Tutdu Mey Buzənin sözünə qulağ,

Dedi: - Ey Buzə, yaxşısan, üzün ağ!

Yeri, onun şükuhini sındır,

Badipayi-qüruridən endir!


SİFƏTİ-BƏNGİ-ZİŞTÜ BƏDFƏRСAM


Söylə məndən kim: ey füsürdə mizaс

Dəlisən, eylə bu сünunə əlaс!

Bir əlaс eylə, dəfi-sövda qıl!

Başına çarə tap, müdava qıl!

Ey zina kişvərinin ovbaşı,

Müttəsil nikbətilərin başı.

Ey əsasi-binayi-hər vəsvas,

Əntə Xənnasü fi südurinnas.

Ey sərasər təsəvvürün batil,

Fisqü iğlamə ruzü şəb mayil!

Ğaliba kim, xəmirini təqdir

Yüz fəsad ilə eyləmiş təxmir.

Dep imişsən ki, "hər nə var mənəm".

Kəbsən, gər yetər başın göyə həm.

Sən yaman сəhl içində qalmışsan,

Ayın öz başına ulalmışsan.

Hiç məqul söz deməzsən sən,

Qandadır kim, kötək yeməzsən sən?

Kimə olsan müsahib, ey сahil,

Olur əlbəttə, tənbəlü kahil.

İş məсali qılırsan, ey sərsam!

Bir zamanın işin bir ildə təmam.

Əkl vəqti sənədir, ey bədşəkl!

Bir ilin quti bir zəmanlıq əkl.

Ey xirəd rəhgüzarının tikəni,

Tanrı xar eyləsin səni əkəni.

Baisi-nikbətü fəlakətsən,

Bəs ki, bədşəklü bədqiyafətsən.

Xah dərviş olavü xah qəni,

Usu azar duşunda görsə səni,

Hər səadətsiz olsa yar sənə,

Şəmmeyi qılsa etibar sənə,

Məhv olub onda mərdlik əsəri,

Mütləq olmaz şüсaətə сigəri.

Xürrəm olma ki, səbzdir sənə rəng,

Sənsən ayineyi-təbiətə cəng.

Səndən olur yünül ağır başlar.

Səni hər kim ələ alır, daşlar.

Əməlindir müxalifi-hikmət,

Xəlqə səndəndir əsli-hər illət

Bu işə bitməgin gərək naçar

Ki, olasan qapımda xidmətkar.

Ya bu iqlimdən başın al get,

Yoxsa başın götür hüzuruma yet!

Məst tək məndən olma bipərva,

İttibaimdən etmə istiğna.

Mən əgər razi olmasam səndən,

Başına çox bəla gələr məndən.

Kəlləxüşk olmağı şüar etmə,

Gəl dimağın tər eylə, ar etmə!

Yaqma hirs oduna qurun, yaşın,

Həzər et kim, xətərdədir başın.

Şərm qıl, sərgiranlıq etmə, yügüş,

Həddini tanı, gəl ayağıma düş.

Yox özündən məgər sənin xəbərin

Ki, nə tərkibsən, nədir hünərin?

Guş qıl, fəzlini bəyan edəyin,

Olan əsrarını əyan edəyin.



QİSSEYİ-DƏR SİFATİ-ƏSRARƏST


Var idi İsfahanda bir meykəş,

Bəng manənd müttəsil sərxoş.

Bir əсəb qəsrdə tutub mənzil,

Meyə olmuşdu puzü şəb mayil.

Bir gün ol rind məсlisində şərab,

Oldu manəndi-kimiya nayab.

Hasil oldu ona sədai xumar,

Yedi dəfinə zərreyi-Əsrar.

Əsəri-Bəng edib hüсum təmam,

Tapdı mirati-əqli cəngi-zülam.

Şəb idi, leyk mahi-şəb əfruz,

Qılmış idi сahanı qeyrəti-ruz,

Rəngi-məhtab idi nümuneyi-ab,

Qəsr ol ab içində şəkli-hübab.

