|
Ələkbər Əliyev 100% QAFİYƏLƏNMİŞ ŞİZOİZMLƏR Copyright - Ələkbər Əliyev Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir. POSTMODERN DÖVRÜN MANİFESTİ Əziz və qiymətli Azərbaycan gənci! Məğrur soydaşım! Qloballaşan dünyamız girərkən 21-ci əsrə, Azərbaycanımızın da bu yeni şəraitə adaptasiya prosesində müəyyən problemlərlə üzləşməsi labüddür. Bu vətənə layiqiylə xidmət etmək, bu müqəddəs torpağı qoruyub gələcək nəslimizə daha gözəl, daha azad Azərbaycanı ötürmək üçün postmodern dövrün manifestini əzbərləməli, günün 24 saatını hafizəndə saxlamalı və maddə ba maddə həyatında tətbiq etməlisən. *** Azərbaycan gənci! Həyat yollarında ilk addımlarını atmağa başlamazdan əvvəl, ruhunu sat! Dərhal sat və xilas ol bu illətdən! Və yaddan çıxar ruhunu satdığın o anı. Və unudma ki satdığını çox böyük əziyyətlə geri alabilərsən. Ruhuna yenidən ehtiyac duysan, onu səndən satın alanlar bu istəyini hər kəsdən tez sezərlər Üçə satdığını heç üç yüzə də geri verməzlər. Ruhun elə qiymətə minər ki mat qalarsan. Yaxşısı budur ondan bir yolluq üz əlini. Çünkü geri almaq istəsən, ruhunun müqabilində sənə verilən nüfuzu, malı və pulu tutub alacaqlar əlindən. Xülasə arxada qalmasın gözün Sat ruhunu və xilas ol bu illətdən! *** İndi də növbə gəldi vicdana. Vicdan - başqlarının görmədiyini görən bir cüt göz. O məlun gözləri kor etməlisən! Sadiq it kimi Sənə məzlum məzlum baxan gözləri deşməlisən! Vicdanını ruhun kimi asan sata biləcəyinə inanırsan? Böyük qəflət içindəsən! tez bazar satıla bilər ruh, vicdanı isə bir tula balasını boğan kimi yavaş yavaş boğmalısan. *** Allahı unudmaq, onu həyatından silib atmaq bugünün tələbi, postmodern dövrün ehtiyacıdır. Səni bir cüt gözün daima təqib etdiyinə, izlədiyinə, hər etdiyini gördüyünə və o dünyada səni cəzalandıracağına daxilində inanır, etiqad edirsənsə, dərhal ged bir mədrəsəyə yazıl, baş vaxt namaza əlli beş vaxt da əlavə edib qıl, hər gün oruc tut. Çünkü başdan ayağa günahdır həyat! Yox əgər Allahı qəlbindən söküb atsan, həyat yollarının üzərində heç bir maneən qalmaz. Əlbəttə qanunları лiqnore╗ etmək Allahı yaddan çıxarmaq qədər asan deyil Amma bu da mümkündür. Beynini işlədsən, Bunun da üsulunu tapa bilərsən. *** Hər vəchlə və ciddi cəhdlə pul qazanmağa, milyonçu olmağa can at. Bu sənin həyatının ən ali məqsədinə çevrilməlidir. Zənn etmə ki ancaq puluna və nüfuzuna paxıllıq ediləcəkdir. Varlı insanın puluna göz tikilən şəxsiyyətinə isə bir qəpik dəyər verilməyən zəmanə geridə qaldı. Əvvəllər bir insan güya öz halal zəhməti ilə milyoner olduğunu iddia etsəydi, şəxsiyyəti tüpürlməyə belə layiq bilinməzdi. İndiki dövrdə isə qibtə edilən zad ancaq sənin pulun deyil, лuğurlu biznesmen╗ kimi şəxsiyyətinə də pərəstiş edilir. Artıq sənsən Yeni nəslin nümunəvi şəxsiyyəti! *** Əziz dostum! Azərbaycan gənci! Unudma ki ən böyük hiylə düzlükdür. Odur ki yalançı və ikiüzlü olmalısan. Buna nail olandan sonra Yeni bir mərhələyə qədəm qoymalısan Yəni ki dürüst və təmiz insan olduğuna dair Ətrafını inandırmalısan. Ancaq əvvəla özün buna inanmalısan Öz rolunu yaşamalısan, rol oynamamalısan! Eşidirsən? Rolunu oynamamalısan, rolunu yaşamalısan! Əgər bunu da bacarabilsən, Deməli saxtalığın maestrosu, virtuozu olmusan! Əhsən sənə! Bil ki gələcəkdə usta yalançıları, əsl simalarını unudma perspektivi də gözləyir. Özünə, mənliyinə yad olacaqsan dostum, bundan da gözəl meditasiya ola bilərmi? Yalan danışmaqdan qorxma qardaşım, Yalanına inanmamaqdan qorx. Nə?! Ehtiyat edirsən yalan danışmaqdan? Səfeh olma! Uzaq başı yalan danışdığını anlayacaqlar. Bundan da qorxma! Bilə bilə danış yalanını. Nəticədə Qızıl qırmızı üzə durmaq nə imiş Onu da əxz edəcəksən. Həqiqət yalanı qova bilər. Ancaq əsla çata bilməz ona. Dəqiq olmaq, vədinə sadiq qalmaq sənə pul, şöhrət, imidj, tamaşaçı qazandıracaqsa əgər, onda sözündə əlbəttə ki durmalısan. Qaz gələn yerdən, toyuq əsirgənməz BilirsənЕ *** Qardaşım! rüşvət ağacı elə kök salıb ki bu ölkədə Yarpaqları əsrlər keçsə də qurumayacaq. Əgər istəyirsən olasan Kompramatlardan uzaq Əvvəla öyrən onu verməyin Və almağın əndazəsini. İnsan haqlarına hörmət edən dövlətimiz çox güclü, qüdrətli, demokratik, liberal, unitar, sanitar bir dövlətdir. Və bu ümumbəşəri dəyərlərin permanentliyi üçün. Rüşvət vermək zəruridir, gərəkdir. Bəzi axmaqlar deyir ki rüşvəti bu ölkəyə Heydər Əliyev gitirdi Bədbəxtlər bilməyir ki Heyvandarlıq və fahişəlik qədər qədimdir rüşvətxorluq peşəsi. Hətta deyərdim ki Rüşvət kişinin qəhbəliyidir. Bir qəhbənin bizdən nə fərqi var ki? Onsuzda hər birimiz bədənimizin bir hissəsini sataraq dolanmırıqmı? Sən əllərinə, mən beynimə, o birisi başqa yerinə qiymət qoymayıbmı? Kaş elə hamımız qəhbə kimi bədənimizin ən qiymətsiz üzvünü sataraq pul qazanabilsəydik. Əmin ol əziz dostum, fahişəlik ruhunu və düşüncələrini satmaqdan qat qat şərəflidir. Yəni əsl fahişə artıq sənsən, bədənini satan qadın yox. *** Gənc Azərbaycanlı! Hər şeydən şübhələn və hər şeydən qorx! Qorxmaqdan qorxmaq ən böyük rəzillikdir. Qorx! Çünkü qorxan qorxmaz Qorxan insan tədbirlidir. *** Unudma ki, postmodern həyat fəlsəfəmiz bizə heç kəsi əxlaqsızlıqda ittiham etməməyi diqtə edir. Hər kəs özünə görə cavabdehdir. Bir insan xoşbəxtliyin reseptini tapdığına inanırsa, nə gözəl! Axı elə düzgünlük də, Yaxşılıq da Təmizlik də insandan insana dəyişir, nisbidir. İctimai həyatın tələbi, insanların birbirlərinə təhəmmül etməsi, dözümlü olmasıdır. Sözüm odur ki, Azərbaycanımız imkanlar ölkəsidir. Zəiflərin çiyinlərinə basaraq yüksəlmə imkanını hər bir vətəndaşına tanıyır bu ölkənin лlight╗ qanunları. Bu münbit şəraitin olduğu məmləkətdə sən hələ də semyorka BMV alabilməmisənsə, kül sənin başına! *** Dostluq! Nə dostluğu? Səfeh olma! Bir insan sənə sırf sən olduğuna görə, bütün zəifliklərinə, sarsaqlıqlarına və çuşkalığına baxmayaraq dəyər verirsə; səni maşınına, arvadının xəyanətə meylli olduğuna və hər gecə verdiyin ziyafətlərə görə yox, üstün (!) insani keyfiyyətlərə malik olduğuna görə sevirsə, deməli sən - əsl Azərbaycanlı deyilsən! Ola da bilməzsən! Oportunist, merkantil Azərbaycanlının dosta ehtiyacı yoxdur. Hətta bu çox təhlükəli yoldur. Erix Mariya Remarkvari pozisyonlara yox de! Yanından uzaq tut dost adlanan, psixiatrlıq iddiasında olan bu parazitləri! Ey Azərbaycanlım! Dost yox, düşmən qazanmalısan. Çünkü dostlar saxta və süni, düşmənlər isə gerçəkdir. *** Tağıyev, Nağıyev, Muxtarov nağıllarına aldanıb birdən ürəyindən kasıblara əl tutmaq keçər. Nə badə belə səhvə yol verəsən! Çünkü xeyriyyəçilik etsən də səndən nifrət ediləcəkdir. Bu təbii bir haldır. Həm varlı, həm güclü, həm də yaxşı insan olmaq bir xəyaldır. Kasıblar və imkansızlar minillik təcrübələrinə əsaslanaraq Özləri üçün yəqinləşdiriblər bu həqiqəti. Bu fakt sənin qanını qaraldmasın. Onsuzda yaxşı insan olmaq kimi missiyan yoxdur Yadda saxla! Bu ölkədə heç kəs acından ölmür Hər kəsin qarnı toxdur. Onsuzda görəcəksən ki Əl tutduğun kasıbların təşəkkürü, səxavətin qədər saxtadır. Çünkü təmənnasız kömək edənə qarşı, Kasıbda hədsiz nifrət başqaldırır. *** İmkanlı insanların qəlbində başqalarına hökmetmə, insanların üzərində hegemonluq qurma həvəsi yatır. Bu ehtirasını boğmağa, yox etməyə çalışma gənc dostum! Odur ki, Əsla siyasətə