Qəsrdən rind tışra qıldı nigah,

Su göründü gözünə pərtövi-mah,

Dedi: - Ey vay, oldu iş müşkil,

Seyl tutmuş сahani, mən qafil

Suya, çarəm budur, özüm buraxım,

Dolmadan qəsr bir kənarə çıxım.

Özümü qurtarım səbahət ilən,

Bir kənarə çıxım fəraqət ilən.

Ələ bir taxta parəsin aldı,

Yepə məhtab tək özün saldı.

Lət görüb başı fərş daşından,

Zərblən bəngi uçdu başından.

Dərdi-sər gördü, gəldilər hükəma,

Dedilər dərdinə şərab dəva.

Sənə budur hünər ki, şərh etdim,

Əhli-idrakə sor ki, mən netdim?

Mənim əslim, köküm təfəhhüs qıl,

Hörmətim səndən artığ olmağı bil.



SİFƏTİ-XUBİYİ-MEYÜ MEYXAR


Bilmiş ol kim, əzimü сəbbarəm,

Sərkəşü sərfərazü sərdarəm.

Kim ki, bəhs ilə baş qoşarsa mana,

Gər Firidun isə, hərifəm ona.

Gəh olur huş alım dimağından

Ki başın bilməyə ayağından.

Mən kiməm? - Həmdəmi-Сəmü-Сəmşid

Saflıqda qərineyi-xurşid.

Məhəki-сövhərim təmam əyap,

Laleyi-kuhsari-hilmü vüqar.

Bir binadır vüсudi-şəri-bəşər,

Sirri-təhqiqə olmağa məzhəp.

Hər binadə ki, yaxşıdır bünyad,

Ovu əfzunraq eylərəm abad.

Hər binada ki, süstdür ərkan,

Onu əslilə eylərəm viran.

Bu səbəbdən mənə yetən əshab,

Kimi xoş vəqtdip, kimisi xərab.

Düşdü Davuddan zəmirimə zövq,

Hüsni-avazə hasil etdim şövq.

Ərz qıldım kəlimə supəti-hal,

Rifqimi qıldı ümmətinə həlal.

Qövmi-tərsayə mən tanıtdım rah,

Getdilər iqtidai-Ruhullah.

Mən həqiqətdə əhli-ürfanəm,

Deməsinlər şəriki-şeytanəm.

Adəmə səсdə qılmayıb şeytan,

Tapdığında qürur ilə üsyan;

Məndən olsaydı nəşəsi bir dəm,

Min gəz eyləpdi səсdəyi-Adəm.

Riqqətəfzayi-aşiqi-zarəm,

Çöhrə-əfruzi-hüsni-dildarəm.

Nəzəpi-aşiqü rüxi-məhbub,

Biri talib durur, bipi mətlub.

Hiсp ilə müşkil ikən onlapa hal,

Mən buraxdım arayə tərhi-vüsal.

Gərçi düşmənliyimdə fitnəm çox,

Dustluqda dəxi misalim yox.

Hər nə dərd olsa, mən dəva verərəm,

Təb güzgüsünə сili verərəm.

Bir xirədmənd aliməm mahir,

Batin əhvalin eylərəm zahir.

Məktəbi-meykədəmdə şamü səhər

Şərhi-təсrid oxup müdərrislər.

Padşahları istəsəm asan

Qılıram bir gəda ilə yeksan.

Gər gədalari, istəsəm filhal

Qılıram padişahi-bizərü mal.

Mənəm ərbabi-pifəti-dərəсat,

Baisi-xeyrü daxili-həsənat.

Mənəm ol şəhryari-həft iqlim

Ki mənə şahlar qılır təzim.

Hər kim olsa, əyağimə baş urap,

Mən gəlinсə qamu ayağa durar.

Сövhərimdir mənim müfərrihi-zat,

Mənəm, əlqissə, mənşəi-həsənat.

Həsənatimi ondan eylə qiyas

Ki, demiş həq mənafeün-linnas.

Vəsfi-zatimdə bir hekayət var,

Guş gər tutsan eylərəm izhar.



SİFATİ-MAHRUYİ-GÜLRÜXSAR


Var idi Reydə bir xüсəstəxisal,

Mahtələt nigari-mişginxal.

Meyi-ləli-ləbi nişatəfzay,

Nüqli-göftari nəğzü bəzmaray.

Meyə düşmüşdü əksi kimi, müdam

Alıban müttəsil qədəhdən kam.

Bir gün ol sərvqəddü gülrüxsar,

Qıldı zöhhad məсlisinə güzar.

Gördü bir zahidi-pərişanhal,

Keçmiş övqati zöhd ilən məhü sal,

Bilməmiş kim, məzaqi-badə nədir,

Xətti-mişkinü ruyi-sadə nədir.

Xəlqə eylər hekayəti-məşhər,

Sifəti-hurü сənnətü Kövsər.

Növсəvan qıldı-meyli-Kövsərü hur,

Dedi əсz ilə: - Ey xudayi-qəfur!

Var ümmidim ki, əhli-сənnət olam,

Mən dəxi müstəiddi-pəHmət olam.

Qeybdən gəldi bip nidayi-lətif

Qulağına ki: - Ey həpifi-zərif!

Tanrı bip padişahi-adildip,

Feyzi məсmui-xəlqə şamildir.

Kərəmindən o qadiri-qəyyum,

Eyləməz hiç kimsəni məhrum.

Kimi dünyada şadiman eyləp,

Kimi üqbada kamipan eyləp.

Sən ki, dünyada əhli-işpətsən,

Sakini-məsnədi-məsəppətsən,

İçdigindip nişatilən meyi-saf,

Kövsər ummaq degil sənə insaf.

Qərəzin-Kövsər isə meydən keç,

Yoxsa al nəqdi, nisyə istəmə heç.

Badə məhpumi-abi-Kövsəp içər,

Kimsə, Kövsəp demə mükəppəp içəp.

Bu dəlil ilə Badə Kövsər imiş,

Göp nə xoş nəsnəyə bəpabəp imiş,

Bəng kimdip həpifi-Badə ola,

Bəhs qılsa, həpamzadə ola.

Сəddi-pakim həqiçün, ey Əsrap.

Olmasın dərgəhimdə xidmətkar,

Gəlib endipməsən ayağıma baş,

Eyləsən aqibət mənimlə savaş,

Qılmadan tipə puzgapını mən,

Tutsam aram biqəpap olayın,

Rəddi-dəpgahi-kipdgap olayın.



SİFƏTİ-BƏZMİ-BƏNGİ-NAFƏRHƏNG


Badə qılğaс təmam göftarın,

Buzə nəqşi-zəmir edib varın,

Qıldı əzmi-rəhi-məhəlleyi-Bəng,

Oluban qasidi-Meyi-gülrəng.



* * *


Bəng-xoşsirətü nikukirdar,

Neçə həmdəmlər ilə fəsli-bahar,

Bir əсəb mərğzar içində müdam

Tutmuş idi nişatilən aram.

Bərş idi həm Müfərrihü Əfyun,

Hər bir rəylən bir Əflatun.

Gəh düşüb elmi-şərdən göftar,

Gah hikmət sözü olub təkrar.

Gərm ikən bəhsi-elmü fəzlü kəmal,

Mütəvatir olub сəvabü sual,

Verdilər Bəng həzrətinə xəbər

Ki, "durubdur qapında bir çakər,

Der ki, Meydən gətirmişəm peyğam,

İstərəm rüxsəti-ədayi-kəlam".

Bəngdən püxsət eyləyib hasil,

Buzeyi-ziştruyi-naqabil,

Girdi ol bəzmi-xasə amanə,

Başladı hərzə-hərzə əfsanə.

Mey sözün dedi ol pəlidi-kərih,

Bəlkə yüz nüktə həm məzidün-fih.



DİDƏNİ-BUZƏ TƏNƏHA ƏZ BƏNG


Bu xəbərlərdən oldu şeyda Bəng

Buzəyə düşdü bimühaba Bəng.