girməyəcəyəm demə. Pulun və malın лcırmağa╗ başlayanda, лgedim görüm bu siyasət nəmənəm şeydir╗ deyəcəksən. Ən azından deyə bilərsən. Ehtimal var. Dünyada neçə dil danışılır deyə bilmərəm, amma bir şeyi dəqiq bilirəm milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin, başa düşdüyü yeganə dil var Ц QAPAZ! Ancaq! Siyasi kariyeranda, Humanizm maskasını hərdən bir taxmalısan ki xoş ənənə davam etsin bu ölkədə. Məsələn vəzifəyə gələndən sonra bir dəfə də olsa baş çək qaçqın şəhərciyinə. Amma unudma ki, sən bu dünyaya insanlara yardım üçün gəlməmisən. (Allahın vəzifəsini çiyinlərinə yükləmə Daşıyabilməzsən!) Qaçqın şəhərciyində лsizi deyib gəlmişəm. Sizin üçün buradayam! Sizin üçün çalışıram!╗ kimi nitqlər söyləyib, bu ölkənin bir yandan anasını ağladan, bir yandan da лvətən, millət╗ şüarları səsləndirənlərdən biri də sən olsan ölməzsən. Əsrlərdir qücə və iqtidara malik insanların danışdıqları bu məşhur yalanı sən də təkrarlamalısan. Qətiyyən utanma Ən tanınmış diktatorlar da, лxalqın yanında olduqları və xalqa arxalandıqları╗ yalanını danışmağı özlərinə borc biliblər. Onu da yadda saxla ki, Postmodern iqtidarlar günahlarını və səhvlərini boyunlarına almaqdan qorxmazlar. Çıxıb xalqın qarşısına лfilan qəbahətimizə görə üzr istəyirik╗ deyərlər və bir saniyə sonra dediklərini unudub, eyni poxu yeyərlər. Başını sal aşağı işini gör. Siyasətə girsən də iqtidaryönümlü pozisyonlarda dur. лFikir azadlığı╗ nağılına aldanıb gic gic danışma. Meyyidini blokun qabağında taparlar yoxsa Tozunu elə sovurarlar küləyə, zərbənin haradan gəldiyini anlamazsan Odur ki çaşma. Üçüncü dünya ölkələrinin müştərək özəlliyidir bu Nadan və cahillər fikir yürüdər, Dövləti despotlar idarə edər. Sən də bu despotlardan biri olmaq isəyirsənsə yala! Yalamağı öyrənməsən əziz qardaşım Arzuladığın mövqeyə də çatabilməzsən! *** Əxlaq mənfur islam dininin uydurmasıdır Necə ki Allahı unudmusan, Əxlaq qandallarını da eləcə qır. Prinsiplərini prezervativ, ya da corab kimi Tez tez dəyişdir. Burada qorxulu heç zad yoxdur. Tərbiyəli və nəzakətli ol. Oğraşlığın modası 20-ci əsrdə qaldı. Postmodern dövran səmimiyyət maskalarına üstünlük verir. Yadında saxla ki nəzakət və gülər üzlə Quyu qazımaq imkanların daha genişdir. Tərbiyəli və əxlaqlı kimi görünən bir insanla savaşmaq çox çətindir. Xülasə Nəzakət və tərbiyə, pislik eləməyə, isnanların taleyini sındırmağa, mane deyildir. *** Postmodern Azərbaycanlı çuşkarizminə artıq son verməlidir! Belə olmaz! İntellektual fason olmaq əsrimizin tələbidir. On il əvvəl belə bir zərurət yox idi. Beşə alıb ona satırdın, ona buna atırdın, dolanırdın, dolındırırdın. İndi bunları eləmə demirəm. Yenə də qəsb elə, rüşvət ver-al, oğurla, beşə alıb əlli beşə sat. Lap elə ananı da, bacını da sat, amma lütfən biraz savadlı kimi görsən. Küçəyə çıxmaq olmur müxbirlərin əlindən. İki dəqiqədən bir mikrofonu soxurlar adamın ağzına лfilan zad haqqında nə düşünürsünüz?╗ deyə. Sən də gərək ki susmayasan. Qoyun olmayasan. Ağıllı bir sifət elə, kameraya gülümsə (sırtıq kimi yox) başla danışmağa. Bir neçə şablon cümlə əzbərlə heç olmasa. *** Ey qardaşım, Azərbaycanlım! Vətənini və millətini sevmirsənsə bu sənin demokratik haqqındır. Heç sevmək üçün zorlama özünü. Bu hissinlə barışmalısan, Onda daha rahat olarsan. Ancaq yaddan çıxarma ki küçədə. bayırda, işdə, meydanda, televiziya proqramlarında Söhbət vətənə millətə çatanda Niaqara şəlaləsinin suları kimi ağzından fışqırmalıdır tüpürcəklər. Qurşağından aşağı olan vətəni Canından çox sevdiyini hayqırmalısan. Vətən-millət əleyhinə nəsə deyənin isə Elə canlı yayındaca ağzını cırmalısan. Qeyri