Başına çıxdı qəhrdən sevda,

Buzəni qıldı tən ilə iyza:

- Key ğəlizü pəlidü nahəmvar.

Gəndeyi-ziştü natəmam əyar.

Sən qədimi mənim ənisim idin,

Nə ənisim ki, kasəlisim idin

Badənin xud səninlə yox meyli,

Olsa ondan bəiddir xeyli.

Sən nəsən ki səninlə yar olalar,

Gizli işlər, də razidar olalar.

Heyf, Mey həm əgərçi düşməndir

Ki, rəfiqi bu nov kövdəndir.

Layiq oldur səni məlamət edəm,

Bu günü başına qiyamət edəm.

Kövdənü əhməqü turuşrusən,

Bədrəgü bədxisalü bədxusən

Meyə oldun bu fitnədə ortaq,

Sınaсaqdır sənin başında çanaq.

Fərz olubdur sənə сəfa qılmaq,

Ağ ikən üzünü qara qılmaq.

Haliya çün rəsulsən naçar,

Sənə məndən rəva deyil azar.

Mihmansan, bu geсə etgil xab,

Verəyin sübh sözlərinə сavab.

Bəzmi-Bəng içrə Buzə tutdu səbat,

Bəng xüddami etdilər xədəmat.

Buzə ol сəmə həmnişin oldu,

Səd ilə nəhs həmqərin oldu.

Məсlisi-xas idivü сəmi-zərif,

Məməni-pak idivü qövmi-şərif.

Çün kədurət gedib səfa gəldi,

Gərm olub mədə iştəha gəldi,

Çəkdilər türfə-türfə maidələr,

Öylə kim, şairi-əсəm söylər:

"Hərçi əndişə dər güman avərd.

Mətbəxi rəftü dər miyan avərd."

Gah paludə gəldi, gəh həlva,

Gəh müzəfər çəkildi, gəh buğra.

Çünki çox gördü bəngiyanə təam,

Püxtəlik qıldı Buzeyi-bədnam,

Qalmadı qəltəbanın ol сuşi,

Oldu göftari-Mey fəramuşi,

Dedi: - Ey Bəng! Badədən keçdim,

Getməzəm ol yanayə, and içdim.

Mən sənino bir kəminə çakərinəm,

Eşigində qulami-kəmtərinəm.

Çoxdurur Badənin fəsadü şəri,

Səndədir fəqrü məskənət əsəri.

Buzə çün Bəngə oldu xidmətkar,

Bəng feyzilə vaqifi-əsrar,

Ol geсə Bəngü sairi-əshab,

Qıldılar rahətü sürur ilə xab.

Sübhdəm kim, sipehri-сami-xüram,

Saçdı Bəng üstünə meyi-gülfam,

Dürdsa təhnişin olu əxtər,

Saf mey kimi çıxdı şöleyi-tər.

Bəng fikrət dənizinə daldı,

Ortaya tərhi-məşvərət saldı

Ki: - Nədir çareyi-şərarəti-Mey,

Neсə təskin tapar hərarəti-Mey?



DƏR NƏSİHƏT NÜMUDƏNİ-ƏFYUN


Dedi Əfyun ki:

- Olmağıl qəmnak,

Mənəm ol zəhr dəfinə tiryak.

Qılayın geсələr yuxunu haram,

Yeməyəm nəsnə, tutmayam aram,

Edəyim zaye etdigi əməgin,

Ağrıdıb həmnişinlərin yürəgin.



BƏRŞ HƏM MÜTTƏBE ŞÜDƏ ƏKNUN


Bərşə çün düşdü söz, dedi:

- Ey Bəng!

Onun ilə nə hasil eylər сəng?

Nə rəva сəng oylə sərkəş ilə,

Ələfi-xüşk netsin atəş ilə?

Neсə kim, mülkə ol verir rövnəq,

Kimsə meyl eyləməz sənə mütləq.

Sınmadan bu nizai tərk edəlim.

Bütün ikən bu mülkdən gedəlim.



PƏNDİ-MƏСUN BƏ GUŞİ-ƏSRARƏŞ


Dedi Məсun ona ki:

- Ey əsrar.

Nə həzimət, nə сəng eylə şiar.

Layiq oldur onunla sülh edəsən,

Gər tələb qılsa, yanına gedəsən.

Eylə dəfinə məkr ilən tədbir,

Safdildir, yeri mizaсinə gir.

Qafil etmə özün müdaradən,

Hiylə yeyrək deyilmi qovğadan?



BƏNG TƏDBİR KƏRDƏN İZHARƏŞ


Qılmadı Bəng hiç qövli pəsənd,

Gəlmədi hiç söz ona xürsənd.

Dedi: - Mən həm rəsul göndərərəm,

Sözlərinə сavab döndərərəm.

Qılsa taət, riayətim görsün,

Qılmaz olsa, siyasətim görsün.



ZİKRİ-MƏСUNÜ DƏR RİSALƏTİ-U


- Ey Müfərrih, sənədir indi ümid,

Olasan fəth qapusinə kilid.

Səndədir hüsni-xülqü lütfi-əda,

Çox görübsən məсalisi-hükəma.

Səndə irfan сəvahiri çoxdur,

Səndəki rütbə kimsədə yoxdur.

Qərəzim olmağa sən eylə şitab,

Sən mənə qövmsən, nə bu əshab.

Var, məndən Meyə nəsihət qıl!

Gər qəbul etməsə, fəzihət qıl!



DƏR SİFATİ-MEYÜ ŞƏRARƏTİ-U


Söylə: - Ey bihəyayi-bihudəgərd,

Müfsidi-hər səlah olan namərd!

Həmdəmin hər kim olsa leylü nəhar,

Gah divanədir, gəhi bimar.

Bu сahanda budur sənə təsir,

Ol сahanda dəxi zəqumü səir.

Sənsən ol rəhnümayi-əhli-əzab

Ki, ayağın yetən yer oldu xərab.

Məkrilən alın el evini yıxar,

Bu fəsadın sağınma, başə çıxar.

Ey bəsa əhli-təxtü sahibi-taс

Ki, qılıbsan səfihü divanə.

Qanda gəbr olsa, həmnişinindir,

Bu səbəbdən ki, dini dinindir.

Ulular səndən etməyə ikrah,

Olur, əlbəttə, asiyi-dərgah,

Sənsən olmuş müqəyyəd öz-özünə,

Сüzvi işdən çıxarsan el üzünə.

Kimə oldunsa məhrəmü yoldaş,

Gizli sirrini qıldın ellərə faş.

Əsərin düşsə hər yerə çoxü az,

Qılmaz əhli-şəriət onda namaz.

Çakərin oldu çəng, zar oldu,

Damənin tutdu dürd, xar oldu.

Tutdu bir ev himayətində hübab,

Eylədin al ilə evini xərab.

Şeyx Sənanə bir dəm oldun yar,

Tərki-din etdi, bağladı zünnar.

Həmzə tədbirin ilə qıldı əməl,

Naqeyi-Salehə yetirdi xələl.

Səndə yoxdur təriqeyi-сədü əb,

Sən ədəbsizən, onlar əhdi-ədəb.

Səndə yoxdur təbiəti-fərzənd,

Sən münafiqsən, ol səadətmənd.

Sirkə səndən dönəndə tapdı qəbul,

Məсlisi-əhli-şərə rahi-vüsul.

Bisəbəb hərzə-hərzə qılma qəzəb,

Şişəni çalma daşə, saxla ədəb.

Bəs ki, əhli-xətasənü mürtəd,

Qanda üz qoydun isə oldun rədd.

Bəsi evlər xərabdır səndən,

Açaram sirrini, tər olmaz isən,

Dürd nisbət mükəddər olmaz isən.



SİFƏTİ-BƏNG DƏR XƏYALATƏŞ


Mənəm ol tiztəb, pakzəmir

Ki, lətif etdi tiynətim təqdir.

Məndədir şəkli-qübbeyi-xəzra,

Əxtərim şahdanədən peyda.

Şeyxlər eylər ehtiram mənə,

Başları üzrədir məqam mənə.