səmimi görünməkdən çəkinmə Bu ölkədə hər kəs sənin kimidir. Azərbaycan лpsevdopatriotlar╗ məmləkətidir, vətəni sevmək şərt deyil tələb edilmir. Ancaq vətənin ədəbiyyatı olduqca önəmlidir Vətən sevgisi haqda hər kəs ağız dolusu danışabilməlidir. Uğrunda güya ölməyə hazır olduğun millətə gəldikdə isəЕ Sənin evin əsl mənada qəsr, qala olmalıdır. Uzun divarlar hörüb, Həmən o sevdiyin millətdən qorunmaqdan ötürü Hasarını tikanlı məftillər və qırıq şüşə parçaları ilə bəzəməlisən. *** Məncə bu qədər kifayətdirЕ HUMən Səni tapanda dərkindən uzaqdım böyüklüyünün İtirəndən sonra anladımЕ Sonra da duydum ki qayıtmaq gec deyil QayıtdımЕ Mən heç kəsdən anlayış gözləmirəm Məni Sən anla bəsdir. *** O vaxtlar həyəcanım çox idi İndi azalıb. Deyirlər belə də olmalıdır İnanmıramЕ Daha doğrusu istəmrəm belə olsun. Çünkü, Səni yenə itirməkdən qorxuram! Sonra kimə şikayət edərəm axı? Ancaq Səninlə təkbətək qalanda Açılıb saçılıram, Saçlarımı yoluramЕ *** Orijinal olmaqdan ötrü Səni söyə də bilərdim. Ələ sala bilərdim axirzamanı Kitabını təhqir edərdim Alqış tutan da tapılardı mənə Şöhrətə qovuşardım Sonra da tula kimi diz çöküb qarşında Bağışla deyərdim. Bir damla da göz yaşı tökərdim İnandırıcı olsun deyə, Sən də bağışlayardınЕ *** Eşidmişəm ki Qapın açıqdır, mərhəmətin də geniş Nə qədər geniş? Az qalıb Gec tez öyrənəcəyəm. *** Mənim məhrəm bildiyim günahlarım var Onlar Sənə əmanət Sənin əmanətin isəЕ Xəyanət etdim bilirəm. *** Dəfələrlə məktubunu oxumuşam Mənə nəsə demək istəyirsən Bir onu anlamışam ki Anlamaqdan uzağam Səni. Lakin yenə də Səninləyəm. *** Mən Səndən razıyam Ağzım nədir olmayım? Mənim davam özümlədir Nə Səninlədir, nə onlarla. Hərdən mənə elə gəlir ki yoxsan Onda da başa düşürəm ki vəsvəsədəyəm. Olmasaydın əgər Yoxluğunu düşünmək üçün Ağıl olmazdı məndə. *** Açarımı itirdiyim gün Səni ən çox düşündüyüm gündü. Mən o gün qapılarımı da itirmişdim Hamısını Birdən! Səhər açıldı tapdım Açarımı da qaytırdın mənə Qapılarımı da. Amma yenə unutuldunЕ Vacib işlərim çıxmışdı Dünya almışdı məni qoynunaЕ Axşam bağışla dedim Dəqiq bilmirəm amma Deyəsən bağışladın. Küçədən məsum körpə gülüşü eşidildi. Ardından da çırpıldı pəncərəm. *** Hərdən üsyan edirəm Özümə. Dedim axı Mənim davam özümlədir Səndən razıyam Haqqım var ki olmayım? YANINDA OLANDA UZAQDA OLMALAR(MƏCHUL TÜRK ŞAİRİNDƏN ETKİLƏNƏRƏK) Süpürüb ulduzları və ayı, Dərdi var ürəyimdə... Ya da fikirdə ayrılığa düşmələr haqqında. Yanında olanda Uzaqda olmalar haqqında. Öz yerində oturmusan. "Kaş ki"li cümlələr qururam, Sayıram. Soruşuram Pişiyə, itəЕ Uyuram. Dedim axı, ayrılıqlar da başqa başqadır, Rast gəlməkdən qorxuram sənə, Əslində xoş bir təsadüf gözləyirəm. "Maraqlanmıram" deyirəm, amma bicliyimə salıb Sual sual dalınca verirəmЕ Amma yanıram... Sezilir dərdim. Qulaq asıram, Özlüyümdə mənalar yükləyib eşitdiklərimə Yozuram. Sevgilim xəbərin var? Olursan Fahişə, Məsum mələk, Bəzən fələk Çomaq və təkər Soxa soxЕ TərləyirəmЕ *** Yadındamı? "Münasibətlərimizin davamı üçün Hələ də geri qayıdacaq deyə, Bəs məhəbbət? Qurtulacaq görəsən? "AYRILIQ DA MƏHƏBBƏTƏ AİDDİR!" Ayrılıqlar da... ЕSƏNSƏЕSANSAЕTAPMACASISəninlə razılaşmayan kəsə Erməni deyirsənsə; Məni sancmayan ilan Min il yaşasın deyirsənsə; Rüşvətə hörmət deyirsənsə; Çörək Qurandan irəlidir deyirsənsə; Ye iç keyf elə, Beş günlük dünyadır deyirsənsə; Qeyri səmimi tostlar deyirsənsə; Mənim heç bir günahım yoxdur deyirsənsə; Diplom intellektin ekvivalentidir deyirsənsə; Qızıl dişlərini nümayiş etdirərək Məktəbi qırmızı diplomla qurtardığını Fəxrlə elan edirsənsə; Uzun saçlı kişilərə лpetux╗ deyib, Əslində özün