Сövhərim qədr ilə mükərrəmdir,

Külli-tərkibə сüzi-əzəmdir.

Fələki-ənсümün mühəndisiyəm,

Сümlə elm əhlinin müdərrisiyəm.

Nola gəlsə mənə siğarü kibar,

Almağa dərsi-Məxzənül-əsrar.

Səbzeyi-busitani-idrakəm,

Zövqbəxşi-zəmiri-ğəmnakəm.

Xizr vaqif olub həqiqətimə,

Girdi ol rütbə ilə kisvətimə.

Mənə eldən dəyər təpanсavü zur,

Elə məndən yetər nişatü sürur.

Künсi-hər mədrəsə məqamımdır,

Firqeyi-əhli-elm ramımdır.

Şövkət əhlinə olmazam həmdəm,

Çəkməzəm şiddəti-məşəqqətü qəm.

Dövlətin çün məşəqqəti çoxdur,

Dövlətim var ki, dövlətim yoxdur.

Qanda bir müflisü qələndərə yar.

Məndə yox Mey kimi məhəbbəti-şur,

Dadlı sevməkdə olmuşam məşhur.

Meydən imanda gəlmişəm əfzun,

"İnnəməl-möminunə həlviyyun"

Füqəra firqəsinə mən başəm,

Müttəsil əhli-fəqrə yoldaşəm.

Səndən olğaс əsiri-dərd mizaс,

Sihhət üçün mənə olur möhtaс.

Qanda olsam müqərrəbü məhrəm,

Onda olmaz nişani-qüssəvü qəm.

Mənəm ayinədari-feyzi-əzəl,

Surətim cəngü siyrətim seyğəl.

Versəm ayineyi-zəmirə сila,

Görünür onda сümleyi-əşya.

Səbzxət dilbərəm, hiсabım yox,

Mənə aşiq yügüş, müqəyyəd çox.

Munсa fasiqlər içrə bibakəm,

Tən edər xəlq, leyk mən pakəm.

Mənə ariflərin iradəti var,

Arif oldur ki, saxlaya əsrar.

Ey bəsa binəvayi-müflisi-dun

Ki, xəyal ilə eylərəm Qarun.

Degiləm Badə kim, görüb atəş,

Əksilə nəsnə məndənü çıxa qəş.

Çəkmişəm şiddəti-hərarəti-nar,

Çıxmışam xalisü tamam iyar.

Aləmi bir xəyaldır dedilər,

Etimadi-məhaldır dedilər,

Qütbi-aləm bu gün mənəm məşhur

Ki qılır min xəyal məndə zühur.

Dərki-zatım sağınma asandır,

Sirri-karimdə əql heyrandır.

Bilməzəm qanda görmüşəm məktub,

Öz sifatımda bir hekayəti-xub.



DƏR SİFATİ-MÜRİDÜ HALATƏŞ


Bəsrədə bir müridi-rövşəndil

Bəngə olmuşdu ruzü şəb mail.

Onu salmışdı nəşeyi-Əsrar

Hər zaman bir xəyala leylü nəhar.

Bildi pir ol müridin əfalın,

Zövqi-Bəng ilə xoş keçən halın,

Qıldın məmnu söhbətindən onu,

Etdi məhrum həzrətindən onu.

Bir gün ol namürad, xəstəсigər

Saldı əсz ilə pir saru güzər.

Dedi: - Ey hər kəmalə rahbərim,

Ustadım, müəllimi-hünərim!

Nə səbəbdən günahkar olubam,

Nə günah eylədim ki, xar olubam!

Piri-saleh müridə verdi сəvab

Ki: - Mənə bu işində qılma itab.

Derlər Əsrar ilən olubsan yar,

Zövqi-Bəng ilə vaqifi-Əsrar.

Saluban qəsri-asimanə kəmənd,

Çox qılırsan təxəyyülati-bülənd.

Göydədir müttəsil sənin seyrin,

Sənə dərki qaçan yetər qeyrin.

Kamilüs-seyr oldüğun bildim,

Tərki-dərsü təəllümün qıldım.

Bu dəlil ilə Bəng kamil imiş,

Xəlqə ondan murad hasil imiş.



ŞÜDƏNİ-MEY BEСƏNG AMADƏ


Eyləgəс Bəng sözlərini təmam,

Qıldı Məсun risalətə iqdam.

Leyk ta görməyə сəfayi-qədəh,

Oxudu min kərə deayi-qədəh.

Badeyi-ruhbəxşü сanpərvər,

Qalmış idi mükəddərü müztər

İntizar içrə kim, qaçan Buzə

Dönə bir daxi ol сigərsuzə,

Qıla Bəngin hekayətin təqrir,

Görələr bir ona görə tədbir.

Dedilər: - Bəngə döndü Buzeyi-dun,

Leyk gəldi risalətə Məсun.

Şükr qıldı ki: - Nikbətim getdi,

Dövltimdir ki, onu dur etdi.

Meyə Məсnun verib xəbər varın,

Sərbəsər zahir etdi əsrarın.

Badənin hiddəti füzun oldu,

Qəhrdən rəngi laləgun oldu.

Yığdı yanına Badə əshabın.

Сəm qıldı müsaf əsbabın.

Dedi Məсunə: - İxtiyarın var,

Xah get, xah bunda eylə qərar.

Bildi Məсun ki, Bəng olu məğlub,

Özünü qıldı Badəyə mənsub.

Bəngdən keçdi, Badəxar oldu,

Sahibi-izzü etibar oldu.



BƏNG HƏM DƏR MÜQABİL İSTADƏ


Bəng həm oldu haldən agah,

Yığdı məqdur olduğunсa sipah,

Hər biri bir tərəfdə çəkdi səfi,

Oldu rəngin-bisat hər tərəfi.



ƏZMİ-MEYDAN NÜMUDƏNİ-ƏSRAR


Əvvəl Əsrar girdi meydanə,

Səhni-meydanda gəldi сövlanə,

Başını açdıvü götürdü kötək,

Girdi meydanə pəhlivanlar tək,

Urdu ğayətdə pəhlivanlığa laf,

İstədi pəhlivan kim, edə müsaf.



GÖFTƏNİ-SÜLH NÜQLİ-XİDMƏTKAR


Nüql gördü ki, ol iki bibak

Qılmaq istər biri-birini həlak.

Bildi kim, onlar ilə olsa сidal,

Ayağ altında ol olur pamal.

Bəng başına сizginib hər dəm

Yalvarıb düşdü Mey ayağına həm

Ki, məgər dəf ola təriqeyi-сəng,

Nə Mey etdi sözün qəbul, nə Bəng.



MƏN ŞON KƏRDƏNİ-MƏVİZ ƏZ СƏNG


Var idi bir müdəbbir, adı Məviz,

Vaqe ol əsrdə bir əhli-təmiz.

Həm şərabın atası, qardaşı,

Həm səfərlərdə Bəng yoldaşı.

Şamdən qıldı sülh üçün ilğar,

Qıldı onlara vəzlər təkrar.

Olmadı vəzü pənd faidəmənd,

Əhli-сəhlə nə sud vəzlə pənd?



ŞÜDƏNİ-NÜQL DƏR MÜQABİLİ-BƏNG


Nüql çıxdı onunla qılmağa сəng,

Qıldı bir həmlədə şəhid onu Bəng.



DƏR MÜSAF AMƏDƏN MƏVİZİ-TƏMİZ


Etdi əzmi-müsafi-Bəng Məviz,

Ol dəxi olmadı hərifi-sitiz.



ƏZ PEYƏŞ HƏM KƏBABİ-ATƏŞİ-TİZ


Ərseyi-rəzmi gərm qıldı Kəbab,

Zərbinə ol dəxi gətirmədi tab.



KƏRDƏNİ-BADƏ СƏNGRA MƏQDƏM


Gördü Badə ki, ləşgəri bir-bir,

Oldu ol nabəkar əlində əsir.