latent homoseksualsansa; İctimai nəqliyyatda kitab oxuyanlara Ən azı dəli gözü ilə baxırsansa; Biraz bədənin var deyə, Dar köynəklər geyirsənsə; İctimai tualet mədəniyyətinin ölkəmizdə olmaması Səni narahat etmirsə və duvar diblərinə sığınırsansa; Peysərin yoğundursa, Qarnın da yekə Və diskomfort yaşamırsansa; Küçədə bir qadına təcavüz edirlər Və sən laqeydsənsə; Qeyrətdən, namusdan dəm vurursansa; Bu şeri oxuyub dodaq büzürsənsə; Ümumiyyətlə bu şer deyil Səfsətədir deyirsənsə; Meyxanadan ləzzət alırsansa; Təyyarədən lül-qəmbər sərxoş çıxırsansa; Məişət boğursa səni Və sən bundan dəlicəsinə həzz alırsansa; Ailə quracağam deyə mazoxistcəsinə Əziyyətlərə qatlanıb Dünyanın ən bahalı leqal vaginasına qovuşmaq xətrinə Xonça- xonça paltar, 500 dollarlıq gəlin paltarı 100 dollarlıq limuzin dərdi çəkib, Həyatını fani və rəzil şeylərə sərf edirsənsə; Və pul yığmaq xatirinə toy edirsənsə; Toyda içib, ağız suyunu axıdaraq qadına qıza baxır Xəyalında onu altına salırsansa; İl ərzində min bir qələti edib Məhərrəmlikdə içmirsənsə; Öz əclaflığını, tüfeyliliyini, şərəfsizliyini İslama bağlayıb, Problemi özündə yox, dində axtarırsansa; лŞALVAR-PƏNCƏK╗ dəstinə KOSTÜM deyildiyini bilmir Və eşşəkcə, inadla лKÖSTÜM-ŞALVAR╗ ifadəsindən Əl çəkmirsənsə; Mənim kimi лpofigist╗ adamı Öz düşük düşük hərəkətlərinlə Utandırırsansa; Yorğanın altına girib, Dolanıb boynuna arvadının İqtidarı söyürsənsə; Biz Türklərdən daha savadlıyıq, Rusun dövründə çörək otuz qəpik idi, Yessentukiyə, Kislovodskiyə, Soçiyə Gedərdik dincəlməyə, Mineral sularla özümüzü klizma elətdirərdik Deyirsənsə; Tabularını və komplekslərini Özündən zəifləri əzərək Kompensasiya edirsənsə; Uşağının paltarına öz ağırlığın qədər Göz muncuğu taxırsansa; Uşağına bicbala, vələdizna, oğraş Sözlərilə müraciət edib Faktiki olaraq arvadını yad kişilərin qoynuna Atırsansa; İmkan vermirsən ki uşağın uşaqlığını yaşasın Və körpə vaxtından ona iyrənc, zövqsuz, ət tökən Qara kostümlar geydirib, mal dilinə oxşayan qalstuklar Taxırsansa; Satırsansa, satırsansa, satırsansa Satırsansa, satırsansa, satırsansa Satırsansa, satırsansa, satırsansa İndi de görüm sən hansı milləttənsən? MÜĞƏNNİ OLMAQ İSTƏYİRƏMMən də oxuyum Qara gözlərdən Şirin sözlərdən Həsrəttən Ayrılıqdan Taledən Qisməttən Fələkdən Kələkdən Məhəbbətdən Vətəndən Qeyrətdən Hicrandan XəyanətdənЕ Və sair gic gic Banal şeylərdən V POPUulYAR olmaq İntervyular vermək Dalım amortizasiyalı Ürəyim qlobalizasiyalı Gözlərim meteorolizasiyalı Yaşlar axsın vedrə vedrə O verlişdə bu verlişdə Televizordan girib xarabanıza Beyninizi sЕ.ək Yuxularınıza girmək Musiqi zövqunüzü gəbərtmək Meyxanaçılarla duet Repçilərlə minyet Həsən soxdu dəyirmanıЕ Nazik cılız səsimlə Sübhünüz açılsın Qaralsın gecəniz Pozulsun sinirləriniz Qalın aciz. Dirsəyinizi dişləyin Varsa cəsarətiniz susdurun bizi Nazpərilər İlahələr İzzətlər Rəksanələr Nadirlər Mətanətlər Səyyadlar KönüllərЕ Küçələrdə, bazarlarda Marketlərdə Marşrutlarda Az qalıb lap yaxında AZAL-ın samalyotlarında Bizi dinləyəcəksiniz! MƏNIM DÜNYAMBir topum vardıЕ Bir də kitablarım Rəngli səhifələrinə baxaraq Dünyanı tanıyırdım Addım addım. Mənim dünyamda Xəyallarımda qurduğum Yaşıllıqlar Qaranlıqlar vardı. Xəyanət də vardı Amma saflıqla yoğrulmuşЕ Uşaqlığımda bir deyil Min dünyam vardıЕ İlk masturbasiya təcrubəmi Danışdığım aynamЕ Ve Sovetski küçəsində Namusun ancaq öz ailə üzvlərini Əhatə etdiyinə inanan Namussuz Nəşəxorların Gözləri ilə görən oğraşların İşlədikləri namus cinayətləriЕ Bunlar mənim İlk kişilik dərsimdiЕ Mən hələ o vaxtlar Qeyrətin olmadığı yerdə Onun haqqında Söhbətin çox getdiyini Bilmirdim! Mən hələ o vaxtlar İki üzlü insanların Kitablarımda gördüyüm Cəngəllik yırtıcılarından da betər olduğunu Bilmirdim! Mən hələ o vaxtlar Pulun ancaq dondurma almaqdan ötrü Xərclənmədiyini bilmirdim. Amma xoşbəxt idimЕ Aldınız əlimdən, Yıxdınız qayğısız dünyamı Şərəfsizlər! İndi mən sancısıyla bu toplumun Sancılanıb Dərdlənməli, Yerlərə tüpürənlərə Ağac diblərinə işəyənlərə Qadına, qıza sataşanlara Rüşvətxorlara Din tacirlərinə Nifrət etməliyəm. Nə üçün? Onsuzda gücüm çatmırsa Əgər düzəltməyə vəziyyəti? Mane olmağa, Bu murdar axını dayandırmağa, Cəsarətim yoxsa Nə üçün yaşayıram? Cavab verin mənə Şərəfsizlər! GECƏ DÜŞÜNCƏLƏRİBu işığın qabağını Heç kəs ala bilməz Günəş yandırır şəhəri Çünkü mən belə istəyirəm Lənətə gəlmiş dünyanı Onsuzda bir gün tərk edəcəyəm Gedəcəyəm özünə inamı qalmamış həyatdan Gedəcəyəm. Paralel dünyaların məişət adamları Fanilikdə xoşbəxtlik axtarır Qurbanlar kəsilir bütlərə Daşlar bəsdi deyir, Qanlar axmağa davam edir. Çılğın fantaziyalarıyla zalımlar Qəlblərimizi analiz etmədən Talelərimizi yıxırlar Atomlara, zərrələrə parçalayırlar. Dalımızca daş atırlar Tüpürürlər üzümüzə Qapmız da yoxdur ki bağlayıb qaçaq. QANLI GÖLÜN YARANMA TARİXÇƏSİDarıxıram, darıxıram Adın dodaqlarma abunə Nəyim varsa paylayıram Ulduzları bağışlayıram Xatirələrimi unuduram Duvarlar zara gəlib Sənsizliyin dadını alıram Tərinin qoxusunu yastığından duyuram. Darıxıram, darıxıram Uşaqlığımın saçına sığal çəkmək istəyirəm Əlim keçəl başa dəyir Ağlayıram, ağlayıram. Ana sevgisi nədir Nəmənəm şeydir Doğmaqdan başqa nə iş görər Bilmək istəyirəm Yaşamaq istəyirəm Saralıram, saralıram Yatıram Semaşkoya Qaralıram Darıxıram, darıxıramЕ Yavaş yavaş əriyirəm Qazana, tavaya əl atıram Beləcə acıdığımı anlayıram Darıxıram, darıxıram Çıxıram küçəyə Miskin sürülərə baxıram Bir nəfər siqaret istəyir məndən Onu rus dilində üç hərfə yollayıram Döyülürəm, döyülürəm Girirəm duşun altına Qanlı sular axır trapa Bu da qanlı gölün yaranma tarixçəsi. OĞLUMA NƏSİHƏT Qınayırsanmı yoxsa Onun onsuzda əqidəsi yoxdur. İnanmırsansa soruş. Əmin ol ki Qəribə də olsa Satın alınmayan məmur yoxdur Bir rüşvətxor Əlinə su tökməyə də layiq deyil. Hətta mən deyərdim ki Ziddiyyət dolu ürəyinin Heç olmasa MÜƏLLIMDƏN RİCA Lovğalıqdan Məhkəmələrdə Vergi orqanlarında Voyenkomatlarda YERLİ HAYKULARBir mən varam Bir də qeyriləri Həyəcanlanıram. Xəstə deyiləm amma Yanımda olsaydın Ürəkdən zarıyardım. Susayanda Söyürəm lüləsi paslı Qəfədanı. Əlimdə qamçı Qarşımda sən Məni qamçılayırsan. İlk sevgi İlk nifrət İlk intihar. Qaralanda hava Düşür yadıma Yadıma düşməyin. İstəyirəm onun olasan Sonra qayıdasan Səni qəbul edim. Həyatım səyahət Məsafələri qısa Yolu uzun. Dənizdən çıxan ay Şöləsini əsirgəyir Pəncərəmdən. Qolu zorlulardan Nadanlardan Qomrallardan iyrəndim. Mən səni Belə belə edim Dalınca. Qadınlar soyunur Geyinir DanışırЕ DÖYUŞ ALNINIZA YAZILIBNə üçün alnıMıza yox Məhz alnıNıza? Lütfən belə səfeh səfeh Provakatif Suallardan bizi azad edin. Yaxşısı budur siz Qarabağı Azad edin. Biz də bala bala Ölən qardaşımızın ruhundan Faydalanaq Qazanaq Dolanaq VeЕ dolandıraq Əlbəttə ki Məmurları Hansılar ki unudublar Qarabağı. Biz onsuzda qardaş itirmişik YəФni borcumuzu ödəmişik Ona heykəl qoymuşuq Ona görə də hər Allahın günü Zart zart zarttıyırıq: Doyüş AlnıNıza Yazılıb, AlnıMıza yox!!! QIRIN ZƏNCİRLƏRİ Nə olar qırın zəncirlərinizi Qırın! Üsyan edin artıq Ayağa qalxın! Qədər deməyin Zillət deyin və Yıxın qaranlıq divarları Yıxın! Çılqın dəniz olun Coşun! Heç olmasa bir saniyə Vicdancığınızın Səsini dinləyinЕ BİZ AZƏRİLƏRЕMərkəziyik kainatın Ətrafımızda dönür Günəş də ay da. Ən gözəl mətbəx bizdə, Ən gözəl təbiət bizdə, Qonaqpərvərlik, Dünyanın ən gözəl qızları, Və andıra qalmış11 iqlimin Doqquzu bizdə (Bezmişəm daha bunu eşidməkdən Öz aramızdır, siz də?) Qeyrət bizdə, namus bizdə Vətən sevgisi O da bizdə. (Gələn il Allah qoysa Şerlərimi Şuşada oxuyacaqsınız bla bla bla) Cəsarət Şucaət Milli mentalitet Çomaq soxmaq Qulp qoymaq Ponyatka da bizdə Çatışmayan nə isə var ammaЕ Amma nə? Bu sualı tapanın Başı bədəninə deyəsən Ağırlıq edir. ATABoynuna mindiyim Əlindən tutub küçələri arşınladığım Sofyanın dumanlı üfqündə gizlənmiş Kilsələrə heyrətlə tamaşa etdiyim Ancaq körpə olduğum üçün Haraları gezdiyimi anlamadığım günlər üçün O qədər darıxmışam ki ataЕ İllər ötduЕ Hər şey çox yaxşı gedirdi, Bu dünyada mənim üçün bir sən var idin Tək sənЕ Elə gözlənilmədən başladı ki qara günlər Elə gözlənilmədənЕ Niyə belə etdin ata? Son nəfəsində nəydi səni çaşdıran? Biz birimizə dayaq olmadıqmı həyatda? Nə dedilər sənə ata? Şeytan hansı qulağına böhtan pıçıldadı? Hansı saxsıydı əlində sınan? Tut ağacından hansı yarpaq düşdü zamansız? Gör nə etdin ata Arxada məzarını tanımayan oğul buraxdın. Niyə qırdın ümidlərimi və İnamımı insanlara? Niyə kəsdin nəfəsimi Nə üçün imkan verdin Yandırılsın kitablarım? Nə səbəblə damsız qoydun şəkər balanı? Markalarımı aldılar əlimdən ata, Oğlun bir nömrəli filatelist olacaqdı güyaЕ Olmadı! Eşidirsən olmadı!!! Nigilist oldu, mömin oldu, mürtəd oldu Sonra təzədən müsəlman oldu Ancaq filatelist olmadı ata! Satdın məni ata, Sındırdın oyuncaq qəlbimiЕ Vedrə vedrə daşımadımmı nəcisini? Can verdiyin günlərdə altını yumadımmı? Balaca əllərimlə daha nə edə bilərdim sənin üçün ata? ANADiqqətimə layiq olsaydın Sənə də şer həsr edərdimЕ DİLİNİZDƏN DÜŞMƏYƏNLƏRXaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami Yüz qram süz Yüz qram süz Yüz qram süz Yüz qram süz Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami Yüz qram süz Yüz qram süz Yüz qram süz Yüz qram süz ЕЕЕ.. Zəhrimar Köpək uşaqlarıЕ NİFRƏTİM MÜBARƏK OLSUN! Zatı qırıq dəyyuslardan Namussuzluq mücəssiməsi Bəzi məmurlardan İki üzlü bayquşlardan Sonsuzluqdan Vağzallardan Mənsiz yatan qancıqlardan Məndə batan istedaddan Kölgələrdən Döngələrdən Maştağadan Əli qanlı zabitlərdən Bitli əsgər, yetimlərdən Qondarma ziyalıların Tozlu kitab rəflərindən Tez əriyən dondurmadan Xırda puldan Lümpenlərdən Suyu çirkli Xəzərimdən Tində duran Osturaqçı gənclərimdən Üstünlüyü sadəcə Ağ saqqalı olan Ne menee osturaqçı Qocalardan Nifrət edirəm! İSTANBUL -Salam -Salam -İncimisən məndən bilirəm -Е -Niyə susursan? -Е -Yaxşı özün bilərsən Düzü heç bilmirəm haradan başlayım Çox pis hiss edirəm özümü son vaxtlar Bu da azıymış kimi Yox, yoxЕ Çok çətindir danışmaq Qarşı tərəf susanda Bunun nə demək olduğunu bilirsən? Lənət olsun Uşaq kimi hərəkət edirəm Nə üçün zəng etdiyimi Heç özüm də bilmirəmЕ Amma çox fərqli olduğumuzu bilirəmЕ Fədakar olmalıyıq sən demirdin mənə? -O keçmişdə qaldı. -Elə isə biz nəyi danışırıq? -Zəng edən sənsən mən nə bilim? -Bilirəm həyacanlısan indiЕ -Həyacanlı sənsən, mən yox -Görürəm bir birmizi başa düşmürük -Elədir ki var -Ya da istəmirik -Ola bilər -Yaxşı çox uzadmıram sözü Biz çox fərqliyik bilirəm -Bunu ikinci dəfədir deyirsən -DüzdürЕ Məsafələrə məğlub Məğrur könlümün Səndən son bir istəyi var İcazə verirsən? -Buyur -Bosforun kanalizasiya üfunətli sularına Nəcis ətirli Xəzərdən salam de vəЕ Hərcailiyimi bağışla Sevdiyin o böyük burnuma. Bir İstanbul qədər İstanbul var cibimdə Unudma! -Dayan! Dəstəyi qoyma! -Е ALBANLARDoqquz iqlimli təbiət möcüzəli Bu gözəl vətənimizin, Əvvəllər sakinləri olub Uzun boylu Albanlar Mavi gözlü Albanlar Şirin sözlü AlbanlarЕ İndi haradadır onlar? Çox maraqlıdır, nə günah işlədilər, Nə etdilər ki, qurutdu kökünü onların Allah? Əvəzinə isə biz həşəratları yerləşdirdi bu torpaqlara. Albanların günahı nəydi əcəba? Allaha üsyan etdilər? Qızlarıyla mazaxlaşdılar? Müqəddəs məkanlarda, kilsə mihrablarında qəhbələrlə oynaşdılar? Nə elədilər ki məhv elədi onları uca Yaradan? Əvəzinə isə biz həşəratları yerləşdirdi bu torpaqlara... DİNİMİZBozbaşdır Aşdır Süni gözyaşları Parçalanan başdır Yağlı saqqaldır Zəncirdir Dağ daşdır Şarlatanların təhdidləriЕ Mənası bilinməyən YasinЕ FatihəЕ Qurana inam, Ancaq axirəti inkarЕ Yox yox yanılıram Axirəti ancaq Haqsızlığa uğradıqda yada salırıq Düşmənimizi cəhənnəmə yollayırıq Onda cəhənnəmə inanmaq sərf edir çünküЕ Əsas insanlıqdır deyirik. İnsanlıqdan da payımız yoxdur. Ürək təmiz olsun deyirik Ürəklərimiz də poxdur. Riya və xəyanət doludur gövdələrimiz. (Haşiyə: İstisnasız bütün azərbaycanlılar hesab edir ki ürəyi təmizdir) Bir millətin ki ola Əşşi Di canınız cəhənnəməЕ ZEHİN ONANİZMİBirləşən və ayrılan yollar Məni hara aparır? Qanımı axıdmaq üçün Səbəb mi axtarır O xain? Gəl, bax, gör Əlim bomboş Elə ürəyim də Dolu olan nəfəsimdir ancaq Boşaldmaq istədiyimdə Səbəb mi əxtarıram? Bəlkə dəЕ Nə üçün ölmürəm? BilmirəmЕ Elə sən də! Nə üçün yaşayırsan? Kimin üçün varsan? İmkan ver aralanım səndən Atlayım asfaltın ortasına Yapışım yerə İzim qalsın Köpək leşi sankiЕ Dırnaqlırımı tut Uzanan dilimi də kəs Amma böyümə qabiliyyəti olmayan Üzvlərimə toxunma, Sənə də gərəkdir Mənə dəЕ Bugün bazara getmişdim Sözün qiyməti qalxıb Kiloynan satırdılar Bir qram aldım Elə bu da bəsimdirЕ Kül olsun başına Bu na paltardır geyinmisən? Gen bol ətəklərindən Bütün şəhər yapışsın istəyirsən? Tutaq ki yapışdı Hara sürüyəcəksən o sürünü? Belim qaşınır Gəl qaşı Ancaq asta qaşı Sızanaqlara toxunma! İndi də gəl yataq, Baş ayaq yataq, Narahat olma Corablarımı çaxardıram. ƏCLAFİdeya: Həmid HerişçiMən əclafam! Duzqabımız da əclafdır Tez tez deşiyi tutulur Çayndanımız da əclafdır İçi tez tez əclaflıq bağlayır Bəli mən əclafam Boynuma alıram Əslində ətirafa da ehtiyac yoxdur. Əclaflığımda ot qədər sadə Səma qədər təmizəm. Gözələm əclaflığımda Əclaflığımı sevə də bilərlər Hətta sevirlər də. Çoxlarına əclaflığım xoşdur Əclaf olmayanda Heç salam da vermirlər adama Ən çox əclaflığımı duyan isə Məscidimizdəki axunddur Çünkü özü də əclafdır Bizim əclaflıqlarımız dostdur Əclaflığımın mayası, Batareyası yoxdur. Vətənimdən Atamdan Anamdan qidalanıb əclaf olmuşam. Çəkdiyim siqaretin tüstüsündən də Latın qrafikasıyla havada Əclaf sözü yazılır. Hətta orada Ə və C hərfləri də xüsusən aydın oxunur. Əclaflığın milli naxışları zəngindir Folklorumuzdan qaynaqlanırЕ Əclaf deyəndə ayağa dur ki Mənim ürəyimə toxunur! Bir işdən ümidliyəm Küçədəki insanlar da şükür Hamısı əclafdır. Əclaflığı birbirimizə ötürmək Hamımızın müqəddəs borcudur. SƏNİ ELƏMİŞƏMKitablarımla vidalaşıb Anama, atama və sənə Qurbətin eşşək gözlü diblərindən Bakının xarabalıqlarına Lənət demişəm. Yazdığım məktubuma Evimdəki hörümçək ağlayır. Ağzım it iyi verir Pivə şüşəsi zəfər elan edir. Sən bu gecə gəlsən də Üzünə baxmaram Rədd ol ged evimdən İfritə! Bu bizim yazımız deyil Bu payız da bizə yad Bizə doğmalığı qalmadı qışın Günəşlərimi söndürüb Sandığımın içinə gizlənmişəm İçdiyim içkilərin dadı qalmayıb Dadı içimdə öldürmüşəm. Səni kitablarımın yanına Rəfə yerləşdirmişəm Səhərə qədər çərənləməni Duymamaq üçün Əlinə bir xiyar vermişəm İntihar etmək istəyirsən Get tualetə Baçokun içində silah gizlədmişəm. | ||