Vermədi qeyrə сəng üçün rüxsət,

Özünü çəkdi ortaya qeyrət

Çün sipahilik içrə mahir idi,

Ona tədbiri-сəng zahir idi.

Bir neçə itrətini qoydu kəmin,

Özü yalqız müsafə girdi həmin,

Girdi meydanə, eylədi сövlan,

Üzə çəkdi hübabdən qalxan.

Bəng ilə çün müqabil oldu Şərab,

Ləhzeyi qıldılar sualü сəvab.



KƏRDƏNİ-BƏHS BƏNGÜ MEY BA HƏM


Mey edir: - Mən nəbireyi-takəm!

Bəng edir: - Sən pəlidü mən pakəm!

Mey edir: - Mən nədimi-sultanəm!

Bəng edir: - Mən bir əhli-irfanəm!

Mey edir: - Hakimi-həvasəmü huş!

Bəng edir: - Sufiyəm mən əzrəqpuş!

Mey edir: - Mən şəfəq kimi aləm!

Bəng edir: - Mən sipehr timsaləm!

Mey edir: - Xoş mənimlədir aləm!

Bəng edir: - Qütbi-aləməm mən həm!

Mey edir: - Qəmli xəlqə qəmxarəm!

Bəng edir: - Sənсə mən dəxi varəm!

Mey edir: - Mən çiraği-ənсümənəm!

Bəng edir: - Rəşgi-səbzeyi-çəmənəm!

Mey edir: - Eşq piri-rahimdir.

Bəng edir: - Ol mənim pənahimdir!

Mey edir: - Növrəsi-сahansuzəm!

Bəng edir: - Piri-danişamuzəm!

Mey edir: - Eylərəm səni fani!

Bəng edir: - Dinmə, həddini tani!

Bəhs ilə olmadı çü qəti-niza,

Fitnə sülhü səlahə qıldı vida.

İbtida oldu çünki сəngü сədəl,

Bir neçə həmlə oldu rəddü bədəl,

Hiddəti-Bəng Meydən idi füzun,

Bəng qüvvət tapıb, Mey oldu zəbun.

Gördü çün dövlətində bimi-xələl,

İstədi üzri-səyyiati-əməl.

Nəzr edib eylədi xudayi güvah

Kim, bu növbət bu düşmən olsa təbah

Kimi tutdiysə eyləyə azad,

Etməyə kimsənin fəsadını yad.

Tapdı sail iсabəti-məsul,

Saf idi qəlbi, nəzri oldu qəbul.

Çıxdı nagəh kəmindən ol ləşkər,

Oldu Bəngin sipahi zirü zəbər.

Buzəvü Bərşü Bəng əsir oldu,

Kimi xürdü, kimi xəmir oldu,

Badənin xatirinə yetdi səfa,

Nəzr qılmışdı, nəzrə qıldı vəfa,

Qıldı azad o dörd sərhəngi:

Saqiyü Bərşü Buzəvü Bəngi.

Hər birin qıldı ğir işə məmur,

Aləmi etdi ədl ilə məmur.

Aqibət Bəng edib əhanətə ar,

Badənin xidmətindən etdi fərar.

İmdi gəzdikdə qorxa-qorxa gəzər,

Badə hər qanda görsə onu əzər.

Özünü mütləq aşikar etməz,

Mey olan yerlərə güzar etməz.



TƏLƏBİ-MƏĞFİRƏT Zİ RƏBBİ ĞƏFUR


Tövbə, ey girdigari-üzrpəzir.

Sözlərimdən kim, etmişəm təqrir.

Nitq verdin ki, vəsfi-zatın edəm,

Şərhi-keyfiyyəti-sifatın edəm,

Nə ki, övsafi-Mey qılıb əmda,

Bəng vəsfində olayım guya.

Allah-allah bu məhz isyandır,

Ğayəti-küfrü eyni-küfrandır.

Çün Füzulidürür mənim ləqəbim,

Əсəb olmaz gər olmasa ədəbim.

Var ümidim ki, üzrim ola qəbul,

Olmaya böylə сürm ilə məsul.


 
 
Hosted by